Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   11   12   13   14   15   16   17   18   19

73 
 
Hal-hazırda Peynter bütün bunları yeganə bir pəncərəyə 
dəyişərdi.  Digər  tərəfdən,  son  bir  neçə  il  ərzində  bura  onun 
evi  olmuşdu  və  o  bura  səmimiyyətlə  yanaşırdı.  “Siqma” 
mərkəzə  dəyən  keçən  ilki  zərbədən  hələ  də  özünə  gəlirdi. 
Dəyən 
zərər 
his 
çəkmiş 
divarlar 
və 
dağıdılmış 
avadanlıqlardan  daha  böyük  idi.  Vaşinqton  siyasəti  özündə 
hakimiyyətin,  şöhrətpərəstliyin  və  amansız  düşmənçiliyin 
dolaşıq  kələfini  ifadə  edirdi.  Burda  güclülər  zəifləri 
parçalayırdılar.  Ədalətli  olsa  da,  olmasa  da,  bu  hücum 
Amerika  kəşfiyyat  idarələri  arasında  “Siqma”nın  eti-barını 
qırdı.xx 
Həmçinin  Peynter  şübhələnirdi  ki,  hücumun  əsl  qı-
zışdırıcıları  əvvəlki  tək  azadlıqda  qalırdılar.  Hücuma 
rəhbərlik edən  adam  – hərbi  kəşfiyyat  idarəsinin  şöbə rəisi  – 
nə 
vaxtsa 
ləyaqətsiz 
davranışına 
görə 
“Siqma”dan 
qovulmuşdu. Lakin Peynter inanmırdı ki, o bunları təkbaşına 
edə  bilərdi.  Belə  güclü  zərbə  endirmək  üçün  müxtəlif  gizli 
məlumatlara  daxil  olmaq  imkanı  olmalıdır.  Belə  imkanı  isə 
yalnız  Vaşinqtonun  siyasi  torunun  mərkəzində  olan  adam 
əldə edə bilər. 
Lakin kim? 
Peynter  başını  silkələyərək  saata  baxdı.  Belə  sualları  bir 
qədər  sonraya  saxlamaq  lazım  gələcək.  Bir  neçə  dəqiqədən 
sonra  o  yeni  tufanla  qarşılaşmalıdır.  O  yenidən  kəllə-kəlləyə 
gəlməyə hazır deyildi, lakin bu şəraitdə onun seçimi yox idi. 


74 
 
İki  saat  əvvəl  Peynterin  Qrey  Pirslə    qızğın  mübahisəsi 
olmuşdu.  Qrey  özü  ilə  İtaliyaya  Monk  Kokkalisi  aparmaq 
istəyirdi,  lakin  Peynter  inanmırdı  ki,  Monk  artıq  mükəmməl 
operativ işə hazırdır. Həkimlər və psixoloqlar hələ də Qreyin 
ortağına peşəkar yararlıq haqda rəy verməmişdilər. 
Həmçinin  Romadan  alınan  xəbərlər  cüzi  idi.  Peynterə 
“Siqma”nın  hansı  operativ  işçisinin  bu  tapşırığa  daha  yaxşı 
yaraşdığını  və  Qreyin  biofiziki  biliklərini  hansı  elmi  fənnin 
tamamladığını  qərara  almaq  çətin  idi.  Monk  Kokkalisin 
ixtisası  kriminalistika  idi,  hal-hazırda  isə  bu  cür  təcrübəyə 
ehtiyac  yox  idi.  Bunu  dərk  edən  Qrey  nəhayət  razılaşmağa 
məcbur  oldu,  amma  Peynter  onu  Romaya  tək  buraxmadı. 
Yeni təfərrüatlar ortaya çıxmayınca Qreyə yalnız kobud fiziki 
güc lazım olacaq. 
O bu gücü aldı. 
Peynter  yeni  bir  aspirin  həbini  qəbul  etmək  haqda 
fikirləşən  vaxt  masanın  üstündəki  daxili  kommutator    zəng 
çaldı. Sonra Brentin səsi eşidildi: 
– Cənab direktor, general Metkalf xəttdədir. 
Peynter telekonfransa dəvət gözləyirdi. O elektron poçtla 
METİPPİ-nin  rəhbərindən  gələn  tamamilə  məxfi  məlumatı 
oxumuşdu.  Ağır  nəfəs  alaraq,  direktor  düyməni  basdı  və 
kreslosunu arxasındakı divar monitoruna tərəf çevirdi. 


75 
 
Qara  ekran  yanıb-sönərək  bütün  rənglərə  boyandı. 
General  yazı  masasının  arxasında  əyləşmişdi.  Vest-Poynt 
hərbi məktəbinin qaradərili məzunu Qreqori Metkalf özünün 
əllidən yuxarı yaşına baxmayaraq, məktəbin amerikalıfutbolu 
komandasının müdafiəçisi olduğu vaxtdakı kimi möhkəm və 
qovraq idi. Yaşının yeganə əlaməti saçlarına düşən dən və sol 
əlində  saxladığı  oxu  üçün  eynək  idi.  METİPPİ-nin  başçısı 
təyin  olunandan  sonra  Metkalfın  ağlına  hörmət  etməyi 
Peynter tez öyrəndi. 
Lakin  onların  arasındakı  münasibətdə  hələ  də  qarşılıqlı 
ehtiyatlılıq qalırdı. 
General irəli əyilərək hər hansı bir girişsiz soruşdu: 
–  Sizə  göndərdiyim,  Afrikadakı  hərbi  toqquşmanın  he-
sabatı ilə tanış oldunuzmu? 
“Heç bir qram da elementar nəzakət yoxdur”. 
Peynter qonşu monitorlardan birinə işarə etdi: 
–  Tanış  oldum.  Həmçinin  Qırmızı  Xaç  düşərgəsinə 
hücum  haqda  NATO-nun  məruzəsini  istədim.  Hətta  təcrübə 
fermasının aid olduğu korporasiyanın dosyesini də yoxladım. 
Lap yaxşı. Bu halda mənə sizi işin təfsilatına daxil etmək 
lazım gəlməyəcək. 
Peynter bu cür iltifatdan ürpəşdi. 


76 
 
– Amma mən yenə də başa düşmürəm, bunun “Siqma”ya 
nə dəxli var? 
–  Direktor,  bu  ona  görədir  ki,  mən  hələ  sizə  heç  nə  de-
məmişəm. 
Peynterin gözləri arasındakı ağrı artdı. 
General  qarşısındakı  klaviaturada  nəsə  yığdı.  Böyük 
ekran iki hissəyə bölündü və METİPPİ-nin başçısının surətilə 
yanaşı  foto  əmələ  gəldi.  Fotoda  yandırılmış,  tüstülənən 
zəminin  ortasında  alt  paltarınadək  soyundurulmuş  və  taxta 
xaçdan  asılmış  cavan  ağ  kişi  təsvir  olunmuşdu.  Bu  mənzərə 
çarmıxa  çəkilmiş  adamdan  çox,  qorxunc  müqəvvanı  xa-
tırladırdı. Peynter arxa planda quraqlıq Afrika savannasını se-
çə bildi. 
–  Bu  gəncin  adı  Ceyson  Qormendir,  –  deyə  Metkalf  so-
yuqluqla söylədi. 
Peynter qaşlarını düyünlədi. 
–  Qormen.  O,  təsadüfən  senator  Qormenin  qohumu 
deyil?  
Senatorun  familiyası  Peynter  “Viatus”  korporasiyasının 
materiallarını öyrənərkən ortaya çıxmışdı. Sebastyan Qormen 
senatın kənd təsərrüfatı, ərzaq və meşələr üzrə komissiyasına 
rəhbərlik  edirdi.  O  hər  yolla,  genetik  şəklini  dəyişmiş  növlü 
bitkilərin əsasında ərzaq istehsalını artırmağın tərəfdarı idi. O 


77 
 
bununla  aclıq  çəkən  dünyanı  yedirtməyi  və  ucuz  bioenerjili 
vəsaitlər əldə etməyi fikirləşirdi. 
General  heyrətlənmiş  Poynterin  diqqətini  cəlb  etmək 
üçün öskürdü. 
–  Bu  senator  Qormenin  iyirmi  üç  yaşlı  oğludur.  Cavan 
oğlanın  bitkilərin  molekulyar  biologiyası  ixtisası  üzrə 
diplomu  vardı  və  o,  dissertasiya  üzərində  işləyirdi.  Lakin 
Maliyə ona görə yollanmışdı ki, orada aparılan işlərə aid hər 
şeydə senatorun gözü və qulağı olsun. 
Peynter  bu  hadisənin  Vaşinqtonda  niyə  belə  qızğın 
reaksiya  yaratdığını  anlamağa  başladı.  Əlbəttə,  qüdrətli  se-
nator  dərddən  özündə  deyil  və  oğlunun  ölümü  ilə  əlaqədar 
cavab  tapmaq  üçün  bütün  Kapitoliya  təpəciyini  silkələyir. 
Lakin Peynter heç cür bütün bunda  “Siqma”nın rolunu başa 
düşmürdü.  NATO-nun  məruzəsindən  belə  çıxırdı  ki, 
düşərgəyə  hücumu  üsyançı-tuareqlər  ediblər.  Onların  dəs-
tələri  Malinin  şimal  rayonlarına  daima  amansız  hücumlar 
edirdilər. 
Metkalf  davam edirdi: 
–  Senator  Qormen  hücum  günü  səhər  oğlunun  elektron 
poçtla göndərdiyi məlumatı almışdı. Orada bir neçə kəlmə ilə 
hücumçuların  hərəkətlərindən  bəhs  olunmuşdu.  Vertol-
yotlardan  və  napalm  bombalarından  istifadə  olunduğuna 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə