Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə20/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   16   17   18   19   20   21   22   23   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

41 


etiraz eləyib və bildirib ki, başına güllə çaxsalar belə, bunu eləməz. «Səmimi sözümdü, mənim 

generalım, sizin əlinizi kəsməyə mənim haqqım yoxdur, ona görə ki, mən bütün varlığımla sizin 

bircə əlinizə dəymərəm». 

Bu əhvalat, onun səhhəti bardə gəzən şayələr, digər şayələrə qarışıb, az qala, hər küçədə, hər 

tində danışılır, getdikcə, tüstü kimi, duman kimi şəhərin canına hopur, o isə elə hey fermada, öz 

əlləriylə süd sağır, sağa-sağa Manuela Sançesli, onun qızıl gülü rəngli sabahın açıldığını hiss 

edirdi. Hər şey büsbütün Manuel Sançesə oxşayırdı… Odu ki, o, qızılgül kollarının arasında 

yatan bütün yara-xoralıları qovdurmağı əmr etdi ki, güllər bu xəstələrin iyini tutmasın, Manuela 

Sançesin gülünün iyi korlanmasın. Sarayın ən kimsəsiz künc-bucaqlarını axtarırdı ki, orda heç 

kim onun ağzının içində oxuduğu: «Səninlə ilk valsı oynadım ki, məni unutmayasan, ey mənim 

kraliçam! Bil ki, unutsan məni, ölüm olacaq cəzan!» mahnını eşitməsin. Bir qədər sonra isə 

həmin bu mahnını içində əridə-əridə, canına dolan iztirablarını bir az yüngülləşdirmək üçün 

özünü qadın hərəmxanasına salıb, həmişəki səbrsiz xoruz rolundan çıxaraq, daha əvvəlki 

tələskənliyə yol vermədən, uzun-uzadı aramlı həzzlər verib ala-ala, qadınları heyrətləndirdi. 

Qadınlarsa qaranlıqda xoşbəxt-xoşbəxt qaqqıldayıb, qaynar nəfəsləriylə: «Özünüzü əldən 

salırsız, mənim generalım, özü də bu yaşda!» - deyə pıçıldayırdılar. Lakin o, gözəl bilirdi ki, 

bütün bunlar özünü aldatmaqdan savayı ayrı bir şey deyil və olacağa çarə yoxdur, o gün əvvəl-

axır gəlib çıxacaq və o, Manuela Sançesin ayağına gedəsi olacaq, dünyanın bütün müqqədəsliyi 

naminə and verib onun sevgisini dilənəcək… Manuela Sançesin, İt Döyüşü Məhəlləsinin 

göbəyində yerləşən zibilliklərin arasında bitmiş qəddar sarayına yollanacaq, onu orda səbrlə 

axtaracaq… O ora, ən bürkülü günlərin birində - saat ikiini ötəndən sonra, adi geyimdə, 

qarovulsuz-filansız, adi maşında yollanacaq, bir müddət, siestanın ölüm rəngli saatlarında 

şəhərin kimsəsiz küçələriylə dolaşa-dolaşa gəzəcək.  

O, dükanlarla dolu küçələrdən ötüb keçəndən sonra öz sonunu - Manuela Sançesin böyük 

dənizini gördü… üfüqdə ağaran tənha quşu, birbaşa Manuela Sançesin evinə aparıb çıxaran 

sınıq-salxaq tramvayları gördü və elə həmin dəqiqə, bu sınıq-salxaq tramvayları yeniləri ilə - 

tutqun şüşəli, sapsarı tramvaylarla əvəz etməyi, vaqonların hər birində Manuela Sançes üçün 

ayrıca məxmər üzlü oturacaq qoydurmağı əmr elədi. Manuela Sançesin, istirahət günlərini 

keçirdiyi çılpaq çimərlikləri gördü və ora soyunacaqlar qoymağı əmr elədi. Əmr elədi ki, hava 

haqqında məlumat verən dirəyə bayraq assınlar ki, çimməyin mümkün olub-olmadığı bilinsin və 

nəhayət Manuela Sançesin ayrıca çimməsi üçün çimərliyin bir hissəsi hasara alınsın. O, dəniz 

sahili boyu uzanan mərmər meydançalara, onun mərhəməti sayəsində varlanan on dörd ailənin 

imarətlərinə, kimsəsiz hovuzlara nəzər saldı. Ən çox da, dağın üstündə ucalan imarət nəzərini 

cəlb elədi. 

Bu, həyəti fəvvarələrlə bəzədilmiş ən böyük imarət idi. Odu ki, özündən asılı olmadan, 

həyəcanla: «İstəyirəm bu imarətdə sən yaşayasan! Məni hər axşam burda gözləyəsən!» - deyə 

qışqırdı. Və əlbəttə ki, elə o dəqiqə də malikanə boşaldılıb Manuela Sançesə verildi… O, bu 

fikirlərlə maşınının arxa oturacağında otura-otura xəyala dalır, öz arzularıyla aləmi bir-birinə 

qatıb-qarışdırır, dünyanı istədiyi kimi dəyişirdi. Lakin, çox keçmədi ki, maşın sahili ötüb keçdi, 

dənizin ecazkar nəfəsi sovuşub arxada qaldı və İt Döyüşü məhəlləsinin cəhənnəm uğultusu 

maşına doldu. Məhəllənin müdhiş mənzərəsindən qorxub öz-özünə: «Anacan, Bendisyon 

Alvarado, sən bir gör, oğlun hara gəlib girib!?... Məni xilas elə!» Lakin bu hay-həşirin içində heç 

kim onun qəmli gözlərinə, nazik dodaqlarına, yorğun sinəsinin üstə yatan koppuş əlinə məhəl 

qoymadı, heç kim ağ kətan kostyumlu, sadə kepkalı qədim qocanın səsini eşitmədi, başını 

maşının pəncərəsindən çıxarıb: «Mənim Manuela Sançesim, dilənçilər kraliçası, əlində qızılgül 

tutan senyora, harda yaşayır?» - soruşan baba heç kimi maraqlandırmadı. O, Manuela Sançesin 

harda yaşadığı barədə soraqlaşa-soraqlaşa özü-özünə: «Sən burda, bu ətürpədən uğultunun içində 

- ağzından qan daman, gözündən cin çıxan bu quduz itlərin arasında necə yaşaya bilirsən, bu 

müsibətin, bu bataqlığın içində - ölüncə didilib tökülən itlərin quyruqlarını dallarına qısıb ulaya-

ulaya yaralarnı yaladığı bu eybəcər yerdə, iylənmiş gölməçələrin, qəlyanaltıxanalardan dəstə-




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

42 


dəstə küçəyə atılan sərxoşların çığırtıları arasında sənin şirin, səhləb çiçəyi qoxuyan nəfəsini 

necə hiss edim, necə, sənin atana lənət!.. Axı necə, ay mənim əzabım?! Səni, bu əvvəli axırı 

bilinməyən maranquanqo və burundanqo, qordolobo və manta-de-banderaların* içində necə 

tapım?.. Bu Qara Adam və Xuansito Trukupeyanın** yuxuyabənzər cənnətində - tünd 

bənövşəyiyə çalan çatlar dolu pəncərəli, tutuquşu rəngində rənglənmiş şüşəli, göy çərçivəli, yaşıl 

evlərin arasında necə tapım?.. Əlində qızılgülün tabaq kimi açıla-açıla dayandığın evini necə 

tapım?.. Bu dəqiqə bu cəhənnəmin içində, görən, sənin saatın neçəni göstərir?.. Görən, sənin 

saatın günortanın üçünü, yoxsa dünən axşamın səkkizini göstərir?.. Nərçənd ki, bu cəhənnəmin 

içində gecəylə gündüzü qarışıq salmaq mümkün deyil… Səni bu evlərin arasında, boş otaqlar 

boyu yanlarını burcuda-burcuda gəzib buludların istisini soyudan arvadların arasında necə 

tanımaq olar axı?..» – deyə fikirləşirdi. 

Belə fikirləşə-fikirləşə, açıq pəncərədən çölə boylana-boylana: «Mənim kədərim Manuela 

Sançes, paltarı brilyant köpüyünə bənzəyən, başında qızıl cıqqa olan Manuela Sançes harda 

yaşayır?» - deyə soruşdu. Və nəhayət bu cəhənnəm uğultusunun içində kimsə onu eşitdi və: «Hə-

ə, bildim kimi deyirsiniz! O, belə dalı yekəni deyirsiz, özündən də elə razıdı, elə bil arşın udub. 

O orda yaşayır, senyor, bax, o evdə!» - dedi.  

Bu adi, ucuz rənglərlə rənglənmiş, kandarı it nəcisiylə dolu bir ev idi... Baxan kimi bilinirdi ki, 

kimsə evə girəndə ayağı qapının ağzındakı nəcisin içində sürüşüb. Bu ev, görüş vaxtı şah 

kreslosunda oturan Manuela Sançesin görünüşünə qətiyyən uyuşmurdusa da, onun ocağı idi. 

«Anam mənim, Bendisyon Alvarado, mənə güc ver ki, bu qapıdan içəri girə bilim!..» İçəri 

girməmişdən əvvəl o, bütün məhəlləni azı on dəfə hərləndi, sonra nəfəsini dərib qapını üç dəfə, 

üç yalvarışa bənzər tıqqıltıyla tıqqıldatdı, sonra elə qapının ağzındaca - günün istisindən alışıb-

yanan kölgəlikdə dayanıb gözlədi və bu üfunətli iyin hardan gəldiyini bir müddət anlamadı. 

Yoxsa bu eybəcər iyi, havanın bürküsü əmələ gətirmişdi, ya da ola bilər, havanı o özü, 

həyəcandan qarnına düşən ağrıdan korlamışdı?.. Nəhayət ki, qapını Manuela Sançesin anası açdı 

və onu içəri – ağırlaşmış balıq iyi verən geniş, sərin zala keçirib, qızını oyatmağa getdi. O da 

oturub, bu miskin zalı - yağışın isladıb qaraltdığı divarları, içi çökmüş divanı, oturacağı deşik 

kətilləri, dilləri qopmuş pianinonu gözdən keçirdi. Zalda daha heç nə yox idi. – «Heç nə, lənət 

şeytana, mənsə bu miskinliyi görmək üçün bu qədər əziyyət çəkmişəm?!..» Çox keçmədi ki, 

Manuel Sançesin anası, əlində zənbiltoxuyan qıyıq zala qayıdıb kətillərin birinə oturdu və qızı o 

biri evdə geyinib, baş-gözünü darayanacan, qəfil qonağın gözünə yaxşı görünmək üçün ən yaxşı 

çəkmələrini axtaranacan, başını aşağı salıb toxumağa başladı. O isə həyəcanını güclə içində 

boğa-boğa, dodaqaltı: «Hardasan, ey mənim əzabım, ağrım Manuela Sançes, səni görə bilmirəm, 

sənin, səhləb çiçəyi ətri qoxuyan nəfəsini eşitmirəm, bunların əvəzinə, yemək qalıqlarının 

üfunətlərini duyuram… Axı sən hardasan… qızılgülün hardadır, hanı sənin məhəbbətin… gəl, 

gəl, qurtar məni bu it əzabından!» - deyə donquldanırdı. O, beləcə, içini çəkə-çəkə öz-özünə 

danışırdı ki, birdən içəri otağın qapısında Manuela Sançes göründü: onun təsəvvür elədiyi kimi - 

yuxularında, sayıqlamalarında gördüyü kimi, həm də bir az ayrı cür – yuxunun güzgüdə görünən 

əksi kimi: ucuz çit paltarda, köhnə ayaqqabılarda, saçları necə gəldi, boynunun ardında daraqla 

yığılmış, amma yenə də dünyanın ən gözəl və ən qürurlu qadını kimi, əlində alışıb-yanan 

qızılgülüylə… 

Bu, elə bir ecazkar mənzərəydi ki, o, ayağa qalxıb, qızın, başını yüngülvari tərpədərək, ağızucu 

salamlaşmağına cavab olaraq, baş əyməyə özündə zorla güc tapdı. Qız şahənə bir səslə: «Allah 

sizə yar olsun, əla həzrətləri!» - dedi, sonra barmaqlarının arasındakı qızılgülü alışıb yana-yana, 

divanın bir kənarında əyləşdi, iti baxışını qonağın gözünün içinə zillədi. 

«…Mən, onun yarasa dodaqlarını, suda boğulmuş meyitin suyun içindən baxan donuq gözlərinə 

bənzər gözlərini gördüm… tüksüz dərisini, torpaq rənginə çalan qırışlı üzünü, dərisi bir qədər 

tarıma çəkilmiş əllərini gördüm. O, sağ əlini dizi üstə qoymuşdu, odu ki, barmağındakı prezident 

möhürlü üzük yaxşı görünürdü… ağ, kətan kostyumu əynindən, asılqana keçirilibmiş kimi 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə