Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə52/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   48   49   50   51   52   53   54   55   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Blokların emal edilməsi

Bildiyimiz kimi kitab blokları komplektləşdirildikdən sonra son məhsul halını alması üçün müxtəlif əməliyyatlara ugradılır. Bu əməliyyatların bəziləri ilə əvvəlki dərslərdə tanış olmuşuq. Məsələn: dəftərlərin yıgılaraq komplektləşdirilməsi, sap, məftil və yapışqanla bərkidilməsi, blokların 3 tərəfdən kəsilməsi və s. Məhsulun tam şəklini alması üçün göstərilən əməliyyatlardan başqa blokların kötük yerləriinin yapışdırılması, kəsilmiş hissələrin müxtəlif rənglərdə boyadılması, kaptalın yapışdırılması, kötük hissəsinin müxtəlif formada emal edilməsi əməliyyatları da yerinə yetirilir.

Ümumiyyətlə blokların emalı müxtəlif qruplara bölünür. Bu qruplara tam, qismən, kiçik və minimal emal prosesləri aiddir. Nəşrin tipindən, təyinatından, formatından və həcmindən asılı olaraq yerinə yetirilən əməliyyatlar yuxarıdakı qruplarda cəmlənir. Məsələn: blokların 3 tərəfdən kəsilməsi əməliyyatı tam qrupa aiddir.

Kənar tərəflərin qızılı və ya digər rənglərlə boyadılması qismən yerinə yetirilmiş əməliyyatlara aiddir. Ümumiyyətlə bu və ya digər üsullarla bərkidilmiş bloklar müxtəlif konfiqurasiyanı hazırlamaqla kötük hissəsini yapışqanla yapışdırılmasını yerinə yetirilir.

Blokların kötük hissəsi konfiqurasiyasına görə düz, dəyirmi dəftərlər qatlamaq şərti ilə, düz dəftər qatlamaq şərti ilə hazırlanır.

a) b) c)


Şəkil 27. Konfiqurasiyasına görə müxtəlif profilli bloklar. a) düz profilli; b) dəyirmi profilli; c) göbələkvari profilli
Kötük hissəsi düz konfiqurasiyalı kitab blokları adətən dəftərlər yapışqanla bərkidildikdə istifadə olunur. Bu halda əksər hallarda sapla tikmədən istifadə olunur. Dəyirmı konfiqurasiyalı bloklar daha qalın kitablarda istifadə olunur. Dəyirmi və kənarlardan sıxılmış göbələk şəkilli bloklar daha etibatlı möhkəmliyi təmin edir. Düz profilli blokların (şək. 27,a) cild qapagı ilə birləşdirilməsindən sonra onun açılması və möhkəmliyi lazim olan qədər etibarlı olur.

Dəyirmi profilli bloklar (şək. 27,b) 4cild qapağına bərkidildikdən sonra onların mökkəmliyi yüksək formada olur və açılıb baglanma rahat olur.

Dəyirmi göbələkvari bloklar da (şək. 27,c) dəyirmi blok kimi daha yaxşı texniki göstəricilərə malik olur. Ümumiyyətlə kitab blokunda dəftərlərin sayı az olduqda onların düz profilli 160- 200 səhifə və daha artıq olduqda dəyirmi profilli, 320-dən yuxarı olduqda isə dəyirmi və dəyirmi göbələkvari hazırlanması tövsiyə olunur.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə