Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

ayağa  durub  getmək  istəyir,  baĢı  qəbirdəki  daĢa  dəyəndən  sonra  yıxılır  və  öldüyünü  baĢa 
düĢür. Bu daĢın adına ərəblər "ləhd" daĢı deyirlər). 
Ġslamda  (Qur’andan  baĢlayaraq)  elmin  mövqeyi,  elmə  münasibətə  aid  geniĢ  məlumat  üçün 
Rozentalın 
"Elmin təntənəsi"
, A.Metsin 
"Müsəlman intibahı"
 əsərlərinə baxmaq kifayət edər. 
Ġbn  RüĢd  elmlə  dinin  mübahisəsinə  belə  bir  maraqlı  yekun  vurmuĢdur: 
"Din  xəstələr  üçün 
dərmandırsa fəlsəfə də sağlamlar üçün qidadır"

Bəli, biz bu gün təmiz elmlə qidalanıb sağlam Ģüurla Azərbaycan tarixini həm yaratmalı, həm 
də ən əski çağlarından bugünədək 
yeni metodla
 yenidən yazmalıyıq! 
Qayıdaq tariximizə! 
Aristotel,  Farabi  və  b.  böyük  filosoflar  dönə-dönə  göstərmiĢlər  ki,  fəlsəfə  ilə  məĢğul  olmaq 
istəyən, sözün əsl mənasında filosof olmaq istəyən adam mənəvi və fiziki cəhətdən təmiz və 
sağlam  olmalı,  gəncliyindən  həyatını  buna  sərf  etməlidir.  Mən  bu  sözləri  bütünlüklə  türk-
Azərbaycan  tarixçisinə  aid  edirəm.  Hər  bir  tarixçi,  siyasətçi,  filosof,  alim,  ümumiyyətlə,  əsl 
mənada ĠNSAN bilməlidir ki: 
birinci
, gerçəkliyi görmək, anlamaq çətindir; 
ikinci
, gerçəkliyi görüb anlayandan sonra onu demək, yazmaq çətindir; 
üçüncü
, bunlardan sonra gerçəkliyi savunmaq, müdafiə etmək çətindir; 
dördüncü
, onu insanlara, topluma çatdırmaq çətindir. 
Bütün  bu  dörd  mərhələni  keçə  bilən  ĠNSAN  böyük  HAQQı  dərk  etmiĢ  olur,  ruhən  ona 
qovuĢur. 
Alimlər, siyasətçilər bilməlidir ki, baĢqasının yalanı birini-beĢini bədbəxt edirsə onların yalanı 
minləri,  milyonları,  xalqları  və  ölkələri  bədbəxt  edə  bilər.  "Güclü  birini,  bilikli  minini  yıxar" 
atalar sözü burada yerinə düĢür. 
Tarixçi,  tarixçi-filosof  ruhunda  daĢıdığı 
böyük  Gerçəklik
  naminə  hər  cür  saxtalaĢdırmanın 
qarĢısını  almalı,  sözün  əsl  mənasında  saxtakarlığa  qarĢı dör-dör  döyüĢməlidir.  Tarix  elminin 
cəlbediciliyi, insanlar üzərində güclü təsiri vardır. Buna görə də sovet diktaturası tarix elmini 
marksist-leninçi  ideologiyanın  "əsaslarından  biri  kimi"  götürərək  onu  ideologiyanın  əlaltısına 
çevirmiĢdi. Tarix elmində yalanla azca həqiqət elə qarıĢdırılıb kütlənin mədəsinə yeridilirdi ki, 
insanlar bunu asanlıqla həzm edir, beyinlər asanlıqla dumanlanırdı. 
Adətən,  tarix  boyu  tarix  elmindən  yaramaz  məqsədlər  üçün  də  geniĢ  istifadə  edilməyə 
çalıĢmıĢ, çox vaxt da buna nail ola bilmiĢlər. Buna görə də bu elmdən ucuz Ģöhrət axtaranlar, 
ondan  gəlir  yeri  kimi  yararlananlar,  elmdə  heç  bir  səriĢtəsi  olmayanlar  daha  çox  istifadə 
etməyə  çalıĢmıĢlar.  Bütün  bunları  hələ  600  il  bundan  qabaq  yaxından  izləyən  və  öz 
gördüklərini geniĢ incələyən görkəmli tarixçi, filosof Ġbn Xaldun fikirlərini açıqladıqdan sonra 
belə  nəticəyə  gəlir: 
"
Bunun
  (bilərəkdən  və  bilməyərəkdən,  savadsızlıqdan  və  tarixçilikdə 
səriĢtəsizlikdən  doğan  saxtalaĢmanın  -  Ə.E.) 
nəticəsi  olaraq  tarix  elmi  və  fənni  əsassız  və 
qarıĢıq  bir  hala  gəldi.  Tarixə  baxan  və  onu  oxuyan  da  doğrunu  yanlıĢla,  gerçəyi  batillə 
qarıĢdıran  bir  insan  durumuna  düĢdü,  tarix  isə  artıq,  xalqın  söylədiyi  məsəllər,  rəvayətlər 
durumuna gəldi, onların malı oldu… Bir çoxları tarix elmindəki hikmət və sirdən qafil olduqları 


üçün tarix elmi ilə məĢğul olmaq cahillik halına gəldi. Xalq və elmlər haqqında əsaslı savadı 
olmayanlar  tarix  oxumağı,  tarix  sahəsində  bilgi  yiyəsi  olmağı,  bu  sahəyə  dalmağı  və  bu 
sahədə yetiĢməyi asan saydılar. Bunun nəticəsində
 güdülən dəvə, baĢına buraxılan dəvə 
ilə, iç qabıqla, doğru yalanla qarıĢdı. Bu iĢlərin aqibəti Allaha qalır"

Sanki bu sözlər türk tarixi üçün deyilmiĢdir. Dünyada böyük, tarixi millətlər arasında türklərin 
tarixi  qədər  dolaĢdırılmıĢ,  türk  düĢmənləri  tərəfindən  saxtalaĢdırılmıĢ,  türklərin  özləri 
tərəfindən ən az araĢdırılmıĢ ikinci bir millətin tarixini təsəvvür etmək belə mümkün deyildir. 
Tarix  millətləri  içərisində  türklər  qədər  öz  tarixinə  sayğısız  yanaĢan  ikinci  bir  millət  yoxdur. 
Tarixi  Ģəhid  qanı  ilə  yaradan  bir  millət  unutmuĢdur  ki,  qiyamət  günündə  gerçək  alimin 
qələminin mürəkkəbi Ģəhid qanından fəzilətli tutulacaq. 
Tarix  və  tarix  elmi  haqqında  bir  neçə  söz.  XIV  yüzildə  yaĢayıb-yaratmıĢ  Ġbn  Xaldun 
"Müqəddimə"
  əsərində  yazır: 
"Bil  ki,  tarix  elmi  qayəsi  Ģərəfli,  faydaları  olduqca  çox,  üsulu 
qayət  önəmli  olan  bir  fəndir.  Çünki  bu  elm  qədim  xalqların  yaĢayıĢ  tərzi,  peyğəmbərlərin 
gediĢatı, hökmdarların var-dövlətləri və siyasətləri ilə bağlı hal-durumlarla bizi yaxından tanıĢ 
edir…
 
Tarix bir çox qaynaqlara (mənbələrə), cürbəcür bilgilərə, yiyəsini haqqa çatdıran, 
xəta  və  əyintilərdən  çəkindirən  (çəkib  çıxardan)  gözəl  bir  düĢüncəyə  və 
prinsipiallığa möhtacdır".
 
Son  cümlədə  son  sözün  -  "möhtacdır"  sözünün  qarĢısına  "hər  zaman"  sözünü  əlavə  etsək 
nəyin  vurğulandığı  daha  aydın  olar.  Ġbn  Xaldun  baĢqa  bir  yerdə  tarixin  müqayisəli 
metodundan  danıĢaraq  yazır: 
"KeçmiĢ indiyə və gələcəyə suyun suya bənzəməsindən daha 
çox  bənzər!"
.  Son  yüzildə  geniĢ  yayılmıĢ  "tarix  olduğu  kimi  təkrar  olunmasa  da  onda  baĢ 
verən hadisələr bir-birinə çox oxĢayır" fikri 600 il bundan öncə deyilmiĢ bu fikrə çox bənzəyir. 
Ümumiyyətlə  götürsək,  mən  marksist-leninçi  metodologiyaya  qarĢıyam.  Marksın  və  Leninin 
böyük tarixi səhvlərini mən universitetin üçüncü kursunda oxuyarkən anlamağa baĢlamıĢdım. 
69-74-cü  illərdə  universitetdə  dərs  deyərkən  bu  səhvləri  tələbələrimə  və  mənə  yaxın  olan 
alimlərimizə deyirdim; indi də keçmiĢ tələbələrimdən bir çoxu bunu təsdiqləyə bilər. Bununla 
yanaĢı,  Marks  və  Engelsin  elmdə  bir  sıra  xidmətlərini  sadalayırdım,  indi  də  inkar  etmirəm. 
Xüsusən də Engelsin təbiətin tarixi və dialektikası, Marksın cəmiyyətin tarixi və dialektikası ilə 
ciddi məĢğul olmaları və hər ikisinin bir yerdə müəyyən yeni ideyalar kəĢf etməsi tarix elmi 
baxımından çox qiymətli idi. Marks və Engels tarix elmi haqqında yazırdılar: 
"Bizim tanıdığımız 
tək  bir  elm  var  -  tarix  elmi!  Tarix  iki  cəhətdən  nəzərdən  keçiilə  bilər  -  onu  təbiət  tarixi  ilə 
insanlar  tarixinə  bölmək  olar.  Ancaq  bu  iki  cəhət  bir-biri  ilə  qırılmaz  dərəcədə 
bağlıdır!"

Bizcə,  sonuncu  cümlə  tarixin  əsas  düsturudur.  Bu  düstur  baĢqa  fikirləri,  məsələn, 
tarixin 
obyekti və subyekti olan xalqlar, tarix yazıdan baĢlayır, tarix ġumerdən baĢlayır, tarixi xalqlar, 
qeyri-tarixi xalqlar, geridə qalmıĢ xalqlar, təkmərkəzçilik, avropamərkəzçilik
 və s. və s. alt-üst 
edir,  onları  puça  çıxarır.  Belə  ki,  bütün  varlığın  varoluĢundan  tarix  baĢlayır.  Dinlərə  görə, 
Tanrı varlığı yaradan andan zaman - tarix baĢlayır. Yunan filosoflarının təliminə görə, bütün 
varlıq - 
fizika
 (təbiiyyat) bir bütövdür, onun mənbəyi və hərəkətvericisi, daha doğrusu, ilkin 
təkanvericisi fizikadan (təbiiyyatdan) o yanadır - 
metatafizika
’dır (
ma bə’d ət-təbiiyyat
’dır). Bir 
çox  orta  çağ  islam  filosoflarına  görə,  Varlıq  bir-birini  tamamlayan  iki  tamdır:  MÜTLƏQ 
VARLIQ, VACĠB VARLIQ. 
Bunlara  diqqətlə  yanaĢsaq, 
Tanrı  -  metatafizika,  mütləq  varlıq  və  böyük  Demruq  və  ya 
mütləq ideya
 (Hegeldə) bir-biri ilə çox yaxındır. Eləcə də yer-göy (dində), fizika, vacib varlıq, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə