Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə10/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   6   7   8   9   10   11   12   13   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

21 


dəyişmədi? Axı necə ola bilər ki, günəş elə əvvəlki kimi batır, çıxır, heç yanda büdrəmir də? Axı 

niyə, ay ana, niyə, bazar günü elə bazar günü qaydasıyla keçir… bürkü də, mənim sağlığımdakı 

kimi, yeri-göyü yandırıb-yaxır?» General bu suallarla özünü üzürdü ki, bu vaxt liman qalasında 

topdan atəş açıldı, kilsə zənglərinin səsləri şəhəri bürüdü və bir əsrlik rəzalət yuxusuna getmiş 

şəhər bu səsə ayılıb elə bil çalxalandı, qarmaqarışıq, səs-küylü izdiham sarayın ətrafına axışdı... 

Onda o, gizli yataq otağının qapısını azca aralıyıb ordan, iclas zalının tən ortasına qoyulub 

ətrafına yanar şamlar düzülən cansız bədnini, bütün xristianlıq tarixində baş vermiş ölüm 

hadisələrindən - Roma papalarının cəsədlərindən də gözəl bəzədilən cəsədini gördü… güllərin 

içində ağaran pudralı sifətinə, boyalı dodaqlarına, orden-medalların ağırlığından çökən sinəsinin 

üstə çarpazladığı sümüklü əllərinə, bir vaxtlar kiminsə göylər generalı üçün özündən uydurub 

düzəltdiyi – hər tərəfində on ədəb günəşcik yanan, oyuncaq kralın əldəqayırma xəncərinə oxşar 

gödək qılınc taxılmış qundağına, parad libası geydirilmiş bədəninə baxdıqca içini xəcalət və 

dəhşət hissi bürüdü. Ən qəribəsi isə, bu əldəqayırma qılıncın, bütün ölçüləri baş-ayaq eləməsiydi. 

Bu gödək qılınca görə hər bir şey - hakimiyyət möhtəşəmliyinin bütün rəmzləri, ağır hüznlü yas 

mərasimi, hərbi təltiflər və sair oyuncaq qılınc kimi cılız görünür, hər şey öz əzəmətini itirib 

adiləşir, tabutda yatan adamın bədən ölçüləriylə qəribə bir uyğunsuzluq yaradırdı. O isə ömrü 

boyu özünü kişi, üstəlik, hərb adamı hesab eləmişdi… odu ki, cəsədə baxdıqca, əsəbiləşir, öz-

özünə: «Yəni bu mənəm? Lənət şeytana, ola bilməz!» - deyə fikirləşirdi. Ardı-arası kəsilməyən, 

ucu-bucağı görünməyən adam axını cənazənin başına dolanırdı… Bir anlıq o bütün bunların 

tamaşa olduğunu, bu tamaşanın məkrli məqsədini unudub, özünü öz ölümündən təhqir olunmuş 

və alçaldılmış hiss elədi və ağzının içində dönə-dönə: «Bu ki, ədalətsizlikdi, lənət şeytana!» - 

deyə təkrar eləyə-eləyə, onu ölmüş bilib bura gələn adamların davranışına göz qoya-qoya, öz-

özlüyündə bir sıra məsələləri götür-qoy eləməyə başladı. O, bir çoxlarının özünü itirib köməksiz 

vəziyyətə düşdüyünü gördükdə ürəkdən sevindi, onu itirdiklərinə görə öz həyatlarından silən 

biçarələrin halına acıdı, bunun ardınca isə nəfəsini içinə qısa-qısa, bura, onun həqiqətən ölüb-

ölmədiyini, cənazədə uzananın o, yoxsa ayrı bir kəs olduğunu, ümumiyyətlə, bütün bunların 

oyun olub-olmadığını öyrənib bilmək üçün gələnlərin hərəkətlərini izlədi. Cənazənin önündə 

donuxub qalan, cəsədi hərbi salamla şərəfləndirən qoca veteranı, tabutun üzərinə əyilib, 

mərhumun üzüyündən öpən, qolu qara matəm sarğılı kişini, cənazəyə bircə gül qoyan utancaq 

litsey tələbəsini gördü və onları yaddaşında xüsusi bir yerə həkk elədi. Onları, bir də balıq satan 

arvadı. Balıqsatan arvad, ağzınacan balıqla dolu səbətini döşəməyə buraxıb, özünü cəsədin 

üstünə atdı, pudralı-boyalı meyidi qucaqlayıb, səsi zalı başına götürə-götürə: «İlahi, indi biz 

neyləyəcəyik?! – deyib bərkdən-bərkdən çığırdı – O ölüb! O ölüdür!» Onda hamı xısın-xısın 

pıçıldaşdı, xosunlaşdı: «Gördünüz, bu odur, onun özüdür! Özüdü ki, var! Ölüb!» - «Bu, odur! 

Odur! Odur!» - deyə Armas meydanında günün altında yanıb qarala-qarala cavab gözləyən 

adamların bir-birinə ötürdüyü bu xəbərdən sonra kilsə zənglərinin səsi kəsildi və qəfildən, əvvəl 

kilsənin, sonra ətrafdakı bütün kilsələrin zəngləri dini bayramların müqəddəs çərşənbəsində 

olduğu kimi, şən zınqırovlarla cingildəməyə başladı… havaya pasxa fişəngləri atıldı, salyut 

fişəngləri buraxıldı, təbillər çalındı və o, bilərəkdən susub kənara çəkilən qarovulun yanından 

ötüb sarayın divarlarına dırmaşan, pəncərələrdən içəri doluşan qiyamçıların dəstələrini gördü… 

onların, cənazənin önündə duranları dəyənəklə qovduqlarını, meyidə sarılıb ağlamaqdan 

doymayan balıqsatan arvadı döşəməyə yıxmaqlarını, meyidi səkkiz ədəd pəzəvəng gül 

çələnginin içindən dartıb çıxardığını, ayağından tutub pilləkənlər boyu sürütləyə-sürütləyə 

məsxərəyə qoyduqlarını, piləkəni düşürüb harasa bir az da aşağı aparmaqlarını gördü... Qalanları 

isə içi naz-nemət dolu kədər sarayı talan eləməyə, əllərinə keçəni dağıdıb məhv eləməyə 

başladılar… qotika üslubunda yığılmış kərpicli sütunları sökür, quş qəfəslərini, vitse-kralın 

tacını, royalı pəncərələrdən aşağı tulazlayır, naməlum cəngavərlərin külü yığılmış vazları yerə 

çırpıb sındırır, məyus gəmilərdə xumarlanan gözəllər təsvir olunmuş qobelenləri yırtır, 

yepiskopların, qədim döyüş geyimlərində təsvir olunan hərbçilərin portretlərini, möhtəşəm dəniz 

müharibələri təsvir olunan şəkilləri od vurub elə yandırırdılar, elə bil bununla bu mənfur 

hakimiyyətin axırına biryolluq çıxırdılar. Hər şeyi elə dağıdıb sökürdülər ki, gələcəkdə bu qan 

çanağını yada salmağa belə bircə iz qalmaın.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

22 


Bütün bunları o, öz gözü ilə gördü, sonra özünü pəncərənin qabağına atıb, çərçivələrin bağlı 

taxtaları arasından, çöldə baş verənləri, hər şeyi söküb məhv eləyən bu dağıdıcı dalğanın 

haralaracan gedib çıxdığını öz gözləri ilə gördü… «Elə bu an, bayaqdannan maşahidə elədiyim 

bütün bu məşəqqətlərdən sızlayıb qan ağlayan gözlərimlə daha dəhşətli mənzərələri, misli 

görünməyən yaramazlığın və naşükürlüyün bariz nümunəsini gördüm, ana... Bəxtəvərlikdən 

ağlıllarını itirmiş arvadlarım dingildəyə-dingildəyə evimi atıb gedirdilər. Hələ bu bəs deyil, 

özləri ilə fermanın inəklərini, sarayın mebelini, sənin bəslədiyin pətəklərin balını da vedrələrlə 

daşıyıb aparırdılar… mən öz balalarımı - qazan qapaqlarını gümüş qaşıqlarla təbil kimi çalan, 

bürünc ləyənləri büllur güldanlara vurub cingildədə-cingildədə: «Atam ölüb, yaşasın azadlıq!..» - 

deyib ulaşa-ulaşa ətürpədən şənlik düzəldən bu alayarımçıq küçükləri öz gözlərimlə gördüm… 

Armas meydanında qalanan tonqalda yanıb külə dönən portretlərimi, litoqrafik təqvimləri 

gördüm!» O, hamının zəhləsini tökmüş, hər dəqiqə, hər addım camaatın gözünü döyənək eləmiş 

portretlərinin alışıb yanmağına, sonra yenə öz bədəninə baxdı. Bədnini indi də fayton yolunun 

ortasıyla - orden-medalları, qızılı qaytanaları, məxmər gödəkçəsi, balaca qılıncı, paqonlarında, 

göylər generalının qüruba enən günəşləri ilə bir yol uzunu sürüyürdülər… «Bax gör, ana, gör 

məni neylədilər…» - deyə o, ağzının içindəcə pıçıldadı və küçə boyu, bir ucdan meyidə tüpürən 

camaatın sulu tüpürcəyini bütün vücuduyla, dərisinin hər toxumasıyla hiss elədi, eyvanlardan 

təpəsinə tökülən sidiyin üfunətini duydu, bədənini acı xəcalət təri basdı, sonra get-gedə bu 

xəcaləti dəhşətli qorxu əvəz elədi; onu şaqqalaya da bilərdilər... Onda ətini itlər gəmirəcəkdi

bədənini qarğa-quzğun dəlik-dəlik eləyəcəkdi və bütün bu müsübət, bu bayram şənliyinin - onun 

ölümünə qurulan şənliyin gurultulu təntənəsi olacaqdı! Bu dəhşətli bayram qasırğası sovuşub 

gedəndən sonra otağı, çöldə çalınan müxtəlif musiqi səsləriylə doldu… Külək əsməsə də, musiqi 

sədaları şəhərin dörd bir yanından axıb içəri dolurdu… o öz tənha, xəlvət otağında gicəllənir, 

milçəkləri havada tutub ovcundaca boğur, qulağına qonub fikrini cəmləməyə mane olan 

mığmığaları da beləcə, ovcuna sıxıb öldürməyə çalışır, üfüqdə közərən yanğının işığına, yaşıl 

işığı dəqiqədə bir yanıb sönə-sönə pəncərənin taxta millərindən içəri süzülərək, onu zolaqlı 

pələngə oxşadan mayaka baxır, çöldən eşidilən səslərə diqqət kəsilir, həyatın qaynar nəfəsini

onsuz keçən gündəlik həyatın – fövqəladə ölümü adiləşib, yüz-yüz illərin minlərlə ölüsünün adi 

ölümünə çevrildikcə, dincəlib, rahatlanıb özünə qayıdan həyatın havasını duyur, tədricən adsız-

ünvansız əbədiyyət bataqlığında əriyib yoxa çıxdığını hiss eləyirdi. Bu məqam o, ölümünün 

üstünə çımxırıb: «İtil cəhənnəmə, adamaoxşamaz!» - dedi və xəlvət otağından bu fikirlə çıxdı ki, 

artıq vaxtdı, gizlənməyin heç bir mənası yoxdu. Ayağını sürüyə-sürüyə, sökülüb dağılmış 

zalların içi ilə, ölü güllərin, şam yanığının iyindən baş çatlayan qaranlıq xarabaıqlarla gəzib-

dolaşdı, nazirlər kabinetinin iclas salonuna çatıb qapını itələdi və tüstüdən göz-gözü görməyən 

bu qaranlıq otağa daxil oldu. Uzun, qədim stolun ətrafı xırlıtılı adam səsləriylə uğuldayırdı... 

Dünəndən bəri axtardığı, görmək istədiyi adamların hamısı buradaydı. Federasiya uğrunda 

qazandıqları qələbəni pula dəyişən liberallar, onlardan bu qələbəni satın alan konservatorlar, 

yüksək rütbəli generallar, üç nazir, arxiyepiskop və səfir Şnotpern, hamı buradaydı, hamı! Hamı 

bir tələdə! Bir neçə dəqiqə əvvəl bu adamlar öz çılğın çıxşlarıyla hamını bir əsrlik despotizmə 

qarşı mübarizədə birliyə çağırırdılar, amma özləri ömürləri boyu bütün işlərdə ona züy 

tutmuşdular. İndi başları bütün bu murdarlığa o qədər qarışmışdı ki, gözləri elə qızmışdı ki, heç 

biri o dünyadan xortlayıb gələn prezidenti görmədi. Onda o yumruğunu stola çırpıb: «Demək 

belə?!» - dedi və zərblə çırpıdığı yumruğunun stola dəyməyi ilə stolun ətrafındakıları göz 

qırpımında, çığır-bağırtıyla yoxa çığmaqları bir oldu. Ortada siqaret kötüyü ilə dolu külqabılar, 

qəhvə fincanları, arxası üstə aşan kreslolar, bir də hərbi səhra geyimli, balaca, təmkinli general 

Rodriqo de Aqilar qaldı. O, tək qoluyla otağın ortasından pərdə kimi asılan tənbəki tüstüsünü 

qovub döşəməni göstərərək: «Yerə uzanın, mənim generalım! – dedi – İndicə atəşfəşanlıq 

başlayacaq». Və bizim general özünü yerə, əziz dostunun yanına atmağı güclə çatdırdı və 

«Qiyamçılardan biri də sağ qalmamalıdır!» əmrini xüsusi dəqiqlikə yerinə yetirən prezident 

qvardiyasının qanlı bayramı, ölüm şənliyi başladı. Əmriniz yerinə yetirildi, mənim generalım, 

çöl qapısından aradan çıxmaq istəyənləri pulemyotla aşsüzənə döndərdilər, pəncərədən atılanlar 

havada tutuldu, yaxın evlərdə gizlənənlər isə qumbara tüstüsündə boğuldu. «Cəzadan qaçanlar 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə