Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə50/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   46   47   48   49   50   51   52   53   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Preslərin mexanizmləri

Preslər müxtəlif quruluşda olmalarına baxmayaraq eyni adlı mexanizmlərə malikdir. Preslərin mexanizmləri aşagıdakılardır:

- Sıxma mexanizmi

- Çatı


- Folqa mexanizmi

- Qızdırıcı mexanizm

- İntiqal

Sıxma mexanizmı lövhələrdən ibarətdir. Üst lövhə ştampın bərkidilməsi üçün, alt lövhə isə cild qapaqlarının yerləşdirilməsi üçündür. Qapagın ştampa nəzərən düzgün yerləşdirilməsi üçün dayaqlardan ibarət olan yerləşdirilmə mexanizmindən istifadə edilir. Qapaq əl ilə yerləşdirildikdə qabaq və yan səth üzrə dayaqlara söykənilir. Bu proses əl ilə yerinə yetirildiyi üçün bəzən qapaq ştampa nəzərən yerdəyişmə edir. Bu da təsvirin lazım olan sahədə alinmamasına səbəb olur. Avtomatlaşdırılmış preslərdə sürət böyük oldugu üçün qapaqlar yerləşdirildikdən sonra digər 2 tərəfdən hərəkətli dayaqlarla sıxılır.

Çatı sıxma mexanizmi və digər mexanizmləri vahid kompleks şəklində birləşdirən hissədir. Çatı üzərində gövdə və digər mexanizmin hissələri yerləşdirilir.

Folqa mexanizmi presləmə zonasına müəyyən porsiyalarla folqanın verilməsi üçündür. Adətən bu 2 dolagı saxlayan mexanizm şəklində olur. Bir dolaqdan folqa açılaraq presləmə zonasına verilir. İşlənmiş folqa isə digər dolaga salınır.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə