Cek london oyun



Yüklə 4.58 Kb.

səhifə22/59
tarix25.07.2018
ölçüsü4.58 Kb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

www.vivo-book.com 
 
108 
gəlir. Bu mənim böyük səbirsizliklə gözlədiyim sahil küləyi 
idi.  Mən  çinliləri  səslədim,  qara  zolağı  onlara  göstərdim. 
Onlar mənə sevincək çığırtı ilə cavab verdilər. Bu vaxt mən 
yelkəni,  suyu,  batan  şlyupu  göstərib  işarələrlə  onları  başa 
saldım  ki,  külək  yelkənə  dolanda  biz  çevriləcəyik.  Onlar 
yaxşı  bilirdilər  ki,  şlyupu  küləyə  tərəf  aparıb,  fəlakətin 
qarşısını  almaq  üçün  yelkənlərin  küləyini  boşaldıb  qrot-
şkotu aça bilərəm. 
Ancaq  mən  qərar  qəbul  etmişdim.  Bir  fut  keçəndən 
sonra  iki  qrot-şkot  seçib  kürəyimi  rumpelin  üstünə  saldım. 
İndi mən bir əlimlə yelkəni idarə edə bilərdim. O biri əlimlə 
tapançanı  tutmuşdum.  Qara  zolaq  bütün  vaxtı  yaxınlaşırdı. 
Çinlilərin  narahatlıqlarını  gizlədə  bilməyərək,  gah  qara 
zolağa, gah da mənə baxdığını görürdüm. İndi kimin ölümün 
düz  gözünün  içinə  baxmağa  ağlı,  iradəsi,  səyi  çatacağı, 
qorxub geri çəkilməyəcəyi müəyyənləşməli idi. 
Budur,  şlyupun  üstünə  külək  gəldi.  Qrot-şkot  dartıldı, 
bloklar  cırıldadı,  gil  əyildi,  yelkənə  külək  doldu,  “Şimal 
maralı” get-gedə yana əyilməyə başladı. Budur, külək tutan 
tərəfin  tutacaqlı  kayutların  illüminatorları  suya  batdı,  su 


www.vivo-book.com 
 
109 
kokpitə doldu. Şlyup yanakı elə əyildi ki, kayutdakı adamlar 
külək  tutan  çarpayının  üstünə  yan-yana  yıxıldılar,  onlar 
suyun  içində  qıc  olmuşdular,  altda  olanlar  az  qala 
boğulmuşdu. 
Külək get-gedə sərinləyirdi, “Şimal maralı” demək olar 
ki,  böyrü  üstə  əyilmişdi.  Mən  artıq  belə  fikirləşirdim  ki, 
xilas  yolu  yoxdur,  külək  bir  də  belə  əssə,  şlyup  çevriləcək. 
Mən  qrot-şkotu  hələ  boşaltmırdım,  tərəddüd  edirdim. 
Çinlilərin  özləri  aman  dilədilər.  Onların  qışqırığı  mənim 
üçün şirin musiqiyə çevrildi. Ancaq indi şlyupu küləyə tərəf 
çevirib  qrot-şkotu  açıb  buraxdım.  “Şimal  maralı” 
tələsmədən düzəldi, ancaq o suya elə çökmüşdü ki, xilasına 
heç inanmağım gəlmirdi. 
Çinlilər  kokpitə  atıldılar,  suyu  vedrələrlə,  güvəclərlə, 
qazanlarla,  əllərinə  nə  keçdi  onunla  boşaltmağa  başladılar. 
Suyun  çaya  tökülməsindən  yaxşı  nə  ola  bilərdi.  Nəhayət, 
küləyin qovduğu “Şimal maralı” təzədən vüqar və ehtişamla 
suyun  üzəri  ilə  üzərək  ən  axırıncı  dəqiqədə  bataqlıq  dayaz 
yerdən keçib çayın mənsəbinə girdi. 


www.vivo-book.com 
 
110 
Çinlilər  ruhdan  düşdülər,  onlar  San-Rafaeli  görəndə 
özləri  göyərtəyə  tökülüşdülər,  burazları  əllərində  hazır 
tutdular. Sarı Yaylıq hamıdan qabaqda idi. 
Corca  gəlincə,  bu  onun  axırıncı  basqını  oldu.  O  bizə 
dedi  ki,  belə  iş  ürəyincə  deyil,  sahildə  kontorların  birində 
xidmət  eləsə  bundan  yaxşıdır.  Biz  də  onun  dedikləri  ilə 
tamamilə razılaşmalı olduq. 
 
YUNANLARIN KRALI 
 
Balıqçı patrul dəstəsinə bir dəfə də olsun Böyük Aleki 
tutmaq  qismət  olmamışdı.  O  lovğalanıb  deyirdi  ki,  heç  kəs 
onu sağ tuta bilməz, bu adamın keçmişindən məlum idi ki, 
onun  ölüsünü  də  ələ  keçirmək  müvəffəqiyyətsizliyə 
uğramışdı.  Belə  deyirdilər  ki,  onun  ölüsünü  ələ  keçirmək 
istəyən  patrul  dəstəsinin  iki  üzvü  həyatına  əlvida  deməli 
olmuşdu.  Bununla  bərabər,  heç  kəs  balıq  ovu  qanununu 
Böyük Alek qədər pozmurdu. 
Ona  bədəncə  həddindən  artıq  yekəpər  olduğu  üçün 
Böyük Alek deyirdilər. Onun boyu altı fut üç düymdü, buna 


www.vivo-book.com 
 
111 
uyğun  olaraq  həddindən  artıq  enlikürək,  enlisinə  idi.  Onun 
polad  kimi  möhkəm,  qüvvətli  əzələləri  var  idi,  bitib-
tükənməyən  qüvvəsi  barədə  balıqçılar  arasında  saysız-
hesabsız  əfsanələr  dolaşırdı.  Onun  qoçaqlığı,  ipə-sapa 
yatmaması  fiziki  qüvvəsindən  geri  qalmırdı,  buna  görə  də 
ona  bir  də  “Yunanların  kralı”  ləqəbini  vermişdilər. 
Əksəriyyəti  yunan  olan  balıqçıların  çoxusu  ona  hörmətlə 
yanaşır, dəstə başçısı kimi onun sözü ilə oturub-dururdular. 
Böyük  Alek  onların  başçısı  kimi  balıqçıların  mənafeyini 
müdafiə  edir,  onlara  görə  dalaşırdı,  onlar  həbs  ediləndə 
onları  qanunun  pəncəsindən  xilas  edirdi.  Onları  elə 
birləşdirirdi  ki,  bərk  ayaqda  onlar  dağ  kimi  bir-birinin 
dalında dururdular. 
Balıqçı  patrulu  dəfələrlə  Böyük  Aleki  tutmaq  istədi, 
ancaq bu cəhdlərinin heç biri nəticə vermədiyindən axırdan-
axıra  bu  fikirdən  daşındılar;  bu  qəhrəmanın  Benişyaya 
gəldiyini  eşidəndə  onu  görmək  üçün  əldən-ayaqdan 
gedirdim.  Onu  axtarmalı  olmadım.  Gəlib  çıxan  kimi  ilk 
növbədə həmişəki kimi həyasızlıqla özü gəlib bizi tapdı. 


www.vivo-book.com 
 
112 
O  vaxtlar  biz  –  Çarli  Le  Qrantla  Karmintel  adlı 
rəisimizin  rəhbərliyi  altında  patrul  dəstəsində  idik,  üçümüz 
növbəti  keçidə  hazırlaşırdıq  ki,  Böyük  Alek  təşrif  gətirdi. 
Karmintel  görünür  ki,  əvvəllər  də  onunla  tanış  idi,  çünki 
onlar  ən  yaxın  tanışlar  kimi  bir-birilə  əl  tutub  görüşdülər, 
Alek mənimlə Çarliyə heç gözünün ucu ilə də baxmadı. 
O, Karmintelə dedi: 
– Mən bura ikiaylığına nərə balığı tutmağa gəlmişəm. 
Onun  baxışları  həyasızcasına  parıldadı,  patrul  dəstəsi 
rəisinin nəzərlərini aşağı saldığını gördük. 
Karmintel alçaqdan dilləndi: 
–  Yaxşı,  Alek.  Sənin  zəhləni  tökməyəcəm.  Kayuta 
gedib orda danışaq, – deyə o əlavə etdi. 
Onlar  kayuta  girib  qapını  dallarınca  bağladılar.  Çarli 
mənə  baxıb  mənalı-mənalı  göz  vurdu.  Mən  hələ  çox  gənc 
idim, adamları yaxşı tanımırdım, bəzi hərəkətlərindən yaxşı 
baş açmırdım, ona görə də işarəni başa düşmədim. Bu işdə 
nə hiss etdimsə, Çarli daha heç nə demədi. 
Onlar danışmaqlarında olsun, biz də Çarlinin təklifi ilə 
yalikə minib Böyük Alekin üzən evinin olduğu Köhnə gəmi 




Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə