Cek london oyun



Yüklə 4,58 Kb.

səhifə46/59
tarix25.07.2018
ölçüsü4,58 Kb.
1   ...   42   43   44   45   46   47   48   49   ...   59

www.vivo-book.com 
 
231 
Karkinez  körfəzi  boyu  küləyə  üstün  gələrək,  gəminin 
böyürlərinə dəyən qüvvətli, dəhşətli dalğalar əmələ gətirirdi. 
Mənim  üst-başım  tamam  su  içindəydi,  hətta  yelkənim  də 
şkatorunadək islanmışdı. Bir dəfə cəld bir manevrlə özümü 
Demetriosa  çatdırdım,  mənim  qayığımın  burnu  onun 
gəmisinin  ortasına  toxundu.  Bu  vaxt  mənə  köməkçi  çox 
gərək idi. Özümü elə təzəcə irəli atmışdım ki, onun qayığına 
hoppanım, o, avarla öz qayığını mənimkindən araladı, bunu 
edərkən təhqiredici şəkildə düz üzümə baxıb güldü. 
Biz Karkinez körfəzinin başlanğıcında çox qorxulu bir 
sahədə idik. Vallexo və Karkinez körfəzlərinin suları sürətlə 
bir-birinə  qarşı  gəlirdi.  Nap  çayının  və  sahildəki  nəhəng 
çəkilmənin  suları  Vallexo  körfəzindən  Syuisan  limanın 
Sakramento 
San-Xoakin 
çaylarının  suları  Karkinez 
körfəzindən  keçirdi.  Bu  qorxulu  axınlar  toqquşan  yerdə 
dəhşətli  iti  axın  əmələ  gəlirdi.  Bütün  bunlar  azmış  kimi, 
külək  San-Pablo  körfəzinə  tərəf  on  beş  dəniz  mili 
qüvvəsində əsir, nəhəng dalğaları iti axıntıya çırpırdı.  
Bir-birinə zidd axınlar toqquşur, burulğanlar, girdablar, 
çalalar əmələ gətirir, dörd bir tərəfə çırpınır, qəzəbli dalğalar 


www.vivo-book.com 
 
232 
şaxə qalxır. Həm külək əsən tərəfdən, həm də o biri tərəfdən 
qayığımıza  çarpırdı. Bütün  bu  çaxnaşmaların  arasında  San-
Pablo  limanından  hərəkəti  nəticəsində  sanki  ağlını  itirmiş 
nəhəng, köpüklənən güclü ləpələr gurultu ilə axırdı. 
Mən  də  fırtınalı  dəniz  kimi  qəzəblənmişdim.  Qayıq 
cıdır  atı  kimi  bütün  bu  qarmaqarışıqlığın  içindən  keçərək, 
bütün  maneələri  dəf  edərək,  ildırım  sürətilə  irəli  çarpırdı. 
Mənim  bütün  varlığımı  sakitləşməyən  sevinc  bürümüşdü. 
Nəhəng  yelkən,  küləyin  vıyıltısı,  coşqun  dalğalar,  suya  tez-
tez  baş  vuran  qayıq,  qiyama  qalxışan  bu  mühitin  içində 
xırdaca bir xal, cırtdan olan mən, bu təbii qüvvələri iradəmə 
tabe  etmişəm,  onların  arasından,  onların  üzərindən  təntənə 
ilə müzəffər kimi keçirəm. 
Mən qalib qəhrəman kimi irəli cumanda dəhşətli cırıltı 
səsi  eşidildi.  Qayıq  bir  anda  dayandı.  Məni  qabağa  itələdi, 
qayığın  dibinə  düşdüm.  Ayağa  qalxanda  gördüm  qarşımda 
yaşıla  çalan,  üstünü  mamır  basmış  bir  şey  göründü,  mən  o 
dəqiqə  başa  düşdüm  ki,  bu  dənizçilərin  qənimi,  batmış 
payadır.  Heç  kəs  bu  bədbəxtlikdən  yaxa  qurtara  bilməz. 
Sudan  şişmiş,  düz  suyun  üzündə  üzən  payanı  coşmuş 


www.vivo-book.com 
 
233 
dənizdə  vaxtında  görmək,  yanından  dövrə  vurub  ötmək 
mümkün olan iş deyil.  
Görünür,  paya  qayığın  bütün  burun  tərəfini 
zədələmişdi,  çünki  bir  neçə  saniyədən  sonra  qayığın  içi 
yarısınacan  su  ilə  doldu.  Dalğalar  da  qayığın  suyunu 
artırdılar, ağır ballast onu çəkib suyun dibinə apardı. Bütün 
bunlar  elə  cəld  baş  verdi  ki,  yelkənə  ilişdim,  məni  nəsə 
qayığın  altına  dartıb  saldı.  Mən  yarı  boğulmuş  halda 
(ciyərlərimə o qədər su dolmuşdu ki, az qala boğulacaqdım) 
çətinliklə  suyun  üzünə  qalxanda  avarlar  daha  gözə 
çarpmırdı.  Görünür,  qudurmuş  dalğalar  onu  yuyub  apardı. 
Mən gördüm  ki, Demetrios  Kontos  öz  qayığından boylanır, 
onun  istehzalı,  kinli,  qisaslı  qəhqəhəsi  eşidilirdi.  O  şən-şən 
nəsə qışqırırdı. O məni açıq-aydın ölümün pəncəsində qoyub 
gedirdi.  
Mənim  öz  həyatımı  xilas  etmək  üçün  irəli  üzməkdən 
başqa  əlacım  yox  idi.  Bu  qarmaqarışıqlıqda  ölüm-dirim 
məsələsini  bir  saniyə  belə  həll  edirdi.  Ciyərlərimə  çoxlu 
hava  alıb,  bərk-bərk  əl-qol  ata-ata  özümün  ağır  dənizçi 
çəkmələrimi,  gödəkcəmi  çıxarıb  atdım.  Ancaq  ciyərlərimə 


www.vivo-book.com 
 
234 
hava  aldım  demək  asandır,  mən  tezliklə  başa  düşdüm  ki, 
məsələ üzməkdə yox, nəfəs almaqdadır.  
San-Pablonun  hündür,  ağ  yallı,  güclü  dalğaları  mənim 
üstümə tökülür, məni ora-bura çarpır, qabaran dalğalar məni 
boğurdu,  ağzıma-burnuma,  gözümə  su  fışıltı  ilə  dolurdu. 
Dəhşətli  çalalar  ayaqlarımı  sorurdu  ki,  bir  an  sonra  məni 
köpüklənən, bulaq kimi çağlayan suyu ilə yuxarı tullasın, elə 
bu  andaca  nəfəsimi  dərməmiş,  nəhəng  köpüklü  dalğalar 
başımın üstündən aşırdı.  
Bütün  bunlara  uzun  müddət  davam  gətirmək  olmazdı. 
Mən havadan çox su udur, demək olar ki, bütün vaxtı suyun 
altında olurdum. Ağlımı itirirdim, başım bərk fırlanırdı. Mən 
sağ  qalmaq  üçün  həyəcanla  əl-qol  atır,  demək  olar  ki, 
huşumu  tamam  itirmişdim  ki,  çiyinlərimdən  tutub  qayığa 
dartdıqlarını hiss etdim. Bir müddət skamyanın üstündə üzü 
üstə uzanıb qaldım, ağzımdan su tökülürdü. Sonra güc-bəla 
ilə  nəfəs  ala-ala  dönüb  baxdım,  görüm  xilaskarım  kimdir. 
Bir  əli  ilə  yelkəndən,  o  biri  əli  ilə  sükandan  yapışmış 
Demetrios 
Kontos 
gəminin 
arxa 
tərəfində 
oturub 
gülümsünərək,  mehriban-mehriban  başını  tərpədirdi.  O, 


www.vivo-book.com 
 
235 
sonradan  danışdı  ki,  əvvəlcə  məni  taleyin  ümidinə  atıb 
getmək  istəmişdi,  ancaq  qəlbində  xeyirxahlıqla  bədxahlıq 
hissləri  oyanmışdı,  xeyirxahlıq  üstün  gəlmişdi,  yanıma 
qayıtmaq fikrinə düşmüşdü. 
Məndən soruşdu: 
– Halın düzəldi? 
Mən  çətinliklə  “hə”yə  oxşar  söz  dedim,  ancaq  hələ 
danışa bilmirdim. 
O dedi: 
– Sən qayığı yaxşı sürüdün. Əsl kişi kimi. 
Demetrios  Kontosun  məni  tərifləməsi  sözsüz  ki,  çox 
ürəyəyatan  idi,  çünki  o,  hər  adamı  tərifləməzdi,  mən  onun 
tərifinə başımı tərpətməklə cavab versəm də, tərifinin qədir-
qiymətini bilirdim. 
Söhbətimiz  bununla  başa  çatdı,  çünki  hərə  öz  işi  ilə 
məşğul  idi,  mən  özümə  gəlirdim,  o  isə  qayıqla  əlləşirdi. 
Vallexo  körpüsünə  çatanda  Demetrios  Kontos  qayığı 
bağladı,  qayığın  içindən  çıxmaqda  mənə  kömək  etdi. 
İkimizdə  körpüdə  dayanmışdıq  ki,  Çarli  tarım  çəkilmiş 
torların dalından çıxıb əlini Demetriosun çiyninə qoydu. 




Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə