Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə15/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   11   12   13   14   15   16   17   18   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

31 


deməsi, quşların cikkiltiləri, qanad şıppıltıları içində əriyib itsin və qonşular bu işdən xəbər 

tutmasın. Bendisyon Alvarado, qanadlı sakinlərinin halına acımadan, bədbəxt quşları elə hey 

çimdikləyirdi ki, səslərini kəsməsinlər, bircə heç kim oğlunun qaynar nəfəsini - qadınları 

soyundurmadan, özü də soyunmadan, küçük zingiltisiylə zingildəyib, acı tənhalıq yaşı yanağını 

islada-islada, özünü ayaqüstü rahatlayan bu kəmhövsələ, zəif kişinin səsini eşitməsin. Bütün bu 

vay-həşirdən hürkən toyuqlar otaqlara doluşub özlərini sərin künclərə soxdular. Hava isə 

sərinləmək bilmirdi ki, bilmirdi. Hava, elə bil ərinmiş şüşə idi. «Can bala, avqustun bu cəhənnəm 

istisində, günorta saat üçdə bu nə sevgibazlıqdı?!» 

Xarici dövlətlərin qoşunları ölkədən çıxıb gedənəcən prezident çox kasıb idi, ixtiyarı da öz 

əlində deyildi. Qoşun isə ölkəni çox tez bir zamanda, müqavilə müddəti başa çatmamış tərk etdi. 

Səbəbi çox sadə idi: ölkəni taun bürümüşdü. Taundan qorxuya düşmüş qoşun, zabitlər yaşayan 

kottecləri hissə-hissə söküb yük maşınlarına yığır, çəmənliyə sərdikləri sintetik, mavi 

gölməçələri xalça kimi bürmələyib döşəmələrdən qoparır, bizim çayların bulanıq suyundan 

istifadə eləməmək üçün, özləriylə gətirib gəldikləri su sisternlərini boşaldıb zirzəmilərə yığır, 

tikib ucaltdıqları hərbi qospitalların ağ binalarını, kazarmaları partladırdılar ki, heç kim onların 

inşaat sirrlərini öyrənə bilməsin. Bircə, isti iyun gecələri, tez-tez admiralın qorxunc ruhu görünən 

limanda yırğalanan qədim, zirehli gəmiyə toxunmadılar. Hərbi donanmadan onlara yadigar qalan 

bircə bu zirehli gəmi oldu. Qalan nə vardısa, hamısını yığışdırıb öz yel qatarlarında apardılar. 

İstirahət avadanlıqlarını, xırda müharibələr üçün gətirdikləri ləvazimatları da yığışdırıb özləriylə 

apardılar. Bütün bunları aparmazdan əvvəl öz vicdan borclarını yerinə yetirməyi də unutmadılar 

– ölkə rəhbərini qarşılıqlı mehriban münasibətlərinə görə medalla təltif etdilər, sonra isə: - 

«Vəssalam! İndi bu murdar məmləkətdə tək qal! Görərik bizsiz neyləyəcəksən!» - deyib elə 

çığırdılar ki, səsləri ölkəni başına götürdü. Və getdilər. «Getdilər, ana, cəhənnəm oldular axır!» 

Və nəhayət ki, o, pilləkənlərlə ilk dəfə, daha naxıra girən öküz kimi yox, ağa kimi qalxa-qalxa, 

heç kimdən qorxmadan, heç nədən çəkinmədən, ucadan əmrlər verməyə, bütün təklif və 

xahişlərə şəxsən özü nəzarət eləməyə başladı: «Xoruz döyüşlərinə icazə vermək olar?» - «Mən 

razı!» «Çərpələng necə, göyə çərpələng buraxmaq olar?» - «Olar!» O, qəsbkarların qadağan 

etdiyi bütün əyləncələri yenidən bərpa etdi və qadağaları ləğv etdikcə, öz hökmranlığının 

əzəmətini duydu, sonradan görəndə ki, onun bir sözünü iki eləyən yoxdu, hakimiyyəti doğrudan-

doğruya təkbaşına, şəxsən özü idarə eləməyə - ilk növbədə milli bayrağın zolaqlarının yerini 

dəyişib yuxarı zolağı aşağıda, aşağı zolağı yuxarıda yerləşdirdi, dövlət gerbindəki firqə qapağını, 

başıaşağı çevrilmiş əjdahayla əvəz eləməyi əmr etdi. Ona görə ki, biz artıq xaltasızıq, ana! 

«Yaşasın taun!» 

Xarici qəsbkarlar ölkədən çıxıb gedənəcən keçirdikləri miskin həyat - biabırçı asılılıq və 

kasıbçılıq, hətta arada bir dilənçi vəziyyətinə düşməkləri Bendisyon Alvaradonun heç cür 

yadından çıxmır, Patrisio Araqonesin ölümüylə qurulan tamaşadan sonra da, oğlu tabutdan 

xortlayıb üsyanı yatırdandan sonra da, bolluq və müvəffəqiyyət dənizində üzəndə də Bendisyon 

Alvarado yenə ehtiyac içində yaşadıqlarından danışıb şikayətlənirdi. O günlər, əvvəl-əvvəl heç 

nədən xəbəri olmayan Bendisyon Alvarado, onu dinləməyə hövsələsi çatanlara, prezidentin anası 

ola-ola, bu cındır tikiş maşınından savayı heç nəyi olmadığından, oğlunun müflis vəziyyətindən 

şikayətlənirdi: «Siz onu faytonda görürsünüz, senyor, onu məşəllərlə müşayiət edirlər, amma, 

yazıq balamın qəbristanlıqda ovuc boyda yeri belə yoxdur. Ayağını uzadıb ölməyə özü üçün bir 

qarış torpaq belə almayıb, balam. Bu da işdi, senyor?.. Bu qədər əlləş-vuruş, bu da axırı...» Bir 

qədərdən sonra isə arvad daha oğlunun dərdlərindən söz açmırdı, çünki oğlu daha öz dərdlərini 

anasıyla bölüşmürdü, ona heç nə barədə danışmırdı, həmişə elədiyi kimi, arada bir vaxt tapanda 

yanına qaçıb dövlət işlərində qurduğu kilkəli torlardan, gizli sirlərindən söz açmırdı. 

Ümumiyyətlə, qəsbkarlar ölkədən çıxıb gedəndən sonra oğlu çox dəyişmişdi, hərdən Bendisyon 

Alvaradoya elə gəlirdi ki, oğlu ondan da qocadır, ona elə gəlirdi ki, oğlu, hansı möcüzəyləsə, 

vaxtı da qabaqlayırd. Axır vaxtlar anası hiss eləməyə başlamışdı ki, oğlunun nitqi də get-gedə 

anlaşılmaz, qocasayağı əlaqəsiz olub, o, sözlərdə büdrəyir, fikirləri, sapı qırılmış muncuq kimi 

pərən-pərən düşür, hərdən bir də ağzının suyu axır... Onda Bendisyon Alvaradonun ürəyi əzilirdi, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

32 


ananın oğula yox, qızın ataya yazığı gələn kimi, ürəyinin başı sökülürdü. Ürəyi ən çox da, bir 

dəfə oğlu, qucağı hədiyyələrlə, paketlərlə, karton bağlamalarla dolu içəri girib, bağlamaların 

hamısını birdən açmaq istəyəndə və Bendisyon Alvarado qayçını axtarıb tapanacan, 

bağlamaların ipini dişiylə didişdirib, dırnaqlarını karton qutuların künclərində sındıranda, sonra 

hövsələsi daralıb, hər şeyi stolun üstünə səpələyərək, təntənənin həyacanından boğulan nəfəsi 

təngiyə-təngiyə: «Bir bax, burda nələr var, ana! Görürsən? Bu akvariumdakı – diri su pərisidi, 

bu, oyuncaq mələkdi, doğurçu mələk boydadı, ora-bura uçub zəng çalacaq; bax bu, okean 

balıqqulağıdır, görürsən nə boydadı?.. Bunu qulağına tutsan, ordan adi balıqqulaqları kimi, 

okeanın səsi yox, bizim milli himni eşidəcəksən! Əla şeylərdi, düzdü, ana?.. Görürsən, dövlətli 

olmaq necə şeydi?!...» - deyəndə ağrımışdı. Oğlunun bu əcayib sevinci onda Bendisyonu 

açmamışdı və o, dinməz-söyləməz, quşları rənglədiyi fırçasının quyruğunu çeynəyə-çeynəyə, 

oğluna baxa-baxa qalmışdı, uzaq keçmişi, oğlunun hakimiyyətdə nəyin bahasına qalmasını 

xatırlamışdı… bütün o məşəqqətlərin nəticəsi indi göz qabağındaydı... 

«O vaxt, indiki vaxtlar kimi deyildi, senyor, hakimiyyətin möhkəmliyini budu bax, ovcunun içi 

kimi hiss edəsən. O vaxt hakimiyyət, balamın sözü olmasın, ovcunun içində o yan-bu yana 

diyirlənən şüşə kürəcik kimi bir şey idi, sabalo balığı kimi sürüşüb, Allahın nəzərindən qaçıb, bu 

qarmaqarışıq sarayın içində sülənə-sülənə sivişib aradan çıxmaq istəyirdi elə bil. Bütün bu 

qarmaqarışıqlıqda, onu Federasiya uğrunda döyüşdə qalib gələn bir sürü tamahkar - bir vaxtlar, 

şair-general Lautaro Munyos kimi diktatoru yıxmaqda ona kömək eləyənlər izləyir, ona, sarayın 

divarlarından kənara çıxmağa imkan vermirdilər. Bu xidmətlərinə görə keçmiş həmfikirləri, 

feodalların ölkəsindən sürüb gətirdikləri mal-qaranı və bir sıra torpaqları tələb edirlər, ölkəni də 

onlar bir neçə muxtar vilayətə bölüb, hərəsi birinin başında oturdu və belə ərz elədilər ki, 

uğrunda qanlarını tökdükləri Federasiya elə bu deməkdi. «Qanımız və canımızla, mənim 

generalım!» Sonra da bu vilayətlərdə otura-otura özlərindən monarx düzəltdilər, öz qanunlarını 

yaratdılar, ad günlərini milli bayram elan elədilər, şəxsi imzalarıyla pul əskinazları buraxdılar, 

qızıl və gümüşlə işlənmiş parad mundirlərində gəzməyə başlaldılar, qılıncların qınını qızıldan 

düzəltdirdilər, üstünə briliyantlar düzdürdülər, başlarına, tovuz quşunun lələklərindən 

düzəldilmiş üçkünc papaqlar taxdılar. Məlum məsələydi ki, bütün bunları onlar, vitse-kral 

dövrünün qədim litoqrafiyalarından baxıb götürürdülər. Onlar kəndçi idilər, senyor, yöndəmsiz, 

yonulmamış kəndçi, saraya da dəvətsiz-filansız gəlib soxulurdular, özlərini də heç sındırmırdılar: 

«Dövlət – bizik, mənim generalım, ölkə bizim hamımıza mənsubdur. - deyirdilər. - Ölkə də, 

uğrunda ölümə getdiyimiz bu saray da, elə deyil?» Onlar tək gəlmirdilər, özləriylə arvadlarını da 

– bir sürü arvad gətirib gəlirdilər. Çəkməsiz-filansız, iyli corablarda gəzən bu bir yığın qulduru, 

sözün əsl mənasında vəhşiləri şəxsi qarovul müşayiət eləyirdi. Xristian dilində demək olar

danışa bilmirdilər, amma aşıq-aşıq, kart və digər oyunları fırıldaqla aparmağın, istənilən silahla 

davranmağın ustasıydılar. Ardı-arası kəsilməyən, çağrılmayan bu yöndəmsiz qonaqlara görə 

prezident sarayı qaraçı köçünü xatırladırdı, senyor. Burda bir iy vardı, elə bil çaylar bütün 

üfunətli sularını axıdıb buralara tökmüşdü. General ştabının zabitləri sarayın bütün mebelini öz 

evlərinə daşıyıb aparmışdılar. Axı bu, respublikanın əmlakı idi, senyor!» Onlar hökumət 

imtiyazlarını dominoda - gecə-gündüz bu xarabada səliqə-səhman yaratmaqdan ötrü əldən-dildən 

düşə-düşə, azca da olsa, ortanın zir-zibilini təmizləməyə çalışan Bendisyon Alvaradonun 

deyintisini qulaqardına vura-vura bölüşdürdülər. Federalçıların liberal hərəkatının, getdikcə 

eybəcər bir şeyə çevrildiyini, hər şeyin dağılıb məhv olduğunu görən yeganə adam Bendisyon 

Alvarado idi…  

Federalçıların bu bayram əhvalından, yüksək dövlət vəzifələrini kartda bölüşdürmələrindən, 

fahişələri royalın dilləri üstə uzatmaqlarından əsəbiləşən Bendisyon Alvarado, onları süpürgəylə 

də qovub saray otaqlarından çıxara bilmirdi. Albastr amforlarına çölə çıxdıqlarını görəndə isə: 

«Yox, senyor, bu, sizin üçün unitaz da deyil, qarşok da deyil… bu, amfordur, onu dənizin 

dibindən tapıb çıxarırlar…» - deyəndə belə, onlar elə hırıldayır, yenə öz işlərinə davam edir, bu 

nadir amforları bulayıb eybəcər vəziyyətə salırdılar: «Ağzı üstə yerə yıxdığımız xozeynlərin 

acığına, senyora! Qoy özlərindən amfor-mamfor düzəltməsinlər!» Onları heç cür saxlamaq 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə