Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə61/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   58   59   60   61   62   63   64   65   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Blokların kötüyünün kantlanması. Yapışqanla və ya tikiş-yapışqan üsulu ilə və həmçinin cunasız dəftərlərin bir-bir ti­kil­mə­si ilə bərkidilmiş bloklar üçün kötük materialının funksi­ya­sı­nı kantlama materialı yerinə yetirir. O bütün kötük üzrə bütöv lent şəklində yapışdırılır və forzas üzərinə əyilərək (hər tərəfə 15-20 mm) yapışır.

Kantlama materialı kimi cuna ilə yapışdırılmış möhkəm kağızdan və ya qeyri-parçadan olan lifli materialdan istifadə olunur. Kantlama tikişsiz bərkitmə və ya xüsusi kantlama maşınlarında yerinə yetirilir.



Kötüyün sıxılması və blokların üç tərəfdən kəsilməsi. Dəf­tər­lərin kötük hissəsində kağızın elastiklik xüsusiyyətlə­rin­dən asılı ola­raq və tikiş zamanı sap ilgəklərinin olması səbəbin­dən ya­pış­qan çə­kilmiş blokun kötük hissəsinin qalınlığı həmişə qabaq his­sə­dən bö­yük olur. Sadə sıxıcı preslərdə sıxıldıqdan sonra kötüyün qa­­lın­lı­ğı bir qədər azalır. Bu da blokun üçtərəfli kəsmə şəraitini ya­x­­şı­laşdırır. Bundan başqa sıxma zamanı dəftərlərin birləş­mə­si­nin möhkəmliyi artır və blokun kötüyünün monolitliyi yüksəlir.

Sıxılmış bloklar bizə məlum olan üç bıçaqlı kəsmə maşı­nın­da kəsilir. Bloklar yuxarı hissədən 3-4 mm, qabaq tərəfdən 5 mm və aşağı hissədən 6-7 mm ölçülərdə kəsilir. Alınmış blok­la­rın ölçülərinin dəqiqliyinə, onların düzbucaqlı olmasına və kəsimlərin hamarlığına xüsusi diqqət yetirilir (şəkil 34,c)




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə