Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə42/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   38   39   40   41   42   43   44   45   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
78                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
ƏDƏBİYYAT 
Azərbaycanın  demoqrafik  göstəriciləri  2011. 
2012. DSK, Bakı, 458 s. 
Azərbaycanın  əhalisi  –  2011.2012.  DSК,  Bаkı, 
124 s. 
Azərbaycan  Respublikasının  Demoqrafik  İnki-
şaf Konsepsiyası. 1999, 16 dekabr. “Azərbaycan” qəz., 
Bakı. 
Azərbaycan  Respublikasının  Dövlət  Miqrasiya 
Proqramı. 2006, 26 iyul. “Respublika” qəz, Bakı. 
Azərbaycan  Respublikası  əhalisinin  2009-cu  il 
siyahıyaalmasının  yekunları.  I  hissə.  Əhalinin  sayı, 
yerləşməsi,  cins,  yaş  tərkibi  və  nikah  vəziyyəti.  2010. 
ДSК, Bакı, 629 с. 
EMİNOV  Z.N.  2005.  Azərbaycanın  əhalisi. 
Çıraq. Bakı, 560 s. 
ƏFƏNDİYEV  V.Ə.  2002.  Urbanizasiya  və 
Azərbaycanın  şəhər  yaşayış  məskənləri.  Bakı  Univer-
sitetinin nəşriyyatı. Bakı, 397 s. 
ƏFƏNDİYEV  V.Ə.,  DƏMİRQAYAYEV  Ş.Q. 
1995, Azərbaycan Respublikası şəhərlərinin inkişafının 
coğrafi məsələləri. Nicat. Bakı, 176 s. 
ƏFƏNDİYEV  V.Ə.,  QASIMOVA  F.E.  2013. 
Azərbaycanda qəsəbə. Bakı, 219 s. 
ДИНАМИКА ЧИСЛЕННОСТИ ГОРОДСКОГО 
НАСЕЛЕНИЯ АЗЕРБАЙДЖАН НА 
СОВРЕМЕННОМ ЭТАПЕ 
В.A.Эфендиев 
Развитие  городов,  численность  городского 
населения и уровень урбанизации являются показа-
телями  уровня  развития  страны.  Увеличение  чис-
ленности  городского  населения  зависит  от  эконо-
мической  и  социально-культурной  базы  городов, 
возможности создания новых рабочих мест, от хоз-
яйственной  структуры  и  роли  в  ней  трудоемких 
отраслей. 
В  годы  независимости  спад  производства  в 
хозяйственных  субъектах,  расположенных  в  горо-
дах,  потеря  рабочих  мест  и  снижение  уровня  жиз-
ни,  а  также  миграционные  процессы  отрицательно 
влияли  на  рост  городов  и  число  городского  на-
селения.  Поэтому  за  последние  десятилетия  уро-
вень урбанизации фактически остается неизменной. 
Проведенные  меры  мало  влияют  на  эти  процессы. 
В  статье  даны  рекомендации  по  преодолению 
проблем в этом направлении. 
DYNAMICS OF THE URBAN POPULATION OF 
THE AZERBAIJAN REPUBLIC IN THE 
CONTEMPORARY PERIOD 
V.A.Efendiyev 
Urban  development,  urban  population  and  ur-
banization  rate  are  indicators  of  the  level  of  de-
velopment  of  the  country.  The  increase  in  urban 
population depends on the economic and socio-cultural 
base  of  cities,  the  possibility  of  creating  new  jobs  as 
well  as  the  economic  structure  and  the  role  of  labor-
intensive industries. 
In  the  years  of  independence,  the  decline  in 
production  in  the  economic  subjects,  located  in  the 
cities, the loss of jobs and a decline in living standards, 
as  well  as  migration  processes  negatively  affected  on 
the  growth  of  cities  and  the  number  of  urban  popula-
tion.  Therefore,  the  level  of  urbanization  remains 
practically  unchanged  over  the  past  decades.  The  im-
plemented  measures  yet  have  weak  effect  on  this 
process.  In  the  article,  the  measures  on  solution  of 
these problems are shown. 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 79 
 
© N.H.Əyyubov, G.İ.Abdullayeva
 
ŞƏKİ-ZAQATALA İQTİSADİ-COĞRAFİ RAYONUNDA ƏHALİNİN YÜKSƏKLİK 
QURŞAQLARI ÜZRƏ YERLƏŞMƏSİ: MEYİLLƏR VƏ TƏKMİLLƏŞDİRİLMƏ 
N.H.Əyyubov, G.İ.Abdullayeva 
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu 
Az 1143, Bakı, H. Cavid prosp., 115 
Məqalədə  Şəki-Zaqatala  iqtisadi-coğrafi  rayonunda  əhalinin  hündürlük  qurşaqları  üzrə  məs-
kunlaşma xüsusiyyətləri, bu sahədə baş  verən tendensiyalar, həmçinin bu prosesin təbii-coğrafi və 
sosial-iqtisadi  amilləri  əhalinin  1999  və  2009-cu  illərin  siyahıyaalma  materialları  əsasında  mü-
qayisəli araşdırılır. Baş verən dəyişikliyə uyğun olaraq, əhalinin yüksəklik qurşaqları üzrə tənzim-
lənməsinin iqtisadi-coğrafi istiqamətləri müəyyənləşdirilir.
 
Tədqiqatın  aktuallığı  və  məqsədi.  Bütün 
dağlıq  ölkələrdə  və  regionlarda  təbii-coğrafi  şə-
raitin hündürlük qurşaqları üzrə dəyişməsi və rən-
garəngliyi  ərazinin  mənimsənilməsinə  və  məs-
kunlaşma  səviyyəsinə  əhəmiyyətli  təsir  etmiş  və 
etməkdədir.  Elmi-texniki  tərəqqi,  məhsuldar  qüv-
vələrin  mütəmadi  olaraq  yeni,  universal  istehsal 
vasitələri  hesabına  təkmilləşdirilməsi,  əməyin 
enerji təminatının yüksəldilməsi əhalinin nisbətən 
çətin,  ekstremal  şəraitli  əraziləri  mənimsəməsinə 
imkan  versə  də,  təbii-coğrafi  şərait  istehsalın  və 
əhalinin  məskunlaşmasında  həlledici  rola  ma-
likdir.  Bu,  dağlıq  regionlar  üçün  daha  xarakterik 
olub, əhalinin və təsərrüfatın yüksəklik qurşaqları 
üzrə  yerləşməsində  özünü  qabarıq  biruzə  verir. 
Tədqiqatın  məqsədi  Şəki-Zaqatala  iqtisadi  rayo-
nunda  əhalinin  yüksəklik  qurşaqları  üzrə  yer-
ləşməsi  meyillərini  müəyyənləşdirmək,  onun  tən-
zimlənməsinin  iqtisadi-coğrafi  istiqamətlərini    iş-
ləyib  hazırlamaqdır. 
Azərbaycan  Respublikasında  relyef  şəraiti-
nin,  torpaq-iqlim  xüsusiyyətlərinin  mürəkkəbliyi, 
rəngarəngliyi və onların hündürlük qurşaqları üzrə 
dəyişməsi  əhalinin  bu  yüksəkliklər  üzrə  müxtəlif 
dərəcədə  məskunlaşmasına  təsir  etmişdir.  Müəy-
yən  tarixi  dövrlərdə  və  sosial-iqtisadi  şəraitdə 
dövlətin apardığı hərbi, təsərrüfat-təşkilat siyasəti 
də bu prosesdə müəyyən rol oynamışdır. Məsələn, 
Azərbaycanda  XX  əsrin  ikinci  yarısında  dağlıq 
ərazilərdə yerləşən kiçik kəndlərin “perspektivsiz” 
elan edilərək, onların əhalisinin düzən ərazilərdəki 
sənaye qovşaqlarına köçürülməsi əhalinin yüksək-
lik qurşaqları üzrə yerləşməsinə - dağlıq ərazilərin 
boşaldılmasına təsir etmişdir, düzən ərazilərdə isə 
ifrat  məskunlaşma  areallarının  yaranmasına  gəti-
rib  çıxarmışdır  (N.Ə.  Paşayev,  N.H.  Əyyubov, 
Z.N.Eminov. 2010).   
Ölkənin  strateji  gələcəyi,  ərazi  bütövlüyü, 
hərbi-siyasi durumu baxımından əhalinin məskun-
laşmasını, təsərrüfatın səmərəli ərazi təşkilini elmi 
cəhətdən  əsaslandırılmış  şəkildə  həyata  keçirmək 
üçün  həmişə  Azərbaycanda  əhalinin  yüksəklik 
qurşaqları  üzrə  yerləşməsinin  öyrənilməsinə  bö-
yük  əhəmiyyət  verilmiş,  müvafiq  tədqiqat  işləri 
yerinə yetirilmişdir (E.Q. Mehrəliyev, N.H. Əyyu-
bov,  M.O.  Sadıqov,  1988;  B.Ə.  Budaqov,  İ.E. 
Mərdanov, Z.N. Eminov, 2006). Azərbaycan Res-
publikasında  əhalinin  yüksəklik  qurşaqları  üzrə 
yerləşməsində  böyük  fərqlilik  müşahidə  edilən 
regionlardan biri də Şəki-Zaqatala iqtisadi-coğrafi 
rayonudur. Bunu cədvəl 1-dən aydın görmək olar. 
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda 0-
200  m  mütləq  yüksəkliklər  arasında  ümumi  iqti-
sadi  rayon  ərazisinin  11,4%-i  yerləşsə  də,  burada 
bütün əhalinin 5,7%-i, o cümlədən kənd əhalisinin 
7,5%-i  məskunlaşmışdır.  Düzən  relyefin  kənd  tə-
sərrüfatı işləri ilə məşğul olmaq üçün əlverişli ol-
ması  yaşayış  məntəqələrinin,  xüsusən  də  kənd-
lərin  həm  ərazicə,  həm  də  demoqrafik  cəhətdən 
nisbətən  sürətli  inkişafı  ilə  nəticələnmişdir.    Ona 
görə  də  bu  qurşağın  kəndləri  əhalisinin  sayına 
görə ən iri kəndlərdir. Lakin son iki siyahıyaalma 
(1999  və  2009)  materiallarının  müqayisəli  təhlili 
göstərir ki, bu qurşaqda əhalinin mütləq sayı artsa 
da, onun faiz gostəricisi ümumi əhaliyə gorə aşağı 
düşmüşdür (cədvəl 2). Bu, qonşu dağətəyi qurşa-
ğın (200-500 m) demoqrafik potensialının yüksək 
artımı ilə izah olunur. 
Şəki-Zaqatala  iqtisadi-coğrafi  rayonunda 
əhalinin ən çox cəmləndiyi yüksəklik qurşağı də-
niz səviyyəsindən 200-500 m yüksəkliklər arasını 
əhatə edən dağətəyi-düzən ərazilərdir. Birinci cəd-
vəldən  göründüyü  kimi,  bu  hündürlük  qurşağının 
payına  ümumi  iqtisadi  rayon  ərazisinin  47,3%-i, 
ümumi əhalinin isə 62%-i düşür.  Şəhər əhalisinin 
57%-i,  kənd  əhalisinin  isə  64,1%-i  bu  qurşaqda 
məskunlaşmışdır. 
Qurşağın  dağətəyi  hissəsində  çay  dərələri 
boyunca  və  gətirmə  konusları  sahələrində  böyük 
kənd  aqlomerasiyaları  formalaşmışdır.  Şəhər  tipli 
yaşayış  məntəqələrinin,  kəndlərin,  xüsusən  iri 
kəndlərin çoxu da bu qurşaq daxilində yerləşir. 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə