Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

Azərbaycanın  Arazdan  quzeyə,  Ġrəvan  xanlığını  və  Naxçıvanı  çıxmaqla,  yalnız 
beĢdə  birini  qoparmağa  nail  ola  bilmiĢdi.  Bu,  Azərbaycan  türklərinin  Rusiya 
imperiyasına  qarĢı  müharibəsinin  necə  sərt  və  dönməz  olduğuna  ən  tutarlı 
sübutlardan biridir.
 Bunu rus imperiyası açıq-aydın [dərk edirdi. Çox keçmədən 
tatarlar
 və] 
azərbaycanlılar  (azerbaydjantsı)
  termininin,  gələcəkdə  isə 
"Azərbaycan  dili"
  anlayıĢının 
yaradılmasına ilkin təkan buradan baĢladı. 
Ruslar  iĢğalçı  ordularının  tərkibində  Azərbaycana  müxtəlif  mütəxəssislər  göndərmiĢdilər 
(Rusiya  bunu  Britaniya  və  Fransadan  öyrənmiĢdi);  iĢğal  ordularının  tərkibinə  yerləĢdirilən 
tarixçi,  coğrafiyaçı,  təbiətĢünas,  həkim,  etnoqraf  və  müxtəlif  sahələr  üzrə  ekspertlər  iĢğal 
olunan  ölkə  və  xalq  haqqında  hərtərəfli  tədqiqat,  araĢdırma  aparır,  mərkəzi  hakimiyyətə 
məlumat,  hesabat,  təqdimat,  təlimat  və  s.  yazır,  imperiyaların  iĢğal  etdikləri  ölkələrdə 
siyasətlərinin müəyyənləĢməsində əsas rol oynayırdılar. 
Rusiya imperiyası öz siyasətini belə müəyyənləĢdirirdi: 
1.
 
Bütün imperiyalar kimi ayır-buyur, yəni böl-ağalıq et siyasəti yürütmək. 
2.
 
Rusların ağalığını təmin etmək. 
3.
 
Ruslardan  sonra  həm  Rusiyada,  həm  də  iĢğal  edilmiĢ  torpaqlarda  yaĢayan  baĢqa 
xristianları ruslara yardımçı və darğa etmək. 
4.
 
Çoxsaylı  xalqları  idarə  etmək  və  itaətdə  saxlamaq  üçün  onların  içərisində  yaĢayan 
azsaylı toplumlardan maksimum istifadə etmək. 
5.
 
Çoxsaylı  xalqların  içindən  rus  imperiyasına  "sadiq"  xidmətçilər,  kölə-məmurlar 
tapmaq. 
6.
 
Xalqlar arasında düĢmənçilik yaratmaq, ayrı-ayrılıqda hər birinə rusların dost, qardaĢ 
olduğunu təbliğ etmək. 
7.
 
Hind-Avropa  xalqlarının  birliyi  nəzəriyyəsini  əsas  tutaraq  onların  hamısını,  hətta 
samiləri də türklərə qarĢı yönəltmək. 
8.
 
Müsəlmanlar  arasında  təriqət,  məzhəb  ixtilaf  və  davası  salmaq,  bunun  üçün  hətta 
çarın xəzinəsindən qızıl pul xərcləmək. 
9.
 
ĠĢğalçılıq  siyasətində  rus  qadınından  hər  cür  istifadə  etmək.  Rus  çarı  Yekaterina 
demiĢdir: 
"Rus qadınının ayağı dəyməyən yeri rus generalı ala bilməz!"

10.
 
Ġmperiya ağır duruma düĢdükdə iĢğal etdiyi torpaqların elə hissəsini güzəĢtə getmək 
ki, sonralar onu geri almaq asan olsun. 
11.
 
Dünyada xristianların müdafiəçisi kimi çıxıĢ etmək. 
12.
 
Avropaya inanmamaq, ancaq ondan yararlanıb Asiyanı iĢğal edərək isti sulara çıxmaq. 
13.
 
ĠĢğal  altına  alınmıĢ  qeyri-xristianları  xristianlaĢdırmaq,  hərtərəfli  assimilyasiyaya 
uğratmaq. 
14.
 
Rusiyaya  qonĢu  ölkələri  iĢğal  etmək  və  gələcəkdə  onları  Rusiyaya  birləĢdirmək.  (Bu 
sonuncu  prinsipdə  Rusiya  Britaniyadan  çox  fərqlənirdi.  Britaniya  iĢğal  siyasətini 
özündən  çox-çox  uzaqda  -  ərəb  ölkələrində,  Hindisanda,  Çində,  Avstraliyada  və  s. 
apardığı  halda,  Rusiya  gücü  çatan  bütün  qonĢuların  torpaqlarını  amansız  zəbt  edir, 
özünə birləĢdirirdi). 
Rusiya bütün bu müstəmləkə üsullarını bu və ya baĢqa formada Azərbaycana tətbq etmiĢdi. 
1800-cü ildən 1853-cü ilədək (Krım müharibəsinin baĢlanmasınadək) Rusiya bir imperiya kimi 
çox  güclənmiĢdi.  Bu  dövrdə  bir  yandan  Qafqaz,  Azərbaycan  və  Osmanlı  imperatorluğuna, 
baĢqa  bir  yandan  Avropaya  qarĢı  müharibələr  apararaq  iĢğal  ərazilərini  həddən  artıq 
geniĢləndirmiĢ, üçüncü yandan Sibiri və Orta Asiyanı tam iĢğal etmək üçün böyük hazırlıqlar 
görmüĢdü. Rusiya 1801-ci ildə Gürcüstanı, 1803-1813 və 1826-1828-ci illərdə Azərbaycanın 
quzeyini  iĢğal  etmiĢ,  1812-1815-ci  illərdə  Fransanı  məğlub  edib  Ġngiltərəni  çıxmaqla,  bütün 


Avropanı  öz  təsiri  altına  salaraq  "dünya  jandarmı"  olmuĢdu.  Osmanlılar,  Qacarlar  - 
Azərbaycan türkləri və bir sıra Qafqaz xalqları Rusiyanın barbar iĢğalını qəbul edə bilmirdilər. 
1839-cu  ildə  Türkiyədə  orduda  və  ictimai-siyasi  həyatın  bir  çox  sahələrində  islahatlar 
keçirilməyə  baĢlandı. 
Gülxanə  xətti-Ģərifi
  adı  ilə  tanınan  bu  islahatlar  Osmanlı 
imperatorluğunu bir sıra geriliklərdən qurtarır, onu Avropaya yaxınlaĢdırırdı. 
Yüzilin  40-50-ci  illərində  Rusiyaya  qarĢı  Qafqaz  xalqlarının  azadlıq  müharibəsi  geniĢ  vüsət 
almıĢdı. 
Sonralar  bu  hərəkatın  mərkəzi  Çeçenistana  keçsə  də  ilk  öncə  ideya 
mərkəzi Azərbaycan, xüsusilə də Kürdəmir, Bakı, ġamaxı, Gəncə, Dərbənd, ġəki və 
Zaqatala olmuĢdur
. ġeyx ġamilin baĢçılıq etdiyi Ģeyx, molla və baĢqa ruhanilər nəqĢbəndi 
sufi  təriqətinin  baĢçıları  idilər  və  XVIII  yüzildə  -  XIX  yüzilin  birinci  rübündə  Azərbaycanın 
göstərilən  bölgələrində  təkkə,  dərgah  və  zaviyələr  yaratmıĢ,  bütün  Qafqaz  müridlərini 
buradan yönəltmiĢlər. 
1815-ci ildən Avropanın jandarmı olan Rusiya Avropada hər hansı bir çıxıĢ, etiraz və üsyanı 
yerindəcə boğur, özünü Avropada sabitliyin rəhni kimi qələmə verərək orada ağalıq edirdi. O, 
Avropada  özünü  bütün  dünyadakı  xristianların  bir  nömrəli  müdafiəçisi,  xristianlıq  üçün 
təhlükə  olan  "kafir"  türklərə  (o  cümlədən  "tatar-monqollar"a)  qarĢı  dayanan,  onlardan 
xristianların  intiqamını  alan  bir  dövlət  kimi  təbliğ  edir,  Avropada  ictimai  fikri  öz  tərəfinə 
çəkmək,  bununla  da  Asiyadakı  iĢğallarına  qarĢı  çıxacaq  hər  hansı  bir  dövləti  ideyaca  tərki-
silah etmək və o ölkələrin xalqlarını bu məsələdə öz dövlətlərinə qarĢı qoymaq üçün dəridən-
qabıqdan  çıxırdı.  Avropa  ictimai  fikrini  formalaĢdıran  əsas  mərkəz  - 
"London  tayms"
  qəzeti 
Londonda  Rusiyanın  qızıl  pulu  ilə  çıxırdı.  Rusiya  türk-müsəlman  dövlətlərində  yaĢayan 
xristianların  "müsəlman  zülmündən  qurtaracağını"  həyasızcasına  car  çəkirdi.  O,  bütün 
dünyanı  müsəlmanlara,  ayrıca  olaraq  türklərə  və  o  zamanlar  türk  dövlətləri  içərisində  ən 
güclü  olan  Osmanlı  imperatorluğuna  qarĢı  yönəltməyə  çalıĢırdı,  buna  bir  qədər  də  nail 
olmuĢdu; belə ki, Balkanlarda xorvat, serb, boĢnak, qaradağlı, yunan, bolqar, rumın və baĢqa 
xalqları Osmanlılara qarĢı qaldıra bilmiĢ, Avropa xristianlarında öz din qardaĢlarına mənəvi və 
maddi yardım etmək meyli və təĢəbbüskeĢliyi yaratmıĢdı.  
XIX yüzilin 40-50-ci illəri arasında Rusiya Osmanlını dünyadan tam təcrid etmiĢ, onu - "xəstə 
adam"ı  tam  məhv  etmək,  "ġərq  məsələsi"ni  birdəfəlik  həll  etmək,  dünyanın  tək  bir  böyük 
imperiyasına  çevrilmək  iddiasına  düĢmüĢdü.  Rusiya  bu  vaxtadək  hələ  belə  güclü,  belə 
qorxunc,  belə  azğın  və  hökmedici  olmamıĢdı;  Arazdan  quzeyə  bütün  Qafqazı  ələ  keçirmiĢ, 
Qacarlar  monarxiyasını  (Ģahlığını)  tam  himayəsinə  alaraq  Qacar  Ģahlarını  rus-kazak 
briqadasının  girovuna  çevirmiĢ,  batıda  1849-cu  ildə  macarların  üsyanını  boğmaqla  Avstriya 
monarxını  himayəsinə  almıĢ,  800  kiçik  knyazlığa  parçalanmıĢ  almanları  az-çox  təmsil  edən 
Prussiya monarxı Rusiyadan tam asılı hala gətirilmiĢ, Britaniya susqun bir hala gəlmiĢ və s. və 
i.a.  
Bu  dövrdə  az-çox  Azərbaycanın  quzeyində  özünə  dayaq  tapan  Qafqaz  dağlıları 
ġeyx  ġamilin  baĢçılığı  altında  Rusiyaya  qarĢı  amansız,  dönməz  və  rəĢadətli 
mübarizə aparan dünyada tək bir qüvvə idi.
 Osmanlı dövləti və Britaniya ġeyx ġamilin 
hərəkatına yalnız və yalnız gizli rəğbət bəsləyir, bir qism türk və ingilis qadınlarının toxuduğu 
yun paltarlar ġamilin müridlərinə çatdırılırdı. Bir də 1848-ci ildə Fransada yeni burjua inqilabı 
baĢ vermiĢ, Fransa Rusiyanın təsirindən uzaqlaĢmağa baĢlamıĢdı.  
QuduzlaĢmıĢ Rusiya bunlara baxmayaraq, Osmanlı dövlətini darmadağın etməyə bütün gücü 
ilə  hazırlaĢırdı. Britaniyanı bu müharibələrdə  bitərəf etmək  üçün  Rusiya  diplomatik  tədbirlər 
görmüĢ,  Qara  dəniz,  Bosfor  və  Dardanel  boğazlarında  marağı  olduğunu  Britaniyaya 
bildirmiĢdi.  Britaniya  isə  cavabında  bildirmiĢdi  ki,  onun  bu  deyilən  yerlərdə  marağı  yoxdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə