Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə3/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   2   3   4   5   6   7   8   9   ...   136

www.vivo-book.com 

 

13 



Mən  onun  ünvanını  və  ora  necə  getməli  olduğum 

haqqında təlimatları bir kağıza yazdım.  

–  ÇalıĢ  ki,  səhər  saat  on  birdə  mənim  evimdə  olasan. 

UĢaqlar  günortadan  sonra  məktəbdən  gəlirlər  və  bizi 

iĢimizdən yayındıra bilərlər.  

– Səhər saat on birdə orda olacam, – dedim. 

...Mən  düz  söz  verdiyim  vaxtda  yemək  üçün  ayrılmıĢ 

küncdə  Lidiyanın  qarĢısında  oturmuĢdum.  Bizim  aramızda 

böyük bir gil qalağı vardı. O mənə suallar verməyə baĢladı. 

– Sənin valideynlərin sağdırlarmı? 

– Yox. 

– Los-Ancelesdən xoĢun gəlirmi? 



– Mənim sevimli Ģəhərimdir. 

– Qadınlar haqqında nədən belə Ģeylər yazırsan? 

– Necə Ģeylər? 

– Özün yaxĢı bilirsən.  

– Yox, bilmirəm. 

–  Hmmm,  məncə,  qadınlar  haqqında  heç  bir  Ģey 

bilmədən  sənin  kimi  yazılar  yazan  insanlar  utanc  hissləri 

keçirməlidirlər.  




www.vivo-book.com 

 

14 



Mən ona cavab vermədim. 

– Lənət Ģeytana! Liza bu ... hara soxuĢdurub? – Lidiya 

otaqda  nəsə  axtarmağa  baĢladı.  –  Ax  bu  canı  yanmamıĢ 

kiçik  qızlar,  həmiĢə  analarının  alətlərini  də  götürüb  aradan 

çıxırlar!  

Lidiya baĢqa bir alət tapdı. 

–  Bunu  bir  təhər  uyğunlaĢdıraram.  Ġndi  isə 

tərpənmədən otur, özünü çox da gərmə, amma tərpənmədən 

otur. 

Mən üzüm ona tərəf oturmuĢdum. O isə ucunda məftil 



ilgək  olan  taxta  bir  alətlə  gil  topasının  üzərində  iĢləyirdi. 

Sonra  aləti  qalağın üzərindən  ara-sıra  mənə tərəf  yellədirdi. 

Mən  onun  hərəkətlərini  izləyirdim.  Onun  gözləri  mənə 

baxırdı. Bu gözlər iri və tünd qonur rəngdə idi. Hətta onun 

pis  gözü,  digər  gözünə  bir  qədər  uyuĢmayanı  da  gözəl 

görünürdü.  Mən  də  gözlərimi  ondan  çəkmirdim.  Vaxt  isə 

keçirdi. Mən trans halına düĢmüĢdüm. O birdən dedi: 

– Fasilə etməyə necə baxırsan? Pivə istəyirsənmi? 

– Əla. Hə istəyirəm.  



www.vivo-book.com 

 

15 



O,  yerindən  qalxıb  soyuducuya  tərəf  gedəndə,  mən  də 

onun  arxasınca  getdim.  O  bir  ĢüĢə  götürüb  qapını  bağladı. 

Lidiya  geri  çevriləndən  mən  onun  belindən  tutaraq  özümə 

tərəf  çəkdim.  Ağzım  və  bədənimlə  ona  yapıĢdım.  O,  pivə 

ĢüĢəsini kənara uzatdığı əlində saxlamıĢdı. Mən onu öpdüm. 

Sonra bir də öpdüm. Lidiya məni kənara itələdi. 

– YaxĢı, – o dedi, – daha bəsdir. Biz iĢləməliyik. 

Biz yenə öz yerlərimizə oturduq. Lidiya siqaret çəkdiyi 

vaxt  mən  öz  pivəmi  içirdim,  gil  qalağı  isə  yenə  bizim 

aramızda  idi.  Qapının  zəngi  çaldı.  Lidiya  ayağa  qalxdı. 

Orada  bərəlmiĢ  və  yalvarıĢ  dolu  gözlərini  bizə  zilləmiĢ  bir 

kök qadın dayanmıĢdı.  

– Bu mənim bacım Qlendolinadir. 

– Salam. 

Qlendolina bir stul çəkib danıĢmağa baĢladı. DanıĢmağı 

o  gözəl  bacarırdı.  Əgər  o,  sfinks  də  olsaydı,  yenə  də 

danıĢardı,  daĢ  olsaydı,  yenə  də  danıĢardı.  Məni,  sadəcə, 

onun  yorulacağı  və  bizi  tərk  edəcəyi  vaxt  maraqlandırırdı. 

Daha ona qulaq asmasam da, elə bil kimsə məni kiçik pinq-

ponq Ģarları ilə vururdu. Qlendolinanın, deyəsən, zaman, ya 




www.vivo-book.com 

 

16 



da maneə ola biləcəyi haqqında heç bir təsəvvürü yox idi. O 

susmadan danıĢırdı, elə hey danıĢırdı. 

–  Bir  dinləyin,  –  mən  nəhayət  dedim,  –  siz  nə  vaxt 

gedəcəksiniz? 

Məhz bundan sonra bacı səhnəsi baĢladı. Onlar bir-biri 

ilə  danıĢmağa  baĢladırlar.  Onlar  ayaq  üstə  bir-birinin 

qarĢısında  durub  qollarını  havada  oynadırdılar.  Səslər 

getdikcə yüksəlirdi. Onlar bir-birini fiziki xəsarətlərlə təhdid 

edirdilər.  Nəhayət  –  dünyanın  sonuna  yaxın  –  Qlendolina 

bədəni  ilə  nəhəng  bir  qövs  cızaraq  setka  qapının  geniĢ 

boĢluğundan özünü bayıra atdı və gözdən itdi. Lakin həyətin 

arxasındakı  evinə  çatanadək  onun  qəzəbli  səsi  və  giley-

güzarı eĢidilirdi.  

Lidiya  ilə  mən  yenidən  yemək  köĢəsinə  dönüb  öz 

yerimizə oturduq. O özünün heykəl iĢləmə alətini götürdü və 

gözlərini yenidən mənim gözlərimə zillədi.  



 

Bir neçə gün sonra bir səhər mən onun həyətinə daxil 

oldum,  elə  həmin  vaxt  Lidiya  da  döngədə  göründü.  O, 



www.vivo-book.com 

 

17 



tindəki  çoxmənzilli  binada  yaĢayan  rəfiqəsi  Tinagildən 

gəlirdi.  Çox  cazibədar  görünürdü,  lap  ilk  dəfə  əlində 

portağal ilə mənim yanıma gələndə gördüyüm kimi. 

– Aaaaa, – o dedi, – yeni köynək geyinmisən! 

O düz deyirdi. Bu köynəyi onun haqqında düĢündüyüm 

üçün,  onunla  görüĢmək  istədiyim  üçün  almıĢdım.  Onun 

bunu bildiyini və məni ələ saldığını bildiyim halda, yenə də 

etiraz etmədim. 

Lidiya qapını açdı və biz içəri girdik. Üstünə nəm əsgi 

salınmıĢ  gil  yemək  üçün  ayrılmıĢ  küncdəki  masanın  düz 

ortasında dururdu. O, əsgini götürdü. 

– Hə, necədir?  

Lidiya  mənə  rəhm  eləməmiĢdi.  Çapıqlar  da,  əyyaĢ 

burnu da, meymun ağzı da, dar bir xəttəcən qıyılmıĢ gözlər 

hamısı yerində idi, və hətta gülünc, öz xoĢbəxtliyini hiss etsə 

də  bunun  səbəbini  anlamayan,  xoĢbəxt  bir  adamın  səfeh, 

xoĢhal təbəssümü də orada idi. Onun yaĢı 30-u, mənimki isə 

50-ni keçmiĢdi. Vecimə də deyildi.  

–  Hə,  –  dedim,  –  məni  yaxĢı  düzəltmisən.  XoĢuma 

gəlir.  Amma  belə  görürəm,  sən  onu  demək  olar  ki, 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə