Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

1. Рийаз ал-Кудс, на тюркском языке, в XIV главах… 
9. Мелкие стихотворения на арабском, персидском, турецком и татарском языках (səh. 
206-207). 
1. Riyaz əl-Qüds, türk dilində, 14 fəsildə… 
9. Ərəb, fars, türk və tatar dillərində kiçik Ģerlər. 
Birinci  misaldan  aydın  olur  ki,  hələ  o  zamnalar  "türk  (tyurk)"  dili  rusdilli  ədəbiyyatda 
bölünməz bir anlam daĢıyırdı. 
Sonralar rusdilli əbədiyyatda bu sözü çox-çox çözələyib onu 
"türk dilləri"
 (tyurkskiye yazıki), 
sonra 
"türk  dilləri  qrupu"
,  ya  da 
"türk  dilləri  ailəsi"
  adlandırdılar.  Bir  çox  hallarda 
"türk  və 
tatar dilləri"
 də iĢlədilirdi. 
Ġkinci  misalda  bir  yerdə 
"türki  dilində"
,  baĢqa  bir  yerdə 
"türk  (tyurk)  ləhcəsində"
  Ģəklində 
göstərilmiĢdir. 
"Türki  dildə"
  danıĢan  yerli  əhalinin  (Azərbaycan  və  Qafqaz  türklərinin) 
mənĢəcə  türklər  ("turki"  yox,  "tyurok"),  monqollar  və  tatarlardan  törədiyi  də  ayrıca 
vurğulanır. Birinci misalda qumuq ləhcəsi türk dilinin bir ləhcəsi kimi göstərildiyi halda, ikinci 
misalda 
"türk  ləhcəsi"
  baĢqa  ləhcələr,  o  cümlədən  qumuq  ləhcəsi  üçün  bir  mərkəzləĢdirici, 
ləhcələr arasında bir bağlayıcı və bütün Qafqazda ünsiyyət vasitəsi kimi təqdim edilir. 
Bakıxanov  qeyd  edir  ki,  bu  ləhcənin  indiyədək  qrammatikası  yoxdur,  yəni  yazılmayıb.  Ayıq 
oxucu elmin siyasət adına, siyasət "xatirinə" necə dolaĢdırıldığını aydın, açıq görür. Və görür 
ki,  burada  əsas  məqsəd  Azərbaycan  türklərinin  dilini  türk  dilindən  nəyin  bahasına  olursa-
olsun 
qoparıb
 (!) ona yeni bir ad - qondarma ad qoymaqdır. Orta səviyyəli filoloq da bilir ki, 
qrammatika dil haqqında elmdir; əgər hər hansı bir ləhcənin qrammatikasını yazmağa cəhd 
göstərilirsə,  deməli,  ya  o  ləhcənin  qrammatikası  onun  daxil  olduğu  dilin  qrammatikasını 
"mənimsəyəcək",  ya da bu  ləhcədən  zorla,  hansısa  bir məqsəd  üçün  dil düzəltmək, onu  dil 
kimi qələmə vermək lazım gələcək. 
Üçüncü  misalda  məsələ  bir  qədər  də  aydınlaĢır.  Bakıxanovun  özünün  tərtib  etdiyi  siyahıda 
birinci  əsərini  türk  dilində  (na  tyurkskom  yazıke)  yazdığını  bildirir.  Hamımıza  bəllidir  ki,  bu 
əsəri müəllif türk dilinin  Azərbaycan ləhcəsində yazıb. O, əsərlərinin siyahısının doqquzuncu 
nömrəsində kiçik Ģerlərini həm də türk (turetskom) və tatar dillərində yazdığını bildirir. Bəlli 
olduğu  kimi,  Bakıxanov  tatar  dilində  Ģer  yazmayıb.  O,  burada  da 
tatar  dili
  dedikdə 
Azərbaycan türklərinin dilini, "turetskom" dedikdə yalnız Osmanlı imperatorluğunda yaĢayan 
türklərin dilini nəzərdə tutur. 
Elə  çıxmasın  ki,  biz  burada  Bakıxanovun  necə  dolaĢdığını  göstərməklə  onu  tənqid  etmək 
fikrimiz  var.  Yox,  əsla  yox.  Bizim  əsas  məqsədimiz  rus  imperiyasının  ELMi  öz  iĢğalçılıq 
siyasətinə görə necə, hansı yollar və hansı mərhələlərlə saxtalaĢdırdığını, elmin (ayrıca olaraq 
da  tarix,  etnoqrafiya  və  filologiyanın)  siyasətə  necə  qurban  edildiyini  və  verildiyini 
göstərməkdir.  Bakıxanov  isə  bilikli  alim  və imperiyanın  yüksək  rütbəli  məmuru  olduğu  üçün 
onun yaradıcılığı bizim araĢdırmamıza tutarlı nümunələrdən biridir. Onun bir əli siyasətdə, bir 
əli  elmdə  idi.  O,  məmur-alim  təbəqəsinəmi  deyək,  qrupunamı  deyək  daxil  idi.  Yazıq,  min 
yazıq,  bu  məmur-alimlər,  ya  da  alim-məmurlar  həmiĢə  ikilik  arasında  qalmıĢ,  tez-tez  ya 
bilərəkdən,  ya  da  bilməyərəkdən  çaĢmıĢ,  aldanmıĢ,  aldadılmıĢ  və  xalqı  da  çaĢdırmıĢ, 
aldatmıĢlar. Yazıq, nə yazıq ki, bu növ alim-məmurlar bugünümüzdə də az deyil. Azərbaycan 
Elmlər  Akademiyasının  akademikləri  -  Ġqrar  Əliyev,  Ağamusa  Axundov  və  onların  bir  çox 
davamçıları bu zümrədəndirlər. 


AraĢdırdığımız  məsələnin  bir  az  da  dərinliyinə  baxaq.  XIX  yüzilin  birinci  yarısında  Rusiyanın 
siyasət  alim-ekspertləri  Azərbaycan  və  onun  xalqı  haqqında  mərkəzə  yazırdılar  ki,  buranın 
əhalisi  türkdür  və  özlərinə  də 
türk
  deyirlər.  Onların  mənĢəyi  türk,  türkmən,  tatar,  oğuz  və 
monqollarla  sıx  bağlıdır.  Rusiyanın  təbəəliyində olanları  ya 
oğuz
,  ya  da 
tatar
  adlandırmaqla 
onları türklərdən ayırmaq olur!!
 
BaĢqa  bir  hesabatda  isə  təklif  edilirdi  ki,  onları  ölkənin  adına  uyğun 
azərbaycanlı 
(azerbaydjantsı, aderbaydjantsı)
 adlandırmaq daha doğru (oxu: imperiya məqsədlərinə daha 
yararlı)  olardı. 
Bəli,  xalqın 
"türk"
  adını 
"azərbaycanlı"
  adı  ilə  əvəz  etmək  fikri  elə 
Türkmənçay  müqaviləsi  bağlanan  andan  meydana  çıxmıĢdı.
  Krım  müharibəsindən 
sonra imperiya xalqımızın və dilimizin adının dəyiĢdirilməsinə yönəlik cəhdini daha da artırdı. 
Təklif olunan 
monqol, türkmən
 və 
oğuz
 adları rusdilli ədəbiyyatda daha görünmürdü. Ən çox 
üç  ad: 
türk,  tatar,  azərbaycanlı
  adları  iĢlədilirdi.  On  doqquzuncu  yüzilin  sonları  -  iyirminci 
yüzilin  baĢlarında  Azərbaycanın  gerçək  aydınları  daha  çox 
"türk  xalqı"

"türk  dili"
  yazdıqları 
halda,  imperiya  xidmətçiləri 
"tatar  xalqı"

"tatar  dili"

"azərbaycanlı"

"Azərbaycan  dili"
 
yazırdılar.  
Rusiya  onun  tərkibində  yaĢayan  türkləri  dörd  yerə  bölmüĢdü:  1.  Qazan  tatarları;  2.  Krım 
tatarları; 3. Qafqaz tatarları (Azərbaycanın quzeyində, Ermənistanda və Gürcüstanda yaĢayan 
türklər də buraya daxil idi); 4. Sibir tatarları.  
Sadə  bir  misal:  Gürcüstanın  Qori  Ģəhərində  Qori  seminariyasının  yanında 
rus-türk  məktəbi
 
açıldı,  adı  isə 
"rus-tatar məktəbi"
  qoyuldu. Sonralar bu məktəb  görkəmli Azərbaycan  aydını 
Firidun  bəy  Köçərlinin  zəhməti  nəticəsində  Azərbaycanın  Qazax  Ģəhərinə  köçürüldü  və  adı 
dəyiĢdirilib "rus-türk məktəbi" edildi. 
BaĢqa  bir  misal:  hələ  vaxtilə  Səttar  xan  hərəkatına  bir  yazısında  toxunan  Lenin  yazırdı  ki, 
Qafqaz 
tatar  yarımziyalıları
  rus  təbəəsi  olduqlarını  yaddan  çıxararaq  Təbriz  hərəkatına 
yaxından kömək və onda iĢtirak edirlər. 
1918-ci ildə Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) yarananda 
xalqın  və  onun  dilinin  adı  "özünə  qaytarıldı". 
"Tatar  dili"

"Azərbaycan  dili"
  ifadələri  daha 
iĢlədilmədi. 
Göstərdiyimiz  kimi, 
"Azərbaycan  dili"

"azərbaycanlı"
  ifadələri  Türkmənçay 
müqaviləsi  dövründə  təklif  edilsə  də  bu  təklifi  rus  imperiyasının  davamı  olan 
Sovetlər Birliyində imperiya siyasətinin ən quduz davamçısı Stalin yerinə yetirdi. 
Onun  əmri  ilə  dilimiz 
"Azərbaycan  dili"
  adlandırıldı.
  Bu  haqda  çox  yazıldığına  görə, 
əlavə araĢdırmaya ehtiyac duymuruq. 
Yeri  gəlmiĢkən,  göstərək  ki,  Azərbaycanın  güneyində  türk  dilinin  durumu  bambaĢqa 
olmuĢdur.  Orada  hakimiyyət  uzun  müddət  türk  Qacarların  əlində  idi  və  türk  dilinin  adının 
dəyiĢdirilməsi Qacarların siyasəti üçün elə bir əhəmiyyət kəsb etmirdi. Qacarlardan sonra da 
Pəhləvilər və fars Ģovinistləri "türk dili"nin varlığını danmamıĢlar, ancaq orada baĢqa siyasətə 
əl  atmıĢlar.  Pəhləvilər  dövründə  və  ondan  sonra  da  belə  bir  qondarma  nəzəriyyə  ortaya 
atılmıĢdı  ki,  bəs  sən  demə,  Azərbaycanda,  Fars,  Xorasan  və  baĢqa  əyalətlərdə  yaĢayan 
türkdilli xalqlar əvvəllər, uzaq keçmiĢdə mənĢəcə irandilli (?) olmuĢlar, yalnız XI-XII yüzillərdə 
Səlcuq imperiyası dövründə türkləĢərək (!) öz mənĢələrindən uzaqlaĢmıĢlar; deməli, bu xalq 
(Azərbaycan  türkü)  bu  gün  dilcə  türkdilli  olsa  da  əslində  iranmənĢəli,  yaxud  hind-Avropa 
mənĢəlidir, yəni farslarla bir kökdəndir. Bu isə türklərin kökünün danılması, yaxud kökündən 
qazılaraq assimilyasiya edilməsi demək idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə