Cahid kəRİmov maşinqayirma çAŞIOĞLU


t = 60Fp/N burada Fp - planlaşdırılmış müddətdə (ay, bir gecə-gündüz, növbə) həqiqi vaxt fondudur, saat; N



Yüklə 6,88 Mb.
səhifə17/37
tarix12.05.2022
ölçüsü6,88 Mb.
#86853
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
C fakepath lav v sait-Ma mqay rma

t = 60Fp/N

burada Fp - planlaşdırılmış müddətdə (ay, bir gecə-gündüz, növbə) həqiqi vaxt fondudur, saat; N - həmin müddət üçün istehsal proqramı ə.d.

Avadanlığın nominal işləmə vaxt fondu Fp, həqiqi vaxt fondu Fp və ya təqvim vaxtından tə’mirə dayanma vaxtı qədər az olur.

Fp = Fp • n

Bir növbəli iş rejimində avadanlığın illiK nominal iş vaxtı fondu 2070 saat, İkİ növbəlidə 4140 saat, üç növbəlidə 6120 saatdır. MetalKəsən dəzgahlar üçün vaxt itKisi əmsalı 0,98 ± 0,96 qəbul olunub.



1.5. TEXNOLOJİ SƏNƏDLƏR

Məhsulun hazırlanma texnologiyasının istehsal prosesini təşKil etməK üçün lazım olan göstəriciləri özündə ifadə edən qrafiKi və mətni sənədlər KompleKsi texnoloji sənədlər adlanır. Maşınqayırma sənayesində 1975-ci ildən istehsalın texnoloji hazırlanmasının vahid sistemi tətbiq edilməyə başlanmışdır (İTHVS). Əsas məqsəd istehsalın texnoloji hazırlanmasının təşKili və idarəolunma sisteminin yaradılmasıdır. İTHVS-nin tətbiqi vahid qayda- qanun sistemi əsasında istehsalın təşKili məhsulun mənimsənilməsi müddətini olduqca azaldır, Keyfiyyətini artmağa imKan vermir, istehsalın çətinliyini artırır.

İTHVS dövlət standartların, o cümlədən KonstruKsiya sənədlərinin vahid sisteminə (KSVS), texnİKİ iqtisadi informasiyanın vahid təsnifatlaşdırma və Kodlaşdırma sisteminə, məhsulun Keyfiyyətinin idarə olunmasının vahid dövlət sisteminə, əməyin mühafizəsini tə’min edən standartlar sisteminə və istehsalın texnoloji hazırlığını tənzim edən nizamnamə sənədlərinə əsaslanır.

Maşınqayırmada İTHVS-in əsas tərKib hissəsi Kimi dövlət standartları əsasında texnoloji sənədlərin vahid sistemi (TSVS) yaradılmışdır.

TSVS - nəzarətdə daxil edilməKlə, məhsulun hazır­lanması və ya tə’miri üçün bütün maşınqayırma və cihaz­qayırma təşKilatları, müəssisələri tərəfindən işlənib hazır­lanan və tətbiq edilən, texnoloji sənədlərin KompleKtləşmə tədavülünün tərtibat üsullarının işlənib hazırlanması haq­da qarşılıqlı əlaqədə olan qaydaları və müddəalarını müəy­yən edən dövlət standartları KompleKsidir.

TSVS-dən əsas məqsəd təşKilatlar və müəssisələr arasında texnoloji sənədlərin tərtib edilməsinin və qarşılıqlı mübadilə edilməsinin vahid qaydalar üzrə aparılmasıdır.

TSVS işarələrin standartlaşmasını və müxtəlif işlər üçün sənədlərin eyniləşdirilməsini tə’min edir Ki, bu da texnologiya sənədlərinin mübadiləsində təKrar sənədləşdirməyə ehtiyac olunur. TSVS - əsasən texnologiya sənədlərini, ümumi və xüsusi tə’yinatlı İkİ qrupa ayırmaq mümKündür.

Ümumi texnoloji sənədlər qrupuna ayrıca işlədilən və ya hazırlanma texnologiyasının və ya tə’miri müxtəlif üsullarından asılı olmayaraq daxil olan texnoloji sənədlərdir.

Ümumi sənədlərə esKiz xəritəsi (EX) və texnoloji tə’minat (TT) aiddir.

EX - hazırlanan və ya tə’mir olunan məhsulun hər hansı bir əməliyyatının və ya Keçidinin yerinə yetirilməsini izah edən nəzarət və yerdəyişməsi də daxil olmaqla sxem, cədvəl və ya esKizdən ibarət olan qrafiKi sənəddir.

TT - məhsulların hazırlanmasında dəfələrlə təKrar istifadə olunan texnoloji proses, üsul və qaydaları, texniKi ləvazimatların istifadə qaydalarını izah edən və texnoloji sənədlərin həcmini azaltmaq məqsədilə tərtib edilmiş sənədə deyilir.

Xüsusi tə’yinatlı sənədlər texnoloji proseslərin və ya ayrıca bir əməliyyatın istehsalın növündən və iş üsulundan asılı olmayaraq hər hansı bir məhsulun hazırlanması və ya tə’mirini yazılı surətdə təsvir edir. Bu qəbuldan olan əsas sənədlərdən biri marşrut xəritəsidir. Marşrut xəritəsi məhsulun hazırlanmasına sərf olunan material və alət, istifadə olunan avadanlıq tərtibat, və ləvazimatlar haqqında mə’lumatlar və ən əsası texnoloji prosesin tam izahını özündə cəmləşdirir.

Marşrut xəritəsi əvəzinə bə’zi hallarda texnoloji prosesin xəritəsindən (TPX) istifadə etməyə icazə verilir. TPX - istehsal prosesini əməliyyatlar üzrə tərtib etməyə imKan verir, bu halda Keçidlər, texnoloji rejimlər material və əməK sərfləri, texnoloji ləvazimatlar daha dəqiqliKlə göstərilir.

TipiK texnoloji proseslər xəritəsi (TTPX) bir qrup oxşar hissələrin e’malı və ya tə’mirinin ümumi şəKildə təsviri üçün tətbiq edilir.

Ayrı-ayrı texnoloji əməliyyatları işləyib hazırlamaq üçün əməliyyatlar xəritəsindən (ƏX) istifadə olunur. ƏX- də ardıcıl olaraq bütün Keçidlər, rejimlər istifadə olunan Kəsici və ölçücü alətlər, texnoloji ləvazimatlar və əməK sərfi göstərilir.


Yüklə 6,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə