Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

64 
 
ayaqlarını  aralayıb  durmuşdu.  Şəhər  polisi  ilə  karabinerlərin 
arası o qədər də yaxşı deyildi. 
–  Sizə  bura  nə  üçün  lazımdır?  –  deyə  polis  sərt  şəkildə 
soruşdu.  –  Bu  terror  aktıyla,  Mədəni  irslərin  mühafizəsi 
agent-liyinin nə əlaqəsi var? 
Sual  ədalətli  idi.  Reyçelin  işlədiyi  idarə  incəsənət  əsər-
lərinin  oğurluğu  və  əntiq  şeylərin  qara  bazarı  ilə  məşğul 
olurdu. Onun daxili terrorizmə heç bir aidiyyəti yox idi. Rey-
çelin  burda  olması  üçün  rəsmi  əsası  yox  idi.  Bundan  əlavə, 
zərərçəkənlərdən  birinin  yaxın  qohumu  olduğu  üçün,  ona 
Müqəddəs  Pyotr  kilsəsindən  uzaqda  durmağı  şəxsən  tap-
şırmışdılar. 
Amma o, cinayət yerinə şəxsən baxış keçirmək istəyirdi. 
Reyçel öskürüb irəlini göstərdi. 
–  Mən  partlayış  yerini  təsvir  etmək  və  ondan  sonra  heç 
bir incəsənət əsərinin oğurlanmadığına əmin olmaq üçün bur-
dayam. 
–  Deməli,  kağız  işləri...  –  Polisin  səsində  istehza 
duyulurdu. Burnunun altında mızıldadı: – Təəccüblü deyil ki, 
qadın göndəriblər. 
Reyçel təhqirə fikir vermədi. Vəsiqəsini gizlətdi. 


65 
 
–  Bağışlayın,  mən  tələsirəm.  Artıq  gecdir,  mənsə  çox  iş 
görməliyəm. 
Polis  çiyinlərini  çəkərək,  yalnız  bir  addım  geri  çəkildi. 
Reyçel  onun  yanından  sıxılaraq  keçməyə  məcbur  oldu.  Polis 
öz ölçüləri ilə onu qorxutmağa çalışaraq, bütün çəkisi ilə ona 
təzyiq  etdi.  Reyçel  onun  oyununu  başa  düşdü.  Əsasən 
kişilərin  işlədiyi  idarədə  qadınlara  ya  təhlükə,  ya  da  şikar 
kimi münasibət bəsləyirdilər. 
Baş  qaldıran  qəzəb  bir  anlığa  təlaşa  və  narahatçılığa 
üstün gəldi. Reyçel sıxılaraq kobud polisin yanından keçəndə 
əmin  oldu  ki,  dabanı  onun  ayağının  üstündədir.  O  bütün 
ağırlığını ayaqqabısının nazik dabanına saldı. 
Polis ağrıdan bağıraraq, geri sıçradı. 
–  Scusi
2
  ,  –  deyə  Reyçel  soyuq  üzr  istədi  və  geri 
baxmadan meydana keçdi. 
– Zoccola
3
!  – polis onun ardınca qışqırdı. 
Ona fikir vermədən Reyçel boş meydanı keçdi. Meydanı 
hər  iki  tərəfdən  Bernini  sütunlarının  irəli  uzanmış  əlləri  qu-
caqlayırdı.  Obeliskin  və  fontanların  yanından  keçib  kilsənin 
əsas  qapılarına  yönələn  Reyçel  hiss  etdi  ki,  addımını  ye-
                                                           
2
 Bağışlayın (it.). 
3
 Eybi yoxdur (it.). 


66 
 
yinlədib.  Başı  üzərində,  gecə  səmasının  fonunda  Mikelan-
celonun əsəri olan geniş günbəz parlayırdı. 
Kilsəyə  girişi  qoruyan  müqəddəs  Pyotr  və  müqəddəs 
Pavelin əzəmətli heykəllərinin arasından keçən Reyçel qılıncla 
silahlanmış  apostol    Pavelin  dibindəki  yazıya  baxdı.  İvrit 
dilindəki yazıda deyilirdi: “İçimdə möhkəmlənən İsa Məsihdə 
hər şeyi bacarıram”. Reyçel ivritcə bilmirdi, amma bu sözləri 
ona hələ uşaqlıqda əmisi Viqor öyrətmişdi. Cavan qadın həm 
bu sözlərdən, həm də əmisinin xatirəsindən güc topladı. 
Reyçel  qətiyyətlənərək,  pillələrlə  kilsənin  girişinə  qalxdı. 
Qapılar  bağlı  deyildi.  O,  giriş  dəhlizindən    keçərək,  iki  yüz 
metrədək  irəli  uzanan  nefə  girdi.  İçəridəki  zülmət  yalnız 
xeyrat şamlarının titrək işığı ilə işıqlanırdı, nefin axırında isə 
daşına  bilən  natriumlu  lampaların  işığında  papanın  mehrabı 
parlayırdı.  Hətta  durduğu  yerdən  Reyçel  sarı  polis  lentini 
gör-dü. 
Partlayış  apsidada,  əsas  mehrabın  arxasındakı  məkanda 
baş vermişdi. Reyçel incəsənət, arxitektura və tarixi xəzinələrə 
fikir vermədən mərkəzi keçiddən keçdi. Onun diqqəti irəlidə 
onu nə gözlədiyinə yönəlmişdi. 
Əsas  mehraba  çatan  cavan  qadın  cinayət  yerini  ayıran 
lentə  yaxınlaşdı.  Belə  gec  vaxtda  burada heç  kim  yox  idi.  İki 
gün  ərzində  ekspertlər  və  kriminalistlər  fırçalarla,  bərnilərlə, 
reaktivli  sınaq  boruları  ilə  dəlil  toplayaraq  ətrafda  hər  yeri 
yoxlayırdılar.  Artıq  müəyyən  edilmişdi  ki,  apsidada  yeni 


67 
 
nəslin xüsusi güclü partlayıcısı  – bərk heptanitrokuban mad-
dəsi partlamışdı. 
Qarşısında hislə örtülmüş mərməri görəndə Reyçeli əsmə 
tutdu.  Yalnız  bu  mənzərə  partlayışı  xatırladırdı.  Çünki  artıq 
qanı  da  yumuşdular.  Lakin  döşəmənin  lentlə  əhatə  olunan 
hissəsində  əvvəlkitək  partlayış  dalğasının  yayılma  tra-
yektoriyasını  müəyyənləşdirməyə  imkan  verən  qara  izlər 
bilinirdi.  Apsidanın  bir  küncündə  Marko  Covanni  atanın  cə-
sədinin  olduğu  yeri  təbaşirlə  çəkilmiş  kontur  göstərirdi. 
Həlak  olmuş  keşiş  Müqəddəs  Pyotr  kafedrasının  dibində, 
Müqəddəs  Ruhu  təcəssüm  etdirən  göyərçin  təsvirli 
pəncərənin altında tapılmışdı. 
Reyçel  artıq  cavan  keşişin  cinayət  işi  ilə  tanış  olmuşdu. 
Marko Covanni onun  əmisinin şagirdi, arxeoloq-həmkarı idi. 
Son  on  ili  o  İrlandiyada  keçirmişdi.  Orada  keltlərdən  xris-
tianlığın köklərini, katolik etiqadıyla bütpərəstlik ayi-nlərinin 
qəribə uyğunlaşmasını tədqiq edib öyrənməklə məşğul idi. İlk 
növbədə  onu  Qara  Madonna  ilə  bağlı  əsatirlər  maraq-
landırırdı;  çoxları  bunda  bütpərəst  Ana-Torpağın  və  Mü-
qəddəs ananın simbiozunu  görürdülər. 
Bu  suallarla  məşğul  olan  arxeoloq  nədən  ötrü  qurban 
olmalı  idi?  Yoxsa  bu  təsadüfən  baş  vermişdi?  Doğrudanmı 
Viqor  əmi  və  onun  şagirdi  lazım  olmayan  saatda  və  yerdə 
olmuşdular? 
Elə bil ki, baş verən hadisənin heç bir mənası yox idi. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə