Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   2   3   4   5   6   7   8   9   ...   61

Su
 - Ģu, çu, Ģuv; 
Alpərtunqa
 - Əfrasiyab; 
Dəmir
 - Tamara, Tomiris, Tomris; 
Ġldəniz
 - Eldəgiz, Eldəgəz. 
Bu dediklərimiz 4-5 olsaydı nə vardı ki - minlərlədir. Bəzən bunların hamısı oxuculara çox kiçik 
gələ bilər. Kiçik olsaydı nə dərd idi?! 
Baxın! Bir söz götürək: 
ġumer
. Tarixdə indi 
"Ģumerlər"
 adlanan xalq özünə 
"kəngər"
 demiĢ, 
dövlətini də 
"Kəngər" dövləti
 adlandırmıĢdır. Kəngərlərin ilkin dövlət qurumu Azərbaycanda - 
Kür-Araz ovalığı və Urmu gölünün ətrafında yaranmıĢ, kəngərlər Urmunun yaxınlığında Patağ 
(Zaqros)  dağlarının  keçidlərindən  aĢaraq  Ġkiçayarasına  (Mesopotamiyaya)  yerləĢmiĢ,  orada 
yeni mərkəzlərini yaratmıĢlar. Bu qədər aydın olduğu halda, görəsən, çağdaĢ (son iki yüzil) 
tarixdə  məsələni  bunca  dolaĢdırmağın  nə  mənası  var?!  Bəzi  tarixçilər  məsələni  daha  da 
dolaĢdırmaq,  insanları  çaĢ-baĢ  salmaq  üçün  bir  az  da  irəli  gedərək  heç  bir  məntiqi  dəlilə 
əsaslanmadan  deyirlər:  belə  güman  da  etmək  olar  ki,  bəlkə  də  Ģumerlər  Hindistandan 
qayıqlarla Ġkiçayarasının aĢağısına gəlmiĢ, oradan da sonralar yuxarılara yayılmıĢlar. Belə bir 
saxta ehtimal, görəsən, kimə və nəyə gərəkdir?! "Kimə" dedikdə aydındır: hind-avropaçılara, 
avropamərkəzçilərinə.  "Nəyə"  dedikdə  də  aydındır:  nə  olur-olsun,  Azərbaycanla,  türklərlə 
bağlı olmasın! Tarixdə yaxĢı nə varsa Hindin, Parsa’nın və Avropanın adına yazılsın!  
Tarixə bu qərəzli  baxıĢ və onun  elmə,  dünyagörüĢünə  və insanlığa  zərəri Avropada  indi  də 
düĢünülməkdədir.  Çox  təəssüf  ki,  Rusiya  və  Parsa  (Parsua)  tarixçiləri  məlum  ideoloji 
məqsədləri  üçün,  öz  keçmiĢ  mövqelərini  bərkitmək,  qoruyub  saxlamaq  üçün  dəridən-
qabıqdan  çıxmaqda  davam  edirlər.  Ona  görə  də  bu  gün  gerçək  tarixçiliklə  qondarma 
ideologiyaçılıq çarpıĢmaqdadır; sonda gerçək tarixçilik qalib gələcəkdir! 
Bir daha qeyd edək ki, Azərbaycan dünyada ən qədim insan məskənlərindən biridir. Dünyada 
tapılan yeddi ən əski insan sümüyündən biri (Azıxantrop insanın çənə sümüyü) Azərbaycanda 
tapılmıĢdır. Bəlli olduğu kimi, bu tarix faktı dünya arxeoloqları tərəfindən qəbul edilmiĢdir. 
Azərbaycan  dünyanın  ən  qədim  mədəniyyət  mərkəzlərindən  biridir.  Bu  mədəniyyət  tarix 
elmində "Kür-Araz mədəniyyəti" adlanır. "Kür-Araz mədəniyyəti" eradan qabaq VII-II minilliyə 
aiddir, 
mərkəzi  Azərbaycan  olmaqla
  Ģərqdə  Orta  Asiyanın  güney-batısından  tutmuĢ  qərbdə 
Doğu Anadolu, Ģimalda Güney  Qafqazdan  tutmuĢ cənub-qərbdə Dəclə  çayı,  güneydə  Bəsrə 
körfəzinədək böyük bir ərazini əhatə edir.  
Kür-Araz  mədəniyyəti  eradan  qabaq  X-VI  minillikdə  Orta  Asiyada  yaranmıĢ  mədəniyyətin 
ardıcılı
, "ġumer (Sumer) mədəniyyəti" adlanan mədəniyyətin 
öncülüdür

Bəzi  tarixçilər  Kür-Araz  mədəniyyəti  ilə  yaxından  taniĢ  olmadıqları  üçün  bu  mədəniyyətin 
tərkib  hissəsi  olan  Urmiya  (Urmu  gölünün  ətrafında  yayılmıĢ  hissəsini)  mədəniyyətini  "ilkin 
ġumer  mədəniyyəti"  adlandırırlar.  Biz  bu  cür  təyinatın  tam  əleyhinəyik.  Bununla  bərabər, 
"Urmu  mədəniyyəti"  ilə  ġumer  (oxu:  Kəngər)  mədəniyyətinin  bir-birindən  tam  ayrılmasının, 
təcrid edilmiĢ halda araĢdırılmasının da tərəfdarı deyilik - bu, çox qondarma olardı. Ona görə 
də gələcək araĢdrıcılara tövsiyə olaraq belə bir təklif irəli sürmək istərdik - bu mədəniyyətləri 
eyni bir 
"Azər-Kəngər mədəniyyəti"
 adı altında öyrənmək daha doğru olardı! 


"Azər  mədəniyyəti  Kəngər  (ġumer,  Sumer,  Suber,  Super)  mədəniyyətinin  sələfidir"
  tezisi 
problemə baxıĢı düzgün yönəldir. 
Eradan  qabaq  VII-II  minillikdə  Azərbaycanda  yaranan  bu  mədəniyyətin  yaradıcıları  kimlər 
olmuĢdur? Yüz ildən çoxdur belə bir məsələ bu sahədə (daha doğrusu, Yaxın və Orta ġərq və 
orta əsrlər tarixi sahəsində) çalıĢan bütün tarixçiləri düĢündürmüĢdür ki, burada hansı xalqlar 
yaĢamıĢdır?  Bəlli  olmuĢdur  ki,  Ural-Altay,  hind-Avropa  [xalqları]  və  samilər.  Son  onillərdə 
bunlara "Qafqaz dilləri qrupuna mənsub olanlar" da əlavə edilir. 
Bu problem təkcə tarixçiləri - tarix elmini deyil, bütün inkiĢaf etmiĢ ölkələri: Ġngiltərə, Fransa, 
Almaniya, Ġtaliya və s. düĢündürmüĢ, məsələ elm marağı ilə yanaĢı, deyə bilərik ki, daha çox 
siyasət marağı yaratmıĢ, tarixçilik çox halda siyasətə xidmət etdiyindən öz gerçək mövqeyini 
itirmiĢ,  tarix  elminin  bu  sahəsində  uydurmalar,  qondarmalar  baĢ  alıb  getmiĢdir.  Bildiyimiz 
kimi,  Avropa  -  Qərb  dünyanın  önünə  çıxmağa  baĢlayandan  dünyaya  ağa  olmaq  uğrunda 
mübarizə  aparmıĢ,  ona  görə  də  dünyanı  yaxından  tanımaq  Qərb  üçün  gərəkli  olmuĢdur. 
Bunun  üçün  də  Asiya,  Amerika  və  Afrika  qitələri  hərtərəfli  tədqiqat  obyektinə  çevrilmiĢdir. 
Nəticədə,  "avropamərkəzçilik"  ortaya  çıxmıĢ,  "Asiya",  "Afrika"  tədqiqat  institutları, 
akademiyaları yaranmıĢ, "gərəkli" olduğu üçün diqqət daha çox Asiyaya yönəldilmiĢ, yalnız bu 
əraziləri  "öyrənmək"  üçün  "ĢərqĢünaslıq"  formalaĢdırılmıĢ,  Yaxın  və  Orta  ġərq  Qərbin 
marağının  əsas  obyektinə  çevrildikcə  "asiyaĢünaslıq",  "ərəbĢünaslıq",  "iranĢünaslıq", 
"türkĢünaslıq" meydana gəlmiĢ, bunlara Qərb dövlətləri həvəslə qızıl xərcləmiĢdir. Rusiya da 
Qərbə qoĢulmuĢ, Asiyanın bölüĢdürülməsində daha çox pay götürmək üçün Asiyanı öyrənən 
Qazandakı  kəĢfiyyat  mərkəzini  oradakı  "ġərqĢünaslıq  Ġnstitutu"  ilə  birlikdə  Peterburqa 
köçürmüĢdür.  Paris,  London,  Berlin,  Münxen,  Roma,  Vyana,  Peterburq  bu  gün  "klassik 
ĢərqĢünaslıq" adlandırılan ĢərqĢünaslığın mərkəzlərinə çevrilmiĢdir. Bu mərkəzlərdə 3-5 alimi 
çıxmaq Ģərti ilə bütün "araĢdırıcılar"ın baxıĢına "avropamərkəzçilik" hakim kəsilmiĢ, artıq XIX 
yüzilin  sonlarında  avropalılar  tarixin  yaradıcısı  (subyekti),  Ģərqlilər  yaradılanı,  qeyri-fəalı 
(obyekti)  sayılmağa  baĢlamıĢ,  ali  irq,  hakimiyyət,  ağalıq  üçün  Tanrı  və  tarix  tərəfindən 
"seçilmiĢ  irqlər,  xalqlar"  nəzəriyyəcikləri  meydana  gəlmiĢdir.  XIX  yüzildə  dünyada  kiçik  qitə 
olan Avropa özündən qat-qat böyük olan bütün qitələri: Asiya, Afrika, Amerika və Avstraliyanı 
ağalığı  altına  almıĢdı.  Elmdə  və  dünya  ictimai  rəyində  belə  bir  aparıcı  baxıĢ  yaradılmalı  idi: 
avropalılar  Tanrı  və  tarix  tərəfindən  seçilmiĢ  xalqlardır  və  dünyanı  idarə  etməlidirlər;  vəhĢi 
asiyalı, amerikalı, afrikalı və avstraliyalılara özlərini idarə etməyi öyrətməli, onlara mədəniyyət 
gətirməlidirlər. Bunun üçün də Tanrının gerçək dini olan xristianlığı yaymaqla Tanrı qabağında 
borclarını yerinə  yetirir,  qeyri-avropalıları öz  vəhĢi ağalarından  xilas edir,  onlara  elm  gətirir, 
onları mədəniləĢdirir - avropalılaĢdırır.  
Bəs  avropalıların  elm  və  mədəniyyəti  haradan  baĢlayır?  Yunanıstandan!  Bəli,  yunanlar 
avropalıların  babalarıdır.  Avropa  mədəniyyəti  yunan  mədəniyyətinin  davamıdır,  ona görə  də 
yunanları türklərin  əlindən  qurtarmaq  avropalıların  Tanrı və  tarix  qarĢısında borcudur,  buna 
tam  haqları  vardır.  Bunu  yerinə  yetirdilər.  Xristian  erməni  və  gürcüləri  müsəlmanların 
ağalığından qurtarmaq da elə. Onu da Rusiya yerinə yetirdi. Bəs Hindistan? Orada yaĢayanlar 
ki  xristian  deyil!  Hindlilər  avropalıların  ən  qədim  babalarıdır.  Hindistan  da  onların  ulu 
əcdadlarının  vətənidir?  Bəli,  məhz  buna  görə  ingilislər  Hindistana  "gəlmiĢlər".  Hind-Avropa 
qohumluğu yaradıldı və sübut edildi. Bütün xristianları bir cəbhədə birləĢdirən Avropa buddist 
hindliləri  də  özünə  qohum  edəndən  sonra  meydanda  kimlər  qaldı  -  Avropanın  Asiyaya  ən 
qısa, ucuz və rahat yolunun qapısında dayanan türklər və ərəblər! 
Ərəblər  XVIII-XIX  yüzilliərdə  Osmanlı  imperatorluğunun  tərkibində  idilər,  elə  bir  müstəqil, 
təsiredici gücə malik deyildilər. Avropa, Asiya və Afrikanın qovĢağında yaĢayan 
türklər
 Afrika, 
Hind  okeanı  və  Çinə  çıxmaqda  Rusiyaya,  Orta  və  Uzaq  ġərqə,  cənub-Ģərqi  Asiyaya,  Quzey 
Afrikaya çıxmaqda bütün Avropaya mane olurdular.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə