Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə12/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   8   9   10   11   12   13   14   15   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

25 


öldürdülər, diri-diri adamların sümüklərini sındırıb üyüdən işgəncə kameralarını sökdülər, sonra 

əfvi-ümumi elan edildi, yalnız bundan sonra, gələcək haqqında fikirləşərkən, birdən-birə ölkəni 

fəlakətə sürükləyən bütün səbəblərin kökünü tapdı – bekarçılıqdan beyinlərində cürbəcür fikirlər 

dirçələn adamların həddən ziyadə boş vaxtını doldurmaq lazım idi. Bundan ötrü o, mart poeziya 

yarışlarını və gözəllik kraliçası adı qazanılan gözəllik müsabiqələrini yenidən bərpa elədi, Qəraib 

ölkələri içində ən gözəl həndbol meydançası, ən böyük bağlı stadion tikdirib bizim komandanı, 

«Qələbə, yaxud ölüm!» devizi altında oynamağı boynumuza qoydu. Hər kənddə pulsuz 

süpürgəçilər məktəbi açdırdı, orda təhsil alan qızlar isə ilhamlanıb nəinki evləri, küçələri və 

maşın yollarını da süpürürdülər. Dəstə-dəstə adamlar zibil qalıqlarını bir kənddən o birinə, ordan 

da geriyə daşıya-daşıya çaş-baş halda bir-birinə baxırdılar. Hər zibil qalığı «Millətin təmizliyi 

qeydinə qalan müqəddəs apostolumuzu hifz et, ilahi!» - şüarları və dövlət bayraqlarıyla müşayiət 

olunurdu. O isə həmin dəqiqələr, yalvara-yalvara ondan bir çimdik duz istəyən cüzamlı 

xəstələrlə, korlarla, ifliclərlə dolu bağın içiylə ayağını sürüyə-sürüyə gəzir, huşa getmiş heyvan 

aramlığıyla öz həmvətənləri üçün yeni-yeni məşğuliyyətlər planı fikirləşib tapır, ayaqüstü, yaxın 

günlərdə açıq səma altında, boş çənlərdə dünyaya gələn körpələri xaç suyunə çəkir, onların hər 

birinə öz adını verirdi. Yaltaqlar: «Yeganə və vahid xilaskarımız!..» - deyib onu 

şərəfləndirirdilər. O isə elə doğrudan-doğruya yeganə idi… çünki daha əkiz tayı yox idi və 

günaşırı quş dolu qəfəslər göndərilən bu sarayda, əkizinin yerinə də, hər yerdə özü iştirak 

eləyirdi. Bu qəfəsləri saraya, anası Bendisyon Alvaradonun bir vaxtlar quşsatmaqla məhğul 

olduğu xəbəri yayılandan sonra göndərməyə başlamışdılar. Bəziləri bu qəfəsləri ona 

yaltaqlanmaq, yarınmaq məqsədi ilə göndərirdi, bəzi qəfəslərinsə açıq-açığına rişxəndlə, 

dolamaq məqsədi ilə göndərildiyi. Axır nə baş verirdisə, bir müddətdən sonra, təzə gələn 

qəfəsləri asmaq üçün sarayda yer qalmadı. Bu qayğının üstünə saysız-hesabsız dövlət işləri də 

yığıldı və bütün bu işlərin birdəfəlik həlli tələb olundu. Otaqlara da o qədər adam doluşdu ki, 

məmurları, qəbula gələn adamlardan ayırmaq mümkün olmadı. Darısqallıqdan can qurtarmaqdan 

ötrü divarları söküb o qədər pəncərə düzəltdilər ki, növbəyə duranlar, sarayın pəncərələrindən 

dəniz mənzərəsini seyr edə bilsinlər, bir otaqdan o birinə, yelkənli gəmi, payız günü açıq dənizdə 

küləyi yarıb keçən kimi keçsinlər. Lap üzü qədimdən bəri adamlar, saray pəncərələrindən 

vıyıltıyla içəri dolan soyuq mart küləyini sülh və əmin-amanlıq küləyi adlandırmışdılar, mənim 

generalım və hətta uzun illərdən bəri qulağınızı yoran uğultunun da sülh və əmin-amanlıq səsi 

olduğunu təsdiq eləmişdilər. Şəxsi həkimi elə beləcə də demişdi: «Qulağınızda uğuldayan bu səs, 

sülh və əmin-amanlıq səsidir, mənim generalım!» Həmin o gündən – ölüb-dirildiyi o taleyüklü 

gündən sonra yerdə və göydə, ətrafda nə vardısa, hər şey sülh və əmin-amanlıqdan, ümumi 

firavanlıqdan xəbər verirdi. O özü də buna sidq-ürəkdən inanırdı. İnanırdı ki, artıq sakitlik və 

firavanlıq dövrü gəlib çatıb… və bir gün buna elə inandı ki, yenə dekabrda dağın başına qalxdı, 

öz aralarında əttökən saxta qohum-qardaşlıq münasibətləri yaratmış keçmiş diktatorların 

miskinliyindən zövq almaq üçün dağın başındakı həmin o evə getdi. Onlar da onu görən kimi 

domino oynunu yarımçıq kəsib, ovuclarında qalan daşları ona göstərə-göstərə: «Tutaq ki, məndə 

altı-altıdı, bu kütbeyin konservatorlarda da tutaq ki, üç-üçdü… o da var ki, keşişlərlə massonların 

əlaltı fırıldaqlarını bilmirdim…» İndi bu qoca çaqqala nə deyəsən? 

Sonra o biri tula çərənləməyə başlayırdı ki, bax, bu külqabı tutaq ki, prezident sarayıdı, düşmən 

isə dörd yüz metr məsafədən küləyin istiqamətiylə buranı atəşə tutub və əgər külək bu səmtə 

əsməsə, düşmən gülləsi saraya çata bilməz. «Və əgər indi siz məni bu vəziyyətdə görürsünüzsə, 

bu, cəmi-cümlətanı səksəncə santimetrin işidi. Bədbəxtçiliyə bir bax!..» Sabiq diktatorların ən 

inadkarları belə, bu uzunmüddətli sürgündən mənən sınmış, olan-qalan ümidlərini də itirmişdilər. 

Bircə o ümidlə yaşayırdılar ki, arada bir üfüqdə görünən tüstüsünün rəngindən, fitinin səsindən 

tanıdıqları doğma gəmiləri görüb limana enəcək, yağış başlarına döyə-döyə, zibil yeşiklərində 

eşələnəcək, dənizçilərin, yemək bükmək üçün istifadə elədikləri qəzet parçalarını axtarıb 

tapacaq, onları sətirbəsətir həm soldan sağa, həm də sağdan sola oxuyacaq, bütün 

oxuduqlarından – məsələn orda, vətəndə kimin kiminlə evləndiyi, kimin öldüyü, kimin kimi ad 

gününə kimi dəvət eləyib, kimi dəvət eləmədiyi barədə yazılardan, öz ölkəsində baş verən 

hadisələrin siyasi proqnozunu dəqiqləşdirəcəklər. Hər biri də, əvvəl-axır onun taleyini dəyişəcək 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

26 


hansısa qasırğanı - Allah qoysa, ölkənin üstündən əsib, hər yeri viran qoyacaq qasırğanı, bütün 

körpüləri, bəndləri kökündən qoparıb aparacaq, aşıb daşa-daşa, əkin sahələrini, buğda zəmilərini 

yuya-yuya, bütün məhsulu məhv edəcək, evləri aparıb, əvəzində aclıq, vəba və ölüm gətirəcək 

qasırğanın gəlişini gözləyirdi. Onda camaatın, ölkəni başına götürmüş bu bəladan, bu 

özbaşınalıqdan qurtarmaq üçün, bir vaxt ölkədən qovub çıxartdıqları adamı köməyə çağırmaqdan 

savayı ayrı əlacı qalmayacaqdı. «Belə də olacaq, görərsiniz!» Həmin bu möhtəşəm məqamın 

yetişəcəyi anın həsrətiylə yaşaya-yaşaya da, təzə gələnlərdən birini kənara çəkib sakitcə: «Siz 

allah, bu iynəni saplayaydınız, şalvarımı yamamalıyam… mən bu şalvarı ata bilmərəm, bu şalvar 

mənimçün əziz xatirədir…» - deməli olurdular. Paltarlarını gizlində yumalı, heç kəs görməsin 

deyə, sığınacağa təzə gələnlərin ilk günlər zibil qutusuna tulladıqları ülgücləri ordan üsulluca 

yığmalı, dişsiz ağızlarını, qocalığın üzüqara xasiyyətini - özünü saxlaya bilməyib batırdığı 

şalvarlarını o birilərdən gizləməkdən ötrü, otağının qapısını kilidləyib təklikdə nahar eləməli 

olurdular. Axırı da bununla qurtarırdı ki, qocalardan qartıyıb lap əldən düşənlərinin sonuncu 

babat köynəyini əyinlərinə geyindirib, orden-medallarını döşünə yapışdırıb, bir vaxtlar qoyub 

qaçdığı ölkəsinin bayrağına büküb, üstündə milli himnini oxuyur və bədbəxtləri bir-bir əbədilik 

dünyasına – qayaların altındakı sualtı saraya yola salırıq və yer üzündə bu zavallıdan, artırmada 

tək-tənha yellənən boş çimərlik stulundan savayı heç nə qalmır. «Biz də o stula əyləşib 

rəhmətliyin olan-qalan pal-paltarıyla əylənirik, mənim generalım, siz bu dünyanın işinə baxın, o 

boyda şan-şöhrət, axırda da bu cür ucuz ölüm.»  

Ötən dekabrda, bu sığınacaq hələ təzə-təzə açılanda o, həmin bu artırmaya çıxıb birdən-birə 

Qəraib sahillərinin şəhərlərini - boyunbağı kimi sırayla düzülən Antil adalarını gördü. Bu 

mənzərə həqiqətdən çox yuxuya oxşayırdı. Amma bu, yuxu deyildi, çünki yanında dayanan 

kimsə barmağını dənizə uzada-uzada, inadkar bir həvəslə bu mənzərəni ona göstərməkdən 

yorulmurdu. «Ora baxın, mənim generalım, Martinika oradır.» Və o, Martinikanı - bu əsrarəngiz, 

sönmüş vulkanı, ordakı vərəm sanatoriyasını, kilsə sütunları arasında qubernator arvadlarına iri 

qardeniya kolları satan gipür köynəkli nəhəng zənciləri gördü. «Paramaribo isə, mənim 

generalım, ordadır». Onda o, Paramaribonun, cəhənnəmə oxşar bazarını - dənizin dibindən 

borularla sürünüb sahil kafesinin stollarına dırmaşan xərçəngləri, horra kimi məd yağışın altında 

dayana-dayana hind maskaları və imbir kökləri satan gombul zənci qarıların ağızlarında bərq 

vuran brilyant dişləri, Tanaquarene çimərliklərində günün altına yayxanan, qızılı inəklərə bənzər 

qadınları gördü. «Xalis qızıldı, mənim generalım!» İkicə reala skripkanın olan-qalan simində 

çala-çala ölümün özünü qovan quayyolu kor sehrbazı, Trinikdadenin qızmar günortasını, dal-dalı 

gedən avtomobilləri, fil sümüyündən yonulmuş tumgöz mandarin1 fiqurları və təbii ipəkdən 

köynəklər satılan piştaxtaların qarşısında səkiyə çöməlib bayıra çıxan yaşıl paltarlı hinduları 

gördü. O, eləcə də Haiti dəhşətlərini – bu şəhərin küçələrində sümsünən göyərmiş, qotur itləri, 

səhər tezdən səkilərdən yığılıb öküz arabalarında harasa daşıınan me 

 

1 Mandarin – Çin imperatorları sülalələrindən birinin adı. 



 

yitləri, zanbaq işarəsiylə Hollandiyanın yenə buralara qayıtdığından xəbər verən benzin 

anbarlarını, qarlı qışa hesablanmış dəyirmansayağı evlərin şiş qüllələrini, şəhərin mərkəzi 

küçələriylə bir mehmanxanadan o birinə üzən əcayib okean gəmisini, Kartaxenanın daşdan 

hörülmüş tövlələrini, dəmir buxovla əhatəyə alınmış limanını, eyvanları, vitse-kral yeməyindən 

ötrü burnunun ucu göynəyə-göynəyə qəm-qüssə içində əsnəyən yorğun parad atlarını gördü… 

«Təzək iyi gəlir, mənim generalım! Möcüzədir! Dünya sərhədsizdir!» Dünya doğrudan sərhədsiz 

idi, həm də məkrli idi. Çünki bu dekabr, general, dağın başındakı sığınacağa, oranın bədbəxt 

sakinləri ilə - ona dünyanın pis üzünü, bədbəxt tərəfini xatırladan bu mənfur qocalarla söhbət 

eləməkdən ötrü yox, həmin o sehrli anı - dekabrın soyuq günəşi şəffaflaşan məqam, dənizin mavi 

sinəsinə salınmış əlvan boyunbağını xatırladan Antil tacını, Barbadosdan Verakrusacan uzanan 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə