Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 22 Kö­tük­­lü kitabların hazırlanması



Yüklə 0,72 Mb.
səhifə60/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   56   57   58   59   60   61   62   63   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 22

Kö­tük­­lü kitabların hazırlanması

Bərkidikdən sonra kitab blokları emala uğradılır. Bunun nəticəsində blokun tələb olunan formatı əldə olunur, onun möhkəmliyi və uzunömür­lüyü artır və xarici görünüşü yaxşılaşır. Bu halda blokun kötüyünün konstruksiyasından, kəsim yerlərinin tərtiba­tın­dan və cild qapağının kantının olub-olmamasından asılı ola­raq əməliyyatların sayı və məzmunu müəyyən edilir. Düz kö­tük­lü blokların emalı dəyirmiləndirilmiş kötüklü bloklara nisbə­tən daha sadə və ucuzdur.

Konkret şərtlərdən asılı olaraq bloklar aşağıdakı variant­lar­da emal edilə bilər:

1) Dəyirmi kötüklü və kötük materialında dəftərləri tikilmiş blokların emalı. Bu variant aşağıdakı əməliyyatlardan ibarətdir: blokun kötüyünün yapışdırılması və qurudulması, kötüyün sı­xıl­ması, blokun üç tərəfdən kəsilməsi, kötüyün dəyirmilən­di­ril­məsi, kötüyə kaptalın və kağız zolağın yapışdırılması. Yax­şı­laş­­­dı­rılmış tərtibatda kitablar buraxılarkən bloklar kəsildikdən sonra bir və ya iki kəsim bəzədilir, dəyirmilənmədən sonra ara­lıq lent (lyasse) yapışdırılır. Bu variant daha əməktutumlu olmaqla bö­yük universallığa malikdir.



2) Dəftərləri bir-bir sapla və ya bloklar üzrə yapışqanla və ya kom­binə edilmiş üsulla bərkidilmiş, kötüyü dəyirmiləndirilmiş blok­ların emalı. Bu variant aşağıdakı əməliyyatlardan ibarətdir: ya­pış­dırılmış kötüyün materialla kantlanması, blok kötüyünün də­yir­mi­ləndirilməsi; kaptalın və kağız zolağın yapışdırılması vacib de­yil.

3) İkinci variantda göstərilmiş üsullarla bərkidilmiş düz kötüklü bloklar üçün olan varianta yalnız yapışdırılmış blokun materialla kantlanması və üç tərəfdən kəsilməsi əməliyyatları aiddir. Kaptal yalnız orta və böyük həcmli bloklara yapışdırılır.

Blokların əməliyyat avadanlığında emal edilməsi ardıcıllığı aşağıda verilmişdir.

Kötüyə yapışqanın çəkilməsi və blokların qurudulması. Kötük materialında – cunada dəftərləri bir-bir sapla tikilmiş blokların emalı kötük üzərinə yapışqanın, məsələn, PVAD çəkilməsi və onun qurudulması ilə başlayır (şəkil 34,a). Yapışqan kötük üzərində bütöv plyonka yaradaraq qatlanmış dəftərləri bir-birinə bərkidir və həmçinin sap ilgəklərinin xarici elementlərini cunaya və blokun kötüyünə yapışdırır (şəkil 34,b).


a b c ç d e


Şəkil 34. Dəftərləri bir-bir kötük materialı üzərinə sapla tikilmiş

kitab bloklarının emal mərhələləri

Kötüyə yapışqanın çəkilməsi konstruksiyasına görə müx­tə­lif olan avadanlıqda, məsələn, fasiləsiz işləyən blokyapışdırma dəzgahında yerinə yetirilir (şəkil 35). Bloklar 1 kötükləri aşağı olmaqla fırlanan valların 2 üstünə verilir. Vallar blokları yan istiqamətləndiriciləri 3 arasında hərəkət etdirir və eyni za­manda yapışqan məhlulunu vannadan 4 götürərək kötüyə çəkir. Bloklar yapışqan çəkmə dəzgahından qurutma qurğusuna ötü­rülür. Bu qurğular konstruksiyasına və həmçinin qurutma üsu­luna görə fərqlənirlər.

Qurutma rejimi elastik yapışqan plyonkanın alınmasını təmin etməlidir.

Şəkil 35. Bloka yapışqan çəkmə dəzgahında kitab bloklarının

kötüklərinə yapışqanın çəkilməsi sxemi


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə