Cahid kəRİmov maşinqayirma çAŞIOĞLU


§ 2. MAŞINQAYIRMADA STANDARTLAŞDIRMA



Yüklə 6,88 Mb.
səhifə18/37
tarix12.05.2022
ölçüsü6,88 Mb.
#86853
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
C fakepath lav v sait-Ma mqay rma

§ 2. MAŞINQAYIRMADA STANDARTLAŞDIRMA

  1. EYNİLƏŞDİRMƏ VƏ AQREQATLAŞDIRMA

Eyniləşdirmə və aqreqatlaşdırmanın maşınqayırmanın və xalq təsərrüfatının başqa sahələrinin mə’mulatlarının Keyfiyyət və texniKi səviyyəsinin yüKsəldilməsi, maşınların və avadanlıqların Keyfiyyətinin və e’tibarlılığının ən yaxşı dünya nümunələri səviyyəsinə çatdırılmasıdır. Müasir dövr­də bu məsələlərin həyata Keçirilməsi əməK məhsuldarlığı­nın yüKsəldilməsi, yeni texniKanın yaradılma və mənimsə­nilmə müddətinin azaldılması, maya dəyərinin azalması, maşınqayırmada məhsulun texniKi səviyyəsinin eyniləş­dirmə və aqreqatlaşdırma metodlarının tətbiq edilməsi və onun əsasında xüsusiləşdirilmiş istehsalatlar yaradılması əsasında mümKÜndür. Eyniləşdirmə və aqreqatlaşdırma maşınların yaradılmasının mütərəqqi metodu, daha qənaətli, məhsuldar istehsal və istismar vasitələrinin tətbiq edilməsinin həlledici amilidir.

Eyniləşdirmə və onun xüsusiyyətləri

Eyniləşdirmə - eyni funKsional tə’yinatlı mə’mulat- ların, həmçinin onların tərKibinə daxil olan qovşaqların və hissələrin növ və tip müxtəlifliyinin azaldılmasıdır; standartlaşdırılmış qarşılıqlı əvəzolunan qovşaq və hissələrin məhdud sayından ibarət olan KompleKsləri yaradılmasıdır Ki, onlardan, xüsusi qovşaqlar və hissələrin məhdud miqdarının əlavə edilməsilə, baza modeli əsasında lazım olan quruluşda maşınlar yığılsın.

Yeni məhsulda eyniləşdirməmiş hissələr nə qədər az olsa, istehsalın layihələndirmə və mənimsənilmə müddəti o qədər az olar. Maşınqayırma zavodlarının təcrübəsi göstərir Ki, eyniləşdirmə təxminən 4 dəfə KonstruKtor və texnoloji işlərin dəyərini azaldır. Maşınların, qovşaqların, hissələrin eyniləşdirilməsi oxşar əməliyyatların və proseslərin yerinə yertirilməsi üçün tə’yin edilən avadanlığın mövcud və ya mümKün olan bənzəyişi əsasında aparılır.

PraKtiKi olaraq, eyniləşdirilmiş maşınlar sinfi və ya bütöv qruplar hüdudunda müxtəlif tipli maşınların miqdarının azalmasına gətirib çıxarır. Eyni və ya çox yaxın istismar tə’yinatında, iş şəraitində, məhsuldarlıqda və s. müxtəlif maşınların olması, onların və qovşaqların bir və ya bir neçə eyniləşdirilmiş növünə gətirib çıxarır.

AşağıdaKı şərtlər daxilində iqtisadi cəhətdən əlverişli səviyyələrdə Kütləvi, seriyalı və fərdi istehsal mə’mulatları (hissələr, qovşaqlar, maşınlar) eyniləşdirmə obyeKti ola bilərlər:

- hissələr, əgər bir məqsəd üçün tə'yin olubsa, eyni ölçülərə maliK ola bilərlər; hissələrin tam unifiKasiyası məqsədəuyğun deyilsə, onların elementlərinin və hətta ayrı-ayrı ölçülərinin unifiKasiyası mümKündür;


  • qovşaqlar, əgər onlar xaraKterinə görə işçi və əndazə ölçülərilə və istismar göstəricilərilə (məhsuldarlıq, qüvvə və s.) az fərqlənən oxşar əməliyyat (funKsiya) yerinə yetirirlərsə, məsələn, müxtəlif tipli transmissiyalar, muftalar və s.;

  • maşınlar, əgər onlar nisbətən az saylı qovşaqlardan ibarətdirlərsə, xaraKterinə görə oxşar əməliyyatlar və ya proseslər üçün işlədilirsə, yə'ni oxşar KonstruKtiv sxemlərə maliKdirlər və ya maliK ola bilərlər. Bu zaman işçi və əndazə ölçülərinə, və istismar göstəricilərinə görə az fərqlənirlər.

Məqsədəuyğunluğu iqtisadi cəhətdən əsaslandırılmış eyniləşdirmə, eyniləşdirilmiş məhsulun standartlaşdırması ilə bitməlidir. Eyniləşdirmə eyniləşdirilmiş maşınların, onların qovşaqlarının və hissələrinin KonstruKsiyalarının müKəmməllişdirilməsi perspeKtivini nəzərə almaqla aparılmalıdır.

BeləliKlə, “maşınların və avadanlığın eyniləşdirilmə­si” məfhumu bütövlüKlə maşınların, avadanlığın tipləri­nin, əsas ölçülərinin, göstəricilərinin eyniləşdirilməsinə və onların tərKib hissələrinin eyniləşdirilməsinə aid edilir.

Maşınların və onların əsas elementinin ölçü sırasının müəyyən edilməsi maşınqayırmada eyniləşdirmə işləri KompleKsinin yalnız birinci mərhələsidir, ona görə Ki, hətta əsas ölçülərin standartlaşdırması da qovşaqların və hissələrin ən müxtəlif KonstruKtiv həllərini istisna etmir, baxmayaraq Ki, məhsul bütövlüKlə standartların tələbatına cavab verəcəK. BeləliKlə, birinci mərhələ unifiKasiyanın bütün vəzifələrini yerinə yetirmir və tam texniKi-iqtisadi səmərəliliyi tə'min etmir.

Maşınqayırmada eyniləşdirmə üzrə işlər KompleKsinin iKinci mərhələsi son dərəcə mühümdür (ümumi tətbiq maşınlarının qovşaqlarına və hissələrinə dövlət standartlarının, verilmiş sahədə tətbiq edilən qovşaqlara və hissələrə sahə standartlarının işlənib hazırlanması ilə tamamlanan, maşınların qovşaqlarının və hissələrinin eyniləşdirilməsi).

Eyniləşdirmə üzrə işlərin ardıcıllığına, proseslərin qruplaşdırılması üçün texnoloji proseslərin təhlili daxildir. Bunun nəticəsində, texnoloji proseslərə zəruri standartla­rın yaradılması və tətbiqi əsasında mövcud texnologiyanı dəyişmən və ya daha müasiri ilə əvəz etməK mümKÜndür.

Eyniləşdirmə zamanı KonstruKtiv varislin prinsipi tətbiq edilir Ki, bu zaman yeni KonstruKsiyalı məhsullarda artıq başqa KonstruKsiyalarda tətbiq edilən hissələr və qovşaqlardan maKsimum dərəcədə istifadə edilir.

Maşınların istehsalında eyniləşdirmə prinsiplərinin geniş istifadə edilməsi aşağıdaKılara imKan verir:


  • KonstruKtor işlərinin həcminin və layihələndirmə müddətinin azalmasına, yeni maşın və cihazların istehsalının mənimsənilmə dəyərinin azalmasına; yeni məhsulların istehsalına sərf olunan vaxtın azalmasına və böyÜK çeviKliK və mobilliK tə'min etməyə;

  • buraxılan məhsulun Keyfiyyətini, onun e'tibarlılı- ğını və davamlılığını artırmağa;

  • maşınqayırma zavodlarının, istismar təşKilatlarının bütün texniKi-iqtisadi göstəricilərini yaxşılaşdırmağa.

Eyniləşdirilmiş məhsulların başqası, daha mütərəqqisi ilə tezliKlə əvəzedilmə zəruriyyəti müəyyən edilməyibsə, eyniləşdirmə standartların buraxılması ilə

nəticələnməlidir.




  1. Yüklə 6,88 Mb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə