Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə23/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   19   20   21   22   23   24   25   26   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

47 


Axı rəsmi dairələr, kometanın uğurlu uçuşunu dövlətin, qara qüvvələr üzərində qələbəsi kimi 

qiymətləndirmişdilər; odlu meduzanın bu uğurlu uçuşu, həm də camaatın, prezidentin ayağına 

yazdığı əcayib xəstəliklər barədə şayələrə son qoymaq üçün də istifadə edildi, yəni məgər xəstə 

insan göyləri idarə edə bilərmi?.. Qəzetlərdə onun, xalqa ünvanladığı rəsmi bəyənatı da dərc 

olundu. Bu müraciətdə o, ikinci kometanın gəlişinəcən öz vəzifəsində qalacağını qərara aldığını 

bildirirdi. Musiqi guruldayır, onun ölümünə, dövlət çevrilişinə hazırlanan fişənglər göyə atılırdı. 

Lakin, o nə musiqini, nə əllərində şüarlar Armas meydanına axışıb gələn camaatın qışqıra-

qışqıra: «Vətənin əbədi xilaskarına eşq olsun!.. Qoy o, əsrlər boyu yaşasın!.. Bizdən gələcək 

nəsillərə xəbər aprasın!..» - deməklərini eşitmirdi. Bütün bunlar, zərrə qədər olsun, onun 

diqqətini cəlb eləmir, dövlətin ən məsuliyyətli işləri belə yadına düşmür, bütün bu işləri 

məmurlara həvalə edirdi. Çünki bütün içi, Manuela Sançesin, o gün ovcunun içində alışıb yanan 

əlinin xatirəsiylə alışıb-yanırdı. O, həmin xöşbəxt anı bir də yaşamaq üçün ölümə də razı idi, 

buna görə hər şeyi alt-üst eləməyə, dünyanı dağıtmağa dəyərdi. Həmin o anı o, o qədər ehtirasla 

arzulayırdı ki, məcbur olub alimlərə, yalvarıb onlardan, yalançı kometa, uçan ulduz, alovlu göy 

əjdahası, bir sözlə, əbədilik qarşısında gənc, gözəl qadının başını gicəlləndirə biləcək təsirli bir 

göy hadisəsi kəşf etmələrini xahiş etməli oldu. Lakin alimlər ona, yalnız bircə şeyi edə 

biləcəklərinə söz verdilər, bu da, gələn həftənin çərşənbə günü, günorta saat dörddə günəşin 

batması hadisəsi ola bilərdi. Onun, razı olmaqdan başqa ayrı əlacı qalmadı. Günəşin batması 

əməliyyatı isə lazımi səviyyədə alındı, günün günorta çağı ölkəyə qaranlıq gecə çökdü, ulduzlar 

sayrışdı, güllər bükülüb bağlandı, toyuqlar hindəki yerlərini tutdular, it-pişik bir-birinə qarışdı və 

o, Manuela Sançeslə yanaşı oturub, onun nəfəsini, qəfil qaranlığa aldanıb solan qızılgülünün 

qoxusunu içinə çəkdi. «Bu, yalnız sənin üçündü, kraliça! Bu, sənin qaranlığındır!» Lakin bu dəfə 

Manuela Sançes ona heç bir cavab vemədi, əlindən də tutmadı və o, daha qızın nəfəsini 

eşitmədi… Manuela ona yuxu kimi göründü… Onda o, əlini qıza sarı uzadıb, qaranlıqda ona 

toxunmağa çalışdı, lakin əli boşluqdan asıldı, barmaqlarının ucu, Manuelanın indicə oturduğu 

stula toxundu… stul, hələ də Manuelanın iyini özündə saxlamışdı, amma qız özü yoxa 

çıxmışdı… odu ki, o, bütün evi dolaşa-dolaşa, əlini divarlara, künclərə sürtə-sürtə, yuxulu 

gözləriylə qaranlığı axtara-axtara, yanıqlı-yanıqlı yalvarıb: «Hardasan, ey mənim bədbəxtliyim, 

Manuela Sançes?.. Mən səni axtarıram, amma səni, sənin qaranlığında tapa bilmirəm. Hanı sənin 

o qəddar əlin, qızılgülün hanı?..» - deyə-deyə gəzdi. O, qaranlığın içiylə, dərin sularda azan 

üzgüçü kimi - gah əfsanəvi lanqustaya – qalvanometrə, gah ələkeçməyən koral daşlarına – zəngli 

saata, gah əcaib xərçənglərə – illüziya fokusları üçün ləvazimatlara toxuna-toxuna üzür, lakin bu 

qaranlıq sularda – hədiyyələr anbarına çevirdiyi bu evdə bircə Manuela Sançesi tapa bilmir, 

onun, səhləb çiçəyinin qoxusunu andıran nəfəsini eşidə bilmir, yalançı gecənin qaranlığı get-

gedə əriyib itir, qəddar işıq, onun xəyallarını dağıdıb seyrəldirdi. Axşamüstü isə, sübh çağı, saat 

altıda onu, ömründə heç vaxt keçirmədiyi dərin kədər hissi bürüdü və o, özünü qəfildən Allahdan 

da qoca hiss elədi... Bu nəhəng, boş evin qaranlığındakı tənhalığını, olsun ki, bu dünyada bir 

kimsə hiss edə bilməzdi. «Sənsiz dünyamın tənhalığı, mənim kraliçam, bu sirrli qaranlığın içində 

əriyib əbədiyyətə qovuşdu.» Bu hadisədən sonra o, ölkəni də uzun müddət beləcə - Manuela 

Sançesi, evin gizli dəhlizlərində:«Hardasan, ey mənim məhvimin Manuela Sançesi?» - deyə-

deyə, axtara-axtara idarə elədi. Manuela Sançes isə həmin o gecə, günün üzü tutulanda elə bil 

qeybə çəkilmişdi…. Ona belə xəbərlər çatdırılırdı ki, guya Puerto-Rikodakı böyük karnavalda 

kimsə Manuelanı görübmüş, guya orda o, özünü Yelena kimi təqdim eləyibmiş və elə orda da 

onu kimsə bıçaqlayıbmış… bir qədər sonra da məlum olurdu ki, bu, o deyilmiş... Gah da 

deyirdilər, guya rumbanın yaradıcısı Papa Monteronun* şərəfinə keçirilən bayramda Manuela 

rumba rəqsi oynayırmış, sonra yenə məlum olurdu ki, rəqqasə o deyilmiş. Deyirdilər, onu 

Barlovento adalarında - mağaralar olan yerdə, mağaraların girəcəyində rəqs edənlərin arasında 

görüblər, deyirdilər, onu Arakatakadakı şənliklərdə, Panama dəflərinin ritmləri altında hərlənən 

görüblər, sonra da məlum olurdu ki, bu, o deyilmiş: «Onu iblis aparıb, mənim generalım, iblis, 

ayrı cür ola da bilməz!..» 

Onda o, acı kədərdən bircə ona görə ölmədi ki, özünü ölümün ixtiyarına vermək üçün hirsi-

hikkəsi çatmadı, çünki bilirdi ki, sevgidən ölməyəcək, bilirdi ki, onun taleyinə belə bir ölüm 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

48 


yazılmayıb. O, bunu həmin o uzaq gecə - hələ hakimiyyətə qədəm qoymamış, görücü-falçı 

qadının yanına gedib, falına suda baxdırandan, sehrli suyun, onun ovcunda yazılmayanları, 

kartda, qəhvə çöküntülərində və sairədə görünməyənləri açandan bilirdi. Yalnız əzəl suyun 

güzgüsü taleyin gizli sirrlərini aça bilərdi. Və həmin əzəl suyun güzgüsündə o, öz ölümünü 

görmüşdü… necə öldüyünü, öz əcəliylə – yuxuda, iclas zalının yanındakı kabinetində, 

döşəmənin üstündə üzü üstə uzanan yerdə, ömrü boyu yatdığı həmin vəziyyətində – üzünü, balış 

əvəzinə ovuclarının içində gizlədiyi yerdə, nişansız hərbi səhra geyimində, qızılı mahmızlı 

uzunboğaz çəkmələrdə, naməlum yaşda – yüz yeddi yaşla, iki yüz otuz yaş arasında öldüyünü 

görmüşdü. 

 

 



Ömrünün payızında da biz onu eynilə belə bir vəziyyətdə tapdıq, daha doğrusu, onu yox, Patrisio 

Araqonesin meyitini tapdıq və budur, onun yalançı ölümündən bir çox illər ötəndən sonra biz 

yenə onun meyitinə tamaşa edirdik – həmin o yerdə, həmin o vəziyyətdə və həmin o geyimdə; 

lakin həmin o hərc-mərclik dövründə heç kəs heç nəyə əmin deyildi və heç kəs qəti deyə 

bilməzdi ki, bu, həqiqətən onun ölüsüdür, quzğunların dimdikləyib-parçaladığı, soxulcanların 

eşib-yediyi bu qoca cəsəd məhz onun meyitidir; çürüyüb eybəcər şəklə düşmüş bu əlin – qəlbi 

eşqlə çırpınan millət atasının əli, Böyük Qalmaqal əsrinin qənirsiz gözəlindən rədd cavabı 

aldıqda ürəyini tutan bir insanın əli olduğuna inanmaq qeyri-mümkün idi; bu meyitdə elə bir 

əlamət, ya nişanə yox idi ki, onun kimliyini müəyyən etmək mümkün olsun. Əslinə qalanda bu, 

təəccüb doğurmurdu, çünki öz şöhrətinin zirvəsində olduğu vaxtlarda da, onun həqiqətən 

mövcud olub-olmadığına möhkəm şübhə vardı; hətta ona xidmət eləyənlərin də, onun əsl yaşı və 

görkəmi barədə aydın təsəvvürü yox idi; o səbəbdən ki, müxtəlif yerlərdə və şəraitlərdə o, 

müxtəlif görkəmlərdə, qiyafələrdə olurdu: yarmarkada toibolada* iştirak edəndə, azı səksən yaşlı 

qocaya oxşayır, rəsmi qəbullarda isə, altmış yaşı ona güclə vermək olurdı; bayramlarda isə, o, 

ortaya qırx yaşlı kişi çevikliyi ilə atılıb meydan sulayırdı. Ona öz etimadnaməsini təqdim edən 

son diplomatlardan biri – səfir Palmerston, oxunması bizim ölkədə qadağan edilmiş 

memuarlarında yazmışdı ki, ondan qoca adam təsəvvür etmək çətindir, səfir əsasən də, onun, 

sarayında hökm sürən ağlasığmaz pintiliyi, qarmaqarışıqlığı təsvir eləmişdi: «Mən, dağ kimi 

qalanmış kağız topalarını, inək təsi, at nəcisi qalaqlarının dövrəsindən hərlənib keçməli olurdum. 

Dəhlizlərdə, itlərin gəmirdiyi sür-sümük çürüyürdü, itlərin özləri isə elə ordaca mürgüləyirdi... 

Xidməti otaqlarda küllənənlərdən heç biri, mənim bircə sualıma da cavab verə bilmədi və onda 

mən, o dövrlər artıq yaşayış otaqlarını zəbt etmiş cüzamlı xəstələrə müraciət etdim ki, dövlət 

şurası salonunun yerini mənə göstərsinlər. Həmin salonda isə toyuqlar dümələnir, qobelenlərdə 

təsvir edilmiş buğda zəmilərindəki sünbülləri dimdikləməyə can atırdılar… bir inək, yepiskopun 

şəkli çəkilmiş kətanı divardan qoparmaqla məşğul idi. Prezidentə gəlincə isə, mən dərhal başa 

düşdüm ki, o, min ilin karıdır. Yalnız ona görə yox ki, suallarıma uyğunsuz cavablar verirdi, həm 

də ona görə ki, məni görcək, öz təəssüfünü bildirərək, qəfəsdəki quşların nədənsə susmağından 

möhkəm dilxor olduğunu bildirdi; halbuki, quşlar, həmin an nəfəs dərmədən, cəh-cəh vura-vura 

oxumaqlarındaydılar: hətta adama elə gəlirdi ki, sübhün erkən çağında baltadəyməmiş 

meşədəsən. Qəfildən o, etimadnamələrin təqdim edilmə mərasimini yarıda kəsərək, üzü işıqlana-

işıqlana, ovuclarını yumurlayıb qulağına apara-apara, başıyla arxanı - bir vaxtlar dəniz 

çalxalandığı, indi isə tozlu düzənliyin uzandığı pəncərəni göstərib, məni nədənsə Stitson zənn 

edərək, var gücüylə: «Eşidirsən, əziz Stitson? Bu, qatır ayaqlarının tappıltısıdır! Onlar bura 

qaçırlar, çünki dəniz qayıdır! Eşidirsəni?!..» - deyə bağırdı. İnanmaq olmurdu ki, hay-hayı gedib, 

vay-vayı qalan bu qoca, nə vaxtsa federalçıların cəsur başçısı, xalqın sevimlisi olub, öz 

hakimiyyətinin ilk illərində keşikçisiz-filansız, bircə maçete ilə silahlanmış vur-tut bircə 

quahironun və mədəsinin vəziyyətindən asılı olaraq, barmağının bircə işarəsiylə təyin elədiyi 

millət vəkilləri və senatorlardan ibarət bir ovuc məiyyətin müşayiəti1ə qəfildən şəhər və 

kəndlərdə peyda olmağı sevib. O, bu və ya digər kəndə gəlib məhsulun vəziyyəti, mal-qaranın 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə