Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə40/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 75 
 
Kənd  təsərrüfatı  məhsullarının  becərilmə-
sində baş verən tənəzzül nəticəsində emal müəssi-
sələrini  xammal  ilə  təmin  etmək  olmur  və  əv-
vəldən  mövcud  olmuş  sənaye  obyektləri  işləmir. 
Bu  isə  əhalinin  iş  yerləri  ilə  təminatında 
problemlər  yaratmışdır.  İqtisadi  böhranın  aradan 
qaldırılması istiqamətində həyata keçirilən tədbir-
lərin öz nəticələrini verməsi ilə eyni vaxtda şəhər 
əhalisinin sayı da artmışdır. 
Hazırda ölkədə 78 şəhər, 261 qəsəbə vardır. 
Kənd  məntəqələrinin  sayının  4250  olduğunu  nə-
zərə  alsaq,  şəhər  və  qəsəbələr  ümumi  yaşayış 
məntəqələrinin  7,4%-ni  təşkil  edir.  2014-cü  ilin 
əvvəlində ölkədə şəhər əhalisinin sayı 5045,7 min 
nəfər  olmuş,  onlar  ölkənin  ümumi  əhalisinin 
53,2%-ni  təşkil  etmişdir  [Azərbaycanın  əhalisi, 
2011]. 
1970-ci  ildən  sonrakı  dövrdə  də  şəhər 
əhalisinin  sayı  artmaqda  davam  etmiş,  şəhərlərin 
sayının  artması  isə  mövcud  məntəqələrə  şəhər 
statusu  verilməsi  hesabına  baş  vermişdir.  1968-ci 
ildə  respublikada  urbanizasiya  səviyyəsi  50%-ə 
çatmışdır. Bu dövrdə şəhər əhalisinin sayı 2444,9 
min  nəfər  olmuşdur.  1970-ci  ildə  respublikanın 
şəhər  yaşayış  məntəqələrində  2564,6  min  nəfər 
əhali  yaşamışdır,  onlar  ümumi  əhalinin  50,1%-ni 
təşkil  etmişdir.  Onillik  ərzində  şəhər  əhalisinin 
sayı  24,8%  artmış  və  1979-cu  ildə  3200,3  min 
nəfərə  çatmışdır  [Azərbaycanın  demoqrafik  gös-
təriciləri, 2011]. 
1970-1980-ci  illərdə  şəhərlərdə  təbii  artı-
mın  yüksək  olması  ilə  yanaşı,  kəndlərdən  miqra-
siya  edənlərin  xeyli  hissəsi  şəhərlərdə  toplan-
mışdır.  Bu  dövrdə  şəhər  əhalisinin  sayı  ildə  orta 
hesabla  təbii  artım  hesabına  45-55  min  nəfər, 
kəndlərdən  miqrasiya  edənlərin  hesabına  20-30 
min  nəfər  çoxalmışdır.  Nəticədə  şəhərlərdə  əhali-
nin sayının illik artımı 60-75 min nəfər, kəndlərdə 
35-40 min nəfər olmuşdur [Azərbaycanın demoq-
rafik göstəriciləri, 2011]. 
1980-1990-cı  illərdə  kəndlərdən  miqrasiya 
edənlərin  az  bir  hissəsi  şəhərlərdə  qalmış  və  res-
publikanı  tərk  etmişdir.  Eyni  zamanda,  milli 
münasibətlərin  gərginləşməsi,  rusdilli  əhalinin 
əsasən  şəhərlərdə  yaşaması  buradan  əhalinin  küt-
ləvi  şəkildə  köçüb  getməsinə  və  şəhər  əhalisinin 
sayının zəif artmasına səbəb olmuşdur.  
1989-cu  ildə  respublikada  şəhər  əhalisinin 
sayı  3805,9  min  nəfər  təşkil  etmiş,  respublikada 
urbanizasiya  səviyyəsi  54,2%-ə  yüksəlmişdir. 
Məhz  bu  dövrdə  olan  ictimai-siyasi  vəziyyətin 
ağırlaşması,  milli  münasibətlərin  gərginləşməsi 
əhalinin  həyat  şəraitinin  pisləşməsi  ilə  əlaqədar 
əhalinin  miqrasiya  intensivcliyi  yüksəlmişdir. 
Ruslar, ermənilər, yəhudilərlə yanaşı, azərbaycan-
lıların  da  kütləvi  olaraq  ölkəni  tərk  etməsi  şəhər 
əhalisinin  sayının  artmasına  mənfi  təsir  gös-
tərmişdir.  1990−2000-ci  illərdə  şəhər  əhalisinin 
miqrasiyası çoxalmışdır. Rusdilli  əhalinin (ruslar, 
ukraynalılar,  ermənilər,  yəhudilər)  ölkəni  tərk 
etməsi  nəticəsində  miqrasiya  intensivliyi  ən 
yüksək səviyyədə olmuşdur. 1991−1995-ci illərdə 
şəhərlərdə  təbii  artımın  27,4  min  nəfər  və  ya 
41,5%  aşağı  enməsi  ilə  əlaqədar  şəhər  əhalisi 
1986-1990-cı illərə nisbətən 1,5 dəfə az artmışdır. 
1990-cı  ildə  şəhər  əhalisinin  sayı  11  min 
nəfər, 1993-cü ildə 42,4 min nəfər artmışdır. Əgər 
1977-ci ildə respublikada şəhər əhalisinin sayı 3,0 
mln.  nəfəri  ötmüşdürsə  (3065,4  min  nəfər), 
onların sayı 4,0 mln. nəfəri 1995-ci ildə keçə bil-
mişdir  (4005,6  min  nəfər)  [Azərbaycanın  əhalisi, 
2011]. 
1981-1990-cı  illərdə  respublikada  şəhər 
əhalisinin  sayı  545,8  min  nəfər  və  ya  16,5%, 
1991-2000-ci illərdə 249,0 min nəfər və ya 6,5%, 
2001−2010-cu  illərdə  625,8  min  nəfər  və  ya 
15,1% çoxalmışdır. XX əsrin 80-ci illərində şəhər 
əhalisinin  sayının  yüksək  templə  artımı  təbii 
artımın  çox  olması  ilə  yanaşı,  kəndlərdən  olan 
miqrasiya  axınları,  yeni  şəhər  və  qəsəbələrin 
yaradılması,  kənd  və  qəsəbələrə  şəhər  statusu 
verilməsi ilə əlaqədar olmuşdur. Regionlarda yeni 
təsərrüfat obyektlərinin yaradılması, kənd təsərrü-
fatının  inkişafı,  məhsul  istehsalının  artması,  on-
ların  emalı  müəssisələrinin  yaradılması  kəndlər-
dən  miqrasiya  edən  əhalinin  xeyli  hissəsinin 
yerlərdə  qalmasına  imkan  vermişdir.  Şəhər  əhali-
sinin sayının artımı Abşeron ilə yanaşı, digər regi-
onlarda  məntəqələrə  şəhər  statusu  verilməsi  ilə 
əlaqədar olmuşdur. Sonrakı onilliklərdə təbii artı-
mın  aşağı  enməsi  demoqrafik  vəziyyətin  gərgin-
ləşməsinə, şəhərlərdən, əsasən də, Abşeron regio-
nundan  əhalinin  miqrasiya  etməsinə  səbəb  ol-
muşdur.  Bakı  şəhərindən  olan  intensiv  miqra-
siyalar  nəticəsində  1989-1999-cu  illərdə  əhalinin 
sayı  nəinki  artmamış,  hətta  xeyli  azalmışdır. 
1999-cu  ildə  Bakı  şəhər  ərazi  dairəsində  əhalinin 
sayı  (1788,9  min  nəfər)  1989-cu  ildəki  sayının 
(1794,9  min  nəfər)  99,7%-i  səviyyəsində  olmuş-
dur. Nəticədə iqtisadi rayonun şəhər əhalisinin sa-
yında  Bakı  şəhərinin  əhalisinin  payı  həmin 
müddətdə 55,9%-dən 50,1%-ə enmişdir [Eminov, 
2005].  
2000-ci illərin əvvəlindən başlayaraq müşa-
hidə edilən demoqrafik sabitlik təbii artımın yük-
səlməsi  ilə  yanaşı,  miqrasiya  axınlarının  da  ye-
nidən  intensivləşməsinə  səbəb  olmuşdur.  İqtisadi 
inkişafda  yaranan  irəliləmələr,  yeni  iş  yerlərinin 
açılması, mövcud istehsal və xidmət obyektlərinin 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə