Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 19 Karton kəsmə maşınları



Yüklə 0,72 Mb.
səhifə53/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   49   50   51   52   53   54   55   56   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 19

Karton kəsmə maşınları

Cıid qapaqlı kitabların hazırlanması üçün müxtəlif əməliyyatların yerinə yetirilməsinə əməl olunur. Bu əməliyyatın sırasında cild qapaqlarının hazirlanması üçün yerinə yetirilən əməliyyatlar əsas yer tutur. Qapaqların hazırlanması üçün cild materialının biçilməsi, qapaqların tərəfləri üçün kartondan müəyyən formatda tərəflərin kəsilməsi, cild materialının yapışdirilması, ştrixləmə, biqləmə və s. bu kimi əməliyyatlar yerinə yetirilir. Vərəq materialların formatlarının və rulonların enini qapağın hissələrinin ölçülərinə uyğun olaraq seçirlər. Bu seçim materialların biçilməsinin daha səmərəli variantını təmin edir.

Karton tərəflərin hazirlanması üçün əsasən karton kəsmə maşınlarından istifadə edilir. Bu maşınlarda karton vərəqləri zolaqlar şəklində, zolaqları isə formata uygun olaraq qapaqların tərəfləri şəklində kəsmək mümkündür.

Ümumiyyətlə bu tip maşınlar karton kəsmə və karton biçmə kimi qruplara ayrılır. Karton kəsmə maşını maqazin qurgusundan, kəsmə bölməsindən, nəqletmə mexanizmi və qəbul çıxış qurgularından ibarətdir. Maqazin qurguları tam formatlı kartonların müəyyən sayda üst-üstə yıgılmasıdır. Bu qurguların aşagı hissəsində karton itələyici mexanizm yerləşdirilmişdir. Maqazinı yıgılmış karton vərəqlər aşagıda 1-ci olanın itələyici vasitəsilə kəsmə bölməsinə ötürülür. Bunun üçün itələnmiş karton vərəq tutucu silindrin karton tutucusu ilə tutularaq kəsmə bölməsinə ötürülür. Kəsmə bölməsində vərəqin eni istiqamətində horizontal vəziyyətdə üst-üstə yerləşdirilmiş silindrlərdə diskvari bıcaqlar bərkidilir. Bu bıçaqlar valın üzərində bərkidilmiş planşaybaya xüsusi boltlar vasitəsilə klemma şəklində bərkidilir.



Karton vərəqlərin ayrı-ayrı tərəflər şəklində kəsilməsi kar­ton­­kəsmə və ya kartonbiçmə maşınlarında yerinə yetirilir. Karton kəsmə maşınında (şəkil 29,a) karton vərəq 1 stoldan verici 2 və dartıcı 3 val­larla yerdəyişmə edir. 23 vallar kartonu ayrı-ayrı zolaqlar şək­lində doğrayan 45 disk bıçaqları arasında yerləşir və məc­bu­ri fırlanır. Doğranmış zolaqlar qəbuledici – çıxış qurğusuna 6 çı­xırlar. Bıçaqların uyğun yerdəyişməsindən sonra bu zolaqlar ye­nidən maşından buraxılır və eninə doğra­na­raq ayrı-ayrı tə­rəf­lər alınır. Lazım olduqda bu maşın biqovkanı da yerinə yetirir. Bu­nun üçün maşında biqovka mexanizmi yerləşdirilir.



Şəkil 29. Karton tərəflərin alınma sxemi: a – kartonkəsmə

b – kartonbiçmə maşınlarında


Fincan formalı diskvari bıçaqlarin yan tilləri bir-birinə toxunan vəziyyətdə olur. Üstdəki bıçagın alt hıssəsı ilə altdakı bıçagın üst hissəsi səthlər üzrə bir-birinə toxunur. Bir valın üzərində 8 bıçaq yerləşdirmək mümkündür. Bıçaqların itilənməsi və dəyişdirilməsi üçün onların çıxarılması konstruktiv cəhətdən olduqca əlverişlidir. Bıçaqlar kəsik muftalar vasitəsilə val üzərində yerləşdirilir. Bu konstruksiya mexanizmin dayaq yastıqlarını sökmədən bıçaqların çıxarılmasına imkan verir.

Karton kəsmə maşınlarında 3 qrup val olur:

1. Giriş

2. Ötürmə

3. Çıxış val

Giriş vallarının aşagı hissəsində maşınlara əlavə olunan bəzi alətlər və mexanizmlər yerləşdiriıllir. Bu alətlər biqləmə, kəsmə və perforasiya əməliyyatlarını yerinə yetirir.

Kartonlar kəsilərkən bu əməliyyatların hər hansı biri müvafiq prosesə qoşulur. Kəsmə zonasına daxil olur. Ölçüyə uygun olaraq diskvari bıçaqlar vasitəsilə onu zolaqlar şəklində kəsir. Zolaqların ölçüsü və sayından asılı olaraq vallar üzərində müəyyən sayda bıçaq yerləşdirilir. Uzununa ölçüsü boyu kəsilmiş karton zolaqlar ötürücü vallar vasitəsilə cıxış vallarına ötürülür. Karton zolaq kəsmə zonasına daxil oldugundan müəyyən ölçülü yarıq kartonun qalınlıgından asılı olaraq nizamlanır.

Maşının çıxışında çıxış valları kəsilmiş zolaqları ştapel stoluna yıgır. Bu stol karton zolaqların sayından asılı olaraq hündürlüyə görə nizamlanır. Bu zolaqlardan cild qapagının tərəfini hazırlamaq üçün müəyyən ölçüdə kəsilir.

Bu maşın karton kəsmə maşınından fərqli olaraq avtomatik xətti hazırlayır. Biçmə maşınları samonaklad qurgusundan, nəqletmə transpartyorundan, birinci kəsmə bölməsindən, zəncirli transpartyor sistemindən, ikinci kəsmə qurgusundan və xüsusi yıgma stolundan ibarətdir. Maşınlar həmçinin idarəetmə pultu ilə təchiz edilmişdir.

Kartonbiçmə maşınlarına iki kəsmə bölməsi 1 2 qoşulur və bu bölmələr karton vərəqi uzununa və eninə istiqamətlərdə vərəqin bir gedişində kəsməyə imkan verir (şəkil 29,b). Lakin bu maşınlar konstruksiyasına görə mürəkkəbdir və böyük karton itkisi verir.

Karton vərəqlər çap maşınında oldugu kimi samonaklad qurgusuna yıgılır. Üstdəki vərəqdən başlayaraq karton vərəqlər sorucular vasitəsilə tutularaq lentli transpartyorun üzərinə verilir. Kəsmə zonasına ötürülən karton vərəq kənar səthləri üzrə düzləndirilir. Bu məqsədlə karton vərəq 2 tərəfdən yerləşdirilmiş dayaqların arasından keçir. 1-ci kəsmə böıməsinə ötürülən vərəq diskvari bıçaqlar vasitəsilə tələb olunan sayda zolaqlara bölünür. Vərəqin kəsmə zonasına sərt şəkildə daxil olmasını təmin etmək üçün samonakladdan transpartyora ötürülən hər bir vərəq 1-1-nə sıxılmış giriş və sıxıcı valların arasından keçir.

Zolaqlar şəklində kəsilmiş karton zəncirvari transpartyor vasitəsilə xüsusi yıgıcı altlıgın üstünə yıgılır. Bu məqsədlə transpartyor üçün dişli qayışlardan istifadə edilir. Kəsmə maşınlarında oldugu kimi giriş vallarının aşagı hissəsində biqləmə, kəsmə və çərtmə alətləri yerləşdirilir.Tələb olundugu halda bu əməliyyatları yerinə yetirmək üçün alətlərdən hər biri işə düşür.

Karton zolaqlar kəsilənə qədər qabaq tili üzrə deformasiya olunmuş hissəni kənarlaşdırmaq üçün təxminən 10000 m- lik zolaq kəsilir. Kəsilmış bu hissə xırdalanaraq xüsusi yıgıcı bunkerə nəql edilir. Birinci bölmədən kəsilərək sıxılmış zolaqlar xüsusi yıgıcı altlıga nəql edilir. Nəqledici transpartyorun uzunlugu və digər ölçülərini yıgılmış kartonun hündürlüyündən asılı olaraq nızamlamaq mümkündür. Yıgılmış zolaqlar 1-ci zolaga ötürmə kimi 2-ci kəsməyə nəql edilir.Bu halda üstdəki zolaq 1-ci olaraq kəsmə zolagına verilir və fasiləsiz olaraq digər zolaqlar ötürülür. Uzun zolaqlar cild qapaqlarinin ölçüsünə uygun olaraq kəsilir. Kəsilmış tərəflər kaskadlı şəkildə 2-ci yıgma altlıgına ötürülür. Burada da altlıq müəyyən sayda karton tərəflə doldurulduqdan sonra qəbul-çıxış zonasına digər altlıq verilir. Bu halda da nəqledici transpartyorun ölçüləri məsafəyə uygun olaraq nizamlanır. Qəbul-çixiş altlıgının sürəti transpartyorun sürəti ilə xeyli aşagı olur. Bu fərq altlıgın tədricən bərabər şəkildə dolmasına imkan verir. Karton biqmə maşınlarından adətən böyük seriyalı və kütləvi istehsalda istifadə edilir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə