Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Kitabların hazırlanması üçün avtomatik axın xətləri



Yüklə 0,72 Mb.
səhifə64/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   58   59   60   61   62   63   64   65   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Kitabların hazırlanması üçün avtomatik axın xətləri. Ayrı-ayrı dəftərlərdən sapla tikilmiş yastı kötüklü kantlanmış blok­lardan ibarət olan kitabların hazırlanması üçün tamam­lan­mış texnoloji tsikilli ixtisaslaşdırılmış avtomatik axın xətləri heç bir ölkədə buraxılmır. Belə kitablar adətən üç mərhələdə hazırlanır:

1) əməliyyat avadanlığında forzasların və digər elementlərin dəftərlərə yapışdırılması, blokların komplektləşdirilməsi və sap­la ayrı-ayrı dəftərlər şəklində tikilməsi, həmçinin cild qa­paq­larının hazırlanması və tərtib olunması;

2) tikişsiz bərkitmə üçün avtomatik xətlərdə blokların kö­tük­lərinin yapışdırılması, onların kantlanması və qurudulması, həmçinin blokların üçtərəfli kəsilməsi yerinə yetirilir;

3) kitabyerləşdirmə və presləmə-ştrixləmə maşınlarından və komplektləşdirici qurğudan ibarət olan aqreqatlarda blokların cild qapaqlarında (düz kötüklü) yerləşdirilməsi, kitabların pres­lən­məsi və ştrixlənməsi və onların bağlamalar şəklində yığıl­ma­sı. Bu aqreqata qablaşdırıcı avadanlığı da qoşmaq olar.

Bəzi xarici firmalar ayrı-ayrı dəftərlərdən sapla tikilmiş düz kötüklü bloklardan ibarət olan kitabların hazırlanması üçün ixtisaslaşdırılmış avadanlıq (kantlama üçün maşın, yerləşdir­mə, presləmə və ştrixləmə üçün aqreqatlar) buraxır. Məsələn, avtomatik rejimdə kantlama üçün maşında ("Kolbus" firması) blokun kötüyü termoyapışqanla, kantlama materialının klapan­ları isə forzasa PVAD yapışqanı ilə yapışdırılır.

Bu maşına daxil olan tikilmiş bloklar (şəkil 38) ardıcıl olaraq aşağıdakı əməliyyatları yerinə yetirən texnoloji bölmə­lər­­dən keçir: vibrasiyaedici lövhə 1 üzərində blokların düzlən­di­­rilməsi, blokun kötüyünə termoyapışqanın çəkilməsi 2, kö­tük­­yanı zonada PVAD yapışqanının kiçik zolaqla forzasların üzə­rinə çəkilməsi 3, kantlama materialının kötüyə yapış­dır­ıl­ma­­sı 4, kantlama materialının rulondan kəsilməsi 5, kantlama ma­­terialının klapanlarının əyilməsi və forzaslarla preslənməsi 6. Bundan sonra bloklar dərhal üçtərəfli kəsməyə göndərilə bi­lər.


Şəkil 38. Sapla tikilmiş blokların kötüklərinin kantlanması üçün maşının iş sxemi



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə