Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə13/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

33
ciət  edir.  Mənəvi  fəzilətlər  ruhun  hansısa  vəziyyəti  deyil  və  insana  təbiət 
tərəfindən  verilməyib,  təbiət  yalnız  fəzilətli  olmaq  üçün  şərait  yaradır.  Bütün 
əxlaqi fəzilətlər insanın fəaliyyəti zamanı həyata keçir. Bunlara – ədalət, dost­
luq, məhəbbət, mərdlik, mötədillik, əliaçıqlıq, sülhsevərlik, xoşxasiyyətlilik və 
s. aiddir. Bütün bunlar həm də ictimaidir. Fəzilətlər fitri olmadığı üçün Aristotel 
onların  tərbiyə  olunmasına  xüsusi  fikir  verirdi.  Özü  də  yalnız  uşaqlar  deyil, 
bütün  vətəndaşlar,  hətta  insanın  emosional  qavrama  qabiliy yəti  və  hisləri  də 
tərbiyə edilə bilər. Aristotel etikasında mühüm yer tutan ədalət digər insanlara 
münasibət zamanı fəzilətə çevrilir.
Fəlsəfədə olduğu kimi, Roma etik fikri də yunan mədəniyyətinin təsiri altın­
da olduğunu büruzə verir. Əgər ədəbiyyatın, xüsusən də poeziyanın təsiri e.ə. 
III­II  əsrlərdə  bilindisə,  fəlsəfənin  inkişafına  e.ə.  155­ci  ildə  Romada  açılmış 
Afina səfirliyi təkan verdi. Onun fəaliyyətində stoiklərdən Diogen, Akademiya­
nın başçısı skeptik Karnead və peripatetik Kritolay iştirak edirdi. İlk Roma filo­
sofu  sayılan  Siseron  fəlsəfi  biliklərin  yayılmasına  çalışaraq  etikada  stoisizmə 
meyil edirdi. Parlaq üsluba malik olmasına baxmayaraq, etikası heç bir orijinal­
lığı ilə fərqlənmədiyi üçün Siseronun etik baxışları əks olunmuş əsərlərinin yal­
nız adlarını çəkməklə kifayətlənirik: “Tuskulan söhbətləri”, “Ali nemət və şər 
haqqında”, “Borc haqqında”.
Epikurun davamçısı Lukretsi Kar (e.ə. 199­44) “Şeylərin təbiəti haqqında” 
poemasında Epikurun etika və naturfəlsəfəsinə yenidən qayıdır.
Ən  varlı  romalı  olan  Seneka  (e.ə.  4  –  e.65)  siyasi  xadim,  yazıçı,  filosof­
moralist (əxlaqa aid əsərlər yazan yazıçı) idi. İlk növbədə əxlaq müəllimi kimi 
tanınan Senekanın şeirləri, pyesləri və pamfletləri içərisində “Qəzəb haqqında”, 
“Mərhəmət  haqqında”,  “Xoşbəxt  həyat  haqqında”  və  s.  traktatları,  həmçinin 
“Lusiliyə  məktubları”  vardır  ki,  bunlarda  da  müəllifin  etik  təlimi  daha  çox 
özünü büruzə verir.
Antoninlər  sülaləsinin  imperatoru,  Roma  stoisizminin  son  nümayəndəsi 
Mark Avreli əxlaq müəllimi olmağa çalışmasa da, filosofluq edərək qısa qeyd­
lər  yazırdı  ki,  bunlar  da  onun  ölümündən  sonra  işıq  üzü  görmüşdü.  “Özümə 
qarşı  düşüncələr”  adlı  gündəliyində  müəllif  həyat,  onun  yaranması,  insanın 
mövqeyi barədə fikirlər yürüdürdü.
Ümumiyyətlə, antik etika hedonizm mövqeyində dayanaraq hesab edir ki, 
insanın  fəa liy yətinin  məqsədi  xeyir  və  mənfəət  əldə  etmək,  həzz  almaq  və 
xoşbəxtliyə çatmaqdır, lakin bu nun la belə, insan öz kefinin əsiri olmamalıdır, 
hər şeydə ölçü gözləməlidir.


34
4. Orta əsrlərdə və yeni dövrdə etik fikir
Orta əsrlərdə istər Şərqdə, istərsə də Qərbdə, yəni Avropa ölkələrində etik 
fikir  dini  ideologiya  çərçivəsində  inkişaf  edirdi.  Kökləri  eranın  əvvəllərində 
Şərqin  mistiklərindən  başla yan  dini­etik  təlimlərin  və  xristianlığın  ideya 
mənbələrindən  biri  stoiklərin  fəlsəfəsi  oldu.  Mə sələn,  İskəndəriyyəli  Filon 
(təxm. e.ə. 25 – təxm. e.ə. 40) İncili və yunan mifologiyasını şərh edərək dini 
etikanı ehtiyatla təbliğ edirdi. Onun fikrincə, heç olmasa, bir gün yaşayan insan 
artıq  günahsız  deyil.  İnsanların  mənəvi  həyatının  əsas  vəzifəsi  Allahı  təqlid 
etməkdir. Dinə tabe edilən əxlaq teoloji xarakter daşıyırdı. İlk yarandığı vaxt­
larda xristian əxlaqı, əsasən, demokratik və proqressiv idi. Xristian etikasının 
ən  böyük  nailiyyətlərindən  biri  bütün  insanların  Allah  qar şısında  bərabər 
olması  ideyasının  tərənnümü  oldu.  Dini  əxlaqın  ali  prinsiplərinə  adam  öldür­
məyin və əxlaqsızlığın qadağan olunması da daxil idi. Lakin əfsuslar olsun ki, 
özlərini xristian adlan dıranlar əksər hallarda nəinki buna əməl etmirdilər, hətta 
bunun əksini edirdilər. Məsələn, səlib yürüşlərində, inkvizisiya tonqallarında nə 
qədər  adam  həlak  olmuşdu.  Vatikan  ilahiyyatçıları  Hit ler  və  Mussolininin 
ənənələrinə xeyir­dua verirdilər.
Yeni  dövrün  qabaqcıl  mütəfəkkirləri  antik  dövrün  mütərəqqi  ənənələrini 
davam  etdirərək  dini­asketik  ideyalara  qarşı  çıxır,  insanların  xoşbəxt  olmaq 
hüquqlarını və bərabərliyini təbliğ edirdilər. Onların fikrincə, əxlaq müstəqil 
sahə olmalı, dindən asılı vəziyyətə düşməməlidir. İn san lar mənəvi zənginliyə 
kilsənin köməyi olmadan da çata bilərlər. Əxlaq kilsə boyundu ruğun dan xilas 
olmalıdır.  Etika  ilahiyyatdan  ayrılıb  fəlsəfənin  müstəqil  sahəsinə 
çevrilməlidir.  Belə  istiqamət  götürənlər  içərisində  italyan  Cordano  Bruno 
(1548­1600),  fransız  Rene  Dekart  (1596­1650), 
holland  Benedikt  Spinoza  (1632­1677),  ingilislər 
–  Tomas  Hobbs  (1588­1679),  Con  Lokk  (1632­
1704)  və  başqaları  var  idi.  Spinoza  hətta  “Etika” 
adlı  kitab  da  yazmışdı.  XVIII  əsrin  Avropa 
maarifçiləri, o cümlədən fransız materialist filosof­
ları  da,  məsələn,  D.Didro,  (1713­1784),  J.O.La ­
metri  (1709­1751),  K.A.Helvetsi  (1715­1771), 
P.A.Holbax (1723­1789) etik fikir tarixində özünə­
məxsus  iz  buraxmışlar.  Onlar  əxlaq  məsə lələrini 
elmi  sə viyyəyə  qaldıraraq  insanın  davranışını 
onun təbii halı ilə əla qə ləndi rirdilərsə, alman klas­
sik fəlsəfəsinin nümayəndələri olan İ.Kant (1724­
1804)  və  G.Hegel  (1770­1831)  etikanı  həyatdan 
İ.Kant


35
ayırmağa  çalı şırdılar.  Kantın  etika  sahə sində  tarixi  xidmətlərindən  biri  borc 
problemi ilə əlaqədardır. Borc problemi Kantın etikasında mər kəzi yer tutur. 
G.Hegelə  görə  əxlaq  insan  təbiətinə  yad  olmasa  da,  ona  əvvəldən  xas  olan 
xüsusiyyət  də  deyil.  İnsan  doğularkən  nə  xeyirxah,  nə  də  bədxah  olur.  Bu 
xüsusiyyətlər  nəyinsə  nəticəsində  əldə  edilir.  Hər  bir  insanın  müəyyən 
məqsədi olur. Əsas məqsəd isə sərvətə çatmaqdır. Hegel üçün əsas əxlaq kate­
qoriyaları  borc,  xeyir  və  vicdandır.  Əxlaq  yalnız  cəmiy yətdə  mövcud  ola 
bilər. Hegelin əsas etik fikirləri “Ruhun fenomenologiyası” və “Hüquq fəlsə­
fəsi” əsərlərində öz əksini tapmışdır. Hegel fəlsəfəsi üçlük üzərində qurulub: 
1) tezis; 2) antitezis; 3) sintez. Hegel mənəviyyatı “obyektiv ruhun” mərhə­
lələrinə aid edir. Mənəviyyat obyektiv ruhun hərəkətinin məhsuludur. Burada 
ruh triada pillələri ilə inkişaf edir: 1) hüquq; 2) əxlaq; 3) mənəviyyat. Hüquq 
tezis olub, azadlıqdan uzaq olan xarici zərurətə tabedir. Əxlaq antitezis olub, 
subyektiv şüurdur, fərdin vicdanıdır. Mənəviyyat sintez olub, əsl azadlıqdır, 
hüquq  və  əxlaqın,  zərurət  və  subyektiv  iradənin  qovuşmasıdır.  O,  ictimai 
həyatda ger çəkləşir ki, Hegel burada mənəviyyatın inkişafının üç formasını – 
ailə, vətəndaş cəmiyyəti və dövləti ayırır. Hegel bu ictimai formalara istinad 
edərək,  etikanı  fərdin  dövlət  qarşısındakı  konkret  vəzifələrinin  məc musuna 
çevirir.
XX əsrdə etika artıq əxlaq haqqında müəyyən biliklər sisteminə çevrilib ki, 
bu da özü nəməxsus elmi kateqorial aparata malikdir. Tarixi inkişafın müxtəlif 
mərhələlərində etika müəyyən problemlərin həlli yollarını və bəzi spesifik sual­
ların cavabını axtarmağa çalışmışdır. Belə problemlərə əxlaqi fəzilətlər, əxlaq 
normaları, insanın davranış qaydaları, bunlarla əlaqədar tələblər və s.; haqqında 
danışılan  spesifik  suallara  isə:  “xeyir  və  şər  nədir?”,  “insanın  mənəvi  borcu 
nədir?”, “insan özünü necə aparmalıdır?” və s. aiddir. Bu problemlərlə norma­
tiv etika məş ğul olur.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə