Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə13/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   9   10   11   12   13   14   15   16   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

27 


Qəraib şəhərlərinin mənzərəsini görmək üçün gəlirdi. O mənzərə yerində idi, indi bu adalar, ay 

işığının altında sahildə uyuyan timsahlara bənzəyirdi və hər şey yenə həmin o oktyabr cüməsinin 

ala-toranını xatırladırdı. Onda, yadına gəlir, səhər tezdən yataq otağından çıxanda bir də baxıb 

gördü ki, prezident sarayının bütün əhlinin başında qırmızı papaqlar var. Sonra gördü ki, otaqları 

süpürən, quş qəfəslərinin suyunu dəyişən arvadların da, ferma sağıcılarının da başında həmin bu 

qırmızı papaqdan var. Qarovulçular da, həmişə pilləkənlər boyu oturan ifliclər də, cüzamlılar da 

bu papaqlardaydılar. Bazar günü şənliyində də, hamı başında bu qırmızı papaq, qızılgül kolları 

arasında gəzişirdi. O gecə general, dünyanın bu düz vaxtında nə baş verdiyini heç cür anlaya 

bilmirdi, bütün şəhər camaatının qırmızı papaqlarda, hərənin əlində də bir dəstə şaq-şaqlı 

oyuncaqla gəzməyinin mənasını başa düşə bilmirdi. Uzun üzüntülərdən sonra axır ki, o gün nə 

baş verdiyini ona izah eləyən bir adam tapıldı. «Bura hardansa xaricilər gəlib, mənim generalım, 

onlar ispan dilində danışır*, amma bu, bizim danışdığımız ispan dili deyil, çünki onlar dənizə 

«nə?» yox, «kim?» deyirlər, bizim tutuquşulara «papaqayo», qayığa «almadiya», dustaqxanaya 

isə «asaqay» deyirlər. Biz qayıqlarda dənizə çıxıb onların gəmiləri ətrafında fırlananda, onlar dor 

ağacına qalxıb bir-biriylə qışqıra-qışqıra, bizim biçimli bədənimizdən, gözəl üzümüzdən danışıb, 

saçlarımızı tərifləyirdilər, saçımızı at saçına bənzədirdilər. Görəndə ki, dərimiz gündən yanıb 

soyulmasın deyə, bədənimizi rəngləmişik, tutuquşu kimi quqquldaşdılar ki, biz nə onlar kimi 

ağıq, nə də generallar kimi qarayıq, bir Allah bilir nə rəngdəyik, dərimizi də tünd qəhvəyi rənglə 

rəngləmişik, sonra da gülüşdülər, biz də başa düşmədik bunlar nəyə gülür, axı, biz tamam lüt 

idik, mənim generalım, anadangəlmə. Əslinə qalsa, gülməli olan, onların özləri idi, o cəhənnəm 

istisində şahzadə kimi altdan geyinib, üstdən qıfıllanmışdılar, «bürkü» sözünü də holland 

qaçaqmalçıları kimi deyirdilər, saçları da arvad saçına oxşayırdı. Aralarında bircə qadın belə yox 

idi, hamısı kişi idi, onlar bizə qışqırırdılar ki, niyə biz adam dilində, xristian dilində heç nə başa 

düşmürük, hərçənd özləri də adam dilində heç nə qanmırdılar. Sonra onlar «almadiya» dedikləri 

qayıqlarda yanımıza üzdülər və bizim, ucu sabala balığının sümüyündən düzəldilən avarlarımıza 

baxıb təəccübləndilər. Onlar sabalaya «dişli balıq» deyirlər. Sonra da nəyimiz vardısa, hamısını 

qırmızı papaqlara və şıq-şıq şıqqıldayan oyuncaqlara dəyişdilər. Biz bu oyuncaqları boyun-

boğazımıza taxıb xarici qonaqları bir xeyli güldürdük. Qalan şeylərimizi isə dəmir çax-çaxlara, 

nimçələrə, güzgülərə, cürbəcür xarici cıncıq-mıcığa dəyişdilər, mənim generalım və görəndə ki, 

bunlardan bizə heç bir ziyan gəlməz, yavaş-yavaş, onlar da hiss eləmədən, sahilə yan aldıq. 

Burda da aləm qarışdı, nə qarışdı. Bir hay-həşir qopdu, bir bazar açıldı ki, gəl görəsən! Kimin 

əlinə nə keçdisə, eləmə tənbəllik, budu ha, sürütləyib gətirdi. Tutuquşu gətirən kim, şokalad, quş 

yumurtası daşıyan kim… Daşıhadaşı… Onlar da hər şeyi məmnuniyyətlə götürüb, əvəzində 

camaata öz zir-zibillərini soxuşdururdular, hələ arada biri, öz məxmər cübbəsini bizim birimizlə 

dəyişmək istədi ki, aparıb Avropada nümayiş elətdirsin. Təsəvvür eyləyirsiniz, mənim 

generalım?»  

General, çaşqınlıq və həyəcan içində duruxub qalmışdı, nə edəcəyini bilmirdi, bu qəribə işə onun 

qarışmağı lazım idimi?.. Bu işlərin ondan bir asılacağı var idimi? Beləcə, çaşqınlıq və həyəcan 

içində o, prezident sarayına - öz yataq otağına qayıdıb sabahkı günü gözlədi. Təzə açılacaq 

günün sübh şəfəqi hər şeyi aydınlaşdıracaqdı, onda sular durulacaq, ona danışılan bütün bu 

məşəqqətlərin əslində nə olduğu bilinəcəkdi. Amma pəncərəni açanda, onun gözünə, ilk 

növbədə, nə vaxtsa dəniz desantının limanda qoyub getdiyi zirehli gəmidən savayı, acıqlı dənizin 

ortasında aramla yırğalanan üç karavella dəydi. 

 

*** 



 

Onun ölüsünü yenə həmin kabinetdə, elə həmin vəziyyətdə, həmin geyimdə - qartalların didib-

tökdüyü həmin üzüylə tapanda, bizim heç birimiz o qədər də qoca deyildik ki, meyitin birinci 

dəfə tapılanda eyni ilə bu cür, ya başqa cür olduğunu yadımıza sala bilək, amma dəqiq bilirdik 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

28 


ki, təkcə elə bir ölüm xəbəri ilə ölənin məhz o olduğuna qəti inanmaq olmaz. Çünki əvvəllər də 

bir neçə dəfə belə olmuşdu ki, hamıya məlum olan bir həqiqət onun özünə aid olanda, 

izaholunmaz bir anlaşılmazlığa, şahidlərin dəlil-sübutları isə boşboğaz söz-söhbətə çevrilirdi. 

Məsələn, deyirdilər, guya o, kiməsə müsahibə verəndə, dəhşətli sancılardan qovrula-qovrula 

kreslodan yerə yıxılıb, ağzından da yamyaşıl öd köpüklənib; yaxud, danışırdılar ki, Allah, 

acıdilliyinə görə ona qənim olub, dilini qurudub və guya o, bircə söz belə deyə bilmir, təkcə 

ağzını, o da zorla açıb-yuma bilir, onun əvəzinə isə pərdənin dalından ayrı adam danışır; sonra 

deyirdilər, əxlaqsız hərəkətlərinin ucbatından, bədənini başdan-başa, balıq puluna bənzər əcayib 

səpki basıb, qarnı da, hava dəyişəndə sancıdan elə doğranır ki, söyüşündən qulaq tutulur, 

deyirdilər guya o, qarnını xüsusi arabaya qoyub gəzdirir ki, heç olmasa, əl-ayağını tərpədə bilsin; 

«odu ki, deməli, ölümünə az qalıb…» – hamı bir ağızdan deyirdi. Deyirdilər ki, guya kimsə öz 

gözləriylə, sarayın arxa qapısından onun, üstü qızılı çələnglərlə bəzədilmiş məxmər tabutunun 

çıxarıldığını, Letisiya Nasarenonunsa Yağışlar bağçasında qanlı göz yaşları ilə ağladığını görüb. 

Amma onun ölümü barədə yayılan bu şayələr nə qədər həqiqətə oxşayırdısa və bu cəbərlər nə 

qədər sevindirici olurdusa, sonradan, onun, əvvəlkindən də betər qıvraqlaşdığını görmək, 

hakimiyyət sükanını əlinin içində möhkəm-möhkəm saxlaya-saxlaya dünya durduqca, bizim 

taleyimizi idarə eləməyinin şahidi olmaq bir o qədər kədərli olurdu. İlk baxışda elə bil hər şey 

çox sadə görünürdü; axı bu, məhz onun bədəniydi?!.. Axı, dövlət möhürlü üzük təkcə onun 

barmağında olurdu?!.. Yastı dabanları üstə yeriməkdən yorulmayan ayaqları, qartalların, nəyə 

görəsə dəymədiyi dumbul qarnı haqqında biz çox eşitmişdik. Amma aramızda elələri də vardı ki, 

nə vaxtsa bir dəfə, əlində eynilə bu cür üzük olan, yekə ayaqlı, dumbul qarınlı meyidi 

görmüşdülər. Odu ki, biz bütün sarayı gəzib-dolaşandan sonra tapdığımız ölünün əslini 

axtarmağı qərara aldıqsa da, sarayda aparılan ciddi yoxlamalar heç bir nəticə vermədi. Anasının 

– Bendisyon Alvaradonun yataq otağında biz, içi, quruyub qaxaca dönmüş ölü quşlarla dolu bir 

neçə sınıq qəfəs, inək təzəyinə bulanan hörmə kreslonu gördük, akvarel rəngləri ilə dolu tübiklər 

və bir xeyli fırça tapdıq.  

Bendisyon Alvaradonun satışa çıxardığı mallar məhz bu rənglərlə, bu fırçalarla rənglənib 

bəzənir, bozarmış ütük cüllütlər gözəl qu quşuna çevrilir, sonra quş bazarında pəh-pəhlə satılırdı. 

Burda, Bendisyon Alvaradonun yataq otağında biz, baxımsızlıqdan solmaq əvəzinə, yaşıllaşıb 

daha iri qol-budaqlar atan melissa kollarını gördük, onun şitilləri divarlarla dırmanıb portretlərə 

sarmaşmış, kətanların arxasında kök atıb, şəkillərdə təsvir olunan adamların gözlərini deşərək

bu biri üzdən asılmış, ordan sürünüb pəncərələrə dırmanmış, çölə uzanıb bağçanın sıx yaşıllığına 

hörülmüşdü. Odu ki, ölüsünü axtardığımız adamın buralarda gizlənə biləcəyinə zərrə qədər 

şübhə yeri qalmırdı. Letisiya Nasarenonun yataq otağında gözümüzə ilk növbədə dəyən isə 

təmtəraqlı sevgi yatağı – şəbəkəli pərdənin altında uyuyan, üstündə toyuqlar qaqqıldaşan nəhəng 

çarpayı oldu. Biz, otaq boyu düzülmüş sandıqları açdıq və sandıqların içində çürüyən köhnə-

kürüşü – güvələrin yeyib dağıtdığaraq, bir yığın toz qalığına çevirdiyi tülkü dərilərini, uzunətəkli 

qadın paltarlarının altından geyilən, məftildən hörülmüş tor tumanları, tozlu çiyin örtüklərini, 

işləməli brüssel döşlüklərini, arada bir qadınların da ayaqlarına keçirib gəzdikləri kişi 

başmaqlarını, qəbul günləri Letisiyanın şellənə-şellənə geyinib gəzdiyi qızıl tesmalı, hündür 

dabanlı atlas çəkmələrini, üstünə fetrdən bənövşələr çəkilmiş, uzunətəkli paltarını, yas 

mərasimlərində, ali xanımlıq nişanəsi sayılan ağır taftadan düzəldilmiş qara rəngli matəm 

lentlərini gördük. 

Sandıqların birindən biz, Letisiyanın, bir vaxtlar Yamaykadan oğurlanıb, büllur qab-qacaq 

yeşiyində bizim tərəflərə gətiriləndə əyninə geydiyi yun tələbəlik paltarını tapdıq. Həmin o 

əzablı səfərdən sonra Letisiyanı rahatca prezident xanımının taxtına oturtmuşdular. Bütün 

bunlara baxmayaraq, biz Letisiyanın yataq otağında, axtardığımız adamdan bircə əlamət belə 

tapa bilmədik və nəinki ondan, hətta Letisiyanın quldursayağı oğurlanmasıyla bağlı da əlimizə 

bircə dənə belə olsun, dəlil keçmədi. Biz, onun Letisiyaya olan sonsuz məhəbbətinə aid də orda 

heç nə tapa bilmədik, elə bil o, heç ömründə Letisiyanın yataq otağına ayaq basmamışdı. 

Ömrünün son illərini, ayağını çölə qoymadan içində keçirmiş yataq otağında isə biz, üstü 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə