Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə41/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   37   38   39   40   41   42   43   44   ...   59

www.vivo-book.com 
 
205 
gəminin sağ tərəfindən əsdi, “Meri-Rebekka” birdən sola elə 
əyildi ki, adama elə gəlirdi ki, bu dəqiqə çevriləcək. 
Buna  baxmayaraq,  irəli  cumurduq,  balıqçılar  da 
dalımızca düşmüşdülər. Onların torlarının dəyəri, balıq ovu 
qanunu pozduqları üçün edilən cərimədən çox-çox artıq idi, 
onlar  istəsəydilər,  qayıqlarını  açıb  qaçıb  aradan  çıxa 
bilərdilər,  belədə  onların  heç  bir  qazancı  olmayacaqdı. 
Bundan başqa dənizçi öz gəmisini atıb getmədiyi kimi onlar 
da öz torlarını instinktiv olaraq atıb getmirdilər. Ən başlıcası 
isə, onlarda  intiqam  hissi  cuşa  gəlirdi,  biz  möhkəm  arxayın 
idik  ki,  lap  dünyanın  o  başına  gedib  çıxsaydıq,  onları  da 
özümüzlə  sürüyüb  aparsaydıq,  gedərdilər.  Atışma  kəsildi, 
biz  gəmidən  boylanmağa  cəsarət  elədik,  baxmaq  istəyirdik 
görək  əsirlərimiz  nə  edir.  Onların  qayıqları  müxtəlif 
məsafələrdə bir-birindən aralı dalımızca üzürdü, ancaq dörd 
qabaqdakı  qayıq  bir-birinin  yanınca  idi.  Qabaqdakı  qayıq 
görünür,  dalınca  gələnin  burazını  açıb  buraxdı.  Qayıqlar 
burazlarını tutub öz torlarından ayrılır, bir sıraya düzülüncə 
bir-birinə yaxın gəlirdilər. Ancaq biz elə sürətlə gedirdik ki, 
bu  işi  görmək  bir  o  qədər  də  asan  deyildi.  Bəzən  bütün 


www.vivo-book.com 
 
206 
səylərinə baxmayaraq, onlar bir düym də qabaqda gedənlərə 
yaxınlaşa  bilmirdilər,  bəzən  də  onlar  böyük  sürətlə  hərəkət 
edirdilər.  
Dörd qayıq bir-birinə elə yaxınlaşdı ki, bir qayıqdan o 
birinə adam atıla bilərdi. Üç arxadakı qayıqdan qabaqdakına 
bir  yunan  keçdi,  hərəsi  də  özü  ilə  bir  tüfəng  götürdü. 
Beləliklə,  qabaqdakı  qayığa  beş  adam  yığışdı,  biz  o  saat 
başa  düşdük  ki,  onlar  bizi  abordaja  götürmək  istəyirlər. 
Ancaq  öz  niyyətlərini  həyata  keçirmək  üçün  möhkəm 
çalışmalı,  qursaları  olan  kəndirdən  tutub  dartmalı,  bütün 
vaxtı qamarlamalı idilər. Onlar çox yavaş hərəkət etsələr də, 
tez-tez  nəfəslərini  dərmək  üçün  dincəlsələr  də,  yavaş-yavaş 
bizə yaxınlaşa bilirdilər. 
Çarli onların səylərinə baxaraq gülümsəyib dedi: 
– Ole, topseli dikəlt!  
Güllələrin  vıyıltısı  dor  ağacının  başındakı  qaytan  yeri 
parçaladı,  şkot,  qals  bərk  çəkilmişdi,  yanı  üstə  möhkəm 
əyilmiş “Meri-Rebekka” daha artıq sürətlə üzməyə başladı. 
Ancaq  yunanlar  təslim  olmurdular.  Qayıq  belə  sürətlə 
üzəndə, onu əllə idarə edə bilməyən yunanlar yelkənlərinin 


www.vivo-book.com 
 
207 
bloklarını  çıxarıb,  dənizçilərin  xvat-tali
65
  dedikləri  bir  şey 
düzəltdilər.  Dənizçilərdən  biri  qayığın  burnunda  uzanıb, 
yoldaşları  ayaqlarından  tutub  dartır,  o  da  bacardıqca  suya 
tərəf  uzanıb,  bloku  torun  qırağına  bərkidirdi.  Sonra  onlar 
hamısı birdən yük qaldıran bloklar üst-üstə düşüncə, talidən 
tutub  dartırdılar.  Bu  manevri  təzədən  təkrar  edirdilər.  Çarli 
dedi: 
– Stakseli qaldırmalı olacağıq. 
Ole  Eriksen  gərginlikdən  tir-tir  titrəyən  “Meri-
Rebekka”ya baxıb başını buladı:  
– Onda dor ağacları uçar. 
Çarli etiraz etdi: 
– Yoxsa ki, biz şxundan uçmalı olacağıq.  
Ole  narahatçılıqla  dor  ağaclarına,  sonra  silahlı 
yunanların olduğu qayığa baxıb razılaşdı.  
Beşəcən yunan, qayıq buksirlə hərəkət edəndə qorxulu 
yer  olan  qayığın  burnuna  yığışmışdı.  İri  balıqçı  stakselini 
qaldırsaq, onların halının necə olacağını təsəvvür edirdim. O 
                                                 
65
Xvat-tali– əllə yük qaldıran mexanizm (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
208 
marseldən
66
  çox  böyükdür,  yüngül  sahil  küləyi  əsəndə 
qaldırılır.  “Meri-Rebekka”  ildırım  sürətilə  irəli  cumanda 
qayığın  burnu  suya  batdı,  adamlar  dəli  kimi  bir-birinə 
yapışaraq qayığı batmaqdan qorumaq üçün özlərini qayığın 
içərisinə atdılar. 
Çarli dedi: 
– Eybi yoxdur, bu onların hikkəsini soyudar. 
Mən  onun,  qüvvəsindən  artıq  yelkən  aparan  “Meri-
Rebekka”nın  hərəkətinə  göz  qoyduğuna  narahatçılıqla 
baxdığını görürdüm.  
Şən dənizçi dəmiryol konduktoru kimi məlumat verdi: 
– O biri dayanacaq Antioxdur. Ondan sonra Meriuezer 
gəlir. 
Çarli məni çağırdı: 
– Tez bura gəl. 
Mən  sürünüb  ona  yaxınlaşdım,  polad  təbəqənin 
böyrünə qısıldım.  
O dedi: 
                                                 
66
Marsel – dördkünclü düz yelkən (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
209 
– Əlini cibimə sal, qeyd dəftərçəmi çıxart. Belə. Təmiz 
bir səhifə cır, nə desəm yaz.  
Mən yazdım.  
“Meriuezerə,  şerifə
67
,  konsteblə,  ya  da  məhkəmə 
sədrinə  zəng  çalın.  Xəbər  verin  ki,  onların  yanına  gəlirik. 
Qoy,  onlar  bütün  şəhəri  ayağa  qaldırıb  adamları 
silahlandırsınlar. 
Qoy  hamını  körpüyə  gətirib  bizi 
qarşılasınlar, yoxsa məhv olarıq”. 
– İndi kağızı dörd büküb payaya bağla, əlində hazır tut 
ki, sahilə atasan. 
Mən  o  dediyi  kimi  etdim.  Bu  ara  biz  Antioxa 
yaxınlaşdıq.  Külək  gəmi  iplərinə  dəyib  vıyıltı  qoparır, 
demək  olar ki, böyrü  üstə  əyilən  “Meri-Rebekka”  iti  sürətli 
okean  gəmisi  kimi  irəli  şütüyürdü.  Dənizçilər  belə  küləkli 
havada  bizim  marsel  və  staksel  qaldırdığımızı  –  ağılsız 
hərəkət  etdiyimizi  görüb  işin  nə  yerdə  olduğundan  baş 
açmaq üçün körpüyə tələsirdilər. 
                                                 
67
Şerif – İngiltərə və ABŞ-da yüksək inzibati və vəzifə sahibi (Tərc. qeydi). 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə