Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Blokların kəsimlərinin bəzədilməsi



Yüklə 0,72 Mb.
səhifə62/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   58   59   60   61   62   63   64   65   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Blokların kəsimlərinin bəzədilməsi kitabların xarici görü­nü­şünü yaxşılaşdırır. Bəzədilmə aşağıdakı üsullardan biri ilə yerinə yetirilir: rəngləməklə, mərmərə oxşatmaqla, qızılı rənglə zər vurmaqla, üzləməklə.

Blokların kötüyünün dəyirmiləndirilməsi. Kəsilmiş blokun kö­tüyü düz formaya malik olur. Belə kitablar kifayət qədər möh­kəm olmur və pis açılır. Ona görə də orta və böyük həcmli nəşr­lər üçün kitab bloklarının kötüyü dəyirmiləndırılır (dairənin 1/3-i qədər). Nəticədə qalınlaşmış dəftər kötükləri qövs boyu qə­rarlaşırlar, blokun qalınlığı bərabərləşir və kitabın xarici gö­rü­nüşü yaxşılaşır (şəkil 34,ç). Bundan başqa dəftərlərin bir-bi­rinə bərkimə möh­kəmliyi artır, blokun qapaqla birləşmə möh­kəm­liyi yüksəlir, kita­bın açılması yaxşılaşır. Bu əməliyyat də­yir­mi­lən­dir­mə dəzgah­la­rında və ya maşınlarında yerinə ye­ti­ri­lir.

Sadə konstruksiyalı dəyirmiləmə dəzgahlarında (şəkil 36,a) dəyirmiləmə yellənən rifli kolodka 1 vasitəsi ilə yerinə yetirilir. Bu kolodkanın təsiri ilə əvvəlcə blokun 2 bir tərəfi, sonra isə onun dönməyi ilə ikinci tərəfi dəyirmilənir. Dəyir­mi­lə­mə prosesində dəftərlər bir-birinə nəzərən yerini dəyişir və eyni zamanda kötük sıxılır. Kötük dəyirmi (şəkil 34,ç), qabaq kəsim isə yəhərvari forma alır. Kötüyün daha dəqiq forması blokun 1 (şəkil 36,b) dəftərləri profil kolodkaların 23 təsiri ilə yerdəyişməyə uğradıqda alınır. Lakin kötüyün bu şəkildə alınması növbəti əməliyyatlar yerinə yetiriləndə fiksə olunmalıdır.

Dəftərlərin kötük qatlarının bükülməsi – kötüyə göbələyə­bən­zər formanın verilməsidir (şəkil 34,d). Bu proses əmə­liy­yat avadanlığında emal edilən böyük həcmli (320 səhifədən yuxarı) bloklar üçün məsləhət görülür. Bu əməliyyat blokun kötüyünün dayanıqlığını və uzunömürlüyünü artırır və həm­çi­nin onun açıl­ma­sını yaxşılaşdırır. Kötüyün göbələyəbənzər for­ması də­yir­mi­ləş­di­rilmiş kötüyün mexaniki emalı vasitəsi ilə əl­də edilir. Bu pro­sesdə yellənən kolodka 1 (şəkil 36,c) sıxılmış blokun 2 kö­tü­yü­nə söykənərək sıxılır və dəftərlərin qatını hər iki tərəfə bükür.

c

a

b


Şəkil 36. Kitab blokunun kötüyünün dəyirmiləndirilməsi

və dəftər qatlarının bükülməsi sxemi


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə