Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə12/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

59 
 
“Siqma”nın  monsinyor  Verona  qarşısında  ödənilməz 
borcu vardı. 
–  Sağ  ol,  Qrey.  –  Reyçel  bir  az  sakitləşdi.  –  Mən  istintaq 
barədə  məlumatı  faylla  göndərərəm.  Amma  bəzi  təfərrüatlar 
hesabata daxil olmayıb. Gələndə sənə hər şeyi danışaram. 
Ona  qulaq  asarkən,  Qrey  nəzərini  kompyuter  mo-
nitorundan,  Venesiyanın  planında  yanıb-sönən  qırmızı 
üçbucaqdan  çəkmirdi.  Ekranın  küncündən  ona  Seyhanın  fo-
tosu baxırdı, cavan qadının üz ifadəsi soyuq və acıqlı idi. Keç-
mişdə qatillə Reyçelin və onun əmisinin də yolları kəsişmişdi. 
İndi Seyhan yenə də İtaliyadadır. 
Qrey artan narahatlığı hiss etdi. 
Burda  nəsə  başqa  bir  iş  vardı.  Qrey  hiss  etdi  ki,  orada  – 
İtaliyada  tufanlı  buludlar  qatılaşır.  Amma  o  təyin  edə 
bilmirdi: külək hansı tərəfə əsir. 
–Romada mümkün qədər tez olacam. – deyə Qrey Reyçeli 
inandırdı. 
 


60 
 
 
10 oktyabr 
Saat 19:28 
İtaliya, Roma 
 
 
Romanın mərkəzi hissəsində qatılaşan alatoran vaxtı xəs-
təxanadan çıxan  leytenant  Reyçel  Verona narahatçılığının  bir 
qədər azaldığını hiss edib, sərin payız havasından sinədolusu 
uddu. Dezinfeksiya maddələrinin kəskin qoxusu çarpayılarda 
hərəkətsiz  uzanan  bədənlərin  iyini  güclə  gizlədirdi.  Xəs-
təxanalarda həmişə çox pis qoxu olur. 
 Neçə il ərzində Reyçel ilk dəfə siqaret çəkmək istədi. Bəl-
kə  bu  onu  əmisinin  komada  olduğu  hər  saatda  artan  na-
rahatçılıqdan xilas edərdi. Onu damcısalana birləşdirmişdilər: 
cihazlara  gedən  simlər  həyati  funksiyaları  izləyirdi,  süni 
nəfəsalma  cihazı  sinəni  qaldırıb-endirirdi.  Viqor  birdən-birə 
on  il  qocalmışdı,  üzü  sıyrıntılar  və  qançırlarla  örtülmüşdü, 
qır-xılmış başı bintlə sarılmışdı. Həkimlər izah etdilər: dərialtı 
qan  sızması  və  kəllə  sümüklərinin  kiçik  əzikləri.  Onlar 
diqqətlə  yaralının  kəllədaxili  təzyiqini  izləyirdilər.  Maqnit-
rezonans  tomoqrafiyası  baş  beyində  zədə  göstərmədi,  lakin 
Viqor  özünə  gəlmirdi,  bu  da  həkimləri  narahat  edirdi.  Polis 
və  tibbi  he-sabatlara  görə  monsinyor  Verona  xəstəxanaya 
yarıhuşsuz  və-ziyyətdə  daxil  olmuşdu.  Komaya  düşməzdən 


61 
 
əvvəl  o,  bir  neçə  dəfə  həyəcanla  tək  bir  söz  təkrar  etmişdi: 
“Morte”, yəni “ölüm”… 
Lakin  bu  nə  demək  idi?  Digər  keşişin  taleyi  Viqora 
məlum olmuşdu? Yoxsa bu adi sayıqlama idi? 
Onun  özündən  soruşmaq  mümkün  deyildi.  O,  ətraf 
mühitə reaksiya vermirdi. 
Reyçeli  narahatçılıq  tərk  etmirdi.  Günün  çox  hissəsini  o, 
əmisinin əlindən tutaraq onun yanında keçirdi. Ara-sıra əlini 
sıxırdı,  dua  edirdi  ki,  hər  hansı  bir  yaxşılaşma  baş  versin. 
Lakin  Viqorun  barmaqları  taqətsiz  qalırdı,  sanki  həyat 
əlamətləri onun bədənini tərk etmişdi, təkcə qişası qalmışdı. 
Hər  şeydən  çox  Reyçeli  üzən  o  idi  ki,  əmisinə  kömək 
etmək  iqtidarında  deyildi.  Əslində  Viqor  onu  tək 
böyütmüşdü  və  əmisindən  savayı  onun  heç  kimi  yox  idi. 
Buna  görə  Reyçel  bütün  günü  onunla  oturmuşdu,  yalnız  bir 
dəfə Birləşmiş Ştat-lara zəng vurmaqçün qalxmışdı. 
Qrey sabah səhər burda olacaq. 
Bu  son  iyirmi  dörd  saat  ərzində  yeganə  şad  xəbər  oldu. 
Baxmayaraq  ki,  Reyçel  əmisinə  sağalmaqda  kömək  edə  bil-
mirdi, o bu hücumun arxasında əslində nəyin durduğunu nə 
olursa-olsun öyrənməyi qətiləşdirmişdi. 
Hal-hazırda  Müqəddəs  Pyotr  kilsəsindəki  partlayışın 
təhqiqatı bütün əlaqədar strukturların – italyan kəşfiyyat xid-


62 
 
mətindən  ta  İnterpoladək  idarələrarası  hay-küyə  çevrilmişdi. 
Hamı bunun terror aktı olduğuna qərar vermişdi. Belə nəticə 
ilk növbədə ona əsaslanırdı ki, həlak olan keşişin cəsədi ölü-
mdən  sonra  eybəcər  hala  salınmışdı.  Onun  alnına  qeyri-adi 
damğa vurulmuşdu. 
Şübhəsiz bu işarə ilə nəsə demək istəyirdilər. Məhz nə və 
onu kim vurmuşdu? Hələ ki, heç bir terrorçu qruplaşma part-
layışı öhdəsinə götürməmişdi. 
Reyçel başa düşürdü ki, həqiqəti müəyyən etməyin ən tez 
yolu saysız-hesabsız idarələrin yaratdığı xaos yox, cərrah də-
qiqliyi  ilə,  daha  incə  fokuslaşdırılmış  şəxsi  təhqiqatın  apa-
rılmasıdır.  
Buna görə də o, Qreyə zəng vurdu. Lakin şəxsi planda bu 
köməyə çağırış onun üçün asan olmadı. Reyçel başa düşürdü 
ki,  əgər  o  həqiqəti  tapmaq  istəyirsə,  “Siqma”nın  qlobal  re-
sursları olmadan keçinməyəcək. Həm də, o, bilirdi ki, təklikdə 
onun  buna  gücü  çatmayacaq.  Ona  tam  inandığı  adam  lazım 
idi: Qrey. 
“Bəs əgər bu zəng ona peşəkar maraq kimi gəlməsə?” 
Bu fikri özündən qovan Reyçel xəstəxananın qarşısındakı 
dayanacağı keçdi. Öz balaca “Mini-Kuper”inə çatan cavan qa-
dın sükanın arxasına əyləşdi və Romanın küçələrinə çıxdı. O, 
qatlanmış  damı  qaldırmırdı  və  qarşıda  işlənmiş  qaz  tüstüsü 


63 
 
buraxan  turist  avtobusu  ortaya  çıxanadək  külək  onun  fi-
kirlərini bir qədər aydınlaşdırdı. 
Magistraldan  dönən  Reyçel  dar  küçələrlə  sürdü;  kü-
çəboyu  kiçik  mağazalar,  kafe  və  restoranlar  yerləşirdi.  O 
sabahkı  günədək  fikirlərini  toplamaqçün  düz  evə  getmək 
istəyirdi, amma özü də hiss etmədən Tibr sahilinə gəlib çıxdı. 
Bir  neçə  döngədən  sonra  qarşı  sahildə  Müqəddəs  Pyotr  kil-
səsinin parlayan günbəzi göründü.  
Nəqliyyat  axınına  qoşulan  Reyçel  məqsədinə  doğru 
yönəldi.  Partlayışdan  sonra  bütün  Vatikan  ziyarətçilər  üçün 
bağlı  idi.  Hətta  papanın  özü  də  təhlükəsizlik  baxımından 
Kastel-Qandolfodakı yay iqamətgahına köçməli olmuşdu. La-
kin  bu  turist  və  avaralar  axınının  qarşısını  almadı.  Hətta 
maraqla çulğalanmış dəstələr daha da artmışdı. 
Ətraf  küçələr  dolu  olduğundan,  Reyçel  maşını  saxlamaq 
üçün  əlavə  yarım  saat  da  sərf  etdi.  Nəhayət  o,  məşhur  mey-
danı  əhatə  edən  polis  mühasirəsinə  çatanda  hava  tamamilə 
qa-ralmışdı.  Adətən  Müqəddəs  Pyotr  meydanı  inamlılar  və 
tu-ristlərlə dolu olur, indi isə tamamilə boş idi. Yalnız bir neçə 
formalı  polis  sütunların  arasında  və  açıqlıqda  gəzişirdilər. 
On-lardan  biri  meydanın  ortasında  ucalan  Misir  obeliskinin  
di-bində  dayanmışdı.  Hamının  çiynində  avtomat  tüfənglər 
vardı. 
Mühasir  xəttinə  yaxınlaşan  Reyçel  sənədlərini  göstərdi. 
Polis  qaş-qabağını  tökdü.  Ortayaşlı,    yekəqarın  polis  əyri 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə