Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 21 Kitabların hazırlanmasının tamamlanma əməliy­yat­ları



Yüklə 0,72 Mb.
səhifə55/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   51   52   53   54   55   56   57   58   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 21

Kitabların hazırlanmasının tamamlanma əməliy­yat­ları

Kitabların preslənməsi
Blokları cild qapaqlarında yerləş­dir­mək üçün yapışqanların sulu məhlulundan istifadə edirlər. On­lar səthə çəkildikdən sonra bir neçə saat ərzində quru plyonka əmələ gə­ti­rir­lər. Quruma suyun yapışqanın tərkibindən bloka və qapağın tə­rəf­lə­rinə hopması və sonra onun ətraf mühitə bu­xar­lanması ilə müşayiət olunur. Təzyiqsiz sərbəst halda qu­ru­muş kitabın cild qapağı əyilmiş və blok isə boş halda olur. Əyil­­mədən qaçmaq, həmçinin kitabın kompaktlığını və for­zas­la­rın qapağın tərəflərinin bütün səthi boyu yapışmasının möh­kəm­liyini təmin etmək üçün kitabları yerləşdirmə əməliyyatı qur­taran kimi presləyirlər. Bu zaman ən yaxşı texniki effekt ki­tab preslənmiş halda tam quruyana qədər qaldıqda alınır. Bu­nun üçün kitab bağlamalar 1 (şəkil 31) cərgələrlə arabacığın 2 alt lövhəsinin üstünə dü­zülür. Bir arabacığa üç-dörd cərgə kitab bağlamaları düzülür və onlar taxta lövhələrlə ayrılır. Cild qa­pa­ğın­da konqrev basma olan kitabların arasına relyefli təsvir formasında kəsilmiş karton yerləşdirilir. Kitabların axı­rın­cı cərgəsi üst lövhə 3 ilə örtülür və arabacıq pnevmatik cildləmə-sıxma presinə ötürülür. Bu presin alt lövhəsi 4 tər­pən­məzdir və sexin döşəməsinə bər­ki­dil­mişdir, üst lövhə 5 isə enir və qalxır.

Presdə tələb olunan təzyiq alındıqdan sonra arabacığın hər iki lövhəsi sıxıcı ştanqlarla 6 birləşdirilir. Sonra presin üst löv­hə­si yuxarı qalxır və oradan üzərində preslənmiş kitablar olan arabacıq diyirlənib çıxır. Bu vəziyyətdə təzyiq altında (0,4-0,5 MPa) olan kitablar bir neçə saat (4-8 saat) saxlanır, bundan sonra kitablar arabacıqdan ştrixləmə əməliyyatına daxil olur.

Kitabın qısamüddətli sıxılması üçün karusel tipli çoxmövqeli hidravlik presdən istifadə edilir.


Şəkil 31. Cildləmə-sıxma presinin sxemi



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə