Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə6/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   2   3   4   5   6   7   8   9   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

13 


sahibinin taleyinə yazılmış təhlükələrə qurban verə-verə, ikinci daş onsuz da qoyulmayacaq yerə 

ilk daşın qoyulması mərasimlərində, dörd bir yanı düşmənlə qaynaşan təntənəli tdbirlərdə - 

qırmızı lent kəsdiyi təmtəraqlı açılışlarda, doyunca toxuna bilmədiyi əlçatmaz, əfsanəvi gözəllik 

ilahələrinə tacqoyma mərasimlərində Patrisio Araqones öz miskin taleyi ilə barışaraq, ayrı 

adamın cildində iştirak etməli olurdu və bütün bunları o, tamahkarlığı ucbatından, yaxud hansısa 

daxili ehtiyacının, ya inamının diqtəsi ilə eləmirdi; Patrisionun sadəcə, seçmək imkanı yox idi: 

ya aya beş yüz peso alan riyakarın şahlıq həyatı, yaxud dar ağacı – daha burda burcutmağın yeri 

yox idi; lakin günlərin bir günü, axşam çağı ağası Patrisio Araqonesi dənizin sahilində, pərt 

vəziyyətdə, qəm-qüssə içində, ətirli jasmin kollarını iyləyən yerdə tapdı və narahatlıqla 

Patrisiodan, onu qəmləndirə bilən hansı hadisənin baş verdiyini, bəlkə nahar vaxtı kiminsə onu 

acıladığını, yaxud bəlkə kiminsə gözünə gəldiyini soruşanda, Patrisio Araqones: «Heç də yox, 

mənim generalım, vəziyyət daha qəlizdi!» - deyə cavab verdi və burda məlum oldu ki, Patrisio, 

şənbə günü karnaval ilahəsinin başına tac qoyandan sonra onunla birinci valsı oynayıb, indi isə 

bu xatirəni qarnına, ya harasınasa soxub gizlətmək, quyunun dibinə basdırmaq, yoxsa ondan 

qaçıb gizlənmək üçün nə bir qapı, nə bir yolu ona görə tapa bilmir ki, «o ilahə dünyanın, ələ 

düşməyən, ələ gəlməyən, yuxuya belə girməyən gözəllərindəndir, canlara dəyəndir, mənim 

generalım! Siz onu görsəydiniz?!..» Onda general dərindən nəfəs dərib Patrisioya, arvada görə 

bu kökə düşməyin mənasız olduğunu dedisə də, həm də, Patrisioya qadın ehtiyacını ödəmək 

üçün o gözəli oğurlamağı da təklif etdi; o özü də həmin o ələ gəlməyən gözəllərdən çox 

oğurlamışdı və sonralar həmin o ələgəlməyən gözəllər onunla məmmuniyyətlə yaşamışdılar. 

«Mən onu sənin yatağına saldıraram, - o dedi, - dörd əsgər onun qollarını burub saxlayar, sən də 

onun dadına, ən yekə qaşıqlarla, doyanacan baxacaqsan. Qoy o, vurnuxsun! Hamısı boş şeydi! 

Onların ən tərbiyəlisi də əvvəl acıqlı olur, amma sonra ağlayıb: «Məni dişlənmiş alma kimi 

atmayın, mənim generalım…» – deyə yalvarır; lakin Patrisio Araqones onun bu təklifindən 

imtina elədi, çünki o, daha çox şey - o qadının məhəbbətini, nəhayət, onun məşuqəsi olmasını 

istəyirdi; «Axı o qadın,» - Araqones deyirdi, - təkrarolunmazdı, o əsl məhəbbətin nə olduğunu, 

nəyin necə olduğunu bilir. Onu görsəniz, özünüz bunu anlayacaqsınız, mənim generalım.» Onda 

ağa Patrisio Araqonesin dərdini bir az azaltmaq üçün ona, öz rahatxanasına aparan gizli yolları 

göstərib, hərəmlərindən istədiyi qədər, amma onun kimi, xoruzsayağı, ayaqüstü, soyunmadan, 

onları da soyundurmadan istifadə eləməyə icazə verdi və Patrisio Araqones öz ehtirasını, öz 

istəyini bu rahatxanada boğa biləcəyi ümidiylə bu özgə eyş-işrət bataqlığına baş vurdu, və eyş-

işrətlə, arzu və istəyinin gücündən alovlanıb daşan ehtirasdan, generalın dediyi kimi, ayaqüstü 

yox, məhəbətin bütün ləzzəti ilə, həssas incəliklə, sevgiyə simic qadınları belə hərəkətə gətirərək, 

onların daşlaşmış hisslərini oyadıb inildədə-inildədə məşğul olmağa başladı, sonra da heyrət 

içində sevinə-sevinə generala: «Ay xatakarsız ha, mənim generalım, qocaldıqca da, canınız elə 

bil bir az da sulanır!» - dedi; və o vaxtdan heç kim – nə generalın özü, nə Patrisio Araqones, nə 

də qadınların heç biri, kimin kimdən boylu olduğunu, kimin kimin oğlu, kimin atası olduğunu 

heç cür təyin edə bilmədi; beləliklə də, Patrisio Araqones ağanın ən yaxınına, əzizinə və eyni 

zamanda, qorxub çəkindiyi adama çevrildi; Patrisioya görə general çoxlu asudə vaxt əldə edib 

silahlı qüvvələrlə əsaslı surətdə məşğul olmağa başladı, bir vaxtlar bu böyük vəzifəyə seçilərkən 

elədiyi kimi, bütün diqqətini bu səmtə yönəltdi. Lakin o bununla, bizim düşündüyümüz kimi, ona 

görə bu sayaq ciddi cəhdə məşğul olmadı ki, silahlı qüvvələr onun hakimiyyətinin əsasını təşkil 

edirdi. Əksinə! O, bu qənaətdə idi ki, silahlı qüvvələr onun ən təbii və təhlükəli düşmənidi, odu 

ki, hər ehtimala qarşı, zabitlərin arasında tez-tez nifaq salmağa çalışır, bir dəstənin qulağına, o 

biri dəstənin onlara qarşı tələ hazırladığını pıçıldayır, bu minvalla ona qarşı nə vaxtsa hazırlana 

biləcək qiyamın qarşısını beləcə - onların taleyinə yazılanları dəyişərək, onları bir vəzifədən 

başqa birinə, bir yerdən o biri yerə köçürür, talelərinə yazılanları tay – dəyiş edə-edə, onu ora – 

bunu bura yerləşdirə-yerləşdirə, aləmi bir-birinə qatır, kazarmaların hər onundan doqquzunu boş 

patronlarla, dəniz qumu qatılmış saxta barıtla təchiz edir, öz əlinin altında isə - saray 

zirzəmilərinin birində əla təlim keçmiş arsenal saxlayırdı və bu zirzəminin açarı o biri gizli 

qapıların açarları ilə bir dəstədə, daim generalın ürəyinin başında cingildəyirdi; dəstəyə yığılmış 

bu açarların hərəsindən bircə ədə dənə idi və müdafiə naziri, prezident qvardiyasının komandiri, 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

14 


milli təhlükəsizlik xidmətinin rəisi vəzifələrini aparan, hətta generalı dominoda udmaq ixtiyarına 

malik olan nadir adamlardan biri, onun əziz dostu, təcrübəli artillerist general Rodriqo de 

Aqiların kölgə kimi müşayət etdiyi bu arsenalı ondan başqa heç kimin açıb buraxmağa ixtiyarı 

yox idi; məgər prezident karetinin, sui-qəsd hazırlanan yerə çatmasına bir neçə dəqiqə qalmış 

dinamiti zərərsizləşdirən zaman sağ əlini itirən həmin bu Rodriqo de Aqilar deyildimi?.. Çox 

keçəmədi ki, general Rodriqo de Aqilarla Patrisio Araqonesin kölgəsində özünü o qədər rahat və 

təhlükəsiz hiss etdi ki, onun özünümüdafiə instinkti tamam-kamal kütləşdi və o, tez-tez camatın 

arasında görünməyə başladı; o, tək bir adyutantın müşayiəti ilə adi, gerbsiz karetdə şəhəri gəzir, 

yol boyu karetin pərdələrini açaraq adamlara əl eləyir, onun dekreti ilə ən gözəl kilsə elan edilən

qızılı daşlardan hörülmüş möhtəşəm kilsəyə, piştağlarında uzaq, yuxulu keçmiş uyuyan qırmızı 

kərpicli, qədim evlərə, sarı bənizlərini dənizə, şehli səkilərə, yanıq şam kötüklərinin iyi gələn 

tərəfə, açıq eyvanlarda cansız üzlərindəki donuq bakirəliklə oturub, qərənfil dibçəkləri ilə 

şitillərin arasına sıxıla-sıxıla, yorulmadan şəbəkə toxuyan qızlara sarı çevirən günəbaxanlara, bir 

vaxt ilk kometanın gəlişində klavikordların çaldığı musiqinin səsi gələn monastırın qaranlıq 

pəncərələrinə baxırdı; bir dəfə isə şıdırğı alver gedən məhəllənin vavilionsayağı izdihamına 

qarışıb, adamların hay-küyünü batıran hiddətli musiqi sədaları altında, lotereya biletlərindən 

hörülən çələnglərə, çaxır dolu arabalara, iri iuqana* yumurtasından yığılan yumurta təpələrinə, 

günün altında ağaran türk piştaxtalarına, valideynlərinin sözündən çıxdığına görə əqrəbə çevrilən 

qızın vahiməli portretinə, axşam çağları şam yeməyinə bir-iki balıq qazanmaq, dərdini unutmaq 

üçün, şəbəkəli taxta balkonlara sərdikləri pal-paltar quruyanacan, piştaxtaların qabağında lüt-

uryan peyda olub, göyərtisatanlarla latayır küçə söyüşü ilə söyüşən dul arvadların küçə boyu 

düzülən miskin komalarına baxdı. Sonra prezidentin üzünə çürük balıqqulağı iyi vurdu və o, 

uzaqdan, gözqamaşdıran işıqlı göylə süzən qutan qatarını, limanın lap girəcəyində təpələrin 

üstünə səpilən rəngbərəng zənci komalarını da gördü; budu, bu da liman! Ah, liman! İylənmiş 

çiy taxtalarla döşənmiş liman! Elə bu vaxt karet az qala, limanı gözdən keçirən kədərli qocanın 

simasında ölümün özünü görürmüş kimi hürküb yerində səndələyən zənci qadını vuracaqdı. «Bu 

odur! – zənci qadın heyrətlə qışqırdı - Bu odur! Əsl kişiyə eşq olsun!» «Eşq olsun!» - deyə kişili-

qadınlı, böyüklü-kiçikli hamı çığırışa-çığırışa ordan-burdan, dükanlardan, qəlyanaltıxanalardan 

çıxıb karetin başına yığıldılar, «Eşq olsun! Eşq olsun!» - deyə-deyə bir qisim adam qızğın atların 

cilovundan tutub saxlayır, bəziləri rəhbərin əlini sıxmaq üçün karetə dırmaşırdılar; coşğun 

insanlar onun başına qeyri-iradi axınla, ən başlıcası isə, o qədər sürətlə yığıldılar ki, o, ovcundakı 

tapançanın tətiyini çəkən adyutantın əlini saxlamağa güclə macal tapdı: «Adam qorxaq olmaz

leytenant, onlar məni sevir, buna mane olmayın!» Son günlərin təsirli təəsüratlarından və bu 

sevgi bayramından həyəcanlanan prezidenti general Rodriqo de Aqilar belə, açıq karetdə gəzmək 

fikrindən döndərə bilmirdi; «Qoy vətən övladları məni başdan-ayağa görsün! Heç bir təhlükə-

filan da yoxdur, boş şeydir!» O, heç təsəvvürünə də gətirmirdi ki, limanda baş verən bu çılğın 

vətənpərvərlik bayramaı öz-özünə alınmışdısa da, qalanı onu təhlükəsiz bir vəziyyətdə vəsf 

etmək üçün təhlükəsizlik xidməti tərəfindən təşkil edilmişdi; payızın əvvəlində baş verən bu 

kütləvi sevgi etiraflarından təsirlənmiş prezident bir neçə illik rahiblik həyatından sonra 

paytaxtdan kənara çıxmağı qərara aldı, milli bayraq rəngində rənglənmiş köhnə qatarını işə 

salmaq üçün göstəriş verdi və qatar nəhəng şahlığın, kədər və məyusluq vilayətinin sərhədəlri 

boyu, səhləb çiçəyi və amazon balzaminlərinin kolları arasından meymunları, pələnglərin 

zolağında uyuyan cənnət quşlarını hürküdə-hürküdə, pişik kimi oğrun-oğrun sürünə-sürünə 

ölkənin içindən ötərək, prezidentin səhralıqda itib-batan doğma yerlərinə, qarlı kəndlərə 

yollandı; stansiyalarda onu, matəm havalarına bənzər ürəküzən musiqi ilə qarşılayır, kilsə 

zəngləri vurur, onu müqəddəs üçlüyün sağ apostolu elan edən şüarlar dalğalanırdı; prezident 

vaqonunun yarıqaranlıq kupesində oturan rəhbəri şərəfləndirməkdən ötrü qatarın qabağına ilk 

əvvəl hindular çıxırdı, lakin vaqona yaxınlaşanlar, pəncərənin tozlu şüşəsi arxasında bərəl qalmış 

gözlərdən, titrək dodaqlardan və salamlaşmaq məqsədi ilə yuxarı qalxan əldən savayı heç nə 

görmürdülər; prezidentin qolu görünmürdü deyə, yuxarı qalxan ovucu havadan asılı qalmış kimi 

görünürdü; keşikçi-polkovnik onu pəncərədən kənara çəkməyə cəhd göstərərək: «Ehtiyatlı olun, 

general, siz vətənə lazımsınız!» - deyəndə, o, qəribə özünəarxayınlıqla: «Narahat olma, 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə