Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə7/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   2   3   4   5   6   7   8   9   10   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

15 


polkovnik, bu adamlar məni sevir!» deyirdi; sonra o, qatardan birbaşa çay gəmisinə – piano 

dillərinə oxşar taxta pərləri ilə suda vals oyununun izlərinə bənzər geniş dairələr sala-sala üzən 

gəmiyə keçdi və gəmi, qardeniya kollarının ürəkvuran qoxusunu, ekvator salamandrlarının, çayın 

dayaz yerində iylənən cəmdəklərinin üfunətini yara-yara, Allahın yadından çıxmış adamların 

böyründən üzdü. Uzaq üfüqdə yer üzündən silinmiş nəhəng şəhərin yanğınına bənzər qürub 

közərirdi. Sahildə isə günün altında yanıb ağaran kasıb kəndlər görününrdü. 

Bu kəndlərin sakinləri milli bayraq rəngində rənglənmiş qatara baxmaq üçün sahilə çıxsalar da, 

prezident kayutunun illüminatorundan onları salamlayan ipək əlcəkli əldən savayı ayrı bir şey 

görmürdülər. O isə sahilə – ona, imkansızlıq ucbatından, bayraq əvəzinə iri malanqa yarpaqları 

yelləyən adamlara, suya atılaraq gəmiyə qədər üzən, prezidentin şam süfrəsi üçün diri çəpiş, 

yaxud quşla dolu səbət çatdırmaq istəyənlərə baxıb kövrələ-kövrələ içini çəkir: - «Bir baxın, 

kapitan, onlar mənim ardımca üzür! Onlar məni sevir...» - deyirdi. 

Dekabr aylarında, Qəraib ölkələrinə yaz gələndə, o öz karetində dağ yolu boyu, dağın lap 

kəlləsində ucalan binaya qalxır, orda, bir-iki gecə dünyanın müxtəlif ölkələrindən qovulan 

diktatorlarla, müxtəlif ölkələrdə taxtdan salınan millət ataları ilə – uzun illər bundan əvvəl siyasi 

sığınacaq verdiyi adamlarla domino oynayırdı. Burda, bu binanın artırmasında dalğın 

vücudlarıyla kreslolara yayxanan bu boşboğaz qurumsaqlar, onun rəhm kölgəsi altında qocalıb 

qartıya-qartıya, günlərin bir günü ardlarınca gələn gəminin, onsuz da onları əvvəlki yerlərinə - öz 

kürsülərinə aparıb çıxaracağı gələcək barədə illüziyalara dalırdılar. Bu sığınacaq, ölkələrdən 

qovulanların sayı çoxalandan sonra tikilmişdisə də, general üçün bu adamların hamısı bir adam 

idi, onların hamısı generalın yanına eyni cür – səhərin ala-toranında, gecə köynəyinin üstündən, 

necə gəldi əyinlərinə keçirdikləri parad geyimində, bir əlində, dövlət xəzinəsindən çırpışdırdığı 

pulla dolu sandıq, o biri əlində, içinə orden-medallarını, səhifələrinə qəzet mətnləri yapışdırılan 

köhnə dəftərxana kitabları və fotoalbom doldurduğu çanta ilə gəlirdilər. Millət atalarının hər biri 

bu albomları, şəhadətnamə əvəzinə generala təqdim edərək, dodaqaltı: «Baxın, general, - 

deyirdilər – burda mən hələ leytenant rütbəsindəyəm, bu isə artıq prezidentliyə yenicə qədəm 

qoyduğum vaxtdır, burda isə prezidentliyimin on altıncı ildönümünü qeyd edirlər, amma 

burda...» Lakin general nə təzə gələnə, nə də onun şəhadətnamə əvəzi, ona təqdim etmək istədiyi 

alboma məhəl qoymurdu, çünki belə hesab edirdi ki, və bu hesab etdiyini də hər yerdə ucadan 

deyirdi ki, taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən yeganə ləyaqətli sənəd - onun 

ölümü barədə şəhadətnamədir.  

 

O, hər gələnə yalnız müvəqqəti, az bir müddətdə gəldiyi nəticə barədə təmtəraqlı, üfürülmüş 



nitqinə nifrətlə qulaq asırdı: 

 

«Bircə o anacan, mənim generalım, xalqım məni yenidən geri çağıranacan!» Lakin, general 



gözəl bilirdi ki, bütün bunlar boş sözdür, adi çərənçilikdir, siyasi sığınacaq almağın qəbul 

olunmuş qaydasıdır! O, onların hər birindən, ən birinci gələndən axırıncıya kimi, eyni şeyi – 

onun nəyə görə taxtdan aşdığını, onu aşıranın, bunu niyə elədiyini, vaxtı ilə onu yıxanın özünün 

də bir gün yıxılacağı barədə dedikləri eyni məzmunlu mətni eşidirdi. Guya bu zırramalar 

anlamırlar ki, siyasət, ilk əvvəl kişilik tələb edir, guya qanmırlar ki, hakimiyyət, belə bir şeydi ki, 

it getdisə, ip də əldən çıxır və daha sarsaq illüziyalarla yaşamağın yeri yoxdu! 

Bir-iki ay general, təzəgələnin başını qatmaq məqsədi ilə, o biri bizim generala son sentavosunu 

uduzanacan prezident sarayında domino oynadı, sonra günlərin bir günü təzəgələni dənizə açılan 

pəncərənin qabağına gətirib isti, kövrək sözlərlə həyatın puçluğundan danışdı: «Bu, həyat deyil

başdan-ayağa cəhənnəm əzabıdır, sizi inandırıram! Lakin Allah bir tərəfdən bağlayanda, o biri 

yandan açır. Bir baxın, qayanın başındakı o evi görürsünüzmü? Dağların zirvəsinə ilişib qalan 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

16 


nəhəng okean gəmisini görürsünüzmü? Bu gəmidə sizin üçün gözəl kayut, işıqlı otaq ayrılıb. 

Orda yaxşı yedirdirlər... orda sizin çoxlu asudə vaxtınız olacaq... orda öz həmdərdlərinizlə 

istirahət edəcəksiz... orda dənizə açılan gözəl artırma var!..» 

O özü də bu evdə, bu artırmada dincəlməyi xoşlayırdı və burda bu vecsiz adam yığnağının içində 

domino oynamaqdan çox, öz vəziyyətinin üstünlüyündən həzz ala-ala, bu adamlardan biri 

olmadığına görə gizlicə sevinə-sevinə, bu vecsiz varlıqlara, bu çarəsiz insan bataqlığına baxıb bir 

az da gözəl yaşamağa – səhərin erkən çağında döşəmə süpürən işvəli cananları, ayaq 

barmaqlarının üstündə gəzə-gəzə izləyə-izləyə, canını qıdıqlayan şirin xəyalları həqiqətə 

çevirməyə, günah dolu arzularını doyuzdurmağa çalışırdı. O, qızların yataq otağının spesefik 

qoxusundan cuşa gəlir, onları ev boyu izləyir, xəlvətə düşəndə, xoruz toyuğu qamarlayan kimi, 

qamarlayıb küncə salırdı. Onda evin qaranlıq künclərindən açıq-aydın qaqqıltı səsləri eşidilirdi: 

«Siz lap quldursuz, mənim generalım! Qocaldıqca lap şorgöz olursuz!» Lakin, sevgi 

dəqiqələrinin bitməyi ilə, generalın qəm dəryasına batmağı bir olurdu və o, bu qüssəni canından 

çıxarmaq üçün harasa xəlvət bir yerə çəkilib oxuyurdu: «Ah, yanvar ayı! Bir bax: sənin 

pəncərəndə mənim qəmim edam edilir!» 

Bu bahar heç bir təhlükəli əlamət hiss olunmurdu, bəd xəbərlər eşidilmirdi və o xalqının 

sədaqətinə o qədər arxayın idi ki, öz tor yelləncəyini anası Bendisyon Alvaradonun yaşadığı 

məmləkətin həyətndə, həyətin uzaq, tənha bir küncündə asaraq canüzən siesta saatlarını burda, 

tamarinlərin kölgəsində, keşiksiz-filansız, yelləncəkdə tək-tənha uzanıb yellənə-yellənə keçirir, 

yuxuda, sarayın yataq otağının divarları rəngində sularda üzən səyyah balıqları görür, «Vətən - 

ən gözəl uydurmadır, anacan!» - deyərək köks ötürürdü. Anası yeganə adam idi ki, ona 

qoltuğundan tər iyi gəldiyini deyə bilərdi. Siestadan sonra o, öz iqamətgahına, dünyadan razı 

ovqatda, möcüzəli qəraib baharından, yanvar əməköməcindən doyub sakitləşərək qayıdırdı. Belə 

vaxtlar Vatikan səfiri Roma papasının gözünə yatırdı. Odur ki, səfir tez-tez, çox vaxt da 

axşamüstü nunsisidə onun yanına gəlir, bir fincan şokaladla peçenye yeyə-yeyə, bizim generalı, 

katolik kilsəsinin ağuşuna qaytarmaq, onu yenidən xristianlığa doğmalaşdırmaq mövzusunda 

kövrək söhbətlər aparırdı. General isə gülməkdən uğuna-uğuna ona deyirdi ki, «əgər Allah-taala, 

siz deyən kimi, böyükdürsə, onda mənim xahişimi ona çatdırın, qoy məni bu qulağagirən murdar 

ilbizdən uzaq eləsin…» sonra köynəyini başına siyirib qarnını göstərərək: «qoy bu köpdən 

canımı qurtarıb, artıq havanı içimdən çıxarsın.» Lakin papa inadkar idi, öz dediyindən əl 

çəkmirdi, yenə dönə-dönə israr edirdi ki, hər şeyi yaradan Allahdır, bütün dəyərlər müqəddəs Ali 

Ruhdan törənib. General isə əvvəlki məzə ilə: «Barıtı boşuna işlətməyin, müqəddəs ata, - deyirdi. 

– Mənə ağıl qoymağın mənası yoxdur, onsuz da mən elə siz deyəni eləyirəm, daha nə 

istəyirsiz?..» Lakin onun, duoğun körfəz kimi sakit qəlbi, xoruz döyüşünə baxmaq üçün gəldiyi 

uzaq bir şəhərdə birdən-birə riqqətə gəlmişdi. Döyüşlərin birində vəhşiləşmiş xoruz, öz rəqibinin 

başını boğazından qoparıb ləzzətlə dimdikləməyə, sərxoş orkestr qalibin şərəfinə təntənəli tuş 

çalanacan, gözünü qan tutub azğınlaşan camaatın gözü qabağında yeməyə başladı. General 

döyüş meydanında baş verən bu hadisəni nəsə pis bir əlamət kimi, onun öz başına gələ biləcək 

incə bir işarə kimi yozdu. 

O bunu bir anın içində hiss elədi və əsgərlərə, sümsü çalan musiqiçini həbs etməyi əmr etdi. 

Musiqiçini tutdular və belə məlum oldu ki, onun yanında silahı da varmış və o, camaat çıxışa 

tərəf axışanda, bu silahdan generala atəş açacağını böyük işgəncələrdən sonra boynuna aldı. 

«Mən bunu o dəqiqə başa düşdüm, - general dedi – başa düşdüm ki, atəşi o açmalıdı! Ona görə 

ki, mən hamının gözünün içinə baxırdım, hamı da mənim gözümün içinə baxırdı, bircə bu 

yaramazdan, bu bədbəxt kütbeyindən savayı. Üzünü yana çevirib guya özü üçün sümsü çalırdı». 

O gündən generalı yenə qorxu hissi izləməyə başlamışdı. Hərçənd general yaxşı başı düşürdü ki, 

əslinə qalsa, məsələ heç bunda da deyildi, onu qorxudan, heç də xoruz döyüşündə baş verən 

əhvalat deyildi. Təhlükəsizlik xidmətinin, narahatçılıq üçün heç bir əsasın olmadığı, hər şeyin öz 

qaydasıyla getdiyi barədə qəti bəyanatlarına baxmayaraq, o, hər gecəsini sarayın qalın divarları 

arasında dəhşətli qorxu içində keçirirdi. Elə Patrisio Araqones də məhz burda kara gəldi! O, 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə