Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə44/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   40   41   42   43   44   45   46   47   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
82                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
4.  İqtisadi  rayonun  perspektiv  sosial-iqti-
sadi  inkişaf  planlarında  dağlıq  ərazilərin  daha 
öncül  inkişafı  həyata  keçirilməli,  artan  demoqra-
fik  potensialın  yerlərdə  saxlanılmasına  nail  olun-
malıdır.  Hər  bir  inzibati  rayonun  spesifik  əhali 
məskunlaşması xüsusiyyəti nəzərə alınmalıdır.  
5. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda  
əhalinin səmərəli ərazi təşkili  həm də bu regionun 
sərhədboyu strateji mövqeyi və Bakı paytaxt regi-
onuna  demoqrafik  təzyiqin  azaldılması  baxımın-
dan da məqsədəuyğundur. 
ƏDƏBİYYAT
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ƏHALİSİ-
NİN  SİYAHIYAALINMASI  -  1999.  Cild  1.  2000. 
Bakı. 
AZƏRBAYCAN  RESPUBLİKASI  ƏHALİSİ-
NİN  SİYAHIYAALINMASI  -  2009.  Cild  1.  2011. 
Bakı. 
BUDAQOV  B.Ə.,  MƏRDANOV  İ.E.,  EMİ-
NOV  Z.N.  Azərbaycanda  yaşayış  məntəqələrinin  yük-
səklik  qurşaqları  üzrə  yerləşməsi  qanunauyğunluqları. 
AMEA-nın  xəbərləri,  “Yer  elmləri”  seriyası,  2006, 
№3, səh. 89-97. 
ƏFƏNDİYEV  V.Ə.    2002.  Urbanizasiya  və 
Azərbaycanın şəhər yaşayış məskənləri. Bakı. 397 səh.  
ƏYYUBOV  N.H.  2008.  Azərbaycanda  əhali 
məskunlaşmasının  təkmilləşdirilməsinin  iqtisadi-coğ-
rafi  problemləri.  AMEA-nın  “Xəbərlər”i.  Yer  elmləri, 
1, səh. 144-150. 
MEHRƏLİYEV  E.Q.,  ƏYYUBOV  N.H.,  SA-
DIQOV  M.O.  1988.  Azərbaycan  SSR-də  əhalinin 
məskunlaşması məsələləri. Bakı. 192 s. 
PAŞAYEV  N.Ə.,  ƏYYUBOV  N.H,  EMİNOV 
Z.N. 2010. Azərbaycan Respublikasının iqtisadi, sosial 
və siyasi coğrafiyası. Bakı. 416 s.  
 
РАЗМЕЩЕНИЕ НАСЕЛЕНИЯ ПО 
ВЫСОТНЫМ ПОЯСАМ В ШЕКИ-
ЗАГАТАЛЬСКОМ ЭКОНОМИЧЕСКОМ 
РАЙОНЕ: ТЕНДЕНЦИИ И 
СОВЕРШЕНСТВОВАНИЕ 
Н.Г.Эюбов, Г.И.Абдуллаева 
  В  статье  анализируются  особенности  раз-
мещения  населения  в  Шеки-Загатальском  эконо-
мическом районе  Азербайджана  по высотным поя-
сам.  Определяется  тенденция  размещения  насе-
ления,  а  также  природно-географические  и  соци-
ально-экономические  факторы  этого  процесса  на 
основе  материалов  переписей  населения  1999-х  и 
2009-х  гг.  Выявляются  экономико-географические 
направления  регулирования  населения  по  высот-
ным  поясам  в  соответствии  с  произошедшими  из-
менениями.  
 
DISTRIBUTION OF THE POPULATION 
IN HIGH-ALTITUDE ZONES IN THE SHEKI-
ZAGATALA ECONOMIC REGION: 
TENDENCIES AND IMPROVEMENT 
N.H.Eyyubov, G.I.Abdullayeva 
The  article  deals  with  the  analysis  of  charac-
teristics  of  the  distribution  of  population  in  the  Sheki-
Zagatala  economic  region  of  Azerbaijan  by  altitudinal 
belts.  Tendencies  of  the  distribution  of  population,  as 
well as  natural-geographic and socio-economic factors 
of this process are determined on the basis of censuses 
of  1999  and  2009  years.  Economic  and  geographic 
priorities of the regulation of population are defined in 
accordance  with  the  recent  changes,  observed  on 
altitudinal belts. 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 83 
 
© N.Ə.Paşayev
 
AZƏRBAYCANIN İQTISADİ-SOSİAL VƏ SİYASİ COĞRAFİYA ELMİNİN MÜASİR İNKİŞAF 
PROBLEMLƏRİ 
N.Ə.Paşayev 
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı, H. Cavid pr., 115 
 
Məqalədə Azərbaycanda iqtisadi-sosial və siyasi coğrafiya elminin ənənəvi sahələri ilə yanaşı, 
müasir  şəraitdə  bu  sahədə  yaranan  yeni  prioritet  istiqamətlərin  inkişaf  etdirilməsi  məsələlərinə 
toxunulmuş və problemin həll edilməsi üçün müvafiq tövsiyələr verilmişdir. 
Hər  bir  insanın  ətraf  mühitə  qarşı  özünə-
məxsus  baxışı  olmaqla,  bu  proses  illər  keçdikcə 
formalaşmaqda  davam  edir.  Lakin  digər  peşə 
sahiblərindən  fərqli  olaraq  coğrafiyaçıların  ətraf 
aləmə  baxışları  təkcə  təbiətin  gözəlliklərini  seyr 
etməyə deyil, həm də onun qanunauyğunluqlarını 
dərk  etməyə  yönəldilmişdir.  Coğrafiyaçılar  əslin-
də, sadəcə, təbiətə baxıb onun özəlliklərini müşa-
hidə  etmirlər,  onlar,  eyni  zamanda,  gördüklərini 
anlamağa çalışırlar. Elmin bu və ya digər sahəsini 
öyrənən  hər  bir  mütəxəssisin  qarşısında  isə  onu 
dərk  etmək,  qavramaq  səviyyəsi,  bu  sahədə  əsas 
bilik  və  anlayışlara  yiyələnmək  bacarığı  durur.  
Lakin  bütün  elm  sahələrində  olduğu  kimi, 
iqtisadi-sosial  və  siyasi  coğrafiya  (İSSC)  elminin 
də  özünəməxsus  inkişaf  problemləri  mövcuddur. 
Azərbaycan Respublikası müstəqillik qazandıqdan 
sonra  İSSC  elmi  üçün  ən  aktual  və  əhatəli  mə-
sələlər  içərisində  bütün  təsərrüfat  sistemlərinə  və 
strukturlara  istənilən  səviyyədə  tətbiq  edilə  bilə-
cək yeni elmi tədqiqatların aparılması əsas yer tu-
tur.  Bunun  üçün  ilk  növbədə  aşağıdakı  problem-
lərin həll edilməsi nəzərə alınmalıdır: 
-  İSSC  elmi  sahəsində  kadr  potensialının 
inkişaf etdirilməsi; 
-  İSSC  elminin  strukturunda  dəyişikliklər 
aparmaqla,  yeni  elmi  istiqamətlərin  inkişaf  etdi-
rilməsi; 
- istehsalın və əhali məskunlaşmasının ərazi 
üzrə  inkişafının  stimullaşdırılmasında  yaxından 
iştirak  etmək  üçün  bu  sahədə  layihələr  və  elmi 
tədqiqatların aparılması; 
-  dövlətin,  cəmiyyətin  və  təsərrüfatın  inki-
şafında və idarə olunmasında İSSC elminin imkan 
və üstünlüklərinin təşviqinin genişləndirilməsi. 
Qeyd  etmək  lazımdır  ki,  hazırda  Azərbay-
canın  ali  məktəblərində  coğrafiya  ixtisası  üzrə 
təhsil  alan  bakalavr  və  magistrlərin  bir  hissəsinin 
elmi  idarələrdə  işləmələri  üçün  hazırlıq  səviy-
yələrini  çox  da  məqbul  hesab  etmək  olmaz.  Son 
20  ildə  İSSC  ixtisası  üzrə  kadr  hazırlığında 
yaxından iştirak etdiyim üçün bu sahədə xeyli ça-
tışmazlıqların olmasını müşahidə etmişəm. İndiyə 
qədər ali təhsil müəssisələrində İSSC ixtisası üzrə 
bakalavr  və  magistr  pillələri  üzrə  uyğun  olaraq 
tələbələrə  verilən  buraxılış  və  dissertasiya  işlə-
rinin,  demək  olar  ki,  40-50%-i  müasir  tələblərə 
cavab vermir. “Mərkəzi Asiyada təsərrüfatın ərazi 
təşkili”,  “Dünya  maşınqayırma  sənayesinin  inki-
şafı”,  “Dünyanın  turizm  sənayesi”  və  s.  kimi  bu 
səpkidə  tələbələrə  işləmək  üçün  verilən  onlarla 
tədqiqat mövzuları kurs işlərindən də aşağı səviy-
yədə  yerinə  yetirilir.  Ali  məktəblərdən  istehsal 
sahələrinə  mütəxəssis  kimi  gələn  kadrlarımızın 
50%-dən  çoxu  “Siyasi  coğrafiya”,  “Təbii ehtiyat-
ların  coğrafiyası”,  “Sənaye  coğrafiyası”  və  s. 
sahələr  üzrə  dünyada  və  Azərbaycanda  çap  olun-
muş  monoqrafiyaları,  dərslikləri  və  bu  sahədə 
məşğul  olan  alimləri  tanımırlar.  Hətta  ali  mək-
təblərimizdən  Azərbaycan  MEA  Coğrafiya  İns-
titutunun ixtisaslaşdırılmış Dissertasiya Şurasında 
coğrafiya elmləri üzrə fəlsəfə doktoru adını almaq 
üçün  gələn  doktorantların  da,  demək  olar  ki,  20-
30%-nin İSSC elminin strukturunu, anlayış və ka-
teqoriyalarını  qavramadıqları  məlum  olur.  Bunun 
üçün kadr hazırlığında ciddi dönüş yaradılmasına 
böyük ehtiyac duyulur.  
İSSC ixtisası üzrə mütəxəssis olmaq istəyən 
hər  bir  şəxsin  qarşısında  bu  sahədə  ondan  əvvəl 
toplanmış  məlumatlar  dairəsini  maksimal  dərə-
cədə  qavramaq  məsələsi  durur.  Hər  bir  iqtisadi 
coğrafiyaşünasın öz bilik səviyyəsini təyin etmək 
imkanı  isə  onun  obyektiv  özünüqiymətləndirmə 
bacarığından  və  marağından  asılıdır.  İSSC  sahə-
sində fəaliyyət göstərən və bu sahəyə həvəsi olan 
bakalavr  və  magistr  pilləsinə  yiyələnmiş  coğra-
fiyaçılar  bilməlidirlər  ki,  hər  bir  elmə  yiyələn-
məyin konkret etalonu var və bu tələblər ildən-ilə 
təkmilləşdirilib  inkişaf etdirilir.  İSSC  elmini  dərk 
etməyin əsas yollarından biri isə hər bir mütəxəs-
sisin  öz  fəaliyyət  ixtisasının  istiqamətini  düzgün 
müəyyənləşdirməsindən və bu elmi daha çox sev-
məsindən  aslıdır.  Məlumdur  ki,  Yer  elmləri  sis-
temində  İSSC  dinamik  və  sosial-iqtisadi  şəraitə 
qarşı  daha  həssas  olduğundan,  bu  sahədə  coğrafi 
obyektlər  özü  də  dəyişir  və  yeni  coğrafi  ideyalar 
yaranır.  Bütün  bu  yenilikləri  dərk  edən  və    eyni 
qaydada  mənimsəyən  mütəxəssis  tapmaq  isə  çox 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə