Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə36/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   32   33   34   35   36   37   38   39   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
68                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
İQTİSADİ VƏ SOSİAL COĞRAFİYA
 
©
 
Z.N.Eminov 
AZƏRBAYCANDA KƏND ƏHALİSİNİN TƏBİİ ARTIMININ İNKİŞAF MEYİLLƏRİ VƏ 
NİZAMLANMASI İSTİQAMƏTLƏRİ 
Z.N.Eminov
 
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı, H. Cavid pr., 115 
Uzun  illər  ərzində  respublikada  əhalinin  sayının  əsas  artım  mənbəyi  kəndlərdə  təbii  artımın 
yüksək  səviyyəsi  olmuşdur.  XX  əsrin  60-cı  illərində  onun  kəmiyyətinin  yüksək  olması  kənd 
əhalisinin sayının yüksək templə artımını təmin etməklə yanaşı, şəhərlərə də miqrasiya axını çox 
olmuş, onların işçi qüvvəsi ilə təminatı həll edilmişdir.  
Sonrakı dövrlərdə, xüsusilə müstəqillik illərində əhalinin maddi vəziyyətinin ağırlaşması təbii 
artımın  kəskin  şəkildə  aşağı  düşməsinə  gətirib  çıxartdı.  Buna  görə  şəhərlər  əhalinin  əsas  artım 
mənbəyindən məhrum olmaqla yanaşı, kəndlərdə də əhalinin sayı zəif templə artır. 
Eyni  zamanda,  doğumun  cins  tərkibinin  pozulması  ümumi  əhalinin  cins  tərkibinin  də  pozul-
masına gətirib çıxarır. Ona görə kəndlərdə demoqrafik vəziyyətin nizamlanmasına ehtiyac vardır.
 
Mövzunun  aktuallığı. Azərbaycanda kənd 
yaşayış məskənləri ölkənin bütün ərazilərində ya-
yılmışdır.  Kəndlər  əhalinin  məskunlaşmasında, 
ərazilərin  mənimsənilməsi  və  istifadə  edilməsin-
də,  kənd  təsərrüfatı  məhsullarının  istehsalında 
əhəmiyyətli rol oynayır. Onlar, eyni zamanda, öl-
kənin  demoqrafik  potensialının  cəmləndiyi  əsas 
mərkəzlərdir  və  əhalinin  sayının  əsas  artım  mən-
bəyini  təşkil  edir.  2014-cü  ilin  əvvəlində  ölkənin 
9477,1  min  nəfər  əhalisinin  4431,7  min  nəfəri  və 
ya  46,8%-i  kəndlərdə  məskunlaşmışdı.  2013-cü 
ildə respublikada 4589 yaşayış məntəqəsi mövcud 
olmuşdur.  Onlardan  cəmi  78-i  şəhər,  261-i  qəsə-
bələrdir.  Azərbaycanda  kənd  əhalisi  4250  kənd 
yaşayış  məntəqəsində  məskunlaşır.  Bu  kəndlərin 
idarə edilməsi üçün 1727 kənd ərazi dairəsi, 1718 
bələdiyyə fəaliyyət göstərir. Kəndlər respublikada 
olan  yaşayış  məntəqələrinin  92,6%-ni  təşkil  edir 
[Azərbaycanın əhalisi, 2014]. 
Müstəqilliyin  ilk  illərindən  başlanan 
iqtisadi  çətinliklər,  əhalinin  məşğulluq  səviyyə-
sinin aşağı düşməsi onun demoqrafik vəziyyətinə 
də öz mənfi təsirini göstərmişdir. Buna görə təbii 
artım  xeyli  azalmış,  miqrasiya  intensivliyi  art-
mışdır.  Yaranmış  vəziyyət  kəndlərdə  əhalinin 
sayının artımına mənfi təsir göstərir və onun tem-
pi getdikcə azalır. Eyni zamanda, aparılan iqtisadi 
islahatlar  kəndlərin  iqtisadi  bazasının  formalaş-
masına mənfi təsir göstərmişdir. Yaradılan fermer 
təsərrüfatları  iqtisadi  baza  funksiyasını  yerinə 
yetirə  bilmir,  kənd  əhalisinin  məşğulluqla  bağlı 
problemləri hələ də qalmaqdadır. Ona görə kənd-
lərin  sosial-iqtisadi  və  demoqrafik  inkişafının  tə-
min  edilməsi  üçün  mövcud  problemlərin  elmi 
təhlilinin aparılması, daha ciddi tədbirlərin həyata 
keçirilməsi zəruridir.  
Mövzunun öyrənilməsi səviyyəsi. Respub-
lika  əhalisinin  təbii  və  mexaniki  artımı,  məskun-
laşması, onun formalaşmasına təsir göstərən amil-
lər  və  nizamlanması  istiqamətləri  XX  əsrin  60-cı 
illərindən  sonra  öyrənilmişdir.  Bu  sahədə  Ş.Y. 
Göyçaylı  (1964),  M.M.Allahverdiyev  (1966), 
Ş.Q.Dəmirqayayev  (1971),  M.O.Sadıqov  (1983), 
N.H.Əyyubov 
və 
E.Q.Mehrəliyev 
(1988),  
Ş.M.Muradov  (2004),  V.Ə.Əfəndiyev  (2013), 
Z.N.Eminov (1997, 2005, 2012, 2013) və başqala-
rı tədqiqat işləri aparmışlar [Azərbaycan Respub-
likasının coğrafiyası, 2013]. 
Mövzunun  izahı.  Əhalinin  təbii  artımına 
onun mütləq sayı, şəhər və kənd əhalisinin nisbəti, 
qadınların  cəmiyyətdə  mövqeyi,  təhsil  səviyyəsi 
və  təsərrüfat  sahələrində  məşğulluğu,  dinin 
cəmiyyətdə  rolu  və  s.  amillər  təsir  göstərir.  XX 
əsrin  60-cı  illəri  Azərbaycanın  kənd  əhalisi 
arasında  hər 1000 nəfərə görə doğum və təbii ar-
tım  əmsallarının  azalma  meyilləri  ilə  fərqlənir, 
ölüm əmsalları isə onillik ərzində sabit qalmışdır. 
Kənd  əhalisi  arasında  çoxuşaqlılıq  yayıldığına 
görə  60-cı  illərdə  doğum  əmsalı  əvvəlki  dövrlərə 
nisbətən  yüksək  səviyyədə  olaraq  qalmışdır. 
Bununla  yanaşı,  40-cı  illərdə  təbii  artımın  aşağı 
səviyyədə  olduğu  vaxtlarda  doğulmuş  uşaqlar 
artıq  nikah  yaşına  çatdığına  görə  fertil  yaşlı 
qadınların  sayı  da  az  olmuşdur.    Bu  dövrdə  yeni 
evlənənlərin sayı da xeyli azalmışdır. Kənd əhalisi 
arasında  1963-1970-ci  illərdə  nikah  əmsalı  10,8-
dən  5,6-ya  enmiş  və  ya  2,0  dəfədən çox azalmış-
dır [Azərbaycan demoqrafik göstəriciləri, 2012]. 
1961-ci  ildə  respublikanın  ümumi  əhalisi 
arasında  doğum  əmsalı  42,1,  təbii  artım  əmsalı 
35,4  səviyyəsində  olmuşdur.  1970-ci  ildə  ölüm 
əmsalının (hər 1000 nəfərə görə 6,7) sabit qaldığı 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 69 
 
şəraitdə doğum əmsalı 29,2-yə, təbii artım əmsalı 
22,5-ə  enmişdir.  On  il  ərzində  doğum  əmsalı 
30,6%, təbii artım əmsalı 36,4% azalmışdır. 
Kəndlərdə  təbii  artımın  ənənəvi  yüksək 
göstəriciləri  60-cı  illərdə  də  özünü  göstərir.  Bu 
mənada respublikanın kənd əhalisi arasında 1961-
ci ildə doğum əmsalı 49,4, təbii artım əmsalı 42,8 
olmuşdur.  Bu  dövrdən  sonrakı  on  il  ərzində 
(1960-1970)  bu  göstəricilər  doğum  əmsalı  üzrə 
34,1-ə,  təbii  artım  üzrə  27,2-yə  enmişdir.  Təhlil 
aparılan  dövrdə  doğum  səviyyəsi  31,0%,  təbii 
artım səviyyəsi 36,5% azalmışdır. Qeyd etmək la-
zımdır  ki,  ümumi  və  kənd  əhalisi  arasında  təbii 
artım göstəriciləri eyni səviyyədə azalmışdır. 
60-cı  illərin  birinci  yarısı  kənd  əhalisi  ara-
sında qeydə alınan ən yüksək doğum göstəriciləri 
ilə  fərqlənir.  Bu  dövrdə  (1961-1966)  kəndlərdə 
100,0 min nəfərdən çox uşaq doğulmuşdur. Onil-
liyin  ikinci  yarısında  doğumun  azalmasına  ailə-
lərdə  uşaqların  sayının  azalması  ilə  yanaşı, 
müharibədən sonrakı illərdə doğumun aşağı səviy-
yəsi  də  təsir  göstərmişdir.  Bir  neçə  il  ərzində 
doğulan  uşaqların  sayı  100,6  min  nəfərdən  87,7 
min  nəfərə  qədər  azalmışdır.  1961-ci  ildə  res-
publikada doğulan uşaqların 59,8%-i, 1970-ci ildə 
58,1%-i kənd əhalisinin payına düşmüşdür [Azər-
baycanın demoqrafik göstəriciləri, 2013]. 
Əvvəlki onillikdən fərqli olaraq 60-cı illər-
də  kəndlərdə  ölənlərin  sayı  az  da  olsa  artmışdır. 
Belə ki, 1961-1970-ci illərdə kənd əhalisi arasında 
bu  göstərici  13521  nəfərdən  17690  nəfərə 
yüksəlmiş və ya 30,8% artmışdır. Belə vəziyyətdə 
kəndlərdə  təbii  artım  göstəricilərinin  azalması 
sonrakı illərdə də davam etmişdir. Belə ki, 1961-
ci ildə kəndlərdə əhalinin sayı 88496 nəfər, 1970-
ci  ildə  70001  nəfər  artmışdır.  On  ildə  təbii  artım 
18495 nəfər və ya 20,9% aşağı enmişdir. Əhalinin 
təbii artımında kənd əhalisinin payı 61,8%, 1970-
ci ildə 60,1% olmuşdur [Mehrəliyev, 2003]. 
Artıq 80-ci illərdə şəhərlərin iqtisadi və so-
sial inkişaf sürəti zəifləmiş, bu bazanın kənd əha-
lisini  qəbul  etmək  potensialı  azaldığına  görə 
respublikadan  kənara  miqrasiya  axını  güclən-
mişdir. Məhz bu da respublikada şəhər əhalisinin 
artımını  ləngitmiş,  urbanizasiya  prosesləri  zəif 
templə getmiş, onun səviyyəsi uzun illər dəyişməz 
olaraq qalmışdır. Belə vəziyyət bu gün də davam 
edir. Abşerondan kənar regionlarda şəhərlərin zəif 
sosial-iqtisadi  bazası  nəinki  ətraf  məntəqələrdən 
əhalini qəbul edə bilmir, hətta özünün təbii yol ilə 
artan əhalisini yerlərdə saxlamaq, onları iş yerləri 
və mənzillərlərlə təmin etmək potensialına da ma-
lik deyildir. 
50-60-cı  illərdə  respublikanın  kənd  əhalisi 
arasında müşahidə olunan yüksək təbii artım ilkin 
dövrlərdə  kənd  əhalisinin  artımını  təmin  etməklə 
yanaşı, sonrakı dövrlərdə şəhər əhalisinin sayının 
da  artmasına  və  intensiv  miqrasiyaların  başlan-
masına səbəb olmuşdur. 1970-1990-cı illərdə orta 
hesabla  hər  il  miqrasiya  hesabına  kəndlərdə  əha-
linin  sayı  25-30  min  nəfər  azalmışdır.  Kənd əha-
lisinin miqrasiyası hesabına şəhər məntəqələrində 
əhalinin sayı 70-ci illərdə orta hesabla ildə 15-25 
min  nəfər  artmış,  qalan  əhali  respublikanı  tərk 
etmişdir  [Azərbaycanın  demoqrafik  göstəriciləri, 
2013]. 
XX əsrin 70-ci illərinin birinci yarısında öl-
kənin ümumi əhalisi, o cümlədən kənd əhalisi ara-
sında  hər  1000  nəfərə  görə  doğum  və  təbii  artım 
əmsallarında azalma meyilləri müşahidə edilsə də, 
onilliyin  ikinci  yarısını  bu  göstəricilərin  dina-
mikasında sabitlik dövrü kimi qəbul etmək olar.  
1971-ci  ildə  ümumi  əhali  üzrə  doğum 
əmsalı 27,7, təbii artım əmsalı 21,2, 1976-1980-ci 
illərdə  doğum  əmsalı  25,2 -  25,5,  təbii  artım  əm-
salı    18,1  -  18,2  arasında  dəyişmişdir.  Kəndlərdə 
əhalinin  təbii  artım  göstəriciləri  bu  dövrdə  nis-
bətən  yüksək  səviyyəsi  ilə  fərqlənmişdir.  1971-ci 
ildə kəndlərdə hər 1000 nəfərə görə doğum əmsalı 
31,9,  təbii  artım  əmsalı  25,2  səviyyəsində  qeydə 
alınmışdır.  Onilliyin  ikinci  yarısında  ölüm  əmsa-
lının  müəyyən  qədər  artması  baş  vermişdir,  yəni 
1976-1980-ci  illərdə  bu  əmsal  6,8-dən  7,3-ə  yük-
səlmişdir.  Lakin  doğum  və  təbii  artım  əmsal-
larında  nisbi  sabit  dinamika  müşahidə  edilir.  Bu 
illərdə  təbii  artım  əmsalı  hər  1000  nəfərə  görə 
20,0 - 21,0 arasında dəyişmişdir. 
1970-ci  illərdə  kənd  əhalisi  arasında  doğu-
lan  uşaqların  sayında,  ölənlər  və  təbii  artım  gös-
təricilərində  əsaslı  dəyişikliklər  olmamışdır.  Bu 
dövrdə doğulan uşaqların sayı 75,0 - 80,0 min nə-
fər  arasında,  təbii  artım  57,0  -  59,0  min  nəfər 
arasında  dəyişmişdir.  Eyni  sözləri  ölənlərin  sayı 
haqqında da demək olar. 
1971-ci ildə respublikada doğulan uşaqların 
57,0%-i,  təbii  artımın  58,7%-i,  1980-ci  ildə 
müvafiq  olaraq  doğulan  uşaqların  51,2%-i,  təbii 
artımın  52,1%-i  kənd  əhalisinin  payına  düş-
müşdür. Rəqəmlər göstərir ki, təhlil aparılan müd-
dətdə  şəhərlərdə  doğulan  uşaqların  sayı  və  nə-
ticədə onların əhalinin sayının artımında rolu yük-
səlmişdir.  Çünki  60-cı  illərdə  müşahidə  olunan 
yüksək  təbii  artım,  yuxarıda  qeyd  edildiyi  kimi, 
şəhərlərə  miqrasiyanın  intensivləşməsinə  səbəb 
olmuşdur. Bu dövrdə şəhərlərdə cavan yaşlı əhali-
nin  sayının artması  nikah yaşlı insanların  sayının 
artmasına və doğumun yüksəlməsinə gətirib çıxar-
mışdır. 
1970-1979-cu illərdə şəhər yerlərində 15-19 
yaşlı əhalinin sayı 260,2 min nəfərdən 408,6 min 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə