Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə12/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

31
Platonun etik fikirlərinə “Fedon”, “Sokratın tərifi”, “Qanunlar”, “Dövlət”, “Ziya­
fət”, “Teatet”, “Protaqor” və s. əsərlərində rast gəlirik.
Platon fəlsəfəsinin və etikasının həm tərəfdarları, həm də rəqibləri var idi. 
Onu  qəbul  etməyənlər  sırasında  e.ə.  IV  əsrdə  qədim  yunan  filosofu Antisfen 
tərəfindən  əsası  qoyulmuş  kiniklər  məktəbi  də  var  idi.  Onlar  Platonun  xoş­
bəxtlik haqqında təsəvvürlərini abstrakt və qeyri­mümkün hesab edir və hər bir 
insanın fərdi xoşbəxtliyini buna qarşı qoyurdular. Antisfen həzz almaq hissini 
rədd  edirdi:  “Həzz  almaqdansa,  dəli  olmaq  yaxşıdır”.  İnsan  təbii  halda  olsa 
yax şıdır. Nə varlılar olmalıdır, nə də kasıblar. Bu məktəbin digər nümayəndəsi 
Sinoplu  Diogendir.  O  harada  gəldi,  hətta  çəlləkdə  yaşayır,  primitiv  geyinir, 
yabanı  qida  yeyir  və  yalnız  su  içirdi.  Diogen  insanları  mənəvi  azadlığa  və 
cəmiyyətdən  asılı  olmamağa  çağırırdı.  Makedoniyalı  İskəndər  bir  dəfə  görüş 
zamanı ondan nə istədiyini soruşduqda, o belə cavab verib: “Burdan çəkil və 
işığın qabağını kəsmə”. Maddi nemətlər və insanın həzz almağa olan təbii arzu­
ları  onu  korlayır.  Var­dövlətdən,  həzz  almaqdan,  ictimai  təltiflərdən  imtina 
etmək və bunları qınamaq, öz mənəvi alə minin dərinliklərinə baş vurmaq qabi­
liyyəti insanın ən ali fəzilətidir. Beləliklə, kiniklərin təlimi – hedonizmin neqa­
tiv formasıdır.
Kirenaiklər hesab edirdilər ki, duyğular xoşagələn və xoşagəlməyən olur. 
Xoşagəlməyən duyğular əzab gətirdiyi üçün şər, xoşagələn duyğular isə həzz 
yaratdığı  üçün  xeyirdir.  Aristippə  görə  xoşbəxtlik  ləzzət  və  zövq  hissidir. 
Kirenaiklərin  etikası  hedonizmlə  bağlıdır  (hedone  –  latınca  həzz,  zövq 
deməkdir).  Aristipp  insanın  həyatının  məqsədini  həzz  almaqda  görürdü. 
Onun  fikrincə,  insan  3  növ  psixi  vəziyyətə  düşə  bilər:  1)  həzz;  2)  iztirab; 
3) neytral.
Stoisizm (yunanca portik – “binaya yapışıq sütunlu eyvan” sözündən olub, 
stoiklərin  yığıldığı  yeri  bildirir)  e.ə.  IV  əsrdə  Kitionlu  Zenon  (e.ə.  336­264) 
tərəfindən  yaradılıb.  Stoiklərin  fikrincə,  insan  müdrik  və  əxlaqlı  olmaq  üçün 
daim özünü tərbiyə etməlidir. Buna görə də fəzilət həzlə deyil, kamilləşmə ilə 
əlaqədardır. Yalnız insanın mənəvi kamilliyi ətrafdakı mənəviy yat sızlığa müqa­
vimət  göstərə  bilər.  Mənəviyyatın  zirvəsi  ehtiraslara  etinasız  olmaqdır,  çünki 
hiss və ehtiraslara, hətta xoşniyyətli hiss və ehtiraslara tabe olmaq zəiflik əla­
mə tidir.  Əsl  xoşbəxtliyin  həzlə  əlaqəsi  yoxdur,  var­dövlət,  şöhrət  və  digər 
nemətlərin  səbəbi  taledir.  Mədəniyyətin  zirvəsi  insanın  onsuz  da  dəyişə  bil­
məyə cəyi hadisələrə mane olmamaqdır. Stoisizmin son, Roma dövrü – Seneka, 
Epiktet, Mark Avrelinin adları ilə bağlıdır. Onların fikrincə, insan daim öz bor­
cunu yerinə yetirməlidir. Əxlaqın əsas anlayışları borc, xeyir, şər və s. daimi tələb­
lər olub, insanın taleyi ilə əlaqədardır. Borcu yerinə yetirmək özü xoşbəxtlikdir.
Epikur  (e.ə.  341­270)  etikanı  fəlsəfənin  əsas  sahəsi  hesab  edirdi.  Onun 
fikrincə, etika Yer üzündə insanın xoşbəxtliyinə nail olmaq haqqında təlimdir. 


32
Xoşbəxtlik əzab və həyəcandan uzaq olan daha möhkəm və uzunmüddətli his­
dir.  Həyatın  məqsədi  və  ən  ali  neməti  bədənin  sağ lam lığı,  qəlbin  rahatlığı, 
mənəviyyatın  meyarı  isə  hislərdir.  Əxlaqın  çıxış  nöqtəsi  xoşbəxtlikdir.  Hedo­
nizm  kimi  evdemonizm  (latınca  “xoşbəxtlik”)  də  qədim  yunan  etikasında 
mühüm  yer  tutur  ki,  bu  da  daha  çox  Epikur  yaradıcılığında  inkişaf  tapıb. 
Xoşbəxtliyə çatmaq təbii cəhddir. Xoşbəxt həyatın əvvəli və axırı həzdir. Həzz 
insanın ilk fitri nemətidir. Bu müddəa Epikuru hedonistlərlə yaxınlaşdırır. Əsl 
xoşbəxt həyat – həyəcan və iztirabsız həyatdır. Ona biliklə və əxlaq normaları­
na riayət etməklə çatmaq olar. Əlbəttə, heç də həmişə dərd və iztirabdan yaxa 
qurtarmaq  mümkün  deyil,  hər  bir  həzdə  iztirab  da  olur.  Həzz  2  cür  olur: 
1) qida, yaşayış yeri, geyim və sairədən alınan maddi, fiziki həzz; 2) bilik və 
dostluqdan alınan mənəvi həzz. Bunlar ağılla seçilməlidir. Xəstəlik və iztirab 
gətirən fiziki həzdən qaçmaq, sadə və xeyirli həzzə can atmaq lazımdır. Bəzi 
müəlliflər, məsələn, V.Q.İvanov antik etikanın zirvəsində Aristoteli deyil, məhz 
Epikuru görür .
Aristotel (e.ə. 384­322) nəzəri problemlərin həllində öz dövrünü qabaqlaya­
raq e.ə. IV əsrədək mövcud olan bir sıra elm sahələrini ümumiləşdirir. Qədim 
dövrün etik fikir tarixində və onun inkişafında müstəsna rol oynayan dahi filo­
sof  etika  elminin  məsələlərini  sistemləşdirir.  İlk  dəfə  olaraq Aristotel  etikanı 
elmi­fəlsəfi biliklər sisteminə daxil edərək onu ruh haqqında elm olan psixolo­
giya və dövlət haqqında elm olan politikanın ortasında yerləşdirir. Aristotel eti­
kanı öz ictimai­siyasi baxışlarına uyğun işləyərək hesab edir ki, etika siyasət və 
iqtisadiyyatla  çox  bağlıdır.  “Nikomax  etikası” Aristotelin  əxlaq  problemlərini 
daha dərindən ifadə etdiyi nəzəri traktatdır. Burada Aristotel etikanı predmeti 
əxlaq  olan  cəmiyyət  haqqında  elmin  bir  növü,  tətbiqi  və  praktik  elm  kimi 
nəzərdən  keçirir.  Əsərdə  Aristotel  oğluna  düzgün  davranışla  əlaqədar  öyüd­
nəsihət verir. Əgər Demokritin etik təlimi aforizmlərə əsaslanırdısa, Platon öz 
fikirlərini  dialoq  formasında,  Aristotel  isə  monoloq  formasında  ifadə  edirdi. 
Bədiilikdən və gündəlik məişət düşüncələrindən uzaq olan “Nikomax etikası” 
əsəri  əsl  elmi  əsər  kimi  qiymətləndirilir.  Aristo telin  fikrincə,  əxlaqi  sistem 
yaratmaq üçün əvvəlcə müəyyənləşdirmək lazımdır ki, nemət nədir? İkincisi, 
insan  bu  nemətləri  (burada  hərəkətin  qiymətləndirilməsi  və  iradə  azadlığı 
problemləri qoyulur) qazana bilərmi? Üçüncüsü, nemətə çatmaq üçün (fəzilət, 
onun  mahiyyəti  və  tərbiyə  imkanları  problemi)  hansı  yolla  getmək  lazımdır? 
Və dördüncüsü, insan cəhdlərinin daha layiqli məqsədi olan ali nemətlər nədir? 
Əsər nemətlər, fəzilətlər, iradə azadlığı haqqında təlimlərdən ibarətdir. Traktat 
mənəvi ideal haqqında mühakimə ilə bitir ki, bunu da hamı başa düşmür. Aris­
totel  fəzilətlərin  fitri  deyil,  sonradan  qazanılan  keyfiyyət  olduğunu  söyləyir. 
Aristotel  özünün  ruh  haqqında  təliminə  uyğun  olaraq  fəzilətlərin  təsnifatını 
verir. Fəzilətlərin spesifikasını  müəyyənləşdirən Aristotel psixologiyaya müra­


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə