Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Blok kötüyü üzərinə kaptalın və kağız zolağının yapış­dı­rıl­ma­sı



Yüklə 0,72 Mb.
səhifə63/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   58   59   60   61   62   63   64   65   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Blok kötüyü üzərinə kaptalın və kağız zolağının yapış­dı­rıl­ma­sı. Kaptal kənarı qalınlaşdırılmış rəngli parça şəriddir. Onu blokun kötüyünün yuxarı və aşağı kənarlarına yapışdırırlar. O tər­tibat elementidir və blokun kötüyünün uc hissəsinin bər­ki­dil­mə­sinin möhkəmliyini artırmaq üçündür. Blokun qalınlığına bə­rabər olan yapışdırılmış kağız zolaq dəftərlərin blokda bər­ki­dil­mə möhkəmliyini artırır, yapışqan qatını çatlamaqdan qo­ru­yur. Kaptal və kağız zolaq kötük üzərinə kaptal yapışdırma ma­şınlarında yapışdırılır.

Sadə konstruksiyalı blok­lardan ibarət olan kötüklü kitabların, yəni blokun kötüyünün yastı şəkildə kantlanması, ayrı-ayrı dəftərlərlə sapla tikilməsi, adətən aşağıdakı sxem üzrə hazırlanır: kitab bloklarının sadə və mürəkkəb dəftərlərdən komplektləşdi­rilməsi; kötük materialı olmadan ayrı-ayrı dəftərlərin sapla tikilməsi (şəkil 37,a), kötüyün yapışdırılması və kötük materialı ilə kantlanması, onun klapanlarının forzas üzərinə qatlanması (şəkil 37,b); blokların qurudulması və üç tərəfdən kəsilməsi (şəkil 37,c); sərt kötük yerli cild qapaqlarının hazırlanması və tərtib olun­ması, blokların cild qapağında yerləşdirilməsi (şəkil 37,ç); kitabların preslənməsi və ştrixlənməsi (şəkil 37,d).


Şəkil 37. Sapla tikilmiş sadə konstruksiyaya malik kötüklü

kitabların hazırlanma sxemi


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə