Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə17/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   11   12   13   14   15   16   17   18   19

84 
 
yeganə  şey  idi.  Açıq-qızılı  buruq  saçları  və  üzünün  yumşaq 
cizgiləri ona anasından keçmişdi. 
Monk, əgər o sənə görə qaytarsa!.. 
Ket  mətbəxdən  əllərini  dəsmala  silə-silə  çıxdı.  O  əvvəlki 
kimi  parad  mundirində  idi.  Bir  saat  əvvəl  kapitan  Brayent 
Kapitoliya  təpəsindən  qayıtmışdı.  Orada  “Siqma”nı  təmsil 
edərək  kəşfiyyat  cəmiyyətində  bəzi  əvvəlki  əlaqələri 
canlandırırdı.  Bununla  Peynter  Krouya  siyasi  yarğanlardan 
körpü  salmağa  kömək  edirdi.  Ketin  evə  qayıtdığını  göstərən 
yeganə  dəyişiklik  açılmış  saçları  idi;  indi  onlar  dalğalanıb 
çiyinlərinə tökülürdü. 
Monk  qısa  şalvar  və  futbolkada  idi.  Qreyi  aeroporta 
aparıb, düz evə tələsmişdi. O daha nə etməli idi? Monk bilirdi 
ki,  Qrey  dostunu  da  özü  ilə  aparmaqçün    Peynteri  yola 
gətirməyə çox çalışmışdı. Amma bütün bunlar əbəs idi.    
Monk  balacanı o biri dizinə oturtdu. 
– Mən artıq uşaq yeməyini qızdırmışam, − deyə Ket ərinə 
yaxınlaşdı və Penelopanı almaq üçün əllərini irəli uzatdı. 
Birdən  cavan  qadın  büdrədi  və  müvazinətini  zorla 
saxladı. O döşəməyə nəzər saldı. 
–  Monk,  neçə  dəfə  demək  olar  ki,  əlini  hara  gəldi 
atmayasan? 


85 
 
Monk biləyinin güdülünü ovuşdururdu. 
– Yeni protez hələ də sürtür. 
Dərindən nəfəs alan Ket Penelopanı aldı. 
– Sən heç təsəvvür edirsən onun qiyməti nə qədərdir? 
Monk  susaraq  çiyinlərini  çəkdi.  METİPPİ  mütəxəs-
sislərinin  hazırladığı  protez  biomühəndisliyin  əsl  möcüzəsi 
idi. Onda ən yeni texnologiyalardan istifadə olunmuşdu. Süni 
əl  eynilə  həqiqi  əl  kimi  toxunulmaqla  duyulan  hislərə  və 
cərrah dəqiqliyi ilə hərəkətləri icra etmək qabiliyyətinə malik 
idi.  Bundan  əlavə,  Monkun  əlinin  güdülü  sintetik 
polimerlərdən  olan  manjetə  salınmışdı  ki,  bu  da  əzələlərlə 
bağlı 
olan 
əsəb 
sonluqları 
və 
vətərlərlə 
ustalıqla 
birləşdirilmişdi. 
Monk  plastik  manjetdəki  titan  kontaktları  hərəkətə 
gətirdi. Döşəmədəki ayrılmış mexaniki əl idarəetmənin simsiz 
siqnallarına  cavab  verərək  barmaqları  ucunda  qalxdı. 
Protezin  özünün  mexaniki  əzələləri  vardı,  lakin  beyni 
biləkdəki  manjet  idi.  Monk  məcbur  etdi  ki,  əl  divana 
“yaxınlaşsın”,  onu  yerdən  qaldırıb  qoluna  bərkitdi.  Sonra 
protezin  yerinə  necə  oturduğunu  yoxlamaq  üçün  süni 
barmaqlarını tərpətdi. 
– Onsuz da sürtür, – deyə donquldandı.  


86 
 
Ket  mətbəxə  qayıtmaq  istəyirdi  ki,  Monk  əlini  divana 
çırpıb  yanında  yer  göstərdi.  Arvadı  ah  çəkib  onun  yanına 
əyləşdi. Monk onun açılmış saçlarından gələn jasmin ətrindən 
həzz alaraq özünə tərəf çəkdi. Ket ona qısıldı. Bir müddət hər 
ikisi  dinməz  oturdu.  Penelopa  düyünlənmiş  yumruğunu  do-
daqlarına  sıxaraq  mürgüləyirdi.  Monk  bütün  ailəsini  quca-
ğında topladığından həzz alırdı.  
Nəhayət Ket nəvazişlə, yavaşdan dedi: 
– İtaliyaya görə səninçün çox təəssüf edirəm. 
Monk gözlərini süzdürdü. O bu iş barəsində arvadına bir 
kəlmə  də  deməmişdi.  Onlar  üçün  bu  mövzu  qadağan  idi. 
Lakin  gözləmək  olardı  ki,  gec  və  ya  tez  Ket  hər  şeyi 
öyrənəcək.  Onun  kəşfiyyat  cəmiyyətində  elə  əlaqələri  vardı 
ki,  ondan  bir  şeyi  gizlətməyi  təsəvvür  etmək  belə  mümkün 
deyildi. 
Ket 
üzünü 
ona 
çevirdi. 
Gözlərindəki 
səssiz 
narahatçılıqda,  dodaqlarının  təlaşlı  büküyündə  Monk  zidd 
hislər  oyununu  gördü.  Ket  başa  düşürdü  ki,  əri  operativ  işə 
qayıtmağı  çox  istəyir,  ona  görə  təlaşı  çox  aydın  idi.  Monk 
gözucu pro-tezinə baxdı. Bu təlaşın tutarlı əsasları vardı. 
Eyni  zamanda  Monk  öz  işini  sevirdi  və  onun  vacibliyini 
anlayırdı. 
Ötən  il  Monk  mənəvi  və  fiziki  sarsıntılardan  bərpa 
olunarkən  bunu  çox  kəskin  hiss  etmişdi.  Baxmayaraq  ki, 


87 
 
Monk  öz  ailəsini  sevir  və  onun  qarşısındakı  məsuliyyətini 
dərk edirdi, o həmçinin qlobal təhlükəsizlik üçün “Siqma”nın 
həyati-vacib rol oynadığını da başa düşürdü. Belə ciddi işdən 
kənar edilməsi ona çox ağır gəlirdi. 
– Mən eşitdim ki, sənə bu gün yeni tapşırıq veriblər, − Ket 
davam edirdi. 
–  Yenə  kağızlarla  eşələnmək,  −  Monk  deyindi.  –  Mən 
Nyu-Cersiyə  yola  düşməli  və  Prinston  universitetinə  gələn 
hansısa  materiallardan  bir  elm  xadimi  ilə  söhbət  etməliyəm. 
Ümid edirəm gecəyarısına kimi evdə olum. 
Ket saata baxdı. 
– Bəs niyə yığışmırsan? 
– Vaxt var. Direktor Krou mənə ortaq verib. Genetikadan 
başı çıxan təzə işçi. 
– Con Kridi.  
Monk çevrilib arvadının üzünə baxdı. 
– Yəni sənin bilmədiyin bir şey var? 
Gülümsəyərək Ket irəli əyilib onu öpdü. 
– Bir də bilirəm ki, Penelopanın yemək şüşəsi soyuyur. 
Monk  protezi  ilə  Ketin  çiynindən  basdı,  onu  qalxmağa 
qoymadı. 


88 
 
– Mən bilirəm, onu yenidən qızdırmaq olar.  – Onun səsi 
boğuq çıxdı. – Mənim də hələ yarım saatım var. 
– Tam yarım saat? – Ket qaşlarını istehza ilə dartdı. – Sən 
şöhrətpərəst olmağa başlayırsan. 
Monk gözlərini qıyaraq qımışdı. 
– Qadın, mənimlə zarafat eləmə. 
Ket  yenidən  onu  dodağından  uzun  müddət,  ehtirasla 
öpüb pıçıldadı: 
– Heç vaxt. 
 
 
Saat  16:44 
Nyu-Cersi ştatı, Prinston. 
 
Zirzəmidə laboratoriyada tək qalan doktor Henri Malloy 
üçüncü  dəfə  kompyuter  modelləşdirməsini  işə  saldı. 
Nəticələri gözləyərkən o, başını yellədi. Bu bir cəfəngiyat idi. 
Kreslonun  arxasına  söykənərək  Malloy  yorğun  üzvlərini 
oynadıb  dartındı.  Son  iyirmi  dörd  saat  ərzində  o  senator 
Qormendən  alınan  məlumatları  öyrənirdi.  Məlumatların 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə