Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   2   3   4   5   6   7   8   9   ...   61

Tarix  dəyiĢmiĢdir.  Bir  zamanlar  [məsələn,  XI-XVII  yüzillərdə  Səlcuqlular  (1038-1157), 
Qaraxanlılar (927-1212), Monqol-Göytürklər (1206-1290), Ġlxanlılar (1256-1356), Osmanlılar 
(1299-1922), Səfəvilər (1501-1736), ƏfĢarlar (1736-1749), Teymurlular (1370-1507), Böyük 
Moğollar (1526-1858)] dünyaya hökm edən, ara-sıra Moskvanın, Romanın, Parisin, Vyananın 
qapılarını döyən, bütün dünya müsəlmanlarının xilaskarı, xristianlığa, yəhudiliyə Tanrı dinləri 
kimi  hörmət  edib  Ģəfqət  göstərən  türklərin  indi  qapıları  döyülürdü.  Güclü  türk 
imperiyalarından  əsər-əlamət  qalmamıĢ,  nə  qalmıĢsa  tarixə  çökmüĢdür.  Öz  yerlərinə  baĢqa 
xalqlarda türk düĢmənçiliyi qoyub getmiĢlər. Təkcə Osmanlı imperatorluğu öz varlığını zorla 
da olsa qoruyub saxlamaqda idi. 
XVIII-XIX  yüzillərdə  Avropa  və  Rusiyanın  iĢğal  tarixlərinə  diqqətlə  baxsaq  onun  ana  xəttini 
türklərlə müharibələr və türk torpaqlarının iĢğalı, türklərin dünya çapında genosidi (soyqırımı) 
təĢkil edir. Dünyanın hakim dövlətlərinin və qüvvələrinin bu ardıcıl siyasəti nəticəsində "böyük 
türk düĢmənçiliyi" yarandı. Bu, öz təsirini Avropada yaranan yeni tarixçilikdə və ona xidmət 
edən ĢərqĢünaslıqda da tapdı. 
XIX yüzildə Hindistanda (Böyük Moğollar), Orta Asiyada, Qafqazda və o sıradan Azərbaycanın 
quzeyində,  Uyğurustanda,  Türküstanda  türk  sülalələrinin  hakimiyyətlərinə  son  qoyuldu, 
ərəblər Osmanlı türklərinə qarĢı qızıĢdırıldı. 
Bütün  bunlara  haqq  qazandırmaq  üçün  bir  yol  vardı  -  turkləri  vəhĢi,  qaniçən,  xristian 
düĢməni,  rus  düĢməni,  mədəni  hind-avropalıların  və  samilərin  düĢməni,  iĢğalçı  və  hər  yerə 
gəlmə,  ümumiyyətlə  götürəndə  insanlığın,  bəĢərin  düĢməni  elan  etmək,  dünya  xalqlarını 
onlara qarĢı qaldırmaq, türkləri içdən bölük-bölük etmək. Bununla bağlı Yaxın və Orta ġərq 
tarixi  ilə  məĢğul  olan  Avropa  tarixçilərinin  və  onların  əlaltı  etdiyi  ġərq  tarixçilərinin, 
asiyaĢünasların və ĢərqĢünasların qarĢısında hansı məsələlər, problemlər dururdu? Əsasən: 
1.
 
Dünya  xalqlarını  irqlərə  bölmək.  (Bəlli  olduğu  kimi,  bunun  nəticəsində  insanlığa 
düĢmən olan irqçilik nəzəriyyəciyi törəndi). 
2.
 
Xalqları "mədəni", "qeyri-mədəni" və "barbarlar"a bölmək. 
3.
 
Dünya mədəniyyətinin bütün uğurlarını hind-avropalıların ayağına yazmaq. 
4.
 
Türkləri,  yəhudiləri,  monqolları  və  islam  dinini  bəĢəriyyətin  düĢməni,  ən  azından, 
antipodu  kimi  qələmə  vermək  (nəticədə  yəhudi  qırğınları  baĢ  alıb  getdi,  Ural-Altay 
xalqları bölük-bölük edildi, XIX yüzilin ortasında Rusiya Osmanlı sultanından tələb etdi 
ki,  müsəlmanlıqdan  əl çəkib  xristianlığı  qəbul etsin,  Volqaboyunda və Sibirdə  türklər 
zorla  xristianlaĢdırıldı,  Azərbaycan,  Mərkəz  Türküstan  və  Doğu  Türküstan  bir  neçə 
yerə bölündü). 
5.
 
Afrikalıları ən geridə qalmıĢ, barbarlar kimi qələmə vermək, qul alverinə və iĢğallara 
bəraət qazandırmaq. (Qul alveri, iĢğallar və qətl-qarət nəticəsində Afrika yüz milyona 
yaxın  insan  itirmiĢ,  yalnız  Osmanlı  sultanlarının  tələbi  və  təzyiqi  nəticəsində  ġimali 
Afrikanın müsəlman ərəb, bədəvi və bərbərlərindən qul aparılmamıĢdır). 
6.
 
Çinliləri  sarı  irqə  daxil  etmək,  sarı  irqi  bəĢəriyyətin  "sarı  çuması"  elan  etmək,  Çinə 
qarĢı birgə yürüĢə haqq qazandırmaq. 
7.
 
Osmanlı sultanlığını "xəstə adam"  elam  etmək,  onun  ərazisini və irsini mənimsəmək 
üçün  qabaqcadan  cəmiyyətdə  rəy  yaratmaq,  Avropa  və  Rusiyada  türklərdən,  türk-
monqollardan, busurman (müsəlman) və "qaralar"dan intiqam almaq vaxtının çatdığı 
fikrini yaratmaq və aĢılamaq. (Hətta A.PuĢkin də yazırdı ki, tatarlardan, xakaslardan, 
çuvaĢlardan intiqam almağın vaxtı çatıbdır). 
8.
 
Türklərin  sonradan  yaranma  və  hər  yerə  gəlmə  olduqlarını  isbatlamaq,  sonda  isə 
türklərə türk olmadıqlarını sübut etmək!
 


Stalin  türk  düĢmənçiliyində  hələ  gəncliyindən  tanınan  tacik  Ģovinisti  Babacan  Qafurovu  36 
yaĢında  Moskvadakı  birbaĢa  mərkəzi  hakimiyyətə  xidmət  edən  ġərqĢünaslıq  Ġnstitutunun 
(SSRĠ  Elmlər  Akademiyası)  direktoru  təyin  edərkən  demiĢdi:  Səni  ora  direktor  qoyuram. 
Sübut etməlisiniz ki, SSRĠ-də türk yaĢamır!  
Bu  göstəriĢ Stalinin  sağlığında həll edildi.  Bundan  sonra  ġərqĢünaslıq Ġnstitutu B.Qafurovun 
rəhbərliyi  altında  və  Leninqrad  ġərqĢünaslıq  Ġnstitutu  Güney  Azərbaycanda  və  Ġranda 
türklərin tarixən olmadığını, azərbaycanlıların isə Səlcuqlular dövründə türkləĢmiĢ irandilli xalq 
olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxmağa baĢladı. Bir sıra Avropa, Azərbaycan 
və  Ġran  institut  və  alimləri  də  onlara  qoĢuldu.  Bu  yolda  minlərlə  insan  ömrü  və  milyardlar 
xərcləndi, elmdə haqqı arayanların səsi batırıldı, eĢidilməz oldu. Azərbaycan türkləri "irandilli" 
edildi, irandillilər də "hind-irandilli", onlar da öz növbəsində "hind-avropalı" oldu.  
Bu saxtakarlığın yönəldicilərindən olan bir qrup alim (LivĢits, Qrantovski, Ġqrar Əliyev və b.) 
bir  zaman  onlara  qarĢı  çıxan  bizim  alimlərə  (mən  də  iĢtirak  edirdim)  dedilər  ki,  "siz 
azərbaycanlılar  sevinin  ki,  biz  sizi  bu  yolla  ari  irq  edirik,  dünya  mədəniyyətini  yaradan 
xalqların sırasına qoĢuruq". Mən onlara dedim: "Tarixi saxtalaĢdırmağı boynunuza aldığınıza 
və bizə açıq  etiraf  etdiyinizə  görə  çox  sağ  olun. Gün  o  gün  olsun  ki,  bunu  əsərlərinizdə də 
yazasınız! Biz türklər tarixi yaratmıĢıq, ancaq onu yazmamıĢıq. Bir gün gələr - yazarıq". (Bu 
sözləri o zaman deyəndə bilmirdim ki, Böyük Atatürk demiĢdir: "Tarixi yazmaq onu yaratmaq 
qədər çətindir!"). 
Siyasət  tarixində,  tarix  elmində  və  ĢərqĢünaslıqda  türk  düĢmənçiliyi  bir  neçə  yüz  il  davam 
etmiĢdir.  Tarix  elmi  və  ĢərqĢünaslıq  böyük  siyasətin  müĢayiətçisinə,  ara-sıra  əlaltısına 
çevrilmiĢdir.  
Ġndi  dünyanın  siyasəti  dəyiĢməkdə,  türk  düĢmənçiliyi  (antitürkçülük)  sönməkdədir.  Uzun 
müddət  dünyada  hökm  sürən  hakim  millətçi,  Ģovinist  və  imperialist  siyasətin  yerini 
demokratiyaya  dayanan  siyasət  tutmaqdadır
.  Bu  siyasət  elmdə  və  ĢərqĢünaslıqda  özünü 
hökmən  göstərəcəkdir.  Azadlığa  qovuĢan  xalqlar  öz  tarixlərinə,  keçmiĢ  mədəniyyətlərinə 
yenidən  baxacaq,  bir  çox  uydurma  və  qondarmalar,  saxtakarlıqlar  aradan  qalxacaq,  tarix 
gerçəkliyi üzə çıxacaqdır. 
Bir məsələdə daha diqqətli olmalıyıq: Avropa və Rusiyanın bir sıra tarixçi və ĢərqĢünaslarının 
əsərlərində  çox  qiymətli  cəhətlər  var.  Onların  xidmətini  heçə  endirmək  olmaz.  Etiraf  etmək 
gərək  ki,  XVIII-XX  yüzillər  Avropası  və  Rusiyası  biz  türklərin  tarixini,  ədəbiyyat,  incəsənət, 
din,  fəlsəfə  və  mədəniyyətini  bizim  özümüzdən  çox  öyrənmiĢ,  yüz  minlərlə  əlyazmalarımızı 
qoruyub saxlamıĢ, bu yolda var-dövlət, qızıl-gümüĢ, milyardlar xərcləmiĢlər. Bu baxımdan biz 
Avropa elminə və mədəniyyətinə minnətdar olmalıyıq, ondan səmərəli faydalanmalıyıq. 
Avropanın  hegemon  dövlətlərinin  və  Rusiyanın  türk  düĢmənçiliyində  ən  çox  istifadə  etdiyi 
silahlardan biri də Parsua-Ġran olmuĢdur. I Pyotr öz sələflərinə vəsiyyətində göstəriĢ verirdi ki, 
Farsistanı  (Persiya)  axıradək  əzməsinlər  -  o,  Türkiyəyə  qarĢı  mübarizədə  Rusiyaya  lazım 
olacaq.  
Yaxın və Orta ġərqdə iĢğalçılıq siyasəti yürüdən hər hansı bir Avropa dövləti belə düĢünürdü. 
Ancaq  Pyotr  (Rusiya)  Osmanlı  imperatorluğunu  dağıdandan  sonra  Persiyanı  da  dağıtmağı, 
məhv  etməyi  qarĢısına  məqsəd  qoyduğu  halda,  Britaniya  hind-avropalılarla  qohum  sayılan 
farsları "Ġran" adlanan inzibati dövlət birliyinə hakim yapmaq, onunla Hindistanla olduğu kimi 
davranmaq niyyətində idi. Ġngiltərə, Rusiya və Fransa uzun müddət Ġran uğrunda gah gizli, 
gah  açıq  toqquĢdular.  Hər  üçü  də  farslara  xüsusi  rəğbətlə  yanaĢır,  onlardan  öz  məqsədləri 
üçün istifadə etməyə çalıĢırdı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə