Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə21/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   17   18   19   20   21   22   23   24   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

43 


asılmışdı, çəkmələri ayağına yekəydi… belə çəkmələri adətən ölülərə geydirirlər, senyor! Mən 

onun gizli fikirlərini oxuyurdum, əfsanəvi hakimiyyət gücünü – Yer üzünün ən qədim, bütün 

qəddarlıqlarından qəddar, cümlə məmləkətin nifrətini qazanmış, qocalığı, bir kəsin ürəyini zərrə 

qədər belə olsun ağrıtmayan, halına acınmayan bu ahıl insanın hökmranlıq gücünü duyurdum… 

o isə kepkasını əlinin içində hərlədə-hərlədə susub danışmır, elə bil mənə hardansa, dünyanın o 

biri üzündən baxırdı. İlahi, bu nə qaradinməz adamdı!» - qorxu içində fikirləşirdim, özüm isə 

soyuq bir səslə: «Qulluğunuzdayam, əla həzrətləri.» - dedim. O isə mənim bu sözümə təntənəli 

bir həyəcanla: «Mən elə-belə gəldim, kraliça! Elə-belə!..» - deyə cavab verdi. 

Bu görüş ona rahatlıq gətirmədi. Və o, Manuelanın evini hər gün - siestanın ölgün saatlarında, 

günün ən isti vaxtlarında, adəti üzrə anasının yanına getdiyi saatlarda ziyarət eləməyə başladı. 

Manuela Sançesin yanına getmək üçün, o, qəsdən məhz bu saatları seçmişdi ki, hara getdiyindən 

mili təhlükəsizlik komitəsi xəbər tuta bilməsin, qoy onlar elə bilsinlər ki, həmin saatlar o, 

qayanın başındakı malikanədə - anasının yanındadı. Lakin o, bilmirdi ki, ondan başqa bütün 

aləmə məlum idi ki, general Rodriqo de Aqiların əsgərləri onu, damlarla sürünə-sürünə müşayiət 

edirlər, qəsdən küçələrdə qalmaqal salıb aləmi bir-birinə qatıb-qarışdırır, sonra güllə-baranla 

bütün bu hay-küyü yatırdırlar ki, onun keçib gedəcəyi küçələrdə hərəkət dayansın. Rodriqo de 

Aqiların gizli əmrinə görə onun keçib gedəcəyi bütün küçələr saat ikidən beşəcən bomboş 

olmalıydı, əsgərlər, bu saatlarda öz evlərinin balkonuna çıxanları belə xəbərdarlıqsız güllələmək 

barədə əmr almışdılar. Lakin ən təcrübəsiz adamlar belə, küçələrdə, bər-bəzəksiz sadə maşın 

cildində peyda olan prezident limuzinini nəzərlərindən qaçırmamışdılar, maşının içində ağappaq 

kətan kostyumda əyləşən kəmhövsələ qocanı, onun, gizli hüznlə göz yaşı axan avazımış üzünü, 

«ürəyi» tutanda, kim nə deyirsə desin, daha heç nəyi vecinə almayan qocanı görmüşdülər. Onun 

vücudu başdan-ayağa bir şey deyirdi: o öz qəlbinə hakim deyil və bu dəqiqə, günün bu qızmar 

saatında – havanın, ərinmiş şüşəyə bənzədiyi bir məqam, bu kimsəsiz küçələrlə, başı kəsilməyə 

aparılan qurbanlıq qoyunla onun heç bir fərqi yoxdu. Onun bu qəribə və naməlum halsızlığı 

barədə söz-söhbətlər, tədricən onun, siesta saatlarını anası Bendisyon Alvaradonun evində yox, 

Manuela Sançesin sakit komasında - evin gizli bir guşəsində - Manuelanın, qızını bircə an belə 

olsun qocayla təkbətək buraxmadan, yorulmaq bilmədən şəbəkə toxuya-toxuya, həm də necəsə, 

gözə görünməyən anasının iti baxışları altında keçirdiyi barədə şaiyələrlə əvəz olunurdu. 

Manuelanın anasını da başa düşmək olardı. Axı qoca, onun qızı üçün bu qədər pul tökürdü - 

cürbəcür bahalı oyuncaqlar, əndirəbadi maşınlar alır, qızı, maqnetizmin sirlərinə yiyələndirməyə 

çalışır, ona, dağ büllurundan pres-papye, cürbəcür astronomik, tibbi cihazlar, manometrlər, 

metronomlar bağışlayırdı?!.. Bu cihazları o, harda görsə alır, anasının deyintisini qulaqardına 

vurub öz simicliyini unudur, pullarını zibil kimi səpələyirdi. 

O, dərin vətənpərvərlik hissiylə Manuela Sançesin qulağına, içindən dəniz səsi əvəzinə, hərbi 

marşlar eşidilən balıqqulağı qoymağı özünə xöşbəxtlik sanırdı… kibriti yandıraraq, divar 

termometrinin altına tuturdu ki, Manuela Sançes, civənin min bir çətinliklə yerindən oynayıb 

yuxarı dırmandığını öz gözləriylə görsün. 

O, Manueladan heç nə istəmirdi, Manuelaya, öz niyyətini bildirmədən, dinməz-söyləməz baxır, 

qızı ağlasığmaz hədiyyələrə qərq edir, sözlə deyə bilmədiyini hədiyyələrlə deməyə çalışırdı. Axı, 

o, bütün arzularını da beləcə, görünən, ələ gələn, konkret maddi nəticəylə həyata keçirməyə 

alışmışdı. Və günlərin bir günü - Manuela Sançesin anadan olan günü, o, ona pəncərəni açmağı, 

pəncərədən görünənlərə baxmağı təklif elədi ki, qızın könlü pərvazlansın.  

«…Mən pəncərəni açdım, senyor və dəhşətdən yerimdəcə donuxub qaldım… Bunlar, mənim 

zavallı İt Döyüşü məhəlləmi nə günə qoymuşdular?!.. Mən, tələm-tələsikliklə tikilib əhənglə 

ağardılmış taxta evləri, fəvvarələri hərlənən sintetik gölməçələri, yalançı tovuz quşlarını, 

tüstüdən düzəldilmiş süni buludları gördüm, senyor… siz bir təsəvvür edin...» Bu, nə vaxtsa 

dəniz donanmasının zabitləri üçün tikilmiş miskin əyalət mərkəzini andıran əcayib bir yer idi... 

Bütün bu işlər gecələr - hamı yatandan sonra, gizlincə görülmüşdü: səs-küy olmasın deyə, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

44 


məhəllənin it-pişiyi bircə-bircə güllələnir, yerli camaat evlərindən çıxarılıb hansısa ayrı 

xarabalıqlara köçürülür, yerdə qalanları sökü, yerinə tamamilə ayrı tikililər quraşdırılır, bir sözlə, 

tamamilə yeni bir kvartal - Manuela Sançesin kvartalı salınırdı. Bu kvartalı Manuela, anadan 

olduğu gün, evinin pəncərəsindən görməliydi. – «Budur, kraliça, bax və xöşbəxt ol!» Bu, bir növ 

qızı hökmdarlıq zirvəsinin möhtəşəmliyindən heyrətləndirmək, hakimiyyətin hüdudsuz 

imkanlarıyla şirnikləndirmək, onun, çox incə, incə olduğu qədər də qəddar alınmazlığını 

laxlatmaq cəhdi idi. «Xahiş edirəm, mənə bu cür sıxılmayın, əla həzrətləri! Axı, anam 

burdadı?!..» O, Manuelanın anasıyla – qızının namusunu qoruyan qarovulçuyla hesablaşmaya 

bilmirdi, odu ki, ehtirasını boğa-boğa, hirsini-acığını bir təhər uda-uda qalır, Manuela Sançes isə 

xəfif təbəssümlə gülümsəyərək, ona, qvanabano ağacının meyvə şirəsi qatılmış soyuq su gətirir, 

o, suyu, qocasayağı aramlıqla - xırda qurtumla, gicgahında lükküldəyən soyuq ağrıya səbrlə 

dözə-dözə içirdi ki, Allah eləməmiş, birdən Manuela bunu, onun qocalıq əlaməti kimi qəbul edər 

və onu, elə beləcə - xəstə, zavallı bir qocanı sevən tək sevər. Manuela Sançesin yanında elə bil o, 

bir az da tənhalaşır, bütün vücuduyla aramla tənhalıq bataqlığına qərq olur, bu köməksiz 

çıxılmazlıq vəziyyətindən üzülə-üzülə, zəngli divar saatı öz zəngini çalıb, görüş vaxtının 

bitdiyini elan edənəcən, heç olmasa, nəfəsiylə də olsa, qıza toxunmaq üçün can verirdi... «Bu 

saatın zəngi mənim ölüm anımı çalır!» 

O Manuelanın hüzurunda keçirdiyi son dəqiqələri qəsdən uzada-uzada, havanın hər qurtumunu 

acgözlüklə uda-uda, vaxtı ləngidir, oyuncaqları, dənizin nəm havasından paslanmasınlar deyə, 

aramla qutularına yığırdı: «Bir dəqiqə, kraliça! Qoy bircə bunları ortadan yığım.» Lakin nə qədər 

kədərli də olsa, son dəqiqə bitib başa çatırdı, getmək vaxtı yetişirdi! Sabaha qədər isə ucsuz-

bucaqsız bütöv bir ömür yaşamaq lazım idi, amma indi – saatın bu yersiz zəngindən sonra, əlində 

qızılgül donub qalan, qocanın getməyini gözləyən bu bakirə qıza bir də baxmaq üçün bircə an 

çatışmırdı. Əvvəl-axır o çıxıb getməli olurdu, küçələrdə dolaşan kölgələrə qarışıb gözdən itirdi

camaatın gülüş hədəfinə çevrilmək qorxusuyla, xəcalət tərindən boğula-boğula yoxa çıxırdı. 

Daha xəbəri yox idi ki, artıq çoxdan camaatın gülüş hədəfinə çevrilib, onun sevgi macəraları 

haqqında az qala hər tində danışırdılar, cürbəcür mahnılar qoşurdular. Bütün ölkə bu mahnıları 

əzbər bilirdi, bu mahnıları hətta tutuquşular da, patiolarda boğazlarını cıra-cıra oxuyurdular: 

 

General qovrulur eşqin oduna, 



Göz yaşının, kədərinin oduna, 

Əli yanır sinəsinin oduna... 

Sən bir buna bax, buna, 

Nə ləyaqəti qalıb, nə özünə hörməti. 

Bunu da bilir hamı: 

Bu boyda məmləkətə 

Şahlıq edir yuxuda... 

 

Çöl tutuquşuları bu mahınını ev tutuquşularından, qarğalar onlardan, qalan quşlar qarğalardan 



öyrənib oxumağa başlamışdılar. Bu minvalla mahnı, məşhurlaşıb paytaxt sərhədlərini aşmışdı, 

bütün ölkəyə yayılmışdı, dəstə-dəstə adamlar bu mahnını küçələrdə gəzə-gəzə, xorla oxuyur

milli təhlükəsizlik nazirliyinin hərbi geyimli əsgərlərini görəndə isə dağılışıb hərə bir yana qaçır, 

mahnının növbəti bəndəlrini ağızlarının içində qaça-qaça, hırıldaşa-hırıldaşa qoşurdular: 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə