Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə18/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   11   12   13   14   15   16   17   18   19

89 
 
həcmi  çox  böyük  idi,  tam  analiz  üçün  güclü  hesablama 
stansiyasını işlətmək lazım oldu. 
Qapı  tıqqıltısı  eşidildi.  Ozonun  içəri  yayılmasının 
qarşısını almaq üçün laboratoriyanın qapısı kip bağlı idi. Bura 
giriş yalnız xüsusi elektron açarın köməyilə həyata keçirilirdi. 
Testlərin  bitməsinə  hələ  bir  neçə  dəqiqə  qalırdı.  Malloy 
qapıya  yaxınlaşdı  və  onu  açdı.  Sıxılmış  havanın  pıçıldayan 
səsi  eşidildi.  Məlum  olduğu  kimi,  laborant  qadınlardan  biri, 
Andrea  Solderiç  gəldi.  O  çoxdandır  ki,  Malloyun  yanında 
çalışırdı.  Bu  mütənasib  bədənli,  qızılı-şabalıdı  saçları  olan 
cəzbedici  qadın  idi.  Lakin  onun  iyirmi  yaşı  çox  geridə 
qalmışdı.  Andreanın  əllidən  yuxarı  yaşı  vardı.  Əvvəllər  tibb 
bacısı  idi,  sonra  karyerasını  birdən  dəyişməyi  qərara  aldı. 
Onlar birlikdə çox vaxt keçirməli olurdular. Malloya öz yaşıdı 
ilə  işləmək  daha  rahat  idi.  Onların  hər  ikisinə  hətta  eyni 
musiqi  xoş  gəlirdi:  Malloy  tez-tez  Andreanın  astadan 
burnunun altında oxuduğunu eşidirdi. 
Lakin indi laborant qadının üzündə narahatlıq vardı. 
– Nə olub, Andrea? – deyə Malloy soruşdu. 
Andrea bir neçə yazılmış vərəq göstərdi. 
–  Senator  Qormenin  kabinetindən  üç  dəfə  zəng 
vurmuşdular, işin gedişi ilə maraqlanırlar. 


90 
 
Malloy  qeydləri  ondan  aldı.  O  heç  xoşlamırdı  ki,  onu 
tələsdirsinlər,  lakin  senatorun  səbirsizliyini  başa  düşürdü. 
Ceyson  Qormen  yalnız  onun  şagirdi  idi,  lakin  bununla  belə 
professor  onun  dəhşətli  şəraitdə,  vaxtsız  həlak  olmasını 
biləndə böyük ağrı hiss etmişdi. 
–  Mən  həm  də  gəldim  sizin  yadınıza  salım,  bir  saatdan 
sonra  sizin  Vaşinqtondan  olan  doktor  Kokkalislə  görüşünüz 
var, – Andrea davam edirdi. – Sizin üçün kafeteridən bir şey 
gətirməyimi istəmirsiniz? 
–  Yox,  hər  şey  qaydasındadır.  Amma  əgər  burdasınızsa 
istərdim ki, kimsə bunlara yeni nəzərlə baxsın. Xüsusən mən 
Vaşinqtona  zəng  etməzdən  əvvəl.  Mən  bilmək  istəyirəm,  siz 
bu xüsusda nə fikirləşirsiniz. 
Adrea şadlandı. 
–  Mən  sizə  minnətdaram  ki,  istirahət  gününüzdə  bura 
gəldiniz,  −  Malloy  laborant  qadını  kompyuterin  ekranına 
yaxınlaşdıraraq  əlavə  etdi.  –  Sizin  köməyiniz  olmadan  mən 
bacarmazdım. 
– Siz nə danışırsınız, doktor Malloy. 
Nəhayət  kompyuter  modelləşdirmənin  üçüncü  keçidini 
bitirdi.  Ekrana  Afrikada  təcrübə  tarlasında  əkilmiş  qarğıdalı 
nümunəsinin xromosomlar xəritəsi gəldi. Bütün xromosomlar 
qara idi, yalnız ağ rənglə seçilən birindən başqa. 


91 
 
 
 
Henri barmağı ilə ekranı tıqqıldatdı. 
– Bax burda genetik şəkli dəyişmiş qarğıdalıya yeridilmiş 
radioaktiv  izotopla  nişanlanmış  yad  DNT  molekulunu 
görmək olar. 
Andrea alnını qırışdıraraq maraqla ekrana tərəf əyildi. 
– Bəs bu DNT-nin mənşəsi nədir? Bakteriya? 
– Ola bilər. Amma tam inamla deyə bilmərəm. 
Hər  halda  Andreanın  fərziyyəsi  yerinə  düşdü.  Əksər 
genetik  şəklinidəyişdirmələr  bakteriya  genlərinin  yenidən 
tərtibi və parçalanmasından həyata keçirilir; bunun köməyilə 
müəyyən  bakteriyaların  yararlı  xüsusiyyətləri  bitkilərin  gen-
lərinə  daxil  edilir.  Ən  birinci  uğur  “Bacillus  thuringiensis” 
genlərinin tütünün genomuna daxil edilməsi idi. Bitki zərərli 
həşəratların  təsirinə  qarşı  daha  davamlı  oldu.  Bunun  nə-


92 
 
ticəsində  tarlaları  təmizləməkçün  işlədilən  insektisidlərin
4
 
miqdarını  xeyli  azaltmaq  mümkün  oldu.  Son  on  ildə  bu  cür 
texnologiyalar  çox  geniş  yayıldılar.  Elə  ki,  hal-hazırda  Bir-
ləşmiş  Ştatlarda  yetişdirilən  dənli  bitkilərin  üçdə  biri  genetik 
şəklini dəyişdirmiş bitkilərdir.  
– Bəs əgər bu DNT bakteriyadan alınmayıbsa,  bəs nədən 
alınıb? – deyə Andrea souşdu.  
–  Bilmirəm.  O,  “Viatus”  kompaniyası  tərəfindən  pa-
tentləşdirilib və məxfiləşdirilib. Faylda o, yalnız “QD iki yüz 
iyirmi  iki”  kimi  qeyd  olunur.  “QD”-nin  abbreviaturası
5
 
“quraqlığa  davamlı”  mənasını  verir.  Lakin,  mənim    sizə 
göstərmək istədiyim bu deyildi. – Henri ekranı göstərdi.  – Bu 
nümunəni mənə Ceyson Qormen iki ay əvvəl göndərib.  
– İki ay əvvəl?  
–  Bəli,  belə  çoxdan.  Oğlan  Afrikadakı  təcrübə  tədqiqat-
larında iştirak etmək imkanına həyəcanla yanaşdı. O, bu mə-
lumatı  aləmə  yaymalı  deyildi.  İşin  əslində,  Ceyson  məxfilik 
haqqında razılığı pozmuşdu. Mən ona ehtiyatlı olmağını tap-
şırdım, və etdiyi işə görə susmasını xahiş etdim. Təsəvvür edə 
bilərəm  ki,  həmin  son  səhər  o  necə  ümidsiz  idi.  Hər  halda, 
onun  imkan  daxilində  bütün  məlumatları  saxlamağa  təd-
birliliyi çatmışdı.   
                                                           
4
 Zərərverici həşəratı qırmaq üçün kimyəvi maddələr . 
5
 Sözlərin baş hərfləri ilə müxtəsər yazılışı. 


93 
 
Andrea başını yırğaladı.  
– Bəs o axırıncı gün nə göndərdi? 
Henri ən yeni məlumatları göstərmək üçün klavişləri tıq-
qıldatdı.  
– İndi göstərərəm. Elə həmin vaxt əkilmiş qarğıdalının ilk 
məhsulu yığılmışdı. Ceyson bu məhsulun nümunələrinin təf-
silatlı analizini göndərib. Həmçinin də DNT-nin  tam dəs-tini. 
Bu da nəticələri.  
Ekranda  xromosomların  ikinci  dəsti  göründü.  Yenə  də 
çoxu  qara  rənglə    nişanlanmışdı,  bunlar  adi  qarğıdalı  DNT-
sini  göstərirdi.  Lakin,  ağ  rənglə  nişanlanmış  tək  xromosoma 
əlavə olaraq ondan yuxarıda ağ-qara zolaqlı ikinci xromosom 
əmələ gəlmişdi.  
 
 
 
– Heç nə başa düşmürəm, – Andrea dedi.  


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə