Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Cild qapaqlarının bəzədilməsi prosesi



Yüklə 0,72 Mb.
səhifə51/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   47   48   49   50   51   52   53   54   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Cild qapaqlarının bəzədilməsi prosesi

Hər növ basma əm­­əliyyatını aparmaq üçün tələb olunan müəyyən təzyiq (20-50 MPa) adətən xüsusi preslərdə yaradılır. Bu preslər isteh­sa­lat­da qızılı basma presləri kimi də məlumdur. Cild qapaqla­rın­da basma əməliyyatını yerinə yetirmək üçün istifadə olunan müasir preslər sıxıcı səthin həndəsi formasından asılı olaraq tigelli və rotasion preslərə, avtomatlaşdırma dərəcəsindən asılı olaraq isə yarımavtomat və avtomat preslərə ayrılırlar.

Qapaqlar üzərində folqa ilə basma istənilən tigelli və rotasion preslərdə yerinə yetirilə bilər. Bunun üçün bu preslərin folqa aparatı olmalı və preslər blint basma üçün tələb olunan təzyiqi təmin etməlidir.

Tigel tipli avtomat pres (şəkil 25) aşağıdakı qurğulardan ibarətdir: qapaqverici samonaklad 1, presləyici qurğu 2-4, fol­qa aparatı 5 və qəbuledici qurğu 6. Samonakladla açıq qapaqlar aşa­ğı lövhə 2 üzərində yerləşən veriş stoluna 3 verilir. Aşağı lövhə qalxır və qapağı üst lövhəyə 4 bərkidilmiş ştampa Ş sıxır. Üst lövhə elektrik qızdırıcısı Q 4 ilə təchiz olunmuşdur. Basma sona çatdıqdan sonra alt lövhə aşağı düşür, veriş stolu sağa yerdə­yiş­mə edir və qapaq ondan qəbul stoluna 6 ötürülür.




Ş

Q

Şəkil 25. Tigel tipli avtomatik cildləmə presinin sxemi


Bəzi avtomatik preslər yalnız folqa aparatı ilə deyil, həm­çi­nin boya aparatı ilə də təchiz olunmuşlar. Bu aparat hündür çap üsulu ilə cild qapaqlarında çap etməyə imkan verir. Yarımav­to­mat preslər samonaklada və qəbul-çıxış qurğusuna malik ol­murlar. Ona görə də cild qapaqlarının emal zonasına verilməsi və hazır məhsulun qəbul edilməsi əl ilə yerinə yetirilir.

Rotasion preslərin (şəkil 26) fərqləndirici xüsusiyyəti odur ki, bu preslər bir neçə (adətən 3) presləyici bölməyə malik olurlar və onlar rotasion prinsiplə düzülmüşlər.




DS DS DS

FS FS FS

F B F B F B

Şəkil 26. Rotasion tipli avtomatik cildləmə presinin sxemi


Hər bölmə əks istiqamətdə fırlanan forma FS və dayaq si­lin­dr­­lə­rindən DS ibarətdir. Forma silindrlərində qızdırıcı elementlər yer­ləşdirilmişdir. Dayaq silindrləri qapağın səthində təzyiq ya­rat­maq üçündür. Bundan başqa hər bölmə folqa aparatı F və boya aparatı B ilə təchiz olunmuşdur.

Pres işləyərkən altdakı cild qapağı topadan ayrılır və ma­qa­zin­dən 1 rolikli transportyor vasitəsi ilə əsas transportyorun 2 tu­tucularına ötürülür. Bu transportyor qapağı ardıcıl olaraq presləyici bölmələrdən keçirir. Sonuncu bölmədən hazır məhsul transportyor 3 vasitəsi ilə çıxış qurğusuna 3 ötürülür. Fasiləsiz işləyən rotasion pres-avtomat yüksək işləmə sürətini və böyük texnoloji imkanları təmin edir.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə