Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə18/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   14   15   16   17   18   19   20   21   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

37 


Bu lotereya əməliyyatını o, özü üçün düzəltdiyi yalançı ölüm tamaşasından sonra - Böyük 

Qalmaqal dövründə işə salmışdı, senyor. Həmin o dövr isə bu adı, çoxlarının zənn eləiyi kimi, 

Müqəddəs Eraklio gecəsi yerin altıyla yeriyib, bütün ölkəni lərzəyə gətirən cəhənnəm zəlzələsinə 

görə yox, o illər hər yerdə hay-həşirlə bünövrələri qoyulan müxtəlif tikintilərə görə qazanmışdı. 

Bünövrələri yenicə qoyulan bu binalar «dünyaəhəmiyyətli möhtəşəm tikintilər» elan olundularsa 

da, heç birinin tikintisi axıracan başa çatdırılmadı, amma hay-küyü çox olurdu, senyor. O vaxt 

onun belə bir adəti vardı ki, dövlət şurasının üzvlərini sarayda yox, siesta saatlarında, anasının 

tamarin budaqları arasında itib-batan malikanəsində yığırdı. Yelləncəyin ətrafına yığışıb, öz 

mahud cübbələrində istidən buğlanan seyrək bığlı boşboğazları, selluloid yaxalıqlarında boğulan 

zəhləsigetmiş çərənçi nazirləri orda yelləncəkdə gözüyumulu uzanıb yellənə-yellənə, üzünü 

şlyapasıyla yelləyə-yelləyə dinləyirdi. Onlar hey zəvzəyir, o isə onların səsini, həyətdə 

toyuqların ardınca cuman xoruzların qanadlarının şappıltıları içində əridə-əridə, qonşuluqda 

nəfəs dərmədən: «Susanna, yanıma gəl, Susanna!» oxuyan qramafonun səsinə, cırcıramaların 

cırzıltısına qulaq asa-asa mürgüləyir, bunu görən nazirlər hörmətlə səslərini kəsir: «Sakit, general 

yuxuya getdi!..» - deyib aradan çıxmaq istəyəndə o, xorultusunu kəsmədən, gözünü açmadan: 

«Davam eləyin, eşidirəm!» - deyirdi və onlar, general siesta saatının canüzən mürgüsündən 

ayılıb: «Boş söhbətlərdi. İçinizdən bircə nəfər ortaya iş qoydu: o da səhiyyə naziri, mənim 

yerlim. Hə, ayrı sözünüz yoxdu ki? Di dağılışın, boşboğazlıq bununla da sona yetdi». – deyərək, 

iclası yekunlaşdıranacan sözlərinə davam edirdilər. Ən zəruri dövlət məsələlərini isə o, öz şəxsi 

köməkçiləri ilə - nahar vaxtı, bir əlində nimçə, o biri əlində qaşıq, otağın içində var-gəl eləyə-

eləyə müzakirə edirdi. Bir çox məsələləri isə o, yolüstü, məsələn, pilləkəni çıxa-çıxa həll 

eləyirdi, bəzən də heç həll eləmirdi, elə ağzının içində öz-özünə: «Nə istəyirsiniz eləyin, onsuz 

da buranın yiyəsi mənəm.» - deyə-deyə ötüb gedirdi. Onu sevirdilər, ya sevmirdilər, onu ən az 

maraqlandıran bu idi. Bu barədə söz düşəndə o, üzünü turşudaraq:«Boş şeydi» - deyirdi. O tez-

tez müxtəlif ictimai tədbirlərdə görünür, qırmızı lentləri hər yerdə şəxsən özü kəsir, ən təhlükəsiz 

vaxtlarda belə çəkinib getmədiyi yerlərə gedir, canını təhlükəyə məruz qoya-qoya, özünü 

camaata göstərirdi: «Heç nə olmaz!» - deyirdi. Qalan boş vaxtlarını isə o, öz yerlisi - səhiyyə 

naziri ilə və general Rodriqo de Aqilarla saysız-hesabsız domino oyunlarına sərf eləyirdi. Təkcə 

bu iki nəfər ona kiminsə həbsdən buraxılması və ya kiminsə ölüm hökmünün ləğv edilməsi 

barədə ürək eləyib ağız aça bilərdi. Gözəllik ilahəsi Manuela Sançesi qəbul eləməyi barədə də 

təkcə bu iki nəfər ona ağız açmağı qərara almışdı... 

Manuela Sançes, sadə xalq içindən çıxmış gözəl bir qız idi. Onu, İt döyüşü məhəlləsinin üfunət 

bataqlığı içində bitmiş ecazkar gülə bənzətmək olardı. Bu məhəllənin itləri bir dəqiqə dincəlmək 

bilmədən, bir gün bir-biriylə yola getmədən, gecə-gündüz elə boğuşurdular ki, milli qvardiyanın 

əsgərləri belə bu tərəflərə ayaq basmağa ürək eləmirdi... Qvardiyaçılar bir də ona görə bura ayaq 

basmağa ürək eləmirdilər ki, buralara ayaq basanların göz qırpımında soyulmağından, 

maşınlarının sökülüb hissə-hissə daşınmağından xəbərləri vardı. Bu elə bir məhəlləydi ki, içində 

ətli-canlı bir eşşək azsaydı, ordan o eşşəyin əvəzinə bir çuval sümük çıxardı. İt döyüşü 

məhəlləsinin yolları o qədər dolama-dolaşıq idi ki, baş çıxarmaq olmurdu və həmin bu dolama-

dolaşıqlığın içində neçə-neçə dövlətli ailənin uşaqları yoxa çıxmışdı. «Orda onları öldürüb 

qızardırlar, mənim generalım, sonra da aparıb bazarda, qızardılmış kolbasa yerinə satırlar, 

təsəvvür eləyirsiz?!...» Manuela Sançes isə – gözəllik ilahəsi Manuela Sançes məhz bu 

məhəllədə doğulub böyümüşdü. Zibillik bənövşəsi! – «Bu qızın gözəlliyi bütün ölkəni sarsıdıb, 

mənim generalım!» Bu söhbət generalı elə maraqlandırdı ki, o: «Əgər o, doğurdan elə qeyri-adi 

gözəldirsə, onda mən nəinki onu qəbul edərəm, onunla bir tur vals da oynayaram. - dedi. – 

Cəhənnəmə, qoy qəzetlər nə istəyirlər yazsınlar, belə şeylər qara camaatın xoşuna gəlir». Lakin 

həmin axşam - Manuela Sançesi qəbul eləyəndən sonra o, general Rodriqo de Aqilara açıq 

təəssüf hissi ilə dedi ki, kasıbların bu tərifli kraliçası Allahın bir tur valsına də dəyməz. Dedi ki, 

bu, vur-tut İt döyüşü məhəlləsində yaşayan yüzlərlə Manuela Sançeslərdən biri – adi, ortabab bir 

qızdı: «Büzməli ipək paltarıyla, saxta daşlı qızılı tacıyla, əlindəki qızılgülüylə bir yerdə!.. 

İtaparan olsun, dediklərini də elədim. İki şey xahiş elədi məndən: İt döyüşü məhəlləsinə su və 

işıq çəkdirdim. Ona onu da dedim ki, yanıma bir də xahişlə-filanla gəlməsin. Sümsük 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

38 


adamlardan zəhləm gedir. Bu cür ütüklərlə heç danışmaq düzgün deyil!» O bunu deyib, domino 

partiyası başa çatmamış ayağa qalxdı, qapını çırpıb çıxdı, saat səkkizi vuranda isə fermada peyda 

oldu, inəklərə yem verib, quru təzəkləri saraya daşımağı əmr etdi, sonra şam yeməyinə yollandı 

və adəti üzrə əlində nimçə o yan-bu yana var-gəl eləyə-eləyə, qızardılmış ətlə lobya, düyü və 

platan yarpaqlarından düzəldilmiş salatını yeyə-yeyə, sarayda hər şeyin yerli-yerində olduğunu 

yoxlamağa, saray darvazalarının keşiyindən tutmuş, yataq otağının qapısında duran qarovulacan, 

hamını bir-bir saymağa başladı və öyrənib biləndə ki, onların sayı lazım olan qədər – on dörd 

nəfərdir, onda şəxsi qarovulun yerində olub-olmadığını da yoxladı və ondan da arxayın olanda, 

görəndə ki, qarovul sarayın birinci girişində domino vurur, onda qızılgül kollarının altında yatan 

cüzamlı xəstələrə, pilləkənlərdə yuxuya gedən ifliclərə də baş çəkdi və şam yeməyini açıq 

pəncərələrdən birinin məhəccərinə qoyub, özünü yarıqaranlıq, üfunətli qadın yataqxanasına 

saldı, üç qadının öz bicləriylə yatdığı çarpayının yanında peyda oldu, özünü bu üfunətli bədən 

yığnağının arasına salıb, ona maneəçilik törədən iki başı və üç cüt ayağı qırağa çəkib arvadların 

birini qamarladı. Nə generalın cənginə keçən qadın, nə də onun yanında yatan o biri qadınlar 

yuxudan ayılmadılar. Arada o biri çarpayılarda yatan yuxulu qadınların səsi eşidilirdi: «Bir az 

yavaş, mənim generalım, elə fısıldamayın, uşaqlar qorxar».  

Bundan sonra o, saraya qayıtdı, iyirmi üç pəncərənin iyirmi üçünün də cəftələrini bir-bir yoxladı, 

cücüləri qovmaq üçün dəhlizdə təzə təzəkdən ocaq qaladı. 

O, bu təzəkləri, vestibüldən tutmuş otaqlaracan, bir-birindən beş metr ara qoya-qoya yandırır, 

tüstünü ciyərlərinə çəkə-çəkə, uzaq, tumançaq uşaqlıq illərini xatırlayırdı... Belə də uşaqlıq illəri 

olardı?.. Əgər bu illər, onun ciyərlərinə tüstü ilə bir dolub, bir dəqiqədən sonra tüstü ilə də bir 

canından çıxırdısa, bu necə illər idi?!.. Sonra o, otaqların işıqlarını bir-bir söndürə-söndürə 

vestibülə qayıtdı, quş qəfəslərinin üstünə örtüklər sala-sala saydı: «Qırx səkkiz ədəd olmalıdır.» 

Onlar düz qırx səkkiz ədəd idi, lakin bununla da generalın ürəyi soyumadı, əlində çıraq, bütün 

sarayı bir də başdan-başa dolaşdı, sarayın on dörd güzgüsündə, on dörd əksini – əlində yanar 

çıraq aparan on dörd əkiz generalı gördü. Saat onu vurdu. Hər şey qaydasındadı. O, 

qvardiyaçıların yatdığı yataq otağına da baş çəkdi və oranın işığını da keçirdi: «Gecəniz xeyrə 

qalsın, senyorlar!» Sonra birinci mərtəbənin bütün otaqlarına – bütün qəbul otaqlarına və 

tualetlərə baş çəkdi, bütün pərdələrin arxasını, stolların altını yoxladı… heç yerdə heç kim yox 

idi. Onda o, cibindən bir dəstə açar çıxarıb əliylə yoxlaya-yoxlaya, hər açarın öz qapısını təyin 

elədi, sonra bütün kabinetləri bir-bir açarladı, bundan sonra əsas mərtəbəyə qalxıb orda da bütün 

otaqları bir-bir gözdən keçirdi və hamısını açarladı, nəhayət, öz yataq otağına çatıb, orda gizli 

mücrüsündən bal bankasını çıxarıb, yuxusu şirin olsun deyə, iki qaşıq uddu və anası Bendisyon 

Alvarado haqqında fikirləşməyə də vaxt tapdı. 

O, Bendisyon Alvaradonu orda – öz malikanəsində, ətirli oreqano otları və melissa kollarının 

qoxusu içində yatdığını təsəvvürünə gətirdi… anasının, adi boz quşu, qu quşuna çevirən, indi isə 

yuxunun ağırlığından keyləşib hərəkətsiz qalan çevik əlini gördü. Anasının yuxulu əli elə cansız 

idi, elə bil o, yatmamışdı, ölmüşdü… «Gecən xeyrə qalsın, ana…» - deyə pıçıldadı və elə həmin 

dəqiqə də orda - öz tənha malikanəsində yatan anasının, gözlərini açmadan: «Xeyrə qarşı, oğul!» 

- dediyini eşitdi. Sonra çırağı yataq otağının girəcəyindəki asılqandan asdı – çıraq bütün gecəni 

yanmalıydı, onu söndürməyə heç kimin ixtiyarı çatmırdı, çünki bu çıraq ona, günlərin bir günü, 

gecənin bir vaxtı, qaçhaqaç düşəndə lazım olacaqdı. Saat on biri vurdu və o yenə bütün sarayı, 

bu dəfə heç bir işığı yandırmadan, qaranlıqda dolaşa-dolaşa, elə-belə, hər ehtimala qarşı gəzdi ki, 

işdi, ola bilər, kimsə onun yatdığını zənn edib buralara girib?!.. O, dənizdə yırğalanan mayakdan 

içəri süzülən yaşıl işığın içiylə, mahmızının parıltısı qaranlığa iz sala-sala sakitcə yeriyir, 

qaranlıq dəhlizlərdə azıb ayaq üstə yuxulayan cüzamlı xəstələri, onlara dəyib-toxunmadan bağa - 

qızılgül kollarından birinin altına ötürür, qayıdıb qarovulu yenidən sayır, sonra yenə öz otağına 

qayıdırdı. Uzun-uzadı dəhlizlərlə, pəncərələrin önündən yeriyə-yeriyə o, hər pəncərədən, aprel 

ayının Qəraib dənizinə tamaşa eləyirdi. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə