CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   2   3   4   5   6   7   8   9   ...   41

 



əlehissəlam – ilə  görüşdüm. Mənə:  «Ey Muhəmməd!  Ümmətinə  məndən 

salam  söylə  və  onlara  xəbər  ver  ki,  Cənnətin  torpağı  xoş,  suyu  gözəl  və 

ora  dümdüz  bir  ərazidir.  Orada  əkiləcək  ağaclar  isə:  «Subhənəllai  Və 



Bihəmdihi, Lə İləhə İlləllahu, Vallahu Əkbər» sözləridir»

27

. Rəsulullah 



sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Kim  Subhənəllahil  Azimi  Və 

Bihəmdihi» deyərsə onun üçün Cənnətdə bir xurma ağacı əkilər»

28



Əhli  Sünnə  -  Cənnət  və  Cəhənnəmin  əbədiyyən  yox  olmayacaqlarına 

da  inanırlar.  Allah  Cənnət  və  Cəhənnəmi,  məxluqatını  yaratmadan  əvvəl 

var  etmişdir.  Hər  iksinə  girəcək  insanları  da,  cinləri  də  O,  yaratmışdır. 

Cənnət  əhli,  Cənnət  əhlinin  əməllərini  edərək  ölürlər.  Cəhənnəm  əhli  isə 

Cəhənnəm  əhlinin  əməlləri  ilə  əməl  edərək  ölürlər.  Cənnət  əhli  Allahın 

lütfü  ilə  Cənnətə,  Cəhənnəm  əhli  isə  Allahın  ədaləti  ilə  Cəhənnəmə 

girərlər.  «(İslamı)  ilk  əvvəl  qəbul  edib  (başqalarını  bu  işdə)  qabaqlayan 

mühacirlərə və  ənsara, həmçinin  yaxşı işlər görməkdə onların ardınca 

gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. 

Allah  onlar  üçün  əbədi  qalacaqlar,  altından  çaylar  axan  Cənnətlər 

hazırlamışdır.  Bu  ən  böyük  qurtuluş  və  uğurdur».  (ət-Tövbə  100). 

«Xoşbəxt  olanlar isə, Rəbbinin  dilədiyindən  əlavə,  tükənməz  bir  nemət 

kimi  göylər  və  yer  durduqca  Cənnətdə  əbədi  qalacaqlar».  (Hud  108). 

«Onlara Cənnətdə heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da 

deyillər».  (əl-Hicr  48).  Bu  əlbətdə  bizim  ruzimizdir.  O,  bitməz-

tükənməzdir».  (Sad  54)  və  s.  ayələrdə  Allah  həm  Cənnətin  əbədiliyini, 

həm  də  oradakıların  həyatının  əbədi  olduqlarını,  həyatlarının  əsla 

bitməyəcəklərini və oradan çıxarılmayacaqlarını bildirir. «Onlar orada ilk 

ölümdən başqa bir ölüm dadmayacaqlar». (əd-Duxan 56).  

Cəhənnəm  haqqında:  «Kafirləri  və  zülmkarları,  şübhəsiz  ki,  Allah 



bağışlayan  və  onlara  Cəhənnəm  yolundan  başqa  bir  yol  göstərən 

deyildir.  Onlar  orada  əbədi  qalacaqlar.  Bu  isə  Allah  üçün  çox 

asandır!».  (ən-Nisa  169).  «Kim  Rəbbinin  hüzuruna  günahkar  kimi 

gələrsə,  onu  Cəhənnəm  əzabı  gözləyir.  O,  Cəhənnəmdə  nə  ölər,  nə  də 

yaşayar». (Ta ha 74). «Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar 

üçün  yanar  od  hazırlamışdır.  Onlar  orada  əbədi  qalacaqlar,  nə  bir 

hami,  nə  də  bir  mədədkar  tapa  biləcəklər».  (əl-Əhzab  64-65).  «Kafir 

olanları  Cəhənnəm  odu  gözləyir.  (Orada)  nə  onların  ölmünə  hökm 

olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir 

kafiri belə cəzalandırırıq». (Fatir 36). «Onların bu əzabı yüngülləşdiril-

məyəcəkdir.  Onlar  orada  əllərini  hər  şeydən  üzmüş  olacaqlar!».  (əz-

                                                        

27

 Tirmizi 3458. 



28

 Səhih Tirmizi 3/160, Həkim 1/501, əl-Albani «Səhihul Cəmi» 5/531. 




 

10 


Zuxruf 75) və s. ayələrdə Cəhənnəmin, cəhənnəm əhli üçün yaradıldığını, 

onların orada əbədi qalacaqları bildirilir.  

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. 

Həmd  və  nemət  yalnız  Onadır.  Müvəffəqiyyət  bəxş  edən  və  xətalardan 

qoruyan  da  Odur.  «Məni  yaradan  və  məni  doğru  yola  yönəldən  Odur! 

Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O 

şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü 

xətamı  bağışlayacağına  ümid  etdiyim  də  Odur!  Ey  Rəbbim!  Mənə 

hikmət  bəxş  et  və  məni  salehlərə  qovuşdur!  Sonra  gələnlər  arasında 

mənə  yaxşı  ad  qismət  et!  Məni  Nəim  Cənnətlərinin  varislərindən  et». 

(əş-Şuəra 78-85). 

Allahın  salat  və  salamı  onun  Peyğəmbəri  Muhəmməd  -  sallallahu 



aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə  və Qiyamətə  qədər 

onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun. 

 

CƏHƏNNƏMİN VƏSFİ 

«Ey  iman  gətirənlər!  Özünüzü  və  əhli-əyalınızı  elə  bir  oddan 

qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın 

onlara  verdiyi  əmrlərə  asi  olmayan  buyurduqlarını  yerinə  yetirən  daş 

qəlbli  və  çox  sərt  təbiətli  mələklərdir».  (ət-Təhrim  6).  «…Onlar 

Cəhənnəm  odunun  yanacağıdırlar».  (Ali  İmaran  10).  «O,  gün  biz 

Cəhənnəmi  kafirlərin  gözü  qarşısına  gətirərik».  (əl-Kəhf  100).  «(Ey 

müşriklər! Qiyamət günü) Siz o, Cəhənnəmi mütləq görəcəksiniz! Bəli siz 

onu  mütləq  öz  gözünüzlə  görəcəksiniz!».  (ət-Təkəsur  6.7).  «Onların 

üstlərində  və  altlarında  oddan  sipər  vardır.  Allah  öz  bəndələrini 

bununla  qorxudur.  Ey  bəndələrim!  Məndən  qorxun».  (əz-Zumər  16). 

«Onları  zillət  basar…Onların  üzü  sanki  gecənin  zülmət  parçaları  ilə 

örtülmüşdür.  Onlar  Cəhənnəmlikdirlər.  Özləri  də  orada  əbədi 

qalacaqlar».  (Yunus  27).  «Əməl  dəftəri  sol  əlinə  verilən  isə  deyəcəkdir: 

«Kaş  əməl  dəftərim  mənə  verilməyəydi!  Hesabımın  da  nə  olduğunu 

bilməyəydim! Kaş o, (ölüm) qəti (əbədi) olaydı! Mal dövlətim mənə heç 

bir  fayda  vermədi».  (əl-Haqqa  25-29).  «Onlar  deyəcəklər:  «Ey 

Rəbbimiz!  Sən  bizi  iki  dəfə  öldürüb  iki  dəfə  diriltdin.  Biz  öz 

günahlarımızı  etiraf  etdik.  İndi  çıxmağa  bir  yol  varmıdır!  (Onlara) Bu 

ona görədir ki, (dünyada) yalnız Allah çağrıldığı zaman inkar edir, Ona 

şərik  qoşulduqda  isə  inanırdınız.  İndi  isə  hökm  uca,  böyük  olan 

Allahındır!».  (əl-Mumin  11.12).  «İnsanları  onlara  əzab  gələcəyi  günlə 

qorxut. O, gün zalimlər: «Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz sənin 

dəvətini  qəbul  edər  və  Peyğəmbərlərə  tabe  olarıq»  –  deyərlər.  Bəs 

əvvəlcə  sizə  heç  bir  zaval  toxunmayacağı  barədə  and  içməmişdiniz». 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə