Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə17/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

www.vivo-book.com 
 
82 
Oyun  ona  xəyanət  edib  aldatdı,  o  da  bundan  sonra  ancaq 
qızın olar. O, Codan eşitmişdi ki, nokaut nə deməkdir, bəzən 
nokaut almış boksçu özünə tez gələ bilmirdi. Ancaq bu vaxt 
eşitdi  ki,  sekundantlar  həkim  çağırırlar,  ürəyi  qorxudan 
sıxıldı. 
Sekundantlar Coyu rinqdən apardılar. Cenevyeva onları 
gözcükdən  görə  bilmirdi.  Sonra  qapı  taybatay  açıldı,  otağa 
bir neçə kişi keçdi; onlar Coyu içəri gətirib tozlu döşəmənin 
üstünə  qoydular;  sekundantlardan  biri  onun  başından 
tutmuşdu.  Görünür,  heç  kəs  Cenevyevanı  burda  görüb 
heyrətə düşmədi. Qız Coya yaxınlaşıb diz üstə çökdü. Onun 
göz qapaqları yumulu, ağzı yarıaçıq idi. Qız onun əlini əlinə 
aldı, yuxarı qaldırdı. Əl elə ağır, elə cansız idi ki, Cenevyeva 
qorxdu. Qız gözlərini qaldırıb sekundantlara, ətrafdakı başqa 
kişilərə  baxdı.  Sanki  bu  adamlar  nədənsə  qorxub 
çəkinirdilər.  Təkcə  onlardan  biri  qorxmamışdı,  o,  altdan-
altdan  qəzəblə,  ara  vermədən  söyüş  söyürdü.  Sonra 
Cenevyeva  dönüb  gördü  ki,  Silverstayn  yanındadır,  o  da 
qorxmuşdu.  O,  nəvazişlə  əlini  qızın  çiyninə  qoyub 
canıyananlıqla sıxdı. 


www.vivo-book.com 
 
83 
Bu  canıyananlıqdan  qızı  dəhşət  bürüdü.  Fikirləri  bir-
birinə qarışırdı. Kim isə içəri girdi. Hamı ona yol verdi. İçəri 
girən acıqla dilləndi: 
– Gedin! Hamınız çıxın gedin! Otağı boşaldın! 
Bir neçə adam dinməzcə itaət etdi. 
O, Cenevyevaya müraciətlə dedi: 
– Siz kimsiniz? Ah, lənət şeytana, bu qız imiş. 
Cavan oğlan dilləndi: 
–  Qoyun  o  qalsın,  nişanlısıdır!  –  Cenevyeva  öz 
bələdçisini tanıdı. 
İçəri girən Silverstayndan səbirsizlikə soruşdu. 
– Bəs siz kimsiniz? 
Qoca qətiyyətlə dedi: 
– Mən onunlayam. 
Cavan oğlan izahat verdi: 
–  Qız  onun  dükanında  işləyir.  Mən  dedim  ki,  kənar 
adam yoxdur. 
 Həkim  narazılıqla  nıqqıldadı,  diz  üstə  çökdü,  əlini 
Coyun yaş saçlarına çəkdi, yenə nıqqıldayıb ayağa qalxdı. 
Həkim dedi: 


www.vivo-book.com 
 
84 
– Mənlik burda iş yoxdur, təcili yardım çağırtdırın. 
Bundan  sonrakı  hadisələr  Cenevyevaya  pis  yuxu  kimi 
göründü. Yəqin qızın ürəyi getdi, yoxsa ki, Silverstayn onu 
niyə  bir  əli  ilə  qucaqlayıb  saxlasın.  Qız  ətrafındakı 
adamların  üzünü  tutqun  ləkə  kimi  görürdü;  qulağına 
danışıqlardan qırıq-qırıq sözlər  çatırdı.  Ona  bələdçilik  edən 
cavan oğlan reportyorlardan danışdı. 
–  Sənin  adın  qəzetlərə  düşəcək…  –  qız  hardansa 
uzaqdan  Silverstaynın  səsini  eşitdi,  bir  anlığa  ayılıb  etiraz 
əlaməti olaraq başını tərpətdi. 
Təzə-təzə adamlar gəlirdi. Coyu xərək üstündə otaqdan 
çıxartdılar.  Silverstayn  qızın  əynindəki  kişi  paltosunun 
yaxasını  düymələdi,  enli  yaxalığını  qaldırdı.  Qız  gecə 
sərininin  üzünə  toxunduğunu  hiss  etdi,  başının  üstündə 
parlaq,  soyuq  işıq  saçan  ulduzları  gördü.  Onu  harasa 
mindirib  oturtdular.  Silverstayn  böyründəcə  əyləşmişdi.  Co 
da burda idi. Coyu soyundurub xərəyin üstünə uzatmışdılar, 
üstünə  adyal  örtmüşdülər.  Burda  əynində  göy  mundir  olan 
bir  şəxs  də  var  idi,  o  qıza  şəfqətlə  nəsə  deyirdi,  qız  onun 


www.vivo-book.com 
 
85 
sözlərindən  baş  açmırdı.  At  nallarının  səsi  gəlirdi,  qaranlıq 
gecədə onları harasa aparırdılar. 
Sonra  yenə  işıqlığa  çıxdılar,  səslər  eşidildi,  yodoform 
qoxusu gəldi. Cenevyevanın fikrindən keçdi: “Görünür, bura 
xəstəxanadır, bu cərrahiyyə stoludur, bu da həkimlər”. Onlar 
Coyu müayinə edirdilər. Qara gözlü, qara saqqallı əcnəbiyə 
oxşar həkimlərdən biri qəddini düzəldib o biri həkimə dedi: 
– Həyatımda heç belə şey görməmişəm. Kəlləsini arxa 
tərəfdən başdan-başa... 
Qızın  dodaqları  od  tutub  yanırdı,  qupquru  qurumuşdu. 
Boğazı qəhərdən tutulurdu. Bəs o niyə ağlamır? Qız bilirdi 
ki,  ağlamalıdır,  bilirdi  ki,  belə  olmalıdır.  Bax,  Lotti  ensiz 
çarpayının o biri tərəfində (qıza elə gəlirdi ki, bu gördüyü də 
yuxudur) 
ağlayırdı. 
Kimsə 
orqanizmin 
komatoz
11
 
vəziyyətindən  ölümlə  nəticələndiyini  dedi.  Bunu  o 
qarasaqqal həkim yox, başqası dedi. Bir də kimin deməsinin 
nə mənası? İndi saat neçə olar? Sanki o lal sualın cavabında 
dan yeri ağarmağa başladı. 
                                                 
11
Komatoz – başın zədələnməsi, bədənin zəhərlənməsi, yaxud əsəb sisteminin 
xəstələnməsi nəticəsində əmələ gələn dərin yuxuya bənzər hal (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
86 
O, Lottiyə dedi: 
– Bu gün bizim toyumuz olmalı idi. 
Coyun bacısı hıçqırırdı: 
–  Danışma!  Danışma!  –  Əlləri  ilə  üzünü  qapayıb 
hönkürtü ilə ağladı. 
Bir  sözlə,  hər  şeyin:  xalçaların,  mebelin,  səliqəli  ev-
eşiyin  üstündən  qələm  çəkildi;  ulduzlu  səmanın  altında 
görüşlərin,  gəzintilərin,  sevməyin,  sevilməyin  sonu  çatdı. 
Qızın  baş  açmadığı  bu  oyun  nə  dəhşətli  şey  imiş.  Qız 
dəlisov  oyunun  kişilərin  qəlbinə  hakim  kəsilməsi,  onun 
qəddar  zarafatları,  satqınlığı,  anlaşılmaz  cazibəsi  barədə 
qorxa-qorxa  fikirləşdi.  Bu  oyuna  görə  qadının  qisməti 
acınacaqlıdır,  kişinin  bütün  həyatını  mənalandıra  bilmir, 
qadın  kişi  üçün  oyuncaq,  ötəri  əyləncədir;  kişi  qadına 
nəvaziş  göstərir,  məhəbbətlə  qayğısını  çəkir,  ehtirasını, 
xoşbəxt  dəqiqələrini  ona  bəxş  edir,  ancaq  gecəsini-
gündüzünü,  bütün  səylərini,  ağlını,  əzələlərinin  qüvvəsini, 
ən  inadkar  səylərini,  ən  inadkar  zəhmətini,  bütün  həyat 
qüvvəsini  arzusunda  olduğu  oyuna  verir.  Silverstayn  qıza 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə