Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə19/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   15   16   17   18   19   20   21   22   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

39 


O, bu dənizə, beləcə, ayaq saxlamadan, düz iyirmi üç dəfə tamaşa elədi və bu qərara gəldi ki, 

dəniz, hər apreldə olduğu vəziyyətindədi, üstü qızılı hov atan bataqlığa bənzəyir.  

Saat on ikini vurdu və saatın son zərbəsi ilə bir o, hardansa içindən - qarnından üzüyuxarı 

yeriyən qorxunu hiss elədi. Bu qorxu, bədəniylə üzüyuxarı yeriyib qulaqlarına doldu, orda elə bir 

cüyültü ilə cüyüldədi ki, az qala qulaqları batdı və general vahimələnib qapısının üç kilidini, üç 

qıfılını, üç zəncirini çəkib bağladı, ayaqyoluna keçib, orda özünü sıxıb əzə-əzə, əvvəl iki, sonra 

dörd, daha sonra yeddi müsibətli damcını birtəhər süzüb, üzü üstə döşəməyə sərildi və elə həmin 

dəqiqə də, yenə heç bir yuxu görmədən, dərin yuxuya getdi. Və çox keçmədi ki, gecənin bir 

aləmi - üçə on beş dəqiqə qalmış, tər-qan içində yuxudan ayıldı... Elə bil kimsə otağa daxil 

olmuşdu, indi qıfıl-kilidə toxunmadan, başı üstündə dayanıb düz onun üzünə baxırdı… bu 

baxışları üzündə hiss eləyib vahimə içində dik atıldı və qapı-pəncərəsi üst-üstə kilidlənmiş otağı 

boyu var-gəl eləyən Manuela Sançesi… divarları asanca yarıb keçən Manuela Sançesi, qorxulu 

gecənin Manuela Sançesini, nəfəsi səhləb çiçəyi ətri qoxuyan, ipək paltarlı Manuel Sançesi 

gördü... «De ki, bu, həqiqət deyil, de ki, bu, xəyaldı… – o, ağzının içində kəkələdi – De ki, bu 

sən deyilsən, de ki, bu, başgicəlləndirən qoxu sənin nəfəsin deyil, səhləb çiçəyinin ətridir!» 

Lakin, bu, Manuela Sançes idi… ovcunda saxladığı qızılgül rəng alıb – rəng verirdi, ilıq nəfəsi 

otağı ağzına almışdı... Hər şey Manuela Sançes idi… bütün dünya Manuela Sançes idi... İnadkar 

qaya, dənizin möhtəşəmliyini özünə beləcə tabe eləyir... Axırımın Manuel Sançesi, sən ki, 

ovucuma döyülən tale yollarında yoxsan?!. Axı nə qəhvə çöküntüsündəki falda, nə də suyun 

üzünə çıxan taleyimdə, falçılar sənin barəndə heç nə deməyib. Odu ki, məni yuxumdan eləmə… 

məni, qadın ayağı dəyməyən, heç bir vaxt da dəyməyəcək otağımın havasından eləmə, söndür o 

qızılgülünü!» – deyə o, əlini divarlar boyu sürütləyə-sürütləyə, işıq düyməsini axtara-axtara 

yalvardısa da, hər küncdə əlinin altına, ağlını başdan çıxaran Manuela Sançes keçdi… «Lənət 

sənə şeytan, əgər mən səni heç vaxt itirməmişəmsə, niyə hər yerdə əlimin altına sən keçirsən?!. 

Məndən nə istəyirsən?.. İstəyirsən, sarayımı verim sənə, hər şey sənin olsun, bütün ölkəni sənə 

verirəm, amma imkan ver, bu işığı yandırım… ey gecəmin əqrəbi, iliyimə yeriyən Manuela 

Sançes, sənin ananın...» 

O, elə bilirdi ki, işığı yandırsa, Manuela Sançesin sehrli xəyalından canını qurtaracaq, odu ki, var 

gücüylə çığırdı: «Rədd eləyin bunu burdan, canımı bundan qurtarın, boğazına daş bağlayıb 

dənizin dibinə salın, boğub öldürün ki, onun gülünün işığı bir də heç kimə əziyyət verməsin!» O, 

beləcə, qaranlıq dəhlizlər boyu, arada bir ayağı təzəkdə sürüşə-sürüşə çığırır, hərdən də vahimə 

içində öz-özünə: «Bu nə işdi? – deyirdi. – Bir azdan saat səkkiz olacaq, səhər açılacaq, bu əclaf 

evdə isə hamı köpür. Durun ayağa, ay biqeyrətlər!..» - deyə o, qəfildən elə çığırdı ki, o dəqiqə 

saray otaqlarının işıqları bir-bir yanmağa başladı, kazarmalarda şeypurlar çalındı və onların 

səsinə, liman qalasından səs verildi… bu səsə San-Xeronimodakı şeypurlar da qoşuldu... Sübh 

şeypurları bütün ölkə boyu çalındı… şəhər oyanmağa başladı… dağ kimi üst-üstə yığılan silahlar 

qorxu içində paylandı, qızılgüllər, sübh şehi hələ düşməmiş, iki saat əvvəl açıldı, saray 

qulluqçuları döşəmə əskilərinin tozunu ulduzlu göyün altında çırpdılar, qəfəsdə mürgüləyən 

quşlara yem verildi, solmağa macal tapmayan güllər atılıb yerinə elə onlar kimi təzələri qoyuldu

daşyonanlar dəstəsi tələm-tələsik divar hörə-hörə, hər pəncərəyə qızılı kağızdan kəsilmiş 

günəşlər yapışdırdılar. Bu yalançı günəşləri pəncərələrə, adətən, günün günorta çağı vururdular, 

lakin göy hələ də qaranlıq idi, təqvim hələ də istirahət gününü göstərirdi, bazar ertəsinin sübh 

şəfəqi hələ aprel dənizinə toxunmamışdı. Gecə hələ bitməmişdi, lakin camaşırxana müdirləri – 

qaraqışqırıqçı çinlilər artıq paltardaşıyanları yuxudan oyadıb küçələrə itələyir, çirkli 

döşəküzlərini yığmağa göndərdilər, kor falçılar fal açır, məmurlar, bazar ertəsinin səhəri 

açılıbmış kimi, stollarının gözlərində toyuqların qoyduğu yumurtaları tapır, küçələr, başlarını 

itirib o yan-bu yana qaçan adamlarla dolur, dövlət şurası üzvlərinin fövqəladə müşavirələri 

keçirilən otaqda - stolların altında saray itlərinin hər günkü boğuşması başlayırdı. Onu isə heç nə 

təəccübləndirmədi, gözləri, gözlənilmədən açılan səhərin sübh şəfəqindən qamaşa-qamaşa, bir-

birinə macal vermədən onu «sübhü yaradan», «zamanın hökmdarı», «günəş şəfəqlərinin 

mühafizəkarı» - deyə vəsf edən yaltaqların müşayiəti ilə iclas zalına yollandı, general ştabının 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

40 


zabitlərindən biri onun qabağını kəsib təzim edərək, saat, səkkizi yox, dördə beş dəqiqə işlədiyini 

göstərdiyi barədə hesabat verəndə, o, zabitin qulağının dibinə yağlı şillə ilişdirib, səsi bütün 

ölkəni başına götürə-götürə: «Saat səkkizdir, lənət şeytana! Səkkizdir!» - deyib çığırdı. 

Günorta saat üçdə anası Bendisyon Alvaradonun gözdəniraq malikanəsinə gələndə və anası onun 

halını görüb təəccüb içində: «Sənə nolub? Səni əqrəb vurub? Ürəyini niyə tutmusan?» - deyə 

soruşanda o, dinməz-söyləməz kresloya çökdü, əlini sinəsinin üstündən götürmək istədisə də

nəyisə xatırlayıb yenidən ürəyinin üstə qoydu. Bendisyon Alvarado, quşları rənglədiyi fırçanı 

oğluna tərəf uzadıb, bir az da təəccüblə: «Bu nədi belə, elə bil sən doğrudan-doğruya Müqəddəs 

Ruhun Elçisinə çevrilirsən… gözlərin, ürəyinin üstə qoyduğun əlin, hər bir şey onu xatırladır.» – 

dedi.  


O, əlini sinəsindən çəkib ayağa qalxdı, qapını çırpıb çıxdı, ürəyində anasını söyə-söyə saraya 

qayıtdı, əllərini cibinə soxub əsəbi addımlarla mərtəbələr boyu gəzişdi. Gəzişəə-gəzişə 

pəncərələrdən görünən çölə, yağışın şüşələr boyu açdığı kədərli şırımlara, gümüşü kağızdan 

düzəldilmiş ulduzlara, pəncərələrin o biri üzündən - çöl tərəfdən şüşələrinə yapışdırılan, 

günortanın üçünü axşamın səkkizinə oxşadan latun aylara baxdı. Saray qarovulunun yaş paltarlı 

əsgərlərinə, kədərli dənizə və yağışa nəzər saldı. Yağışa... yağışa... o yağışa ki, onun hər damlası 

Manuela Sançes idi… əlçatmaz Manuela Sançes… onunku olmayan Manuela Sançes. Başdan 

ayağa onun olan bu şəhərdə yaşaya-yaşaya, onunku olmayan Manuela. Saray boyu dolaşdıqca, 

kimsəsiz otaqların ürəküzən xofu onu qarabaqara izləyir, getdikcə çıxılmaz tənhalığa, bir neçə 

uzaq, ala-toran günlərin tənhalığına, Manuela Sançessiz daha bir gecənin tənhalığına çevrilirdi. 

«Lənət şeytana, - o, içini çəkdi – bu nə olan işdi?.. İçim elə sızlayır, elə bil ordan nəyisə çəkib 

çıxarıblar…» Beləcə fikirləşib öz vəziyyətindən elə bil utandı, ürəyinə tərəf uzanan əli şalvarının 

içinə süründü... yağışın səsi altında mürgüləyən yumurtalığının üstünə qondu. Yumurtalığı 

həmişəki vəziyyətində idi, yenə əvvəlki şişmanlığında və ağırlığındaydı... Ağrısı da həmin 

ağrıydı, yenə həmin əbədi zoqqultusuyla altdan-altdan, aramla zoqquldamağındaydı... Amma bu 

dəfəki ağrı niyəsə daha dözülməz idi… elə bil ovcundakı, yumurtalığı yox, ürəyiydi… dumduru, 

çılpaq ürəyi... Bu məqam o, nə vaxtsa bir çoxlarından eşitdiyi sözlərin həqiqətini anladı: «Ürək 

üçüncü yumurtalıqdı, mənim generalım!» Ürpənib pəncərənin qabağından çəkildi, qəbul otağı 

boyu var-gəl eləyə-eləyə, halsızlığından, bu çıxılmazlıq dolu əlacsızlıq durumundan bezə-bezə, 

ürəyinin başına balıq tıxı ilişibmiş kimi, boğula-boğula dövlət şurasının iclasına yollandı, orda 

bir kənarda oturub, həmişəki kimi heç nə eşitməyə-eşitməyə, heç nə anlamaya-anlamaya, az qala 

mürgüləyə-mürgüləyə maliyyə vəziyyəti barədə darıxdırıcı məruzəyə qulaq asırdı ki, qəfildən elə 

bil iclas zalının havasında nə isə dəyişdi, nə isə qırılıb havadan asıldı, maliyyə naziri sözünü 

kəsib gözünü prezidentə zillədi, yerdə qalanlar da çönüb, ortasından qabarıb onu az qala iki yerə 

bölən qəfil ağrıdan ürəyi gedəcəkmiş kimi qovrulan prezidentə baxdılar. O özü də özünü 

kənardan – uzun-uzadı stolun başında, öz tənha stulunda köməksiz üzüylə, prezidentə layiq 

olmayan saralmış bəniziylə oturan gördü… Ürəyini tutdu... Həyatı, səhiyyə nazirinin, zərgər 

gözü kimi iti gözləri qarşısında şam kimi əriyib gedirdi... 

Əziz həmyerlisi, elə bil onun içini cib saatının zəncirini əlinin içində oynada-oynada, dinməz-

söyləməz seyr eləyirdi. «Ola bilsin ki, ürəyi sancdı…» - kimsə ehtiyatla dillənəndə, o, artıq 

hikkəsindən ağırlaşıb daşa dönmüş əlini sinəsindən çəkib stolun üstünə qoymuşdu, rəngi özünə 

qayıtmışdı. Hökmranlığını bir daha təsdiq eləyən iynəli sözləriylə elə bil hamını güllələdi: «Siz 

istəyərdiniz sancsın, hə, heyvərələr!.. Hə, nədi, diliniz qarnınıza girdi?.. Di davam eləyin!» Onlar 

da özləri öz dediklərini eşitməyə-eşitməyə, hər biri onun acığını, nəyə hirsləndiyini yaxşı anlaya-

anlaya iclası davam etdirdilər, pıçhapıç salıb, ehtiyatla barmaqlarını ona sarı uzada-uzada: «Siz 

bir ona baxın! O qədər əsəbidi ki, ürəyini tutub. Görən nə olub? Çırtma vursan, qanı çıxar.» Bir 

qədər sonra isə sarayada söz-söhbət gəzdi ki, guya prezident səhiyyə nazirini təcili surətdə 

yanına çağırtdırıb, nazir də gəlib görüb ki, o, stolun üstünə qoyduğu sağ əlinə baxır, əli də kündə 

kimi köpüşüb. Deyirlər, prezident səhiyyə nazirinə əmr edib ki, sağ əlini kəssin, çünki ona mane 

olur, yaşamağa qoymur, lazım olmayan yerlərə uzanır. Lakin deyirlər, səhiyyə naziri buna qəti 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə