Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   11   12   13   14   15   16   17   18   19

78 
 
görə  zərbəni  güclü,  hərbi  planda  yaxşı  təchiz  olunmuş 
qruplaşma endirmişdi. 
Peynter kresloda dikəldi. 
– Məlumata tədqiqatların nəticəsilə bağlı fayllar da əlavə 
olunmuşdu.  Senator  faylların  niyə  ona  göndərildiyini  başa 
düşmədi.  Onların  mənasını  da  ayırd  edə  bilmədi.  Münasib 
adam  tapmadığına  görə  o,  faylları  oğlunun  Priston  uni-
versitetindəki elmi rəhbəri doktor Henri Malloya göndərdi. 
–  Mən  bu  fayllara  özüm  nəzər  salmaq  istərdim,  –    deyə 
Peynter  “Siqma”nı  bu  işə  niyə  cəlb  olunduğunu  anlamağa 
başladı. Qəribə hücum, sirli tədqiqatlar – onun idarəsi elə bu 
cür işlərlə məşğul olurdu. Xəyalən Peynter artıq hərəkət planı 
qurmağa başladı. – Bizim adamlar Maliyə − hadisə yerinə iyir-
mi dörd saatdan gec olmayaraq çata bilərlər. 
–  Xeyr.  Bu  işdə  sizin  iştirakınız  məhdudlaşmış  olacaq.  – 
Metkalfın  səsində  qəti  təhdid  hiss  olundu.  –  Bütün  bunlar 
artıq  əsl  siyasi  fırtınayadək  böyüyüb.  Senator  Qormen  əcin-
nələrə qarşı ova başlayıb, təqsirkarları axtarır. 
– Cənab general... – Peynter sözə başlamaq istədi. 
–  “Siqma”  onsuz  da  etibarsız  zəmin  üzərindədir.  Bir 
yanlış addım – və sizin tikələrinizi yığmaq lazım gələcək. 
Peynter  özünü  saxladı,  onun  qrupuna  inamsızlıq  barədə 
edilən  aşkar  bəyanata  heç cür  münasibət  göstərmədi.  O,  seç-


79 
 
məli olurdu: nə vaxt rəhbərliklə döyüşsün, nə vaxt döyüşsüz   
təslim olsun. İndi də güzəşt getməyin yeri idi. 
− Bəs “Siqma” üçün hansı rolu saxlayırsınız? 
− Bu fayllara aid məlumat toplamaq, sonrakı araşdırmanı 
aparmağın  mənası  varmı  deyə  müəyyən  etmək.  Doktor 
Malloydan  başlamaq  lazımdır.  Mən  istəyirəm  ki,  onunla 
söhbət edilsin, fayllar isə öyrənilsin. 
− Bizim qrup bu axşam onun yanında olacaq. 
−  Lap  yaxşı.  Amma  bir məqam  da  var.  Mən  istərdim  ki, 
bununla şəxsən siz məşğul olasınız. 
− Nə ilə? 
−  Baş  verən  hadisənin  bir  təfərrüatı  haqda  hələ  heç  nə 
bildirilməyib.  Mən  istəyirəm  siz  bunu  öz  öhdənizə  gö-
türəsiniz. 
General  yenə  klaviaturanı  döyəclədi  və  Ceyson 
Qormenin fotosu elə böyüdü ki, sifəti bütün ekranı tutdu. 
− Oğlanı çarmıxa çəkməmişdən əvvəl bu əclaflar onun cə-
sədini təhqir ediblər. 
Peynter qalxaraq lap ekrana yaxınlaşdı. Cavan kişinin al-
nında  nişan  yandırılmışdı,  sanki  ona  qaynar  damğa  vur-
muşdular. Dairə və xaç. 


80 
 
–  Mən  bilmək  istəyirəm,  bu  niyə  edilmişdir,  −  Metkalf 
dedi. – Və bunun mənası nədir? 
Peynter  yavaşca  başını  tərpətdi.  O  da  bunu  bilmək  istə-
yirdi. 
 


81 
 
Saat  21:35 
İtaliya, Roma 
 
 
Reyçel “Mini-Kuper”i öz yerində − dayanacaqda saxladı. 
Maşında  qalaraq  o  nə  etdiyi  barədə  bir  də  fikirləşdi. 
Yanındakı oturacaqda polietilen paketin içində o dəhşətli əşya 
olan qədim dəri kisəcik vardı. 
Cavan  qadın  tapıntısı  barədə  heç  kimə  demədən 
Müqəddəs Pyotr kilsəsini tərk etdi. 
“Artıq  gecdir,  −  o  özünə  bəraət  qazandırmağa  çalışdı.  – 
Öz tapıntımı müstəntiqlərə sabah verərəm. Elə o vaxt da tam 
hesabat təqdim edərəm.” 
Lakin 
Reyçel 
dərk 
edirdi 
ki, 
əşyayi-dəlilin 
oğurlanmasının  əsas  səbəbi  daha  dərindir.  Gizlədilmiş 
kisəciyə onu Viqor əminin sözləri yönəltdi.  O hiss edirdi ki, 
bu tapıntı müəyyən dərəcədə onun əmlakıdır. Əgər o, kisəciyi 
istintaqa təhvil versə, səlahiyyətinə aid olmayan işə müdaxilə 
etdiyi  üçün  onu  nəinki  töhmətləndirər,  hətta  tamamilə 
oyundan çıxararlar.  Ola bilsin  bu halda  o  heç  vaxt    kisəciyin 
əsl mənasını öyrən-məyəcək. Nəhayət cavan qadın açıq iftixar 
hissindən  azad  ola  bilmirdi.  Ondan  başqa  heç  kim  kisəciyi 


82 
 
görməmişdi. O beynəlxalq və şirkətlərarası istintaqın mənasız 
xaosundan da-ha çox öz daxili hissiyyatına inanırdı. 
Amma  daxili  hissiyyatı  ona  pıçıldayırdı  ki,  o  gücü  çat-
mayan  işə  girişib.  Ona  kömək  lazımdır.  Sabahadək  Qreyin 
gəlişini  gözləmək,  ona  işi  anlatmaq  və  sonra  elə  burdan  da 
başlamaq lazımdır.  
Hərəkət planını müəyyənləşdirən Reyçel paketi qapıb ci-
binə saldı, maşından çıxıb pilləkənə sarı yönəldi. Onun mən-
zili  üçüncü  mərtəbədə  yerləşirdi.  Mənzil  kiçik  olsa  da 
eyvandan Kolizeyə valehedici mənzərə açılırdı. 
Üçüncü  mərtəbənin  meydançasına  qalxan  Reyçel  pillə-
kəndən  gedən  qapını  itələdi.  Dəhlizlə  gedərkən  o,  iki  şeyə 
fikir verdi. Sinyora Rozelli yenə öz xörəyinə bolluca sarımsaq 
əlavə etmişdi, Reyçelin mənzilinin giriş qapısının altından isə 
işıq zolağı düşürdü. 
Reyçel  dayandı.  O,  evdən  çıxanda  həmişə  işığı  sön-
dürürdü.  Amma  digər  tərəfdən,  bu  səhər  o  özündə  deyildi. 
Ola bilsin yadından çıxarıb. 
Risk  etmək  istəməyən  Reyçel  barmaqlarının  ucunda  səs-
sizcə  dəhlizlə  getdi.  Şəhər  oğru  və  qarətçilərlə  dolu  idi,  bu 
rayonda  isə  mənzil  oğurluğu  adi  hala  çevrilmişdi.  Cavan 
qadının gözü qapının altından düşən işıqda qalmışdı. Reyçel 
yaxınlaşanda bu zolağı kölgə kəsdi. 
Reyçelin tükləri biz-biz oldu. 


83 
 
Onun mənzilində kimsə vardı. 
Ürəyində söyərək Reyçel geri çəkildi. Onun silahı yox idi. 
O  fikirləşdi  ki,  sinyora  Rozellinin  qapısını  döysün,  dəhlizi 
tərk  etsin,  amma  sarımsaq  amansızcasına  onun  burnunu 
qıcıq-landırırdı.  Yaşlı  qadının  darısqal  mənzilində  bu  kəskin 
qoxu  dözülməz  olacaq.  Reyçel  əlini  cibinə  salıb  mobil  te-
lefonunu cıxartdı. 
Dal-dalı  gedərək,  pilləkən  qapısına  yaxınlaşdı  və 
mənzilinin qapısından gözünü çəkmədən onu itələdi. Lakin o 
meydançaya çıxar-çıxmaz peysərinə soyuq bir şey dirəndi. 
Bu, tapancanın lüləsi idi. 
Arxasındakı səs ən pis əndişəni təsdiqlədi: 
Tərpənmə! 
 
 
10 oktyabr,  saat 15:28 
Merilənd ştatı, Rokvill 
 
Monk 
dizləri 
üstündə 
balaca 
qızını 
yelləyirdi. 
Sevincindən  ciyildəyən  Penelopa  təbəssümü  ilə  atasını 
xatırladırdı.  Xoşbəxtlikdən  bu,  atasından  ona  irsən  keçən 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə