Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə38/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   34   35   36   37   38   39   40   41   ...   59

www.vivo-book.com 
 
190 
gəmiləri 
qarşımızda  cərgələnib  durmuşdular,  buna 
baxmayaraq, balıqçılar bizim qayığa elə laqeyd baxırdılar ki, 
sanki biz ot daşıyan şalanda
60
, ya da ki, əyləncə yaxtası idik. 
Ancaq  biz  yaxınlıqdakı  tora  yaxınlaşanda  vəziyyət  bir 
qədər dəyişildi, onun sahibləri qayığı açıb, tələsmədən sahilə 
doğru  avar  çəkməyə  başladılar.  Ancaq  qalan  balıqçılar 
əvvəlki kimi heç narahat olmurdular. Çarli dedi: 
– Doğrudan da, qəribədir. Hər nə isə, biz toru müsadirə 
edə bilərik. 
Biz  yelkənləri  yığdıq,  torun  ucundan  yapışıb,  onu 
qayığa  çəkməyə  başladıq.  Ancaq  biz  əlimizi  tora  uzadan 
kimi  böyrümüzdən  güllə  vıyıltı  ilə  keçdi,  suda  şappıldadı, 
uzaqdan  tüfəng  atəşi  ətrafa  yayıldı.  Sahilə  çıxan  dənizçilər 
bizə  atəş  açırdılar.  Biz  təzədən  əlimizi  tora  uzatdıq,  yenə 
güllə  vıyıldadı,  bu  dəfəki  güllə  çox  yaxından  keçdi.  Çarli 
torun  ucunu  avar  yerinə  keçirdib  oturdu.  Güllə  səsləri 
kəsildi.  Ancaq  o,  əlini  tora  uzadan  kimi  yenə  atışma 
başlayırdı. 
                                                 
60
Şalanda – dibi yastı barja (Tərc. qeydi). 


www.vivo-book.com 
 
191 
–  Heç  nə  eləmək  olmaz.  Uşaqlar,  görünür,  tor  sizə 
bizdən daha çox gərəkdir, alın, sizinki olsun. 
Biz  o  biri  qayığa  tərəf  üzdük.  Çarli  bir  şeyi  müəyyən 
eləmək  istəyirdi  ki,  görsün,  doğrudanmı  bu  qanunun 
mütəşəkkil pozulmasıdır, ya yox?!  
Biz yaxına gələndə qayıqdakı balıqçılar da torları açıb 
sahilə  yollandılar,  əvvəlki  iki  nəfər  qayıdıb  atdığımız  toru 
qayığa bağladılar. Biz ikinci tordan yapışan kimi üstümüzə 
yenə güllələr yağdı, biz ancaq geri çəkiləndə atışma kəsildi, 
üçüncü qayığın yaxınlığında da həmin hadisə təkrar olundu. 
Tam  müvəffəqiyyətsizliyə  uğrayandan  sonra  öz 
cəhdlərimizdən  əl  çəkib  yelkənlərimizi  dikəltdik,  qayığı 
külək  əsən  istiqamətə  keçirib  geriyə  –  Benişyaya  qayıtdıq. 
Bir neçə bazar günü keçdi, balıqçılar hər dəfə qanunu açıq-
aydın  pozurdular.  Silahlı  əsgərlərsiz  biz  heç  nə  edə 
bilməzdik.  Balıqçıların  bu  yeni  ixtirası  ürəklərindən  idi, 
onlar  bundan  var  qüvvələri  ilə  istifadə  edirdilər,  biz  isə 
onların öhdəsindən nə cür gələcəyimizi bilmirdik. 
Bu  ara  Neyl  Partinqton  bir  neçə  həftə  olduğu  Aşağı 
körfəzdən  qayıtdı.  İstridyə  oğurlayan  dəniz  quldurlarının 


www.vivo-book.com 
 
192 
üzərinə  basqın  edən  cavan  oğlan  yunan  Nikolas  da  onun 
yanında idi, onlar ikisi də bizə kömək etməyi qərara aldılar. 
Biz  hərəkət  planımızı  dəqiqi  müəyyənləşdirdik,  sözü  bir 
yerə  qoyduq  ki,  onlar  sahildə  pusqu  düzəldərlər,  Çarli  ilə 
mən  torları  çıxarmağa  başlayanda  qayıqdan  çıxıb  bizi 
gülləyə tutan balıqçıları həbs edərlər. 
Plan çox yaxşı idi. Hətta Çarli də onu təqdir etdi. Ancaq 
yunanlar  biz  düşündüyümüzdən  də  hiyləgər  imişlər.  Onlar 
bizi  qabaqladılar,  özləri  sahildə  pusqu  düzəltdilər.  Neyllə 
Nikolası əsir aldılar, Çarli ilə mən torları yığmaq istəyəndə, 
dövrəmizdə güllələr keçən dəfəki kimi vıyıltı saldı. Biz yenə 
geri  çəkilməli  olduq,  bu  vaxt  balıqçılar  Neyllə  Nikolası  o 
dəqiqə  azad  etdilər.  Onlar  çox  pərt  halda  yanımıza 
qayıtdılar,  Çarli  çox  amansızcasına  onlara  sataşdı.  Ancaq 
Neyl  də  söz  altda  qalmadı,  Çarlidən  istehza  ilə  soruşdu  ki, 
onun  tərifi  göylərə  qaldırılan  fərasətinə  nə  oldu,  niyə  o 
indiyədək heç nə fikirləşməyib. 
Çarli söz verdi: 
– İmkan ver, fikirləşərəm. 
Neyl razılaşdı: 


www.vivo-book.com 
 
193 
– Hər şey ola bilər, ancaq bir şeydən qorxum var ki, o 
vaxtadək  qızılbalıq  qalmasın,  sənin  fərasətinin  də  heç  kəsə 
xeyri dəyməsin. 
Baş  verən  hadisədən  qanı  qaralmış  Neyl  Partinqton 
təzədən  Nikolası  da  özü  ilə  götürüb  Aşağı  körfəzə  yola 
düşdü,  Çarli  ilə  mən  təzədən  tək  qaldıq.  Bu  o  deməkdi  ki, 
bazar günü Çarlinin ağlına yaxşı bir fikir gəlməyincə, balıq 
ovu öz qaydasında davam edəcək. Mən də yunanları tutmaq 
üçün baş sındırırdım, biz sınaqdan puç çıxan minlərcə plan 
qururduq. 
Yunanlar  isə  burunlarını  dik  tutaraq  yeriyir,  özlərinin 
qələbələri  ilə  hər  yerdə  öyünürdülər,  bu  isə  bizi  daha  artıq 
alçaldırdı.  Tezliklə  bir  şey  hiss  etdik  ki,  balıqçılar  arasında 
bizim  nüfuzumuz  açıq-aydın  düşür.  Biz  məğlub  olmuşduq, 
balıqçılar  bizə  hörmət  etmirdilər.  Hörmət  ki,  aradan 
götürülmüşdü, bizə sataşırdılar. Çarliyə “Qoca arvad”, mənə 
də  “Südəmər”  deyirdilər.  Vəziyyət  get-gedə  lap  çıxılmaz 
olurdu,  hiss  edirdik  ki,  nüfuzumuzu  əvvəlki  zirvəyə 
çatdırmaq üçün yunanlara qəti zərbə endirməliyik. 


www.vivo-book.com 
 
194 
Bir  səhər  ağlımıza  yaxşı  bir  fikir  gəldi.  Biz  çay 
gəmilərinin lövbər saldıqları körpüdə idik. Ayağında boğazı 
hündür dənizçi çəkməsi olan, üz-gözü şişmiş bir cavan oğlan 
yükdaşıyanlara  və  avaralara  başına  gələn  qəzalardan 
danışırdı. Bu həvəskar balıqçı özünün dediyinə görə, Berkli 
yaxınlığında balıq ovlayırmış ki, yerli bazarda satsın. Berkli 
Aşağı körfəzdə Benişyanın otuz milliyində idi. Keçən gecə 
o,  tor  atıb  öz  qayığında  mürgü  vururmuş.  Səhər  yuxudan 
oyanır,  gözlərini  açır,  görür  ki,  onun  qayığı  yavaşca 
Benişyadakı  gəmi  körpüsünə  toxunur,  “Apaş”  paroxodu 
gözünün  qabağındadır,  iki  dənizçi  onun  torunun  qalıqlarını 
paroxodun  çarxından  açır.  Demək,  o,  yuxuya  gedəndə 
qayığın  fənəri  sönübmüş,  “Apaş”  düz  onun  torunun 
üstündən  keçibmiş.  Tor  parça-parça  olsa  da,  paroxodun 
çarxına  möhkəm  ilişmiş,  qayığı  dalınca  otuz  mil  sürüyüb 
dartıbmış. 
Çarli  böyrümə  bir  dürtmə  vurdu.  Mən  o  dəqiqə  onun 
fikrindən keçənləri başa düşüb etiraz etdim: 
– Biz axı paroxod icarəyə götürə bilmərik. 
O cavab verdi. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə