Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

48 
 
Qrey bilirdi ki, Monk bütün varlığı ilə nəsə daha ciddi bir 
şey  istəyir.  Monk  ondan  oğurlanan  həyata  qayıtmaq 
arzusundaydı.  Ətrafdakılar  onunla  kövrək  farfor  kimi 
davranırdılar.  Bütün  bu  şəfqətli  baxışlar,  pıçıltıyla  deyilən 
ruh-landırıcı sözlər onu özündən çıxarırdı. 
Elə  buna  görə  Qrey,  Kvantikonun  dəniz  piyadaları 
hazırlayan  mərkəzilə  həmsərhəd  olan  parkın  dərə-təpəli 
yerində  yarış  keçirməyi  təklif  etmişdi.  Bu,  əsəbləri  sa-
kitləşdirməyə,  küləklə  üz-üzə  gəlməyə,  riskdən  həzz  almağa 
imkan verməli idi. 
Telefonu əliylə örtərək, Qrey pıçıltıyla Monka dedi: 
− Peynter qəzəblənib. 
Dostu razı halda gülümsədi. 
Qrey yenə telefonu qulağına apardı.  
 –  Mən hər  şeyi eşitdim,  − rəis  dedi.  – Əgər  siz artıq  do-
yunca  əyləndinizsə,  onda  elə  bu  gün  mənzil-qərargaha  qa-
yıdın. Hər ikiniz.  
– Baş üstə, ser. Amma bilmək olar nə olub?  
Pauza  uzun  sürdü.  Sanki  direktor  nə  deyəcəyini  fi-
kirləşirdi. Nəhayət Peynter sözləri diqqətlə seçərək danışdı.  
 – Bu sənin motosiklinin əvvəlki sahibi ilə bağlıdır.  


49 
 
Qrey  dönüb  sınmış  “Yamaha”ya  baxdı.  Əvvəlki  sahibi 
ilə?  Onun  yadına  iki  il  əvvəlki  o  gecə  düşdü,  qulaqlarında 
mo-tosiklin  uğultusu  səsləndi.  Şəhərkənarındakı boş  küçə ilə 
sü-rətlə  motosikl  gedirdi,  sükanın  arxasında  ölümcül 
təhlükəli qatil-qadın əyləşmişdi.  
Qrey udqunaraq danışmağa başladı.  
– Onun nə dəxli var? 
– Gələndə sənə hər şeyi danışaram.  


50 
 
 
 
Saat 13:00  
Vaşinqton.  
 
Bir neçə saatdan sonra Qrey duş qəbul edib cins və imdan 
köynəyi  geyinərək  “Siqma”nın  mərkəzi  idarəsinin  peyk  nə-
zarəti  zalında  əyləşmişdi.  Onunla  birgə  Peynter  və  Monk  da 
burada  idi.  Ekranda  rəqəmlənmiş  xəritə  işıqlanırdı,  Tay-
landdan İtaliyayadək qırmızı qırıq xətt keçirdi.  
Qatilin yolu Venesiyada kəsilirdi.  
“Siqma”  bir  ildən  artıqdır  ki,  bu  qadını  təqib  edirdi. 
Onun yerini peykdən alınan Venesiyanın planını işıqlandıran 
kompyuter monitorundakı balaca qırmızı üçbucaq göstərirdi. 
Binalar, dolambac küçələr və dolaşıq kanallar, hətta müəyyən 
bir  zamanda  yaxalanmış,  yerindəcə  donub  qalan  bapbalaca 
qondolalar  da  xırda  təfərrüatı  ilə  ağ-qara  rəngdə  təsvir 
edilmişdi. Həmin zaman qatilin təxmini coğrafi koordinatları 
ilə birgə monitorun küncündə işıqlanırdı.  
  
9 OKTYABR.  


51 
 
10:52:45 Qrinviçlə.  
 
 
41º  52'  56,97”  Ş.E.   
12º  29'  5,19” Ş.U  
 
– O, çoxdan Venesiyadadır? – deyə Qrey soruşdu. 
– Bir aydan çoxdur. 
Peynter  yorğun-yorğun  əlini  saçlarında  gəzdirdi  və 
kədərlə  başını  yellədi.  Görünürdü  ki,  o,  yorulub.  Bu  il 
“Siqma”nın  direktoru  üçün  ağır  keçmişdi.  Onun  üzünün 
rəngi  həyatının  daima  otaqlarda,  mümkün  olan  kabinetlərdə 
və  iclaslarda  keçdiyindən  solğun  idi.  Peko  hindilərinin  qanı 
yalnız  almacıq  sümüklərinin  qranit  cizgilərində  və  qətran 
kimi qara saçlarını ağ lələk kimi ayıran bir topa çal saçlarında 
bi-linirdi. 
Qrey planı öyrəndi. 
– Onun harda qaldığı məlumdur? 
Peynter başını yellədi. 


52 
 
–  Hardasa  Santa-Kroçe  rayonunda.  Bu,  Venesiyanın  ən 
qədim  məhəllələrindən  biridir,  turistlər  oranı  çox  sevmirlər. 
Körpülərin,  döngələrin  və  kanalların  labirinti.  Orada  itmək 
çox asandır. 
Monk  ayrıca  oturmuşdu  və  protezindəki  elektrik  sök-
mələri qururdu. 
Bəs  niyə  Seyhan  gizlənmək  üçün  bütün  dünyada  məhz 
bu şəhəri seçib? 
Qrey  monitorun  küncünə  baxdı.  Orada  otuz  yaşlarında 
qatil  qadının  fotosu  çəkilmişdi.  Onun  üz  cizgilərində  vyet-
namlı və avropalı, güman ki, fransalı qanının qarışığı əks olu-
nurdu:  bürünc  dəri,  azacıq  çəp  gözlər,  dolu  dodaqlar.  Üç  il 
ön-cə Qrey ilk dəfə Seyhanla rastlaşanda, qadın onun sinəsinə 
atəş açaraq az qalmışdı öldürsün. Hətta indi də o, qadını hə-
min qara, boğazlı, əyninə kip oturan kostyumda təsəvvür edir 
və  paltarın  onun  elastik  bədəninə  necə  yaraşdığını  yada  sa-
lırdı. 
Qrey  axırıncı  görüşlərini  də  xatırladı.  Ciddi  yaralanmış 
Seyhan  əsir  alınmış  və  onu  qarın  boşluğundan  əməliyyat 
etdikləri hərbi hospitalda saxlanılırdı. O zaman Qrey ona qaç-
mağa kömək etmişdi. Qadın onun həyatını xilas etdiyinə görə 
Qrey  borcunu  qaytarmışdı  –  amma  azadlıq  Seyhana  baha 
başa gəlmişdi. 


53 
 
Əməliyyat  zamanı  “Siqma”nın  rəhbərliyinin  göstərişilə 
cavan  qadının  qarın  boşluğuna  gizlicə  passiv  polimer  düy-
məcik yerləşdirildi. Onun bütün hərəkətlərini izləməyin əlavə 
qarantı kimi bu, onun azadlığa buraxılmasının vacib şərti idi. 
Seyhanı  elə-belə  buraxmaq  üçün  o,  çox  qiymət  kəsb  edirdi, 
çünki  “Gildiya”  adıyla  tanınan  gizli  terror  təşkilatı  ilə  sıx 
bağlıydı.  Bu  təşkilatın  həqiqi  başçıları  haqda  heç  kim  heç  nə 
bilmirdi – yalnız onun gizli fəaliyyətdə olduğu, köklərinin və 
caynaqlarının bütün dünyada dərin yayıldığı məlum idi. 
Seyhan  ikili  agent  olduğunu  iddia  edirdi.  Ona  tapşırılıb 
ki, “Gildiya”ya daxil olub, ona əslində kimin başçılıq etdiyini 
öyrənsin. 
Lakin bu bəyanatın yeganə sübutu onun sözləri idi. Qrey 
özünü elə  göstərdi  ki,  guya  ona qaçmağa  kömək  etdi,  amma 
bədənindəki  düyməcikdən  heç  nə  demədi.  Bu  düyməcik 
Birləşmiş Ştatların kəşfiyyatına “Gildiya”nın fəaliyyəti barədə 
daha  çox  bilməyə  imkan  verirdi.  Lakin  Qrey    Seyhanın 
Venesiyada  gizlənmək  qərarının  “Gildiya”  ilə  bir  əlaqəsinin 
olmamasına  şübhə  edirdi.  O,  öz  üzərində  Peynter  Krounun 
nəzərini  hiss  etdi,  sanki  direktor  ondan  cavab  gözləyirdi. 
Rəisin sifəti anlaşılmaz, ehtirassız qalırdı, amma buz kimi so-
yuq gözlərinin parıltısı deyirdi ki, bu sınaqdır. 
–  Seyhan  cinayət  yerinə  qayıdıb,  –  Qrey  yerini  ra-
hatlayaraq dedi. 
– Nə? – deyə Monk heyrətlə soruşdu. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə