Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 20 Blokların cildlərlə birləşdirilməsi və nəşrlərin kəsilməsi



Yüklə 0,72 Mb.
səhifə54/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   50   51   52   53   54   55   56   57   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 20

Blokların cildlərlə birləşdirilməsi və nəşrlərin kəsilməsi

Blokların cildlərlə birləşdirilməsi

Blokun cildlə birləşdiril­məsi əməliyyatı adətən blokun cildlə örtülməsi adlanır. Bu əməliyyat üç növ ola bilər: iç-içə yığma, adi və boş tikmə. İç-içə cildlə örtmə nəşrlərin komplektləşdirilməsi və məftillə və ya sapla tikilməsi zamanı yerinə yetirilir. Ona görə də aşağıda adi örtmə və boş tikmə ilə örtmə əməliyyatlarına baxılır. Üst-üstə yığılmış dəftərlərdən komplektləşdirilmiş bloklar bərkidiləndən sonra yapışqan vasitəsi ilə cildlə bərkidilir.

Adi örtmədə cild yalnız kötüyə yapışdırılır. Əməliyyatın sadələşməsinə baxmayaraq kiçik həcmli bloklarda lazım olan birləşmə möhkəmliyi əldə olunmur.

Boş toxuma yüksək möhkəmliyi təmin edir. Bu üsulla bər­kit­mə­də cild yalnız bloka deyil, həmçinin kənar səhifələrə də yapışır (5-7 mm zolaqla). Bundan başqa məftillə üstdən tikilmiş blok­lar­da məftil bəndlərin üstdə görünən hissələri də örtülür.

Cildlər çap və ya cild kağızından və digər materiallardan hazırlanır. Adətən bir vərəqdə bir neçə cild çap olunur. Ona görə də cildləmədən əvvəl vərəq bir neçə hissəyə bölünür. Cil­din hazırlanmasında qalın kağızdan istifadə edildikdə cild bi­qov­­ka edilir, yəni gələcək qatlanma xətti uzunluq üzrə dərin­ləş­di­ril­miş ştrixlər şəklində alınır. Bu əməliyyat küt bıçaqla xü­su­si avadanlıqda yerinə yetirilir. Biqovka blokun cildlən­mə­sini və istifadə zamanı nəşrin yaxşı açılmasını təmin edir.

Tip 2 və tip 3 cildlərlə blokların örtülməsi orta müəssisə­lər­də əməliyyat avtomatlarında, tip 4 cildlərlə isə adətən blokların tikişsiz bərkidilməsindən istifadə etməklə adətən avtomatik xət­lərdə yerinə yetirilir. Cild örtüyü çəkən avtomatların müx­tə­lif konstruksiyası mövcuddur. Bu avtomatlar sırasında ən geniş ya­yılmışı karusel tipli avtomatdır. Bu avtomatda blok periodik olaraq bir mövqedən digərinə yerdəyişmə edir.

Samonakladın 1 ötürdüyü blok dönən stolun sıxıcıları 2 arasına düşür (şəkil 30) və onlarla dairəvi kəsilən hərəkət edir. Əvvəlcə blok yapışqan aparatına 3 yaxınlaşır. Burada kötük üzərinə yapışqan çəkilir.

Qurudulduqdan sonra blok açıq cildlər 4 samonakladına ötürülür. Samonaklad yuxarı qalxır, üstdəki cild blokun kötüyünə sıxılır və samonaklad aşağı enir. Nəticədə üstdəki cild kötüyə yapışır. Cild yapışmış blok sıxıcı mexanizmə 5 yaxınlaşır. Bu mexanizm cildi kötük üzərində sığallayır, onu əyir, sıxır və biqovka edir. Stolun sonrakı dönməsində yapışqan quruyur, sonra sıxıcılar açılır və nəşr qəbul stoluna 6 daxil olur.

Şəkil 30. Avtomatda blokun cildlə örtülməsi sxemi





Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə