Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Kitabların poliqrafik əks olunmasının son nəzarəti



Yüklə 0,72 Mb.
səhifə58/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   54   55   56   57   58   59   60   61   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Kitabların poliqrafik əks olunmasının son nəzarəti

Ki­tab­ların hazırlanmasının texnoloji prosesi sona çatdıqdan sonra onlara nüsxələr üzrə nəzarət aparılır. Bu nəzarət kitab isteh­sa­lında mərhələlər üzrə aparılan nəzarəti tamamlayır. Kitabın son nəzarətini yoxlayıcı nəzarətçilər aparırlar. Onlar kitabın xarici görünüşünə, qapağın daxili tərəflərinə, titul vərəqlərinə və bloku yelpik kimi açaraq onun vərəqlərinə baxırlar. Kitabın xarici görünüşü onun əsas göstəricisidir. Bu göstərici ayrı-ayrı elementlərin ölçüləri, onların bir-birinə nəzərən yerləşməsi, qapağın tərəflərində və kötükdə təsvirlərin keyfiyyəti, blokun kənarlarının kəsilməsinin keyfiyyəti, blokun kötüyünün for­ması və s. xarakterizə olunur.

Kitabın möhkəmlik göstəricisi onun istifadəsi zamanı uzunömür­lüyü, həmçinin müxtəlif atmosfer şəraitində saxlan­ması haqqında mülahizə etməyə imkan verir. Bu göstəriciləri təyin etmək üçün xüsusi laborator üsullardan istifadə edilir. Kitabın möhkəmliyi ümumilikdə blokun və cild qapağının hazırlandığı materialların möhkəmliyi, həmçinin kitabın ayrı-ayrı elementlərinin bir-biri ilə birləşməsinin möhkəmliyi ilə xarakterizə olunur. Kitabın xarici görünüşünə və möhkəmliyinə olan tələblər onun formatı, həcmi, təyinatı və digər şərtlərdən asılı olaraq nəşriyyat tərəfindən müəyyən olunur.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə